Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-992/2023 11.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Fəxfrəddin qızının Cavabdeh1 qarşı mülki iş üzrə Qətnaməsi Açar söz: alimentin artırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, Cavabdeh1 iştirakı, Tovuz Rayon Məhkəməsinin 2(062)-246/2023 saylı mülki iş üzrə 10 yanvar 2023cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 11 aprel 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İş materillarında olan Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, AZ-T № 197882 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 01 iyun 2013-cü il tarixdə Tovuz rayonunda doğulmuşdur, atası Cavabdeh1, anası İddiaçı2dır. İş materillarında olan Tovuz Rayon Məhkəməsinin 2(062)-169/2021 saylı mülki iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə anası İddiaçı2 arasında 01 noyabr 2013-cü il tarixdə Tovuz rayon Qeydiyyat şöbəsində 835 sayla bağlanmış nikah pozulmuş, birgə nikahdan 01 iyun 2013-cü il tarixdə doğulmuş Şahin adlı uşaq anasının yanında saxlanılmış, uşağın saxlanılması üçün cavabeh Cavabdeh1 hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı2 verilməsi qət edilmişdir. İş materillarında olan Tovuz Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İ № 378275 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 və İddiaçı2 nikahı Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2021-ci il tarixində xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tutulan alimentin məbləğinin artırılması, xx.xx.2013-cü il təvəllüdlü Şahin adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə el adəti ilə evlənib nikahlarını xx.xx.2013-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü Şahin adlı uşaqları doğulmuşdur. Xasiyyətləri uyğun olmadığı üçün cavabdehlə ayrılmışlar və Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Həmçinin həmin qətnamə ilə uşağın saxlanılması üçün 120 manat məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda həmin məbləğ uşağın saxlanılması üçün kifayət etmir. Uşaq böyüdükcə onun saxlanması xərcləri də artır. Buna baxmayaraq cavabdeh uşağın saxlanması üçün əlavə köməklik etmir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə etmiş və əlavə olaraq göstərmişdir ki, uşaq onun himayəsində saxlanıldığı vaxtdan bu yana cavabdeh tərəfindən alimentdən başqa hər hansı könüllü maddi yardım edilməmişdir. Uşaq böyüdükcə, xərcləri də artır, həmin xərcləri isə tək qarşılaya bilmir. Ona görə maddi sıxıntılar yaşayır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməmiş və izahatında göstərmişdir ki, təyin edilmiş aliment məbləğini hər ay vaxtında ödəyir. Hər hansı gecikməsi yoxdur. Çünki, təyin edilmiş alimentin məbləği onun maddi vəziyyətinə uyğundur. Lakin, alimentin məbləği artırılacağı halda ödəmələrində gecikmələr yaranacaqdır. Çünki, maddi durumu həmin məbləğdən artığını ödəməyə imkan vermir. Sabit aylıq qazanca malik deyildir və günəmuzd çalışır. İddiaçının tələb etdiyi məbləği heç bir şəkildə ödəyə bilməz. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)-246/2023 saylı mülki iş üzrə 10 yanvar 2023cü il tarixli qətnaməsi ilə (hakim F.Əliyev) iddia tələbi qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 xx.xx.2013-cü il təvəllüdlü Şahin adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulmalı olan alimentin məbləği artırılaraq hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində müəyyən edilmiş və Cavabdeh1 tutularaq İddiaçı2 ödənilməsi, artırılmış alimenitn məbləğinin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh1 tutularaq dövlət büdcəsinə keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 2(062)- 246/2023 saylı mülki iş üzrə 10 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuzdur. Belə ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimenti çətinliklə ödəyir, hətta iddiaçı onun maddi vəziyyətini nəzərə alıb hər ay 100 manat ödəməsinə razılıq vermişdir. Həmin qətnamənin qəbulundan sonra onun qazancında hər hansı artım olmamışdır. Heç bir yerdə işləmir, məhkəmənin qət etdiyi məbləğdə alimenti ödəmək imkanına malik deyildir. Bunları məhkəmə iclasında bildirsə də, məhkəmə alimentin məbləğini 180 manat müəyyən etmişdir. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, belə ki, alimentin məbləği müəyyən edilərkən onun maddi vəziyyəti, gəliri nəzərə alınmamış, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edərək işə baxmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2 sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1 aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikasında Yaşayış minimimu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, ölkə üzrə 2023-cü ildə bir uşağın aylıq minimum dolanacaq xərcləri 220 manat müəyyən olunmuşdur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. İşdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi nəzərdə tutulmuşdur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsində təqdim edilir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Maddə MPM-in 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə MPM-in 372.7. apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin alimentin artırılması barədə iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Cavabdeh tərəf apellyasiya şikayətində heç bir yerdə işləmədiyini, müəyyən edilmiş məbləğdə alimenti ödəyə bilməyəcəyini qeyd etsə də, bu hallar onu uşağı saxlamaq və qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə olmaqla, qətnamənin ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin 2(062)-246/2023 saylı mülki iş üzrə 10 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya bu qətnamədən kassasiya şikayətinin verilməsinin mümkünlüyü məsələsini müzakirə edərək, qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinə əsasən, iddianın qiyməti 5000 manatdan aşağı olan mülki işlər üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cu maddəsinə əsasən, aliment alınması haqqında iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edilir. Məhkəmənin təyin etdiyi 180 manat aylıq alimentin bir illik məcmusu (180 manat x 12 ay)=2160 manat məbləğini təşkil edir. Göründüyü kimi, həmin məbləğ 5000 manatdan aşağı məbləğdir, ona görə də bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-246/2023 saylı mülki iş üzrə 10 yanvar 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-992/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-992/2023
11.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver