Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1000/2024 21.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi tələbinə dair” mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 2(060)-702/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 2(060)-702/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi tələbinə dair” iddiası təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh olan 3100 (üç min yüz) manat aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-2361/2021 saylı qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 21 iyul 2015-ci il tarixli qətnaməsi ilə ondan iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər il qəbul ediləcək “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ölkə üzrə uşaqlar üçün müəyyən olunan məbləğdə tutulması qət edilmiş alimentin məbləği azaldılaraq hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində müəyyən edilmişdir. Cavabdeh aliment borcu ilə bağlı ondan şikayət etmiş və nəticədə ona qarşı cinayət işi açılaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə hökm çıxmışdır. Abşeron Rayon Məhkəməsinin 1(012)-376/2018 saylı, 23 oktyabr 2018-ci il tarixli hökmünün 5-ci vərəqəsinin 1-ci abzasında qeyd olunmuşdur ki, “göründüyü kimi, təqsirləndirilən şəxs İddiaçı məxsus olmuş və aliment borcunun 2000 manatı müqabilində Cavabdeh tərəfindən qəbul edilmiş “VAZ-21074” markalı **-BR-*** qeydiyyat nişanlı avtomobil sonuncu tərəfindən 4500 manata satılmışdır ki, bu da öz növbəsində məhkəmə tərəfindən təqsirləndirilən tərəfindən 5056 (beş min əlli altı) manat 40 (qırx) qəpik məbləğində aliment borcunun 2500 manat hissəsində ödənilməsi kimi qiymətləndirilir”. Abşeron Rayon Məhkəməsinin hökmündən göründüyü kimi, cavabdeh avtomobili 4500 manata satdığı halda, 2000 manata satdığını bildirmişdir. Bununla da ondan 2500 manat artıq pul almaq istəyir. Həmçinin bildirir ki, 14 sentyabr 2005-ci il təvəllüdlü X7 18 yaşı tamam olmamış ailə həyatı qurmuşdur. Cavabdeh isə bu barədə ona heç bir məlumat verməmişdir. Sonradan ona məlum olub ki, 31 oktyabr 2023-cü il tarixdə Bağırova Aytacın toy mərasimi olmuş və oğlan tərəfindən tutulmuş kirayə qaldığı evə getmişdir. Toy mərasimində isə qız atasının, yəni onun öldüyünü bildirmişdir. 14 sentyabr 2005-ci il təvəllüdlü X7 anasının himayəsində olmadığı halda onun əmək haqqından 600 manat aliment tutulmuşdur. Beləliklə, hesab edir ki, onun aliment borcundan 3100 (2500+600) manat silinməlidir; həmin məbləği cavabdeh ondan qanunsuz olaraq tələb edir. Ona görə də iddiasının təmin olunmasını xahiş edir. İş üzrə yuxarıda qeyd olunan qətnamə çıxarılmışdır. Həmin qətnamə ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 2(060)-702/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işdə mövcud olan sübutları tam araşdırmamış, təkcə cavabdehin izahatını sübut kimi qəbul etmiş, lakin həmin izahatı iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlamadan hüquqi qiymət vermişdir. Belə ki, cavabdeh məhkəmədə izahat verərkən bildirmişdir ki, iddiaçı 2022-ci ildə Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə aliment borcundan 2000 manat sildirmişdir. Həmin borc silindikdən sonra hazırda mövcud olan borcu qalmışdır. Lakin iddiaçı eyni əsasla yenidən həmin borcun silinməsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçı alimenti tam vaxtında ödəmədiyinə görə borcu yaranmışdır... Bununla bağlı bildirir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2022-ci il qətnaməsində aliment başqa əsasa görə silinmişdir. Cavabdeh tərəfindən verilən izahat məhkəmə tərəfindən araşdırılmamışdır. O, aliment borcundan silinməsi üçün 2500 manat pulun Abşeron Rayon Məhkəməsinin 1(012)-376/2018 saylı, 23 oktyabr 2018-ci il tarixli hökmü ilə təsdiq olunduğunu əvvəlki məhkəmə iclaslarında bildirmişdir. Həmçinin məhkəmə 14 sentyabr 2005-ci il təvəllüdlü X4 ailə həyatı qurduğu və cavabdehin himayəsində olmadığı halda aliment aldığını araşdırmamış, X5 məhkəmə iclasına çağırıb dindirməmişdir. Sonuncu məhkəmə iclasına geçikdiyinə görə məhkəmə baxışında iştirak edə bilməmiş, məhkəmə isə cavabdehin verdiyi izahatı sübut kimi qabul etmişdir... Beləliklə, məhkəmə tərəflər arasında yaranan münasibətləri tənzimləyən maddi hüquq normalarına düzgün istinad etməmiş, istinad etdiyi normaları düzgün təfsir etməmişdir. Ona görə də hesab edir ki, qətnamə ləğv edilməlidir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinin əsassız və həqiqətə uyğun gəlməyən olduğunu bildirərək, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəfləri dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, iş üzrə müəyyən edilən hallara və tərəflərin qarşılıqlı münasibətlərinə tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə iş üzrə icraata xitam verilən hissəsi istisna olmaqla qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Apellyasiya baxışında məlum olmuşdur ki, İddiaçı bundan əvvəl də Sumqayıt Şəhər Məhkəməsində “aliment borcunun silinməsi tələbinə dair” iddia qaldırmış və həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(060)-1714/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı Cavabdeh olan aliment borcundan 2000 (iki min) manatının silinməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin mülki iş üzrə iddiasında İddiaçı 5800 manat aliment borcunun silinməsini tələb etmiş, tələbini onunla əsaslandırmışdır ki, sözügedən borc 2015-2020-ci illərdə yığılan borcdur. Onun cavabdehə 2000 manat aliment borcu olan zaman borcun əvəzi olaraq maşın vermiş və cavabdeh həmin avtomobili 4500 manata satmışdır. O, həmin avtomobili aliment borcu ilə əvəzləşdirilməsi üçün vermişdir... Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-1714/2022 nömrəli qətnaməsində qeyd olunmuşdur ki, məhkəmə araşdırması zamanı iddiaçının aliment borcunun əvəzi olaraq verdiyi avtomobilin cavabdeh tərəfindən 4500 manata satılması barədə iddiası təsdiqini tapmamışdır. İş materiallarında olan Abşeron rayon icra və probasiya şöbəsinin məktubunda və cavabdehin izahatında həmin avtomobilin 2000 manata satıldığı göstərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək iddiaçının aliment borcundan 2000 manat silinməlidir. Göründüyü kimi, məhkəmə iddiaçının aliment borcunun əvəzi olaraq verdiyi avtomobilə görə onun cavabdehə olan borcundan 2000 manat silmiş, avtomobilin dəyərinin iddia edilən qalan 2500 manatını isə qəbul etməyərək bu hissədə iddianı əsaslı hesab etməmişdir. Yəni iddiaçı cavabdehə verdiyi avtomobilin əvəzində aliment borcundan 4500 manatın silinməsini tələb etsə də, məhkəmə həmin tələbi 2000 manat məbləğində təmin etmiş, qalan 2500 manat hissəsində iddianı rədd etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-1714/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra İddiaçı hazırkı iş üzrə iddiasında aliment borcundan silinməsini tələb etdiyi məbləğin (3100 manat) tərkibində aliment borcunun əvəzi olaraq verdiyi avtomobilin iddia etdiyi satış dəyərinin əvvəlki mülki iş üzrə qətnamədə qəbul və təmin edilməmiş 2500 manatını yenidən eyni qaydada mübahisələndirmişdir. Halbuki, həmin 2500 manat məbləğlə bağlı tələbin rədd edilməsi barədə artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alıb, MPM-in 261.0.2, 384.0.5 və 387.2.8-ci maddələrinə əsasən belə nəticəyə gəlmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 2(060)-702/2024 nömrəli qətnaməsi qismən, yəni aliment borcundan 2500 manat məbləğin silinməsi tələbi ilə bağlı hissədə ləğv edilməli və həmin hissədə iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması əsası ilə xitam verilməlidir. Bununla bağlı məhkəmə kollegiyası iş üzrə eyni (xx.xx.2024-cü il) tarixli ayrıca qərardad qəbul etmişdir. Birinci instansiya məhkəməsinin hazırkı iş üzrə mübahisələndirilən qətnaməsinin, ləğv edilərək iş üzrə icraata xitam verilən hissəsi istisna olmaqla, qalan (aliment borcundan 600 manat məbləğin silinməsi tələbinə dair) hissəsi ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, qətnamə həmin hissədə qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi iddianı aliment borcundan 600 manat məbləğin silinməsi tələbinə aid hissədə təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. İddiaçı xx.xx.2005-ci il təvəllüdlü qızı Aytacın yetkinlik yaşına çatmamış (4 ay qalmış) ailə həyatı qurduğunu və cavabdehin himayəsində olmadığı halda ona qanunsuz olaraq 600 manat aliment borcu hesablandığını iddia etsə də, lakin məhkəməyə bunu təsdiq edən müvafiq sübutlar (məsələn, nikah yaşının azaldılması barədə müvafiq icra hakimiyyəti orqanının icazəsi və bununla əlaqədar nikahın yetkinlik yaşına çatmadan qeydə alınması barədə sənədlər, toy fotoşəkilləri və s.) təqdim etməmişdir. Göründüyü kimi, iddiaçının aliment borcundan xx.xx.2005-ci il təvəllüdlü qızı Aytaca görə hesablanmış 600 manat məbləğin silinməsi ilə bağlı tələbi də əsassızdır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qəbuledilən deyildir. Apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə iş üzrə icraata xitam verilən hissəsi istisna olmaqla qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə müvafiq olaraq mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 2(060)-702/2024 nömrəli qətnaməsi iş üzrə icraata xitam verilən hissəsi istisna olmaqla, qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1000/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1000/2024
21.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver