Məhkəmə qərarları › İş №2(104)-867/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-867/2025

15.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-867/2025 15.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X7 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı və Cavabdeh və nümayəndəsi (qəyyumu) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment öhdəliyindən azad edilmə tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-5872/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2013-cü il tarixli, AZ-İİ № 996073 saylı doğum haqqında şahadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh xx.xx.1998-ci il tarixdə Şəmkirdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 05 nömrə ilə qeyd edilmişdir. Şəhadətnamədə ata qrafasında İddiaçı, ana qrafasında isə Nümayəndə qeyd olunmuşdur.

2. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2599/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(104)-3150/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh saxlanması üçün İddiaçı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı “aliment ödəməkdən azad etmə” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət olunmuşdur.

3. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-822/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin olunması, Gəncə Şəhər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(125)-2599/2022 nömrəli qətnaməsinin “İddiaçı hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi” hissədə dəyişdirilməsi, həmin hissədə alimentin məbləğinin 130 manat müəyyən edilməsi, qətnamənin qarşılıqlı iddianın təmin edilməməsi hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

4. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1404/2024 nömrəli, 26 aprel 2024-cü il tarixli qətnaməsi ilə Nümayəndə «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsinin təmin edilməsi və xx xxxxxxx 1998-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş Cavabdeh fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi qət edilmiş, qətnamənin fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs xx xxxxxxx 1998-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş Cavabdeh üzərində qəyyum təyin edilməsi üçün əsas olduğu qeyd edilmişdir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 Şöhrət Ramiz oğluna verilmiş xx.xx.2022-ci il tarixli məşğulluq haqqında arayışdan görünür ki, xx.xx.2020-ci il tarixli müraciətə əsasən İddiaçı işaxtaran (işi və qazancı olmayan şəxs) kimi qeydiyyata alınmış, arayışın etibarlılıq müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir.

6. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 223 nömrəli, xx.xx.2024-cü il tarixli sərəncamı ilə Nümayəndə övladı Cavabdeh qəyyum təyin edilməsi qərara alınmışdır.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/2-Ş-7706/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Cavabdeh ünvanlanmış məktubundan görünür ki, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1.13-cü bəndinə uyğun olaraq, xx.xx.2021-ci il tarixindən ümumi xəstəlik səbəbindən birinci dərəcə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. O, “İnzibati icraat” haqqında Qanunun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etmək üçün xx.xx.2023-cü il tarixində Agentliyə dəvət olunmuş, lakin müraciəti qeydə alınmadığından, mövcud sənədlər üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində onun barəsində xx.xx.2023-cü il tarixindən diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/2-Ş-19646/2024 nömrəli, xx.xx.2024cü il tarixli Cavabdeh ünvanlanmış məktubundan görünür ki, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1.13-cü bəndinə uyğun olaraq, xx.xx.2021-ci il tarixindən ümumi xəstəlik səbəbindən birinci dərəcə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. O, “İnzibati icraat” haqqında Qanunun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etmək üçün xx.xx.2023cü il tarixində Agentliyə dəvət olunmuş, lakin müraciəti qeydə alınmadığından, mövcud sənədlər üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində onun barəsində xx.xx.2023-cü il tarixindən diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. Daha sonra müraciət əsasında xx.xx.2024-cü il tarixində yaşayış ünvanında müayinə olunmuş, təqdim olunan tibbi sənədlər, anamnestik məlumatlar, obyektiv müayinə əsasında ona dair hissəvi reabilitasiya qərarı qəbul olunaraq, xx.xx.2024-cü il tarixindən ümumi xəstəlik səbəbindən ikinci dərəcə müddətsiz əlillik müəyyən edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına İddiaçı Gəncə Onkoloji xəstəxanasında müayinə olunmasına dair xx.xx.2019-cu və xx.xx.2022-ci il tarixli “baş beynin nativ KT müayinə protokolları” əlavə edilmişdir.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının **********2 nömrəli, 19 noyabr 2022-ci il tarixli vəkil sorğusuna cavab məktubundan görünür ki, Cavabdeh Mərkəzi Filialdan 1-ci qrup əlil kimi 220 manat sosial müavinət, 130 manat təqaüd və X2 ona qulluğa görə 80 manat məbləğində təqaüd alır.

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının **********9 nömrəli, 14 noyabr 2022-ci il tarixli vəkil sorğusuna cavab məktubundan görünür ki, Nümayəndə Mərkəzi Filialdan 2-ci qrup əlilliyə görə əmək pensiyası alır.

11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı X4 (Şəmkir və Gədəbəy) **********2 nömrəli, 31 oktyabr 2022-ci il tarixli vəkil sorğusuna cavab məktubundan görünür ki, vətəndaş Nümayəndə hüququ yarandığı tarixdən ömürlük 2-ci qrup ümumi səbəb əlilliyə görə 268,62 manat əmək pensiyası alır, hal-hazırda ödəniş davam etdirilir.

12. “Tibbi Ərazi Bölmələrini X16” publik hüquqi şəxs “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxs “Gəncə şəhər Təcili və X6 Şöbəsi”nin vəkilə verilmiş xx.xx.2022-ci il tarixli, 83 nömrəli arayışından görünür ki, xx.xx.1998-ci il təvəllüdlü, Gəncə şəhəri Nizami rayonu X14 küçəsi 86, ev 02 ünvanında yaşayan, Cavabdeh ondan ötrü ki, son bir ildə “Gəncə şəhər Birləşmiş Xəstəxanası” PHŞ-in Təcili və X6 şöbəsindən həmin ünvana heç bir çağırış olmamışdır. Həmin ünvanda yaşayan 1969-cu il təvəllüdlü, Nümayəndə xx.xx.2022-ci il tarixdə saat 19:42-də və xx.xx.2022-ci il tarixdə 13:35-də X15 çağırılmışdır. xx.xx.2022-ci il tarixdə “ürəyin dəqiqləşdirilməmiş xroniki işemik xəstəliyi” və xx.xx.2022- ci ildə isə “nevrastemiya” diaqnozu qoyulmuş və yardım edilmişdir.

13. Gəncə Şəhər Təhsil İdarəsinin İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəb tərəfindən verilmiş 430 nömrəli, 12 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, İsmayılova (Şükürova) Şəlalə Şöhrət qızına ondan ötrü ki, o, həqiqətən 2005/2006-cı tədris ilində Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin azərbaycan bölməsi üçün birinci sinfinə qəbul edilmiş, 2015-2016-cı tədris ilində məktəbin onbirinci sinfini bitirmişdir.

14. Cavabdeh məxsus kompüter tomoqrafiyasını əks etdirən 2 ədəd disk əlavə edilmişdir.

15. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı verilmiş uçota dair arayışdan görünür ki, vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən bildirilmişdir ki, onun vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilməmişdir.

16. xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh məxsus sosial arayışdan görünür ki, Cavabdeh Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən sonuncu dəfə xx.xx.2024-cü il tarixli müayinəsinə əsasən o ikinci dərəcə əlil olmaqla əlilliyinin səbəbi ümumi xəstəlikdir, əlilliyin təyin edilmə tarixi xx.xx.2024-cü ildir, əlilliyin müddəti isə müddətsizdir, əmək qabiliyyətsizdir. Həmçinin əsas diaqnoz F73.1 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, çox ağır dərəcəli əqli gerilik, ağırlaşma G40.9 dəqiqləşdirilməmiş epilepsiya, tez-tez (ayda 10-12 dəfə) baş verən qıcolma tutmaları və ciddi davranış pozuntuları olmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

17. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək onun qızı Cavabdeh xeyrinə təyin edilmiş aliment öhdəliklərindən azad edilməsi və qızının əlillik dərəcəsi ləğv edildiyi vaxtdan hazırkı vaxta kimi ödədiyi aliment pullarının ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddia onunla əsaslandırılmışdır ki, o, bacısına məxsus Gəncə şəhəri, Ə.Əliyev küçəsi, ev 206-da tək yaşayır. Onun 62 yaşı var və o, ümumi xəstəlikdən əziyyət çəkir. Xəstə olduğu üçün səhhəti işləməyə imkan vermir. Beləliklə o, işləyə bilmədiyi üçün dolana bilmir. Eyni zamanda pensiya yaşına çatmadığı üçün pensiya almır. Onun heç bir yerdən gəliri yoxdur və o, yaşamaqda çox çətinlik çəkir. Qardaş-bacısının və qonşularının köməyi ilə birtəhər dolanır. Qohum-qardaşı nəinki ona maddi köməklik göstərir, həm də, ona mənəvi və fiziki dayaq dururlar. Onlar öz aralarında pul yığaraq ona bazarlıq edir, evini təmizləyir, dava-dərmanlarını alır və onu xəstəxanalara aparıb-gətirirlər. Onun heç bir yerdən gəliri olmadığı və o, özünü dolandıra bilmədiyi halda, bu azmış kimi qızlarından Cavabdeh əvvəllər İ-ci qrup əlil olduğu üçün onu məhkəməyə verərək onun saxlanılması üçün aliment təyin etdirmişdir. Hələ bu da, azmış kimi yenidən məhkəməyə müraciət edərək sözügedən alimentin miqdarını artırmışdır. O, təyin edilmiş alimenti qonşularının köməkliyi ilə birtəhər ödəsə də, hazırda isə aliment ödəmək iqtidarında deyil. Aliment təyin edilərkən o, bu dərəcədə xəstə olmamışdır. Hazırda səhhətində ciddi problemlər var. Ona görə də o, heç bir yerdə işləyə bilmir. Pensiya almır və heç bir yerdən gəliri yoxdur. Qızı Cavabdeh İ qrup əlil kimi keçən ilə kimi pensiya alsa da, 1 ildir ki, qızı Cavabdeh əlillik dərəcəsi dayandırılmışdır. Ona yenidən əlillik dərəcəsi müəyyən olunmamışdır. Onun əlillik dərəcəsi ləğv edildiyi üçün ona təyin olunmuş aliment də ləğv edilməlidir. Buna görə də, o qanunvericiliyin tələbinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh tərəf mediasiya iclasına gəlməmişdir. Məcbur olub hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi cavabdehin maddi yardıma ehtiyacı dövlət tərəfindən yetərincə ödənilir, hazırda cavabdehin maddi vəziyyəti onun maddi vəziyyətindən yaxşıdır.

19. Gəncə Şəhər Məhkəməsinin 2(125)-5872/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Fuad Fərhadov) iddianın rədd edilməsi qət edilmişdir.

20. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, məhkəmə tərəfindən sözügedən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin səhhətində, ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olmaması, eləcə də aliment alan şəxsin mənafeyi nəzərə alınaraq, onun maddi tələbatlarının təmin edilməsi üçün iddia rədd olunmalıdır.

21. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 112-ci maddələrinin müddəalarına istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

22. Gəncə Şəhər Məhkəməsinin 2(125)-5872/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qətnаmənin ləğv еdilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nümayəndə ilə birgə nikahdan xx.xx.1997-ci ildə X3 və xx.xx.1998-ci ildə Cavabdeh adlı uşaqları doğulmuşlar. Nümayəndə ilə münasibəti tutmadığı üçün uzun illərdir ki, ayrılmışlar. O, bacısına məxsus Gəncə şəhər Ə.Əliyev küçəsi ev 206-da tək yaşayır. Onun 61 yaşı var və o, ümumi xəstəlikdən əziyyət çəkir. O, xəstə olduğu üçün səhhəti imkan vermir ki, o, haradasa işləsin. O, işləyə bilmidiyi üçün dolana bilmir. Eyni zamanda pensiya yaşına çatmadığı üçün pensiya almır. Onun heç bir yerdən gəliri yoxdur və o, yaşamaqda çox çətinlik çəkir. O, qardaş-bacısının və qonşularının köməyi ilə birtəhər dolanır. Qonşuları nəinki ona maddi köməklik göstərir, onlar ona həm də, mənəvi, fiziki dayaq dururlar. Onlar öz aralarında pul yığaraq ona bazarlıq edir, evini təmizləyir, dava-dərmanlarını alır və onu xəstəxanaya aparıb-gətirirlər. Onun heç bir yerdən gəliri olmadığı halda və o, özünü dolandıra bilmədiyi hala, bu azmış kimi qızlarından Cavabdeh saxta yolla əvvəllər İ qrup əlil olmuş və İ qrup əlil olaraq keçən ilə kimi pensiya alırdı. 1 ildir ki, qızı Cavabdeh əlilik dərəcəsi dayandırılmışdır. Ona İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. İ qrup əlillik dərəcəsi olduğu üçün onu əhkəməyə verərək ondan onun saxlanılması üçün aliment təyin etdirmişdir. O, yaşlı və xəstə olduğu üçün uşaqları ona baxmalı olduqları halda ondan qızı Şəlalənin dolanması məqsədilə məhkəmə aliment tutur. Həmin alimenti də o, qohum-əqrabanın və qonu-qonşunun köməkliyi ilə ödəyir. O, hazırda yaşamaqda və dolanmaqda çətinlik çəkir. Ona görə, ona təyin olunmuş aliment öhdəliyindən azad olmağı üçün iddia ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 26 aprel 2024-ci il tarixli, 2(125)-1404/2024 saylı qətnaməsi ilə qızı Şəlalə fəaliyyət qabiliyyətsiz hesab edilmiş, Nümayəndə Cavabdeh qəyyumu təyin edilmişdir. Göründüyü kimi, şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi tam məqsədlidir. Onu da qeyd etmişdir ki, Nümayəndə özü İİ qrup əlildir. Bildiyinə görə ona əlillik dərəcəsi psixi probleminin olması ilə bağlı təyin edilmişdir. O, başa düşə bilmir ki, psixi problemi olan şəxs necə fəaliyyət qabiliyyəti olmayan şəxsin qəyyumu təyin edilir. Əgər qızı Cavabdeh fəaliyyət qabiliyyətsizdirsə və ona qəyyum təyin edilməlidirsə, eyni zamanda o, qızına aliment ödəməlidirsə, onda o, niyə qızının qəyyumu olmur ki, psixoloji problemi olan şəxs qəyyum təyin olunur. Bildiyinə görə psixoloji problemi olan şəxs qəyyum təyin edilə bilməz. Ona görə də, hesab etmişdir ki, məhkəməni aldatmaqla əldə edilmiş şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi onun iddiasının rədd edilməsinə gətirib çıxarda bilməz. İllər öncə Nümayəndə dövləti aldatmaqla qızı Cavabdeh İ qrup əlillik dərəcəsi təyin etdirmişdir. Şəlalə Şükurovanın fəaliyyət qabiliyyətinin olmamasının müəyyən olunması onun İ qrup əlilliyi dövründə yox İİ qrup əlilliyi dövründə əmələ gəlmişdir. Buradan belə nəticəyə gəlmək olmurmu ki, bu hallar saxta uydurmadır? Bütün bu göstərdiyi hallara görə onun iddiası təmin olunmalı idi. Lakin Gəncə Şəhər Məhkəməsinin 2(125)-5872/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiası rədd edilmişdir. Hesab etmişdir ki, sözügedən qətnamə qanunsuz və əsassızdır. Ona görə də, həmin qətnamədən apellyasiya şikayəti vermək məcburiyyətindədir. Odur ki, Gəncə şəhər Məhkəməsinin 2(125)-5872/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edərək iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş edir. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ bəndinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyatsəviyyəsi qayğısına qalır. Azərbaycan Respublikası Mülki Presessual Məcəlləsinin 560.1-cimaddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarınaziyan vurmaq məqsədi ilə istifadəedilməsi yolverilməzdir. Açıq aydın ona hüquqlardan ziyan vurmaq məqsədilə istifadə edilir. Həmin məcəllənin 560.2-cimaddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bu maddənin dispozisiyasında hüquqdan sui-istifadəyə yol verilməməsinə baxmayaraq, hüquqlardan yetərincə suiistifadəyə yol verilmişdir. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər Azərbaycan Respublikası Mülki Presessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən - Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat vermiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, hər ay 130 manat məbləğində aliment verir, lakin hazırda səhhəti ilə əlaqədar işləyə bilmir.

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və nümayəndəsi (qəyyumu) Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, 130 manat aliment ödənişi belə kifayət etmir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:

27. 17-ci maddəsinin İİ bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

28. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

29. Maddə 75.1. valideynlər uşaqlarını saxlamağa borcludurlar.

30. Maddə 80.1. Valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar.

31. Maddə 80.2. Aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.

32. Maddə 107.1. aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər.

33. Maddə 107.2. məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

34. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

40. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

41. MPM-in 372.1-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

42. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən ümumilikdə mübahisələndirildiyindən, birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-5872/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Belə ki, məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə valideynlər məsuliyyət daşıyırlar. Hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Hazırki iş üzrə mübahisəsiz haldır ki, xx.xx.1998-ci ildə doğulmuş Cavabdeh sonuncu müayinəsinə əsasən, ikinci dərəcə əlillik təyin edilmiş. Əlilliyinin səbəbi ümumi xəstəlik, əlilliyin təyin edilmə tarixi xx.xx.2024-cü il, əlilliyin müddəti isə müddətsizdir. Cavabdeh əmək qabiliyyətsizdir. Həmçinin, əsas diaqnoz F73.1 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, çox ağır dərəcəli əqli gerilik, ağırlaşma G40.9 dəqiqləşdirilməmiş epilepsiya, tez-tez (ayda 10-12 dəfə) baş verən qıcolma tutmaları və ciddi davranış pozuntuları olmuşdur. O, məhkəmə qərarı ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Anası Nümayəndə onun qəyyumu təyin edilmişdir.

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, İddiaçı Cavabdeh doğma atasıdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-822/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Gəncə Şəhər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(125)-2599/2022 nömrəli qətnaməsinin “İddiaçı hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi” hissədə dəyişdirilməsi, həmin hissədə alimentin məbləğinin 130 manat müəyyən edilməsi qət edilmişdir. İddiaçı hazırda pensiya yaşına çatmamış, onun əmək qabiliyyətsiz olması ilə bağlı iş materiallarına heç bir sübut əlavə olunmamışdır. İddiaçının maddi imkanın aşağı olması və ya xəstə olması səbəbindən aliment öhdəliyindən azad edilə bilməsi üçün yetərli sübutlar təqdim edilməmişdir.

48. Həmçinin məhkəmə kollegiyası iddia tələbinin Cavabdeh maddi yardıma ehtiyacının dövlət tərəfindən yetərincə ödənilməsinə dair dəlilləri ilə bağlı qeyd edir ki, elektron məhkəmə sistemində olan məlumatlardan görünür ki, Cavabdeh ümumi xəstəlik üzrə 2-ci qrup əlil olmaqla 220 manat pensiya alır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh hazırkı maddi vəziyyətində birinci instansiya məhkəməsi onu maddi yardıma ehtiyacı olan kimi qiymətləndirməklə düzgün nəticəyə gəlmişdir.

49. Kollegiya hesab edir ki, cavabdehin saxlanılması üçün təyin edilmiş alimentin məbləği işə baxan məhkəmələr tərəfindən hazırki iş üzrə iddiaçının maddi durumu nəzərə alınaraq təyin edilmişdir. Cavabdehin xüsusi geyim, qida və tibbi xərcləri ilə bağlı gündəlik tələbatlarının çox olmasını məhkəmə kollegiyası nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Həmin nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

50. Bundan başqa, kollegiya qeyd edir ki, hazırki iddia tələbinin maddi-hüquqi əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107-ci maddəsi təşkil edir. Qanunvericilik aliment borcunun tamamilə və ya qismən azad edilməsinin əsaslarını müəyyən etmişdir. İddiaçının qeyd etdiyi kimi, özünün qoca və maddi imkanının aşağı olması, onun aliment borclarından azad edilməsi üçün qanuni əsas deyildir. Qanunvericiliyin mənasına görə, yalnız aliment borcunun şəxsin xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəldiyi, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyi müəyyən edildiyi halda, aliment borclarını ödəməkdən azad edilə bilmə imkanı nəzərdə tutulmuşdur ki, bu hallar da, təsdiq edən sübutlar mövcud deyildir.

51. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 384, 402 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Gəncə Şəhər Məhkəməsinin 2(125)-5872/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-5872/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar