Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-843/2023 06.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər - Rzaquliyev Şamil Qəhrəman oğlunun (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçıən və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(040)-894/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək,18 sentyabr 2009-cu ildə doğulmuş övladı X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Kəlbəcər Rayon Məhkəməsinin 30 dekabr 2014-cü il tarixli 2(40)- 862/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş aylıq 70 (yetmiş) manat alimentin miqdarının artırılaraq, cavabdehin gəlir və qazancından 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən olunmasını, həmçinin uşağın müalicəsi üçün hər ay 100 (yüz) manat müalicə xərcinin cavabdehdən onun xeyrinə tutulması və mediasiya xərci kimi ödədiyi 50 (əlli) manat pulun da cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(040)-894/2022 saylı qətnaməsi ilə (hakim H.Qəniyev) iddianın qismən təmin edilməsi, tərəflərin birgə nikahından 18 sentyabr 2009-cu ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Kəlbəcər Rayon Məhkəməsinin 30 dekabr 2014-cü il tarixli 2(040)- 862/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş aylıq 70 (yetmiş) manat sabit pul məbləğində tutulan alimentin miqdarının artırılması və Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aylıq alimentin tutularaq İddiaçı verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(040)-894/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh ilə birgə nikahlarından 18 sentyabr 2009-cu il tarixdə X3 adlı bir uşaqları doğulmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin 30 dekabr 2014-cü il tarixli 2(040)-862/2014 saylı qətnaməsi ilə 18 sentyabr 2009-cu ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 70 (yetmiş) manat alimentin tutulması qət edilmişdir. Cavabdeh X4 alimentdən başqa uşağın saxlanmasında heç bir köməklik göstərmir. Hazırda həmin alimentlə uşağı saxlamaqda və maddi ehtiyaclarını ödəməkdə çox çətinlik çəkir. Cavabdeh fərdi əməklə məşğul olur, kifayət qədər gəlirə və qazanca malikdir. Qanunvericiliyə uyğun olaraq, 2015ci ildə uşaqlar üçün ölkə üzrə yaşayış minimumu aylıq 118 manat olduğu halda, 2022-ci ildə uşaqlar üçün ölkə üzrə yaşayış minimumu aylıq 195 manat təşkil edir. Həmçinin uşaq xəstədir, daimi müalicəyə ehtiyacı vardır; hər ay uşağın müalicəsi ilə bağlı 100 (yüz) manatdan çox pul xərclənir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsini əsassızdır. Belə ki, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində iddiaçının mənafeyini üstün tutsa da, cavabdehin hüquqlarını nəzərə almamışdır. Halbuki, o, ikinci dəfə nikaha daxil olmuş və ikinci nikahından xx.xx.2014-cü il ı təvəllüdlü Günay və xx.xx.2016-cı il təvəllüdlü Bəhlul adlı övladı doğulub və onlar da hazırda onun himayəsindədir. O, məhkəməyə sübutlar təqdim edərək hazırda başqa şəxslə ailəli olduğunu, həmin nikahdan 2 azyaşlı övladı olduğunu, ailədə yeganə qazanc gətirən şəxs olduğunu, aylıq əmək haqının 300 manat olmasını göstərsə də hakim bunların heç birinə qiymət verməmiş, iddianı təmin edərək hər uşağa 150 manat pulun ondan tutulmasını qət etmişdir. Məhkəmə onun digər nikahdan doğulmuş uşaqlarının hüquqlarını nəzərə almamışdır. İddiaçı onun gəlirinin artması barədə məhkəməyə heç bir sübut təqdim etmədiyi halda iddianı qismən təmin etmiş, lakin onun gəlirinin olubolmamasına qiymət verməmiş, digər 2 övladının hansı qazancla saxlaya bilməyini nəzərə almamışdır. Birinci nikahdan 1 uşaq olmasına baxmayaraq ikinci nikahından 2 uşağı var və həyat yoldaşı Əfsanə Abbasova da uşaqlar azyaşlı olduğu üçün işləyə bilmir, ona görə də onu da qazancı ilə saxlayır. O, X7 məxsus "xxxx" MMC-də fəhlə işləyir və aylıq əmək haqqı 300 manat təşkil edir və gündəlik də səhər saat 09-dan axşam saat 17:00-dək işdə olur. Başqa yerdən əlavə gəliri yoxdur. Məhkəmənin qətnaməsi qüvvəsini alsa belə, onun aylıq 150 manat aliment ödəmək imkanı heç cür mümkün deyil, ona görə də qətnamə icrasız qalmalıdır ya da o, həbs olunmalıdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin dəlillərinə uyğun izahat verdi və himayəsində sonrakı nikahından olan iki azyaşlı uşağının olduğunu, ona görə də daha artıq miqdarda aliment ödəməyə imkanının olmadığını bildirərək qətnamənin ləğv edilib, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya istansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, apellyasiya şikayətinin dəlilləri ilə bağlı cavabdehin izahatını dinləyib, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği azaldılmaqla qətnamə dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 30 dekabr 2014-ci il tarixli 2(040)-862/2014 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Süİeyman qızının Cavabdeh qarşı “alimentin miqdarının artırılmasına dair” iddiası əsasında 18 sentyabr 2009-cu ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Kəlbəcər Rayon Məhkəməsinin 27 iyun 2013-cü il tarixli 2(040)-189/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş aylıq 50 (əlli) manat sabit pul məbləğində tutulan alimentin miqdarının artırılaraq cavabdehdən 70 (yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. İş materiallarında olan Mediator (mediasiya reyestrində qeydiyyat nömrəsi M-00185) A.Səmədova tərəfindən verilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə" arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmişlər lakin, ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan "xxxx" MMC tərefindən verilmiş 18 oktyabr 2022-ci il tarixli 14 saylı arayışdan görünür ki, Cavabdeh həqiqətən 06 noyabr 2014-cü il tarixdən etibarən "xxxx" MMC-də fəhlə vəzifəsində çalışır. Aylıq əmək haqqısı 300 (üç yüz) manat təşkil edir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 18 sentyabr 2009-cu il tarixdə X3 adlı bir uşaqları doğulmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin 30 dekabr 2014-cü il tarixli 2(040)-862/2014 saylı qətnaməsi ilə 18 sentyabr 2009-cu ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 70 (yetmiş) manat aliment tutulması qət edilmişdir. Cavabdeh alimentdən başqa uşağın saxlanmasında heç bir köməklik göstərmir. Hazırda iddiaçı həmin alimentlə uşağı saxlamaqda və maddi ehtiyaclarını ödəməkdə çox çətinlik çəkir. Cavabdeh keçən müddət ərzində əlavə olaraq könüllü heç bir köməklik göstərmədiyindən, iddiaçı alimentin miqdarının artırılaraq hər ay 200 manat miqdarında müəyyən edilməsini, həmçinin 100 manat xəstəlik xərclərinin tutulmasını xahiş etmiş, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarını hər ay 150 manat miqdarında müəyyən etmiş, məhkəmə alimentin miqdarının artırılması məsələsini müzakirə edərkən cavabdehin himayəsində daha iki yazyaşlı uşağının olduğunu, həmçinin sonuncunun aldığı əmək haqqını nəzərə almamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri valideynin aliment, habelə məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən ölkədə 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat, 2023-cü ildə isə 220 manat təşkil edir. Sadalanan hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, aliment müəyyən olunan vaxtdan sonra uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılaraq 2022-ci il üçün 193 manat müəyyən edilmişdir. Hazırda uşaq üçün müəyyən edilmiş 70 manat alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə xeyli dərəcədə azdır və onun saxlanması üçün yetərli deyildir. Bundan başqa, ötən müddətdə uşaq da böyüməklə onların tələbatları artmışdır. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsas vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərinin hər biri tərəfindən ödənilməlidir. Valideyn (işləmədikdə belə) uşağın normal maddi təminatını ödəməyə, uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Birinci instansiya məhkəməsi uşağın marağını nəzərə alıb iddianı qismən təmin edərək, müəyyən olunmuş alimentin miqdarını artıraraq yuxarıda qeyd olunan məbləğdə təyin etmişdir. Məhkəmə bu zaman cavabdehin himayəsində daha iki nəfər azyaşlı uşağının olduğunu və onun qazancını kifayət qədər nəzərə almamışdır. Kollegiya hesab edir ki, iddianın qismən təmin edilərək bir uşağın saxlanması üçün tutulan alimentin hər ay 150 manat sabit pul məbləğində müəyyən edilməsi cavabdehin ailə vəziyyətinə ciddi təsir göstərə bilər. Belə olan halda məhkəmə kollegiyası bir uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmiş hər ay 150 manat miqdarında alimentin məbləğini yüksək sayır və hesab edir ki, qətnamə həmin hissədə dəyişdirilərək artırılmış alimentin miqdarı hər ay 120 (bir yüz iyirmi) manat miqdarında müəyyən edilməli, bununla da apellyasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin ləğv edilərək iddianın rədd edilməli olmasına dair dəlili ilə razılaşmır, həmin dəlili əsassız sayır. Azərbaycan Respublikası MPM-in 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.3, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehın apellyasiya şikayəti qismən təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(040)-894/2022 saylı qətnaməsi - 18 sentyabr 2009-cu ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Kəlbəcər Rayon Məhkəməsinin 30 dekabr 2014-cü il tarixli 2(040)- 862/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş aylıq 70 (yetmiş) manat sabit pul məbləğində tutulan alimentin məbləğinin dəyişdirilərək 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilsin. 18 sentyabr 2009-cu ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Kəlbəcər Rayon Məhkəməsinin 30 dekabr 2014-cü il tarixli 2(040)-862/2014 saylı qətnaməsi əsasında Cavabdeh tutulan alimentin məbləği dəyişdirilərək hər ay 120 (bir yüz iyirmi) manat məbləğində müəyyən edilsin və Cavabdeh tutulub İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qətidir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-843/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-843/2023
06.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver