Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-861/2025 11.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı və qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinin İddiaçı Salman oğluna qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X3 cəlb edilməklə) mülki iş üzrə (Açar sözlər: apellyasiya icraatına xitam) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Səyyad Ağaəli oğlu Qafaridən ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İlk iddia üzrə İddiaçı Cavabdehnə qarşı "müqavilənin etibarsız hesab edilməsi və mənzilin başqa şəxsə satılmasına cavabdeh tərəfindən edilən maneənin aradan qaldırılması" tələbinə dair ilk və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinin İddiaçı Salman oğluna qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 cəlb edilməklə) "müqavilənin etibarsız hesab edilməsi" barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(012)-61/2025 nömrəli qətnaməsindən Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı mənzilin başqa şəxslərin adına sənədləşməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində tikilmiş 2 bloklu, çoxmərtəbəli yaşayış binasının “A” bloku, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 132,27 kv.m olan, 3B, 58 nömrəli mənzilə dair onun sərəncam vermə hüquqlarının bərpa edilməsi və həmin əmlakın hər hansı bir şəxsin adına sənədləşdirilməsinin Cavabdeh Mənzil-Tikinti Kooperativinə (onun rəhbərliyinə) həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Daha sonra ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə ərizə ünvanlayaraq, X3 ilə Cavabdeh Mənzil-Tikinti Kooperativi arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində tikilmiş 2 bloklu, çoxmərtəbəli yaşayış binasının “A” bloku, 10- cu mərtəbəsində yerləşən, ümumi sahəsi 132,27 kv.m olan, 3B, 58 nömrəli mənzilə dair tərtib edilmiş 10 noyabr 2014-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi və ona məxsus həmin mənzilin başqa şəxsə satılmasına cavabdeh tərəfindən edilən maneçiliyin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. Cavabdeh Mənzil-Tikinti Kooperativi İddiaçı Salman oğluna qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X3 cəlb edilməklə) müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh Mənzil-Tikinti Kooperativi arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş 2 bloklu çoxmərtəbəli yaşayış binasının A bloku 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 132,27 kv.metr olan 3B, 58 saylı mənzilə dair tərtib edilmiş 21 fevral 2015ci il tarixli müqavilənin və maliyyə arayışının etibarsız (əhəmiyyətsiz) hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Abşeron Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(012)-61/2025 nömrəli qətnaməsi ilə (hakim Elçin Kazımov) - İlk iddia təmin edilsin. X3 ilə Cavabdeh Mənzil-Tikinti Kooperativi arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində tikilmiş 2 girişli, 16 mərtəbəli yaşayış binasının “A” bloku, 10-cu mərtəbəsində yerləşən, sahəsi 132,27 kv.m olan 3 otaqlı mənzilə dair bağlanmış 10 noyabr 2014-cü il tarixli müqavilə etibarsız hesab edilsin və İddiaçı məxsus həmin mənzilin başqa şəxsə satılmasına "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən edilən maneçilik aradan qaldırılsın. İlk iddia üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh Mənzil-Tikinti Kooperativindən alınaraq İddiaçı ödənilsin. Cavabdeh Mənzil-Tikinti Kooperativinin İddiaçı qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X3 cəlb edilməklə) müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza xərcinin tədqiqatının dəyəri olan cəmi 362 (üç yüz altmış iki) manat Cavabdeh Mənzil- Tikinti Kooperativindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün - qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 178.8-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 152.1, 152.2, 152.3, 157.8, 157.4, 386.1, 390.1, 324.1, 324.4, 331.1, 337.1, 337.2, 337.4-cü maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, 29-cu maddəsinin İ, İİ və İV hissələri, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2, 76.1, 76.2, 107, 14.2, 77.1, 80, 81, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsində icraat
6. Abşeron Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(012)-61/2025 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 hər biri ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişlər.
7. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir.
8. Bundan başqa müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil3 “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq hazırkı mülki iş üzrə mübahisəni aralarında həll etdiklərini, apellyasiya şikayətindən imtina edərək apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmə icraatı iştirakçılarının izahatları İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Maddə 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Maddə 402.2 Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
11. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyatorların apellyasiya şikayətlərindən imtina etmələri barədə ərizələrini iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək hesab ki, apellyasiya şikayətlərindən imtina qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, yuxarıda sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər. Mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, apellyasiya şikayəti verən şəxs həm də apellyasiya şikayətindən imtina etmək hüququna malikdir və bu şikayət vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni apellyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq apellyasiya şikayətindən imtina edə bilər. Lakin apellyasiya şikayətindən imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həm də apellyasiya şikayətindən imtina apellyasiya şikayəti verən şəxsin yazılı ərizəsi ilə yetərli hesab olunmur, bunun üçün şikayətdən imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin apellyasiya şikayətlərindən imtinası sərbəst iradə ifadəsini əks etdirir, şikayətlərdən imtina qanuna zidd deyil, eləcə də digər şəxslərin qanunla qorunan hüquq və mənafelərini pozmur. Ona görə də apellyasiya şikayətlərindən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir
12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 369-370, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətlərindən imtinası qəbul edilsin. Abşeron Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(012)-61/2025 nömrəli qətnaməsindən Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.