Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-99/2024 06.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Tovuz Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(062)-3309/2017 nömrəli qərardadından iddiaçı X3 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Tovuz Rayon Məhkəməsinin 2(062)-5743/2016 saylı mülki iş üzrə 06 dekabr 2016-cı il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Tovuz rayon Notariat X1 ilə Cavabdeh3 arasında təsdiq olunmuş xx.xx.2008-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş qeydiyyat tarixi xx.xx.2008-ci il, reyestr nömrəsi **********62 saylı olan çıxarış etibarsız hesab olunmuşdur. Qiyabi qətnamənin ləğv edilməsi barədə Cavabdeh3 tərəfindən verilmiş ərizə Tovuz Rayon Məhkəməsinin 01 avqust 2017-ci il tarixli, 2(062)-5743/2016 nömrəli qərardadı ilə təmin edilmiş, qiyabi qətnamə ləğv edilərək, işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. İş üzrə məhkəmə baxışı xx.xx.2017-ci il tarixə təyin edilmiş, lakin tərəflər məkəməyə gəlmədiyi üçün Tovuz Rayon Məhkəməsinin 2(062)-3309/2017 saylı mülki iş üzrə 24 avqust 2017-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra Cavabdeh3 ərizə ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı çıxarışa münasibətdə icrada dönüş məsələsinin həll edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(062)-3309/2017 nömrəli qərardadı ilə (hakim Fərid Əliyev) ərizənin təmin edilməsi, Tovuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(062)-5743/2016 nömrəli qiyabi qətnaməsi üzrə icrada dönüş həyata keçirilməsi və Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0,095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə Cavabdeh3 mülkiyyət hüquqlarının bərpa edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı X3 şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, həmin torpaq sahəsinin onun tərəfindən başqa şəxsə satmağından Cavabdeh3 xəbəri olmuş və bunu bilmişdir. Bununla yanaşı həmin torpaq sahəsinə formal olaraq cavabdehin adına rəsmiləşdirilmişdir. Yenidən Cavabdeh3 6 ildən sonra icrada dönüş edilməsi barədə məhkəməyə vermiş olduğu ərizə əsassızdır. O, hal-hazırda sözü gedən torpaq sahəsini başqa bir şəxsə alğı-satqı yolu ilə satmış və həmin şəxs vicdanlı alıcıdır. Tovuz Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 2(062)-3309/2017 nömrəli qərardadı ilə, şikayət forma məzmuna riayət edilmədiyi geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı X3 şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 03 avqsut 2023-cü il tarixli, 2(062)-3309/2017 nömrəli qərardadı ilə, buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim edilmədiyi üçün şikayət geri qaytarılmışdır. Bundan sonra iddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim edərək, Tovuz Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(062)-3309/2017 nömrəli qərardadından şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2(062)-3309/2017 nömrəli qərardadı ilə, Tovuz Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(062)-3309/2017 nömrəli qərardadından iddiaçı X3 tərəfindən verilmiş şikayət verilməsi üçün nəzərdə tutulan prosessual müddətin bərpası barədə ərizənin təmin edilməsindən imtina edilməsi qərara alınmışdır. İddiaçı X3 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(062)-3309/2017 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)- 2870/2023 nömrəli qərardadı ilə, iddiaçı X3 tərəfindən verilmiş şikayət təmin edilməsi, Tovuz Rayon Məhkəməsinin 2(062)-3309/2017 saylı mülki iş üzrə 21 sentyabr 2023-cü il tarixli qərardadı tam və onunla bağlı 09 oktyabr 2023-cü il tarixli qərardadı qismənşikayətin təmin edilməməsi hissəsində ləğv edilməsi, Tovuz Rayon Məhkəməsinin 2(062)- 3309/2017 saylı mülki iş üzrə 09 iyun 2023-cü il tarixli qərardadından iddiaçı X2 verdiyi şikayət apellyasiya icraatına qəbul edilməklə baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Мəhkəməsinin Mülki Kоllegiyasına verilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və Tovuz Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(062)-3309/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 236-1.1-ci maddəsinə əsasən, icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Azərbaycan Respublikasının MPM-in 236-1.2-ci maddəsinə əsasən, məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. Azərbaycan Respublikasının MPM-in 236-1.3-ci maddəsinə əsasən, məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur. Azərbaycan Respublikasının MPM-in 236-1.6-ci maddəsinə əsasən. bu maddənin müddəaları ilə müəyyən edilmiş qaydalar icra edilmiş məhkəmə qərardadlarına münasibətdə müvafiq olaraq tətbiq edilir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci 11 tarixli AN-1 ******* saylı alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş xx.xx.2008-ci il tarixdə qeydə alınan ******* saylı çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(062)-5743/2016 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, lakin qiyabi qətnamənin ləğv edilməsi barədə Cavabdeh3 tərəfindən verilmiş ərizə Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(062)-5743 saylı qərardadı ilə təmin edilərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(062)-5743/2016 saylı qiyabi qətnaməsi ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Bundan sonra isə məhkəmənin xx.xx.2017-ci il tarixli, 2(062)-3309 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Göründüyü kimi, cavabdehin adına olan çıxarışın ləğv edilməsinə dair qiyabi qətnamə ləğv olunduğundan icrada dönüşün həyata keçirilməsi qanunamüvafiqdir. Buna görə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Tovuz Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(062)-3309/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264, 267, 398 və 402-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(062)-3309/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-99/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-99/2024
06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver