Məhkəmə qərarları › İş №2(104)-842/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-842/2024

03.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-842/2024 03.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçı X6 Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)–760/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)–760/2024 saylı qətnaməsi ilə (hakim Z.İmanov) iddia tələbinin qismən təmin edilməsi, 08 dekabr 2023-cü il tarixdən başlayaraq, xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment və xx.xx.2022-ci il təvəllüdlü X4 üç yaşına çatanadək hər ay analıq haqqı kimi 50 (əlli) manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub iddiaçı X7 verilməsi, qətnamənin alimentlə bağlı hissədə dərhal icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər (mediasiya xərci) qismində 35 (otuz beş) manat məbləğində pulun tutularaq iddiaçı X7 ödənilməsi, Cavabdeh 48,8 (qırx səkkiz manat səksən qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-(125)-760/2024 saylı qətnaməsinin ləğv edib, iddianın rədd edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı X13 Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 üçün 220 (iki yüz iyirmi) manat məbləğində alimentin və onun üç yaşına çatanadək ona hər ay analıq haqqı qismində 100 (bir yüz) manat əlavə alimentin və mediasiya icraatı zamanı ödənilmiş 55 (əlli beş) manat mediasiya xərcinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə 241 nömrəli akt qeydi əsasında Gəncə şəhər Qeydiyyat şöbəsində birgə nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X8 anadan olmuşdur. Hal-hazırda uşaq onun himayəsindədir. Cavabdehlə nikahları rəsmi olaraq pozulmasa da onunla ayrı yaşayır. Cavabdeh ilə arasında baş verən davamlı münaqişə səbəbi ilə birgə ailə münasibətlərini davam etdirmək mümkün deyildir. Cavabdehin işi yaxşı, gəliri yüksək olsa da, qeyri rəsmidir. Bu səbəbdən onun gəlirləri barədə rəsmi məlumat verə bilmir. Belə ki, qızının yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüquqları vardır. Onun isə maddi imkanı çox aşağıdır, ona görə də təkbaşına övladının hüquqlarının təmin olunmasında əziyyət çəkir, lakin uşağın yaxşı yaşaması üçün əlindən gələn hər şeyi edir. Qızının günü-gündən tələbatı artır. Övladının minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqları vardır. Övladının saxlanılmasında ana olaraq üzərinə daha çox yük düşür. Onun himayəsində azyaşlı uşaq olduğu üçün işləyə bilmir və uşağın zəruri ehtiyaclarını qarşılaya bilmir. Buna görə də uşağın zəruri ehtiyaclarını qarşılamaq üçün müvəqqəti təminat tədbiri olaraq alimentin təyin edilməsinə ehtiyac vardır. Qızı barədə o və cavabdeh bərabər hüquq və vəzifələrə malikdir. Cavabdehin ona nisbətən maddi imkanının yaxşı olması qızının saxlanılmasında nəzərə alınmalıdır. Cavabdeh bir ata kimi qızının hüquqlarına hörmətlə yanaşmağa, övladının cəmiyyət üçün layiqli vətəndaş kimi formalaşmasında üzərinə düşən vəzifələri yerinə yetirməyə borcludur. Onun uşağını saxlamaq həm qanunla müəyyən edilmiş vəzifəsi, həm də mənəvi borcudur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bu səbəbdən aliment tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən narazıdır. Belə ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur və qazancı çox yüksəkdir. O, isə işdən çıxmış və hazırda aliment ödəməyə imkanı yoxdur. Bu barədə sübutları məhkəmə təqdim etmiş, lakin məhkəmə təqdim edilən sübutları düzgün qiymətləndirməmişdir. Gələcəkdə işləyən kimi iddiaçı ilə razılığa gələrək uşağın saxlanılması üçün köməklik edəcəkdir. Məhkəmə hesab etmişdir ki, qanunvericiliyin tələbindən aydın olur ki, zəruri vəsaitə malik olan tərəf digər tərəfə aliment ödəməlidir. Lakin hazırki iş üzrə cavabdeh olan ərin zəruri vəsaitə malik olmasını təstiq edən sübutlar iddiaçı tərə6indən məhkəməyə təqdim edilmədiyindən xx.xx.2022-ci il təvəllüdlü X4 3 yaşına çatanadək hər ay 50 manat məbləğində aliment tutulmasını qət etmişdir. Beləliklə, məhkəmə maddi hüquq normasının tələbini pozaraq normanın tələbləri nəzərə almamışdır. Maddi hüququ normada qeyd olunur ki, əlavə köməyin göstərilməsi üçün digər tərəfin buna zəruri vəsaitə malik olması şərtdir. Məhkəmə özü qeyd etmişdir ki, ərin zəruri vəsaitə malik olmasını təstiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Lakin məhkəmə buna baxmayaraq maddi normanın tələbini pozaraq iddianı qismən təmin etmişdir. Bundan başqa, məhkəməyə təqdim etdiyi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə o, birinci nikahdan olan uşaqlara görə hər ay sabit pul məbləğində 386 manat aliment ödəyir. Bütün bu sübutlar onun aztəminatlı olduğundan dəlalət edir, lakin məhkəmə bu kimi mötəbər sübutları nəzərdən keçirməmiş və onları qiymətləndirməmişdir. Prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi və tərəfləri dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi üç yaşına çatanadək hər ay analıq haqqı kimi 50 (əlli) manat sabit pul məbləğində aliment tutulması hissəsində ləğv edilməli və ləğv edilmiş həmin hissədə iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, işdə olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 oktyabr 2023cü il tarixli, 3-165/8-70-Ş-4178/2023 nömrəli arayışdan görünür ki, Cavabdeh ilə X14 xx.xx.2021-ci il tarixdə nikah bağlamış, o barədə 241 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Şıxəliyev”, arvada “Şıxəliyeva” soyadı verilmişdir. İş materiallarında olan 06 oktyabr 2023-cü il tarixli, 3-165/8-70-Ş-4179/2023 nömrəli, Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X8 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Gəncə şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.2023-cü il tarixdə 1 saylı Gəncə ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində 538 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası – Cavabdeh, anası – İddiaçıdır. İş materiallarında olan evlər üçlüyü tərəfindən verilmiş 06 oktyabr 2023-cü il tarixli və 07 dekabr 2023-cü il tarixli arayışlardan görünür ki, İddiaçı həqiqətən ünvan ünvanda yaşayır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin X3 filialı tərəfindən verilmiş 06 dekabr 2023-cü il tarixli, 3-17-2/2-Ş-71953/2023 nömrəli arayışdan görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişləri” altsistemində aktiv əmək müqaviləsi qeydə alınmamışdır. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 16(125)-118/2023 nömrəli, 06 oktyabr 2023-cü il tarixli qərardadından görünür ki, ərizə qismən təmin edilmiş, 1 (bir) ay müddətinə müvəqqəti təminat tədbiri görülərək, 06 oktyabr 2023-cü il tarixdən başlayaraq, xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilməsi qərara alınmışdır. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2023-cü il tarixli, MŞG/1-03721 nömrəli arayışdan görünür ki, bu arayış Cavabdeh X13 tərəfindən təsvir edildiyi kimi “aliment” tələbinə dair mübahisə üzrə xx.xx.2023-cü il tarixdə 14:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumat verilmişdir. X13 xx.xx.2023-cü il tarixdə 14:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 (50 manat ims xərci, 5 manat poçt xərci) manat məbləğində xərci tam ödəmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 1386/2022 nömrəli, 31 mart 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2679/2020 nömrəli, 18 avqust 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat məbləğində aliment tutularaq X2 verilməsi qət edilmişdir. İş materiallarında olan 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş uçota dair arayışdan görünür ki, vergi ödəyicisinin dövlət reyestrində olan məlumata əsasən bildirilmişdir ki, Cavabdeh vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin X3 filialı tərəfindən verilmiş 17 yanvar 2024-cü il tarixli, 3-17-2/2/-Ş-3129 nömrəli arayışdan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişləri” altsistemində onunla bağlanılmış aktiv əmək müqaviləsi qeydə alınmamışdır Məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü Fatimə adlı bir uşaqları doğulmuş, uşaq anasının yanında olmaqla tərəflər uzun müddətdir ayrı yaşayırlar. İddiaçı X13 Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 üçün 220 (iki yüz iyirmi) manat məbləğində alimentin və onun üç yaşına çatanadək ona hər ay analıq haqqı qismində 100 (bir yüz) manat əlavə alimentin və mediasiya icraatı zamanı ödənilmiş 55 (əlli beş) manat mediasiya xərcinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsoi gəldiyi nəticəni əsaslandırmaq üçün göstərmişdir ki, məhkəmə istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, uşağın mənafeyini, tərəflərin maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşağın sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, birgə nikahdan doğulmuş uşağın atasından ayrı olaraq anası ilə birlikdə yaşamasını və uşağı saxlanılması üçün cavabdeh tərəfindən maddi köməklik göstərilməməsini, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını nəzərə almaqla, xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X7 ödənilməlidir. İddia tələbinin birgə nikahdan doğulmuş uşağın 3 yaşına çatanadək cavabdeh olan ərdən 100 manat sabit pul məbləğində alimentin iddiaçı olan arvadın xeyrinə tutulması hissəsini qismən əsaslı hesab edərək məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbindən aydın olur ki, zəruri vəsaitə malik olan tərəf digər tərəfə aliment ödəməlidir. Lakin hazırki iş üzrə cavabdeh olan ərin zəruri vəsaitə malik olmasını təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən xx.xx.2022-ci il təvəllüdlü X4 3 (üç) yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində aliment Cavabdeh tutulub iddiaçı X7 ödənilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə və 34-cü maddəsinin 4cü hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağını sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinəəsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ölkədə 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat təşkil edir. Birinci instansiya məhkəməsi uşağın ananın, yəni iddiaçının yanında qalmasını nəzərə alaraq onun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 190 (bir yüz doxsan) manat sabit pul məbləğində alimentin tutulmasını qət etmişdir. Birinci instansiya məhkəməsi alimentin miqdarını müəyyən edərkən cavabdehin ailə vəziyyətini, onun işləyə bilmək imkanını nəzərə alaraq iddia tələbini həmin hissədə qismən etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi yetkinlik yaşına çatmamış uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin tutulmalı olması qənaətinə gəlməkdə haqlı olsa da, lakin cavabdehdən xx.xx.2022-ci il təvəllüdlü X4 üç yaşına çatanadək hər ay analıq haqqı kimi 50 (əlli) manat sabit pul məbləğində aliment tutulmalı olması qənaətinə gəlməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası iddiaçının özü üçün cavabdehdən aliment tələbinə dair hissədə qeyd edir ki, Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasənə ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Lakin işdən göründüyü kimi birinci instansiya məhkəməsi uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin tutulması hissəsində iddia ərizəsini ona görə qismən təmin etmişdir ki, cavabdeh daha artıq miqdarda aliment ödəmək iqtidarında deyildir. Əks halda iddia tələbini alimentə dair hissədə tam, yəni 220 manat təmin etmiş olardı. Məhz bu baxımdan kollegiya hesab edir ki, cavabdeh 220 manat miqdarında alimenti ödəmək iqtidarında olmadığı və 190 manat miqdarında aliment tutulduğu halda, ondan uşaq üç yaşına çatanadək ana üçün alimentin tutulması əsassızdır. Odur ki. qətnamə həmin hissədə ləğv edilərək iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-cü maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)–760/2024 saylı qətnaməsi iddianın təmin edilmiş - xx.xx.2022-ci il təvəllüdlü X8 üç yaşına çatanadək hər ay analıq haqqı kimi 50 (əlli) manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub iddiaçı X7 verilməsi hissəsində ləğv edilsin və ləğv edilmiş hissədə yeni qətnamə çıxarılaraq iddia həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qətidir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar