Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-848/2023 16.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Göygöl Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(066)-421/2020 saylı qətnaməsindən cavabdeh Heydərova (Cəmilova) Ruhiyyə Musa qızı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X2 və qeyrisinə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və s. tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət etmişdir. Göygöl Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(066)-421/2020 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir. Cavabdeh X3 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, cavabdeh X1 Göygöl Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(066)- 421/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iş üzrə cavabdehlərdən Cavabdeh3 məhkəməyə ərizə ilə müraciət edərək, qətnaməni əldə etdiyini, lakin itirməsini göstərərək, qətnamənin ona təkrar verilməsini xahiş etmişdir. Lakin mülki iş itirildiyi üçün, qətnamə ona verilməmiş və bundan bir neçə gün sonra digər cavabdeh X3 ərizə ilə məhkəməyə müraciət edərək, qətnaməni əldə etmiş və apellyasiya şikayəti ilə xx.xx.2023-cü il tarixdə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Göygöl Rayon Məhkəməsinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, 17 sentyabr 2020-ci il tarixli, 2(066)-421/2020 saylı iş mülki iş arxivə təhvil verilməmişdir. Göygöl Rayon Məhkəməsinin işə əlavə edilmiş 01 fevral 2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdehlər X2 və qeyrisinə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və s. tələbinə dair iş üzrə 2(066)-421/2020 saylı mülki iş bərpa edilmişdir. İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi haqda Azərbaycan Respublikası MPM-nə 1 saylı əlavənin 1-ci maddəsinə əsasən, başa çatması barədə qətnamə qəbul edilmiş və ya xitam verilmiş mülki iş üzrə itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın tam və ya qismən bərpa edilməsi bu Əlavə ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həyata keçirilir və müvafiq qətnamə qəbul edilir. Birinci instansiya məhkəməsi isə, iş üzrə itirilmiş məhkəmə icraatının bərpası barədə 01 fevral 2023-cü il tarixli qərardad qəbul etsə də, itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi haqda Azərbaycan Respublikası MPM-nə 1 saylı əlavənin tələblərinə əməl edilməmiş və yalnız əldə edilmiş sənədləri köhnə tarixə qeydə alaraq, kompütür bazasında olması ehtimal olunan məhkəmə iclas protokolunu və 17 sentyabr 2020-ci il tarixli, 2(066)-421/2020 saylı qətnaməni imzalayaq işə əlavə etmişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.4-ci maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər Məhkəmə kollegiyası hesab edir ki, itirilmiş məhkəmə icraatı Azərbaycan Respublikası MPM-nə 1 saylı əlavənin tələblərinə əməl edilməklə bərpa edilmədiyindən, cavabdeh X1 Göygöl Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(066)-421/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılmalıdır. Cavabdeh X2 izah edilir ki, o, itirilmiş məhkəmə icraatının bərpa edilməsi üçün, Azərbaycan Respublikası MPM-nə 1 saylı əlavənin tələblərinə əməl edilməklə, ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 360, 361, 363-366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Heydərova (Cəmilova) Ruhiyyə Musa qızının Göygöl Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(066)-421/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılsın. Cavabdeh Heydərova (Cəmilova) X2 izah edilsin ki, o, itirilmiş məhkəmə icraatının bərpa edilməsi üçün, Azərbaycan Respublikası MPM-nə 1 saylı əlavənin tələblərinə əməl edilməklə, ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edə bilər. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-848/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-848/2023
16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver