Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-978/2025 19.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(042)-422/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 19 may 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-509/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdehin xeyrinə 10 yanvar 2016-cı il doğum tarixli X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində tutulan 235 manat alimentin miqdarının azaldılması və cavabdehin xeyrinə ondan 10 yanvar 2016-cı il doğum tarixli X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay aldığı sosial müavinətə uyğun miqdarda aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hal-hazırda heç yerdə işləmir eyni zamanda xəstəliyi ilə əlaqədər İİİ dərəcəli əlildir. Xəstəliyə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona hər ay 150 (bir yüz əlli) manat sosial yardım verilir. Müəyyən olunmuş 235 manat alimenti ödəməkdə çətinlik çəkir. Gədəbəy Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli 2(042)-422/2025 nömrəli (hakim Z.Rəsulov) qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(042)-509/2024 nömrəli qətnaməsinə əsasən 235 manat aliment ödəyir. Qeyd olunan qətnamədən apellyasiya şikayəti verməmişdir. Eləcədə həmin aliment müəyyən olunarkən indiki kimi 150 manat sosial müavinət alırdı, heç yerdə də işləmirdi. Hazırda da 150 manat sosial yardım alır və heç yerdə işləmir. Müəyyən olunmuş 235 manat alimenti isə ödəyə bilmir, 130 manat aliment ödəyə bilər. İddiaçı sonda məhkəmə kollegiyasından şikayətin təmin olunmasını, müəyyən olunmuş alimentin miqdarının azaldılaraq hər ay 130 manat müıəyyən olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, məhkəmənin müəyyən etdiyi 235 manat aliment azaldılarsa, uşağın maddi ehtiyaclarını ödəyə bilməz. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini mülki iş materialları, eləcədə tərəflərin izahatları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. İşə əlavə olunmuş Gədəbəy Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2(042)- 509/2024 saylı qətnaməsindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli, 2(042)-648/2018 saylı qətnaməsi ilə 10 yanvar 2016-ci təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulan 110 manat alimentin miqdarı artırılmış və hər ay sabit pul məbləğində 235 manat aliment cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Yuxarıda da qeyd olunduğu kimi İddiaçı müəyyən olunmuş alimentin azaldılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1. maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bundan əvvəldə qeyd olunduğu kimi hazırkı məhkəmə iclasında İddiaçı bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli 2(042)-509/2024 nömrəli qətnaməsi ilə alimentin miqdarı artırılaraq 235 manat müəyyən edilərkən 150 manat sosial müavinət almış, eləcə də heç bir yerdə işləməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra onun maddi və ailə vəziyyətində heç bir dəyişiklik olmamışdır. Yəni, hazırda da işləmir və eynilə 150 manat sosial müavinət alır. Sadəcə hesab etmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli 2(042)-509/2024 nömrəli qətnaməsi ilə artırılan alimentin məbləği çoxdur. Ona görə də alimentin azaldılması barədə hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, qanunda predmetin və əsasların eyniliyi dedikdə, onların hərfən eyni ifadə olunması deyil, məzmun və mahiyyəti etibarilə eyniliyi başa düşülür. Kollegiya qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi məzmun və mahiyyət baxımından iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin artırılması tələbi ilə eynilik təşkil edir. Kollegiya bu qənaətini onunla əsaslandırır ki, əvvəlki məhkəmə qətnaməsi ilə uşağın saxlanılması üçün müəyyən edilmiş aliment məbləği artırılarkən də İddiaçı işsiz olmuş və 150 manat sosial müavinət allmışdır. İşə baxan məhkəmə Ailə Məcəlləsinin 78.2-ci maddəsi əsasında bu hallara hüquqi qiymət verməklə aliment məbləğini dəyişdirmişdir. Şərh olunanları ümumiləşdirərək kollegiya belə qənaətə gəlir ki, aliment ödəyicisi İddiaçı hazırkı iddiada istinad etdiyi “işləməməsi və 150 manat sosial müavinət alması” barədə dəlillərə artıq Gədəbəy Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli 2(042)- 509/2024 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə hüquqi qiymət verilmiş və əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan 110 manat aliment artırılaraq 235 manat müəyyən olunmuşdur. Kollegiya bir daha qeyd edir ki, məhkəmə tərəfindən alimentin miqdarı dəyişdirildikdən sonra İddiaçı ailə və ya maddi vəziyyətində dəyişiklik olmamışdır. Yəni alimentin miqdarının artırılaraq 235 manat olması barədə hüquqi nəticəyə gəlinərkən aliment ödəyicisinin maddi və ailə vəziyyəti, indiki vəziyyətlə eyni olmuşdir. Yuxarda da qeyd olunduğu kimi ailə qanunvericiliyi isə tərəflərin ailə və ya maddi vəziyyətində hər hansı bir dəyişikliyin baş verməsi halında məhkəməyə müraciət olunmasını nəzərdə tutmuşdur. (Ailə Məcəlləsinin 112.1. maddəsi) İddiaçı isə iddia qaldırılması üçün hər hansı yeni yaranmış əsasa istinad etmədən hazırkı iddi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 267, 268, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli 2(042)-422/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-978/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-978/2025
19.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver