Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-945/2024 23.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli 2(013)-143/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin və uşaq 3 yaşına çatanadək hər ay 100 manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli 2(013)-143/2024 nömrəli qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddia qismən təmin edilərək, 03 may 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulsması; 03 may 2023-cü il təvəllüdlü X1 03 (üç) yaşına çatana kimi Cavabdeh hər ay 50 (əlli) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması; Alimentin tutulmasına 15 noyabr 2023-cü il tarixdən başlanılması; Cavabdeh 44.0 (qırx dörd) manat məbləğində dövlət rüsumunun Dövlət Büdcəsinin xeyrinə tutulması; İddianın qalan hissədə təmin edilməməsi; Qətnamənin dərhal icraya yönəldilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin “03 may 2023-cü il təvəllüdlü X1 03 (üç) yaşına çatana kimi Cavabdeh hər ay 50 (əlli) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması” hissədə ləğv olunmasını və həmin hissədə iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2022-ci ildə faktiki ailə qurmuşlar və onların birgə ailə münasibətlərindən xx.xx.2023-cü il təvəllüdlü X2 adlı uşaqları anadan olmuşdur. Sonradan ailə münasibətləri pozulmuş və ayrılmışlar. Ailə münasibətləri pozulduqdan sonra Valeh adlı uşaq onun himayəsində qalmışdır. Cavabdeh isə xx.xx.2023-cü il təvəllüdlü Valeh adlı uşağın saxlanılmasında ona maddi köməklik göstərmir. İş materiallarında olan: Tərtər rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 811826 nömrəli, xx.xx.2023-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2023-cü il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır; İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 31 oktyabr 2023-cü il tarixli ******* nömrəli arayışdan görünür ki, tərəflər arasındakı hazırkı mübahisə ilə bağlı mediasiya prosesi baş tutmamışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və faktiki hallara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi xx.xx.2023-cü il təvəllüdlü Valeh adlı uşağın yetkinlik yaşına çatanadək aliment tutulmasından başqa, həmin uşağın üç yaşına çatanadək ondan iddiaçının xeyrinə hər ay 50 manat aliment tutmuşdur. Halbuki, onun maddi vəziyyəti alimentdən əlavə olaraq iddiaçının özünə hər ay 50 manat aliment ödəməyə imkan vermir. Çünki himayəsində xəstə ana-anası var və onların müalicə xərclərini qarşılayır. Bundan başqa, İddiaçı ilə birgə yaşadıqları dövrdə bandan kredit götürmüşdür və hər ay kredit ödəyir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, su artezian idarəsində çilingər işləyir və 380 manat əvəkhaqqı alır. Ttulan alimenti ödəmək iqtiarında deyil. Həmçinin himayəsində xəstəata-anası var. Uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş 150 manat alimenti ödəməyə razıdır. Lakin uşağın üç yaşına çatana kimi anaya (iddiaçıya) hər ay 50 manat aiment ödəməyə imkanı yoxdur. Sədrlik edənin sualına cavab lolaraq cavabdeh bildirmişdir ki, İddiaçı işləmir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin “03 may 2023-cü il təvəllüdlü X1 03 (üç) yaşına çatana kimi Cavabdeh hər ay 50 (əlli) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması” hissədə ləğv olunmasını və həmin hissədə iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, işləmir və himayəsində olan azyaşlı uşağa baxır. Bundan başqa, uşağın saxlanılması üçün tutulan aliment məbləği azdır. Sədrlik edənin sualına cavab olaraq iddiaçı bildirmişdir ki, cavabdeh alimenti vaxtı-vaxtında ödəyir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi qismən təmin olunmuş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməni “03 may 2023-cü il təvəllüdlü X1 03 (üç) yaşına çatana kimi Cavabdeh hər ay 50 (əlli) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması” hissədə mübahisələndirmişdir. Qətnamə digər hissələrdə mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına ailə qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni “03 may 2023-cü il təvəllüdlü X1 03 (üç) yaşına çatana kimi Cavabdeh hər ay 50 (əlli) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması” hissədə” hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər ailə quraraq evlənmişlər və onların ailə münasibətlərindən xx.xx.2023-cü il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. Sonradan ailə münasibətləri pozulduğundan tərəflər ayrılmışlar və onlar ayrıldıqdan sonra xx.xx.2023-cü il təvəllüdlü Valeh adlı uşaq iddiaçı (ana) İddiaçı himayəsində qalmışdır. Sonuncu uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən (ata) aliment tutulması barədə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayəti üzrə baxılan mübahisə Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Ailə Məcəlləsinin ər-arvadın bir-birini saxlamaq vəzifəsini müəyyən edən 84-cü maddəsinə görə ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad, nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir (Ailə Məcəlləsinin 85.1 və 85.1.1-ci maddələri). Həmin Məcəllənin 86-cı maddəsinə görə aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə kollegiyası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə uyğun olaraq, tərəflər arasında alimentin ödənilməsi barədə sazişin olmamasını, cavabdehin ailə və maddi vəziyyətini, keçmiş ər və arvadın bir-birinə maddi cəhətdən kömək etməli olduğunu, İddiaçı himayəsində azyaşlı uşaq olduğu üçün işləyə bilməməsini və tərəflərin digər diqqətəlayiq maraqlarını nəzərə almaqla, 03 may 2023-cü il təvəllüdlü X1 3 (üç) yaşına çatana kimi Cavabdeh hər ay 50 (əlli) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə ödənməsini qanuni hesab edir. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin izah edir ki, yoxlanılan hissədə alimentin bir il ərzində məcmusu 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Belə ki, MPM-nin 402-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli 2(013)-143/2024 nömrəli qətnaməsi yoxlanılan, yəni “03 may 2023-cü il təvəllüdlü X1 03 (üç) yaşına çatana kimi Cavabdeh hər ay 50 (əlli) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması” hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul olunduğu andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-945/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-945/2024
23.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver