Məhkəmə qərarları › İş №2(104)-897/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-897/2023

20.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-897/2023 20.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, Xocalı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(070)-290/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Mehti qızı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları X3 və X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xocalı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(070)-290/2022 saylı qətnaməsi ilə (sədrlik edən T.Əliyev) iddia tələbi qismən təmin edilmiş, xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Xocalı Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(070)-83/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, Cavabdeh hər ay hər uşağa 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin İddiaçı Mehti qızının xeyrinə tutulması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Xocalı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(070)-290/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, X7 İdarəsinin Xocalı şəhər 3 nömrəli Klubunda müdir işləyir və aylıq əmək haqqı 400 manat təşkil edir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(104)-4293/2018 saylı qətnaməsinə və həmin qətnamə əsasında verilmiş İcra sənədinə əsasən onun 400 manat olan əmək haqqından hər ay iki uşağa (Elmina və Nurcan) görə 240 manat, Xocalı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(070)–83/2020 saylı qətnaməsinə həmin qətnamə əsasında verilmiş İcra sənədinə əsasən hər ay iki uşağa (Tunar və Aişənur) görə 240 manat, yəni iki icra sənədinə əsasən hər ay 480 manat aliment tutulur ki, məhkəmə hazırkı iş üzrə ondan yeni qətnamə üzrə 340 manat alimenti ödəməyinin mümkünlüyünü araşdırmamışdır. İş üzrə İddiaçı Mehti qızına işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında verdiyi izahatında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, onun kredit borcu var və hər ay 170 manat borc üzrə ödəniş edir. Bundan başqa, 3000 manatdan çox ödənilməmiş aliment borcu var. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Xocalı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(070)-290/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xocalı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(070)-290/2022 saylı qətnaməsi dəyişdirilməli, xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlamaqla, hər ay Cavabdeh hər uşağa 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı Mehti qızının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüqüq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə olunmuş: Doğum haqqında AZ–İV 317398 saylı şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2019-cu ildə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçı Mehti qızıdır. Doğum haqqında AZ–İV 432394 saylı şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2020-ci ildə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçı Mehti qızıdır. Xocalı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(070)-83/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı Mehti qızı arasında bağlanmış nikahın pozulması, xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 10 iyul 2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 120 manat sabit pul məbləğində alimentin İddiaçı Mehti qızının xeyrinə tutulması qət edilmişdir. X7 İdarəsinin xx.xx.2022-ci il tarixli, 1033/04 saylı arayışında qeyd olunur ki, Cavabdeh X7 İdarəsinin Xocalı şəhər 3 saylı Klubunda müdir vəzifəsində işləyir və aylıq əmək haqqı 400 manat təşkil edir. X8 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, İddiaçı Mehti qızı mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı Mehti qızı ilə Cavabdeh 25 fevral 2019-cu ildə rəsmi nikah münasibətinə daxil olmaqla evlənmiş və onların birgə nikahlarından xx.xx.2019 təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X4 adlı övladları anadan olmuşdur. Xocalı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(070)-83/2020 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, 21 mart 2019-cu il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 120 manat olmaqla,cəmi 240 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmçinin müəyyən olunur ki, Cavabdeh əvvəlki nikahdan da, iki uşağı vardır və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(104)-4293/2018 saylı qətnaməsi və həmin qətnamə əsasında verilmiş İcra sənədinə əsasən, ondan Elmina və Nurcan adlı uşaqlarının saxlanılması üçün, hər uşağa görə 120 manat olmaqla, iki uşağa görə cəmi 240 manat sabit pul məbləğində aliment tutulur. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə alimentin məbləğini müzakirə edərkən, hər ay hər bir uşağa görə 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin müəyyən edilməsini məqsədə müvafiq hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə qismən razılaşmır. Belə ki, işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, Cavabdeh X7 İdarəsinin Xocalı şəhər 3 saylı Klubunda müdir vəzifəsində işləyir və aylıq əmək haqqı 400 manat təşkil edir. Həm də, o, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(104)-4293/2018 saylı qətnaməsi və həmin qətnamə əsasında verilmiş İcra sənədinə əsasən, əvvəlki nikahdan olan uşaqları Elmina və Nurcanın saxlanılması üçün, hər uşağa görə 120 manat olmaqla, iki uşağa görə cəmi 240 manat sabit pul məbləğində aliment ödəyir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən tutulacaq alimentin məbləğini hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat məbləğində müəyyən edərkən, cavabdehin maddi vəziyyətini nəzərə almamışdır. İddiaçı öz iddiasında cavabdehin maddi vəziyyətinin yaxşı olduğunu göstərsə də, istinad etdiyi hallara dair, yəni alimentin məbləği müəyyən edildikdən sonra cavabdehin maddi vəziyyətində müsbət dəyişiklik olmasına, cavabdehin hazırda yüksək gəlirlərə malik olmasına dair heç bir sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.13-cü bəndinə əsasən, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunu uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası işin müəyyən olunmuş hallarını, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarında ifadə edilən mövqeyini, respublika üzrə ehtiyac meyarına və uşaqlar üçün yaşayış səviyyəsinin həddinə görə bazar iqtisadiyyatının hazırkı artım şəraitində əvvəlki qətnamə ilə alimentin miqdarının müəyyən edilməsindən keçən müddət ərzində Tunar və Aişənur adlı uşaqların qida, geyim, sağlamlıq və təhsillə bağlı xərclərinin də artmasını nəzərə alaraq, hesab edir ki, hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması ədalətli və məqsədəmüvafiqdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Xocalı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(070)-290/2022 saylı qətnaməsi dəyişdirilməli, xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlamaqla, hər ay Cavabdeh hər uşağa 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı Mehti qızının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384, 392- 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Xocalı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(070)-290/2022 saylı qətnaməsi dəyişdirilsin. xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlamaqla, hər ay Cavabdeh hər uşağa 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı Mehti qızının xeyrinə ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar