Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-928/2024 16.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakları ilə, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-124/2024 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyət hüququ üzrə ona məxsus Goranboy rayonunun Faxralı kəndində yerləşən evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-124/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim T.Məmmədov) iddia təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətində olan Goranboy rayonunun Faxralı kəndində 0,12 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması, İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərcinin onun özünə aid edilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-124/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın təmini əsası kimi Goranboy Rayon Məhkəməsinin 01 iyul 2010-cu il tarixli 2(045)298/2010 saylı qətnaməsinə istinad etsə də, həmin qətnamə ilə müəyyən olunmuş 3500 manat kompensasiya məbləğinin 13 ildən sonra ödənilməsi məbləğinə aydınlıq gətirməmişdir. Mülki iş materiallarında olan 11611 nömrəli qəbzdən görünür ki, 3500 manat kompensasiya məbləği olan pul Goranboy rayon İcra və Probasiya şöbəsinin hesabına xx.xx.2023-cü il tarixdə, yəni məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən 13 il sonra ödənilmişdir. Goranboy Rayon Məhkəməsi tərəfindən kompensasiya məbləğini 3500 manat müəyyən edilərkən əsas kimi onu götürmüşdür ki, cavabdehin həmin məbləğlə istifadəsində olan yaşayış sahəsinə uyğun başqa yaşayış sahəsi əldə edə bilər. Həmin vaxt isə evin inventar dəyəri ümumilikdə 6921 manat, 69 qəpik müəyyən edilmişdir. Bu gün cavabdehə ödənilən 3500 manat kompensasiya məbləği nə evin dəyərinə, nə dəki hal-hazırki kirayə haqqı qiymətlərinə uyğun deyildir. Cavabdehə ödənilməsi nəzərdə tutulan kompensasiya məbləği qətnamədən də, göründüyü kimi ona görə ödənilməli idi ki, cavabdeh həmin məbləğlə özünə yaşadığı mənzilə uyğun ev alsın. Cavabdehin çıxarılması istənilən evin hal-hazır ki, bazar qiyməti 80-90 min manat civarındadır. Ev super təmirlidir. 12 sot torpaq sahəsinin üzərində yerləşir. Belə bir evin aylıq kirayə haqqı kənd yerində ***-**** manat civarındadır. 2010-cu ildə isə kirayə haqqı 30-40 manat göstərilmişdir. Cavabdeh nümayəndəsi və vəkili X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, № 2(045)-124/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. Sədrlik edənin suallarına cavab olaraq bildirdi ki, cavabdehin mülkiyyətinində özünün ayrıca yaşayış evi yoxdur. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, Goranboy rayonunun Faxralı kəndində yerləşən 77,8 kv. metr sahəsi olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. Goranboy rayon məhkəməsinin 01 iyul 2010-cu il tarixli 2(045)298/2010 saylı qətnaməsinə əsasən Cavabdeh 3500 manat pul kompensasiyası verilməsi yolu ilə Goranboy rayonunun Faxralı kəndində yerləşən evdən istifadə hüququna xitam verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Lakin dəfələrlə kompensasiyanı ödəmək istəsə də, cavabdeh kompensasiya məbləğini götürməmiş, evdən çıxmamışdır. Cavabdeh kompensasiyanı götürmədiyindən, həmin 3500 manat kompensasiya məbləği icranın depozit hesabına onun tərəfindən köçürülmüşdür. Onu da qeyd edir ki, cavabdehin Gəncə şəhərində yaşayı evi və torpaq sahəsi vardlr ki, evin sənədini məhkəməyə təqdim edir. Həmçinin nəzərə alınmalıdır ki, Goranboy rayon məhkəməsinin 01 iyul 2010-cu il tarixli 2(045)298/2010 saylı qətnaməsinə əsasən Cavabdeh 3500 manat pul kompensasiyası verilməsi yolu ilə Goranboy rayonunun Faxralı kəndində yerləşən evdən istifadə hüququna xitam verilsə də, bu vaxta qədər həmin evdən istifadə etmişdir. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, № 2(045)-124/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)- 124/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Goranboy Rayon Məhkəməsinin 01 iyul 2010-cu il tarixli 2(045)298/2010 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 3500 manat pul kompensasiyası ödənilməsi yolu ilə Goranboy rayonunun Faxralı kəndində yerləşən evdən istifadə hüququna xitam verilmişdir. hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmalakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Goranboy rayonunun Faxralı kəndində 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı adına tam mülkiyyət hüququ üzrə xx.xx.2009-cu ildə qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli 11611 nömrəli qəbzdən görünür ki, 3500 manat kompensasiya məbləği olan pul Goranboy rayon İcra və Probasiya şöbəsinin hesabına ödənilmişdir. mediasiya sessiyasının davam etdirilə bilməməsi barədə Goranboy rayonu 1 saylı Mediasiya Təşkilatının arayışından görünür ki, 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş: hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmalakın dövlət reyestrindən R seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh adına tam mülkiyyət hüququ üzrə xx.xx.2014-cü ildə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfındən verilmiş texniki pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh adına qeydiyyata alınmışdır. Cavabdeh mülkiyyətində olan daşınmaz əmlakla bağlı məhkəmə kollegiyası tərəfindən əldə edilmiş elektron sistemdən çıxarışdan görünür ki, onun mülkiyyəti kimi yaşayış evi və torpaq sahələri qeydiyyatadn keşmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, hazırda mübahisəyə səbəb olmuş Goranboy rayonunun Faxralı kəndində 0,12 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı adına tam mülkiyyət hüququ üzrə xx.xx.2009-cu ildə qeydiyyata alınmışdır. Goranboy Rayon məhkəməsinin 01 iyul 2010-cu il tarixli 2(045)298/2010 saylı qətnaməsinə əsasən Cavabdeh 3500 manat pul kompensasiya ödənilməsi yolu ilə Goranboy rayonunun Faxralı kəndində yerləşən evdən istifadə hüququna xitam verilməsi qət edilmişdir. Cavabdeh kompensasiya məbləğini qəbul etməkdən imtina etmişdir. xx.xx.2023-cü il tarixdə 3500 manat pul kompensasiyası Goranboy rayon İcra və Probasiya şöbəsinin hesabına ödənilmişdir. Lakin cavabdeh İddiaçı mülkiyyətində olan Goranboy rayonunun Faxralı kəndində 0,12 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxmamış və iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır və əlavə olaraq aşağıdakıları qeyd edir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində həm evin dəyərini, həm də iddiaçının təklif etdiyi kompensasiyanın məbləğini mübahisələndirmiş və göstərmişdir ki, iddiaçının təklfi etdiyi məbləğə nə evin dəyərinə, nə də hal-hazırki kirayə haqqı qiymətlərinə uyğun deyildir. İddiaçının təqsiri ucbatından 3500 manat kompensasiya məbləği 13 ildən artıq müddətə ödənilməmişdir. İndi isə həmin məbləğ 2010-cu illə müqayisədə 2023-cü il üçün ədalətli hesab edilə bilməz.İddiaçı istifadə hüququna xitam verilməsi üçün bazar qiymətinə uyğun elə bir kompensasiya təklif etməlidir ki, o, həmin məbləğlə Goranboy rayonu, Faxralı kəndində orta təmirli, qənaətbəxş, kommunal şəraiti olan mənzil ala bilsin və orada yaşaya bilsin. Kollegiya həmin dəlilləri əsaslı saymır, ona görə ki, mülkiyyətçinin ödəməli olduğu kompensasiya mənzil istifadəçisinin itirdiklərinin əvəzi kimi yox, mənzilin tərkib hissəsindən istifadə etmək hüququ kimi çıxış еtdiyindən, ödənilən kompеnsasiya da ayrıca mənzilin mülkiyyət kimi əldə olunmasına deyil, başqa yеrdə yaşamaq, yəni yaşayış sahəsindən istifadə etmək hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməsini, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının verilməsi kimi çıxış edir. “Müəyyən müddət daxilində” anlayışı onu göstərir ki, istifadə hüququna xitam veriləcək cavabdeh bu müddət bitən ana qədər özünü yaşayış sahəsi ilə təmin etməlidir və yaxud kompensasiya məbləği ilə əhatə edilən müddət bitdikdən sonra kirayədə qalmağa maddi imkanı olmalıdır. Digər tərəfdən, kollegiya qeyd edir ki, kollegiyanın iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddiaçının kompensasiyanı ödəmək istəsə də cavabdehin kompensasiya məbləğini götürməyərək, evdən çıxmadığını, cavabdeh kompensasiyanı götürmədiyindən həmin 3500 manat kompensasiya məbləği iddiaçı tərəfindən icranın depozit hesabına onun tərəfindən köçürüldüyünü göstərmişdir. Həmçinin, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, cavabdehin mülkiyyətində özünün ayrıca yaşayı evi və torpaq sahələri vardır ki, bu hal da hazırki iddianın təmin edilməsininn qanuni və ədalətli olmasını təsdiq edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-124/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-124/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-928/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-928/2024
16.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver