Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1025/2025 18.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, İddiaçı Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin başqa şəxslərin adına sənədləşdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə ilk, Cavabdeh1 MTK-nın İddiaçı qarşı alqı-satqı müqaviləsinin və maliyyə arayışının etibarsız hesab edilməsi barədə qarşılıqlı iddialarına dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(012)-212/2025 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(012)-212/2025 nömrəli qətnaməsi ilə ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində tikilmiş, 2 bloklu, çoxmərtəbəli yaşayış binasının “A” bloku, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 132,27 kv.metrlik 2 nömrəli mənzilə dair İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə və tərtib edilmiş maliyyə arayışının etibarsız hesab edilməsi, İddiaçı ilkin iddia ərizəsinin verilməsi üçün ödədiyi 100 manat dövlət rüsumunun onun özünə aid edilməsi, Cavabdeh1 MTK-nın qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödədiyi 100 manat pulun İddiaçı tutularaq Cavabdeh1 MTK-ya verilməsi, ekspertizanın dəyəri kimi 70 manat pulun İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməsi qət edilmişdir (hakim Məlahət Abbasova). Qətnamədən narazı qalan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(012)-212/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, tərəflər heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə onların iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçının nümayəndəsi Vəkil “elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə ünvanlayaraq AR Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinin tələblərini nəzərə alaraq apellyasiya şikayətindən imtina etdiklərini bildirmiş və bununla əlaqədar birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasının xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və ərizəni araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayətindən imtinası qəbul olunmalı və apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. İş materiallarından göründüyü kimi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Vəkil vermiş olduğu apellyasiya şikayətindən imtina ərizəsi qanuna zidd deyildir, bu səbəbdən də, onun apellyasiya şikayətindən imtinası qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191, 261.0.4, 370, 384.0.5, 402.2.4, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Abşeron Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(012)-212/2025 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilsin və apellyasiya şikayəti üzrə işin apellyasiya icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1025/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1025/2025
18.09.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver