Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-998/2023 13.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Surəti Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-85/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 Cavabdeh1 qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 03 iyun 2014-cü il təvəllüdlü X3 və 18 mart 2017-ci il təvəllüdlü X1 üçün hər ay bir uşaq üçün 193 manat alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-534/2022 nömrəli qətnaməsi ilə 03 iyun 2014-cü il təvəllüdlü X3 və 18 mart 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 150 manat alimentin tutulması qət edilmişdir. Hazırda onun uşaqlarının maddi təminatı çətindir və o, uşaqlar azyaşlı olduqlarına görə işləyə bilmir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-85/2023 nömrəli qətnaməsi ilə (hakim Ə.Kərimov) iddia qismən təmin edilmiş, 03 iyun 2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 Göygöl Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(066)-534/2022 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat məbləğində müəyyən edilməsi, qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh1 tutulub İddiaçı1 xeyrinə ödənilməsi və Cavabdeh1 30 (otuz) manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-85/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, alimentin ədalətli qaydada tutulmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-534/2022 saylı qətnaməsi ilə, 03 iyun 2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı1 verilməsi qət edilmişdir. İddiaçı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş və Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-85/2023 nömrəli qətnaməsi ilə ondan tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat məbləğində müəyyən edilmişdir. Lakin o, heç bir yerdə işləmədiyindən aylıq sabit gəlirə malik deyil. Əvvəlcədən təyin edilmiş hər ay hər uşaq üçün 150 manat məbləğində alimenti isə atasının pensiyası ilə ödəyirdi. Hazırda isə alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat olmuşdur. Onun isə iş yeri olmadığından 360 manat məbləğində alimenti ödəməyi mümkün deyildir. İddiaçı1 işə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, o, əvvəllər firmada işləmiş və 600 manat əmək haqqı almışdır. Hazırda heç bir işlə məşğul deyil və 1500 manata yaxın aliment borcu var. İddiaçı və uşaqlar isə, Rusiya vətəndaşları olmaqla, Rusiyada yaşayırlar. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-85/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-85/2023 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüqüq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə olunmuş: X7 tərəfindən verilmiş ilkin mediasiya sessiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ailə mübahisəsi üzrə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh1 iştirak etmədiyini təsdiq etmək üçün verilmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-534/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, 03 iyun 2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh1 hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı1 verilməsi qət edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı1 ilə Cavabdeh1 15 may 2013-cü ildə rəsmi nikah münasibətinə daxil olmaqla evlənmiş və onların birgə nikahlarından 03 iyun 2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 adlı övladları anadan olmuşdur. Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)- 534/2022 saylı qətnaməsi ilə 03 iyun 2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh1 hər ay hər uşağa görə 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, uşağın saxlanılması üçün alimentin miqdarına dair məsələni müzakirə edərkən uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etməsini diqqətə layiq hal kimi nəzərə alır. Həmçinin hesab edir ki, valideyinlərin hər ikisinin hüquqları bərabər olmaqla, onların hər ikisinin uşağa qayğı göstərmək borcu olduğundan, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər yüksək səviyyədə saxlanılmasını əsas tutaraq, habelə uşağın qulluq,sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini nəzərə alaraq uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarı hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşmır və qeyd edir ki, iddiaçı alimentin artırılmasına dair hazırkı iddia ilə məhkəməyə müraciət etsə də, ötən 5 ay müddətində cavabdehin maddi vəziyyətində müsbət mənada, yəni artıma doğru dəyişikliklər olmasına dair hər hansı sübut növünü iş materiallarına əlavə etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.13-cü bəndinə əsasən, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunu uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Göründüyü kimi, əvvəlki alimentin miqdarı müəyyən edildikdən sonra cavabdehin maddi vəziyyətində heç bir müsbət dəyişiklik olmamış, əksinə cavabdehin bildirməsinə görə hazırda işindən azad edilmiş, işləmir və ödənilməmiş aliment borcu yaranmışdır. Bu isə o deməkdir ki, müəyyən edilmiş alimenti ödəyə bilməyən cavabdeh alimentin artırılması ilə daha pis maddi vəziyyətə salınacaqdır. Ona görə də, işə baxan məhkəmə alimentin artırılmasına dair hazırkı iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Kollegiya hesab edir ki, yuxarıda qeyd olunan maddədən göründüyü kimi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu təqdirdə məhkəmə alimentin miqdarını dəyişə bilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 maddi vəziyyətində hər hansı artıma doğru müsbət dəyişikliyin olması müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin ümumiyyətlə qazancının olub-olmadığını, onun maddi vəziyyətində artım üçün hər hansı müsbət dəyişikliyin olub-olmamasını araşdırmamış, yalnız iddiaçının mülahizəsini əsas götürərək, alimentin məbləğini artırmışdır. Azərbaycan Respublikası MPM-nin: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2.birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və mübahisənin maddi-hüquqi əsası düzgün müəyyən edilməmişdir ki, bu hallar da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-85/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 390, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-85/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı1 Cavabdeh1 qarşı alimentin artırılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən kassasiya şikayət verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.