Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3006/2025 06.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ilkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı, Qarşılıqlı iddia üzrə Cavabdeh2 cavabdeh İddiaçı və Cavabdeh1nə qarşı tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: (müqavilə öhdəliyinin icra edilməsi, əqdin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair ilk, Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 nə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddialarına dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-117/2025 nömrəli, 06 may 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. İcraçı "xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən icraçı, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 147 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, V blok, 7ci mərtəbə, izolə olunmuş iki otaqdan ibarət 320 saylı mənzili bir pay kimi payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş mənzili qəbul etməyi və dəyərini tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür;
3. İcraçı Cavabdeh1 MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 075 saylı mənzil tikintisi haqqında müqaviləyə əssasən icraçı, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 1 ünvanındakı V blok, 10-cu mərtəbə, izolə olunmuş iki otaqdan ibarət 320 saylı mənzili (bundan sonra mübahisəli mənzil) bir pay kimi payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş mənzili qəbul etməyi və dəyərini tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür;
4. Həmin müqavilənin 3-cü bəndinə əsasən, mənzilin sahəsi 77.36 kv.m təşkil etməklə 1 kv.m-nin dəyəri 540 manat, mənzilin ümumi dəyəri isə 41774 manat təşkil etmiş, payçı mənzilin dəyərindən 25740 manat ödəniş etməklə qalıq qalan ödəniş məbləğini 8 ay ərzində hər ay 2000 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür;
5. İcraçı Cavabdeh1 MMC ilə alıcı Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 320 saylı mənzil tikintisi haqqında müqaviləyə əsasən icraçı mübahisəli mənzili bir pay kimi payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş mənzili qəbul etməyi və dəyərini tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür.
6. Həmin müqavilənin 3-cü bəndinə əsasən, mənzilin sahəsi 77.36 kv.m təşkil etməklə 1 kv.m-nin dəyəri 594.62 manat, mənzilin ümumi dəyəri isə 46000 manat təşkil edir, mənzilin dəyəri payçı tərəfindən tam şəkildə ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İlkin iddia üzrə İddiaçı Cavabdeh1 MMC-yə qarşı iddia qaldıraraq, mübahisəli mənzilin Cavabdeh1 MMC-nin qanunsuz sahibliyindən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İlkin iddiaçı daha sonra tələbini dəqiqləşdirərək, ilk iddianın qalan hissələrdə saxlanılmaq şərtilə, Cavabdeh2 ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 320 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onunla "xxxx" MMC-nin direktoru X9 arasında bağlanmış mənzil tikintisi haqqında xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən MMC mübahisəli mənzili bir pay kimi verməyi öz öhdəsinə götürmüşdür. Müqavilədən də göründüyü kimi, o, "xxxx" MMC-nin direktoruna ilkin olaraq 7000 manat avans ödəmiş və müqavilənin şərtlərinə uyğun olaraq hər ay ödənişlərini vaxtı-vaxtında etmişdir. Bundan sonra, o, "xxxx" MMC ləğv olunduğuna və onun hüquqi varisi kimi Cavabdeh1 MMC tanındığına görə xx.xx.2019-cu il tarixdə Cavabdeh1 MMC-nin direktoru X10 ilə 075 saylı mənzil tikintisi haqqında müqavilə bağlamışdır. Müqaviləyə əsasən, MMC mübahisəli mənzili bir pay kimi verməyi öz öhdəsinə götürmüş, o isə ilkin olaraq 25740 manat avans ödəmiş, bundan sonra da müqavilədə də qeyd edildiyi kimi, 8 ay müddətində ödənişlərini mütəmadi olaraq ödəmişdir. Həmçinin, o, MMC-nin direktoruna ərizə ilə müraciət edərək şirkətin "xxxx" MMC adından Cavabdeh1 MMC adına keçməsinə etiraz etmədiyini bildirmişdir. Sənədlərdən də göründüyü kimi, o, bütün ödənişlərini edərək mənzili satın almış və faktiki olaraq mənzil açarla birlikdə təhvil verilmişdir. Buna baxmayaraq, məlum olmuşdur ki, mənzilin açarı dəyişdirilmişdir. Açarın verilməsi üçün o, şirkətə müraciət etsə də, açar ona təqdim edilməmişdir. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
10. Cavabdeh2 İddiaçı və Cavabdeh1 MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış müqavilənin mübahisəli mənzilə aid hissədə etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Qarşılıqlı iddia tələbi belə əsaslandırmışdır ki, Cavabdeh1 MMC ilə xx.xx.2022-ci il tarixdə 320 saylı müqavilə bağlamış və mübahisəli mənzilin dəyəri olan 46000 manat nağd şəkildə ödənilmişdir. Bununla bağlı Cavabdeh1 MMC tərəfindən maliyyə arayışı verilmişdir. Mənzil-tikinti kooperativi binalarının y aşayış sahələrinə köçmə üçün nəzərdə tutulmuş pay haqqı tam ödənilməsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Sahiblik, faktiki vəziyyət olduğuna görə, onun varlığı nəticəsinə gəlmək üçün hüquqi sənədləşmə ilə yanaşı, şəxsin əşyanı real şəkildə öz təsirində saxlamasını göstərən hərəkətlər mövcud olmalıdır ki, bu hərəkətlər artıq onun tərəfindən həyata keçirilmişdir.
12. Abşeron Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2(012)-3568/2023 nömrəli qətnaməsi ilə ilk iddia ərizəsinin təmin edilməsi, Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022- ci il tarixli mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, mübahisəli mənzilin MMC-nin qanunsuz sahibliyindən alınaraq İddiaçı təhvil verilməsi, iddiaçı Cavabdeh2 ca vabdehlər İddiaçı və Cavabdeh1 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir (hakim Habil Əhmədov).
13. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzilə dair müxtəlif tarixlərdə, yəni xx.xx.2019-cu il tarixdə (xx.xx.2014) və xx.xx.2022-ci il tarixdə mənzil alğı-satqısı müqaviləsi bağlanaraq müqavilə tərəfləri qismində alıcı - ilkin İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh2 tanınmışdır. Hazırda, mənzil alğı-satqı müqavilələrinin alıcıları olan ilkin və qarşılıqlı iddiaçılar digər tərəflə bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişlər.
14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, MMC mənzilin ilk sahibinin İddiaçı olduğunu bildiyi halda, mənzilin bağlanma tarixindən sonra, yəni xx.xx.2022-ci il tarixdə Cavabdeh2 ilə mənzil alğı-satqısına dair müqavilə bağlamaqla qanunvericiliyin tələblərinə zidd hərəkət etmiş, müqavilənin etibarlı hesab edilməsi üçün zəruri şərtlərə cavab verməmişdir. Beləliklə, qarşılıqlı iddiaçı Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixdə mübahisəli mənzilə dair növbəti dəfə alğı-satqı müqaviləsi bağlamaqla mənzili ikinci dəfə satmış Cavabdeh1 MMC mənzilin ilk sahibi olduğu halda bilərəkdən qanunvericiliyin tələblərini pozduğundan bağlanmış ikinci müqavilə də iradə ifadəsinin zədələnməsi yolu ilə tərtib olunmuşdur. Başqa sözlə, həmin əqdin etibarsızlığı ilkin iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmişdir ki, bu da əqdin etibarsız hesab edilməsinə əsasdır, yəni qeyd olunan əqd “iradə ifadəsini n zədələnməsi” ilə tərtib olunmuşdur və bağlandığı andan da etibarsız hesab edilməlidir.
15. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh2 mübahisəli mənzilə dair xx.xx.2022-ci il tarixdə müqavilə bağlandığını iddia edərək İddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı İddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin qanunvericiliyin tələblərinə uyğun olan formada bağlanması, Cavabdeh2 ilə bağlanmış müqavilənin isə qanunvericiliyin tələblərinə uyğun olmayan formada bağlanması, nəticə etibarı ilə qeyd olunan halın sonuncu müqavilənin etibarsız hesab edilməsinə əsas olması öz təsdiqini tapmışdır.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respub likası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 324.5, 324.6, 337.1, 337.2, 337.4, 390.1, 405.1, 452.1 və 452.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.3 və 217.4-cü maddələrinə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 1 dekabr 2020-ci il tarixli və “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarl arında qeyd olunan hüquqi mövqeyə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə öhdəliyinin olmasına baxmayaraq, bir mənzilin inşa edilib eyni zamanda müxtəlif şəxslərin istifadə və sahibliyinə verilməsi həm faktiki, həm də hüquqi baxımdan qeyri-mümkündür. Belə bir vəziyyət yarandığı halda, yəni hazırkı vəziyyətdə mənzilin qanuni sahibi və istifadəçisi olan, habelə mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində üstün hüquqa malik olan (bu hüququ əldə etmə k üçün real hüquqi gözləntiyə malik olan) şəxsin müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir. Bu zaman əşyaya sahiblənmə dedikdə, mahiyyət etibarilə hüquqi sənədləşmə deyil (belə ki, tərəflərin hər birinin sənədi mövcuddur), faktiki hərəkətlərlə gərçəkləşən yiyələnmə əməli başa düşülür. Sahiblik (yiyələnmə), şəxsin əşyanı özünün nəzarətində və təsir dairəsində saxlaması, kənar şəxslərin müdaxiləsindən qoruması (qapı qoyması, açarını yalnız özündə saxlaması, təmir etməsi), mütəmadi baş çəkərək onu idarə etməsi, saxlanma və kommunal xərclərini ödəməsi və s. kimi faktiki hərəkətlərdə özünü göstərir. Belə ki, sahiblik, faktiki vəziyyət olduğuna görə, onun varlığı nəticəsinə gəlmək üçün hüquqi sənədləşmə ilə yanaşı, şəxsin əşyanı real şəkildə öz təsirində saxlamasını göstərən hərəkətlər mövcud olmalıdır ki, bu hərəkətlər artıq onun tərəfindən həyata keçirilmişdir. Əlavə olaraq 1-ci instansiya məhkəməsi qətnamə ilə mənzilin iddiaçıya təhvil verilməsini qət etməklə onun mülkiyyət hüququnun pozulmasına gətirib çıxarmışdır. Məhkəmə nəzərə almamışdır ki, sözügedən mənzilin vicdanlı sahibi və alıcısı odur. Hazırkı qətnamənin icrası zamanı mənzilin ondan alınması qanunun pozulmasına gətirib çıxaracaqdır. Eyni zamanda 1-ci instansiya məhkəməsi nəzərə almamışdır ki, ilkin iddiaçı tərəfindən mənzilə dair müqavilə öhdəliyi tam yerinə yetirilməmiş, digər cavabdehə ona mənzil verilməsi barədə heç bir tələb irəli sürülməmiş və birbaşa hazırkı iddia ilə məhkəmədə iddia verilmişdir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qu rğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. İşi araşdıran 1-ci instansiya məhkəməsi mübahisəli mənzilin 2021-ci ildə onun tərəfindən tam qanuni əsaslarla əldə edilməsi hissəsində düzgün hüquqi nəticəyə gəlməmişdir. Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda Mülki Məcəllənin 337.5ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidi r. Təsadüfi deyildir ki, mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda, hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Lakin 1-ci instansiya məhkəməsi bu qaydaya əməl etməmiş hər iki tərəfin şahidlərin dindir ilməsi ilə bağlı vermiş olduğu vəsatət təmin edilsə də, onun şahidləri dindirilməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün bütün sübutları tədqiq etməmişdir. Məhkəmə tərəfindən məhkəmə araşdırması zamanı tərəflərin həqiqi iradə ifadələri araşdırılmamış, tərəflər arasında yaranmış problem və mübahisənin nəticəsinə bir başa təsir edəcək bütün faktiki hallar araşdırılmamış, sadəcə olaraq iddiaçının formal tələbi əsasında iddia təmin edilmişdir. Müqavilənin etibarsız sayılması özü-özlüyündən mənzilin təhvil verilməsinə dəlalət edə bilməz. Bundan başqa, 1-ci instansiya məhkəməsi nəzərə almamışdır ki, hazırkı mənzil onun tərəfindən 2021-ci ildə əldə edilmiş və nə mənzili alan, nə də mənzildə sahiblik və istifadəyə başladığı müddət ərzində ona qarşı heç kəs irad bildirməmişdir. Bundan başqa, 1-ci instansiya məhkəməsi nəzərə almamışdır ki, digər cavabdeh Fam-88 ilkin iddiaçı tərəfindən müqavilə öhdəliyi yerinə yetiriləcəyi təqdirdə həmin şəxsi mənzillə təmin edəcəkdir. Məhkəmə tərəfindən tərəflər arasında olan mübahisə üzrə sübut növündə əsas götürdüyü hallar əsaslandırılmamış və hüquqi qiymət verilməmişdir. 1-ci instansiya məhkəməsi tərəflər arasında olan münasibətləri tam şəkildə araşdırmadığı üçün qətnamədə qeyd etdiyi nəticə işin halları ilə uyğun gəlməmişdir.
19. Cavabdeh1 nümayəndəsi X1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 28 may 2014-cü il tarixdə Abşeron rayonu, Xırda lan şəhəri, M.Hüseynzadə kücəsi, 1 ünvanıda fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus çox mərtəbəli yaşayış binasından 36 ay müddətinə, ümumi dəyəri 41774 manat olan mübahisəli mənzilə dair müqavilə bağlamışdır. Müqavilənin şərtlərini pozan İddiaçı 28 may 2014- cü ildən 26 mart 2019-cu ilə kimi "xxxx" MMC-yə ümumilkdə 25740 manat pul ödəmişdir. "xxxx" MMC də istintaq orqanında yaranmış problemlərlə bağlı zərərçəkmişlərin zərərinin ödənilməsi məqsədi ilə, Cavabdeh1 MMC tikinti şirkətinə həvalə edilmişdir. Bunlardan biri İddiaçı olmuşdur. Ərizə ilə Cavabdeh1 MMC tikinti şirkətinə, "xxxx" MMC şirkətinə ümumilkdə ödədiyi 25000 manat məbləgində pulun ilkin avans kimi qəbul edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Şirkət bunu mənzilin qalan pullarını Cavabdeh1 MMC-yə ödəmək şərti ilə qəbul etmişdir. Ərizəni yazan gün, yəni 26 mart 2019-cu il tarixdə 2000 manat ödəmişdir. 29 mart 2019-cu il tarixdə 2000 manat ödəmişdir. 29 aprel 2019-cu il tarixdən bu günə kimi şirkətə heç bir manat ödəməmişdir, hazırda iddia tələbi ilə şirkətdən mənzil tələb edir və məhkəmə iddiaçının haqsız tələbini təmin edərək əsassız qərar qəbul etmişdir. “Payçı” ödənişi 3 gündən artıq gecikdirdikdə mənzilin aylıq ödəniləcək məbləğindən gecikdirilmiş hər 1 gün üçün 1% məbləğində 1 aya 30% məbləğində cərimə tətbiq olunur. Məhkəmə qərar qəbul edəndə, iddiaçının Cavabdeh1 MMC-nin qarşısında olan öhdəlikləri yerinə yetiməməsini və müqavilənin bir tərəfli pozulmasını nəzərə almayaraq, iddiaçının marağı naminə qərar qəbul etmişdir. Mənzilin həqiqi və vicdanlı sahibi olmasını mənzil sahibinə verilən maliyyə ara yışı təsdiq edir. Yəni mənzili alan alıcı mənzilin pulunu tam ödədikdən sonra alıcıdan kassa mədaxil qəbzləri alınır və qəbzə əsasən maliiyə arayışı verilir. Məhkəmə bu halları araşdırmadan əsassız qərar qəbul etmişdir. Məhkəmə qeyd edilən bütün faktiki hallara və sübutlara istinad etməli idi. Məhkəməyə dəfələrlə vəsatətlər və etiraz etməsinə baxmayaraq, iddiaçının birinci prosesdə təqdim etməyib sonradan təqdim etdiyi kassa mədaxil qəbzlərini necə, harda və hansı şəraitdə tərtib olunması üçün, obyektiv araşdırma apararaq, ekspertiza təyin etməli idi. Məhkəmə iddiaçının planlı şəkildə iddia tələbinin formal olduğunu bildiyi halda heç bir araşdırma aparmamış, əksinə qarşı tərəfin maraqları naminə qərar qəbul etmişdir. Belə ki, iddiaçı şahidlərin növbəti prosesdə dindirilməsi ilə bağlı vəs atət verdiyi halda məhkəməyə şahidlərlə birlikdə gəlməsi, cavabdeh olaraq, şahidlərinin dindirilməsini təmin etməməsi, məhkəmənin qarşı tərəfin maraqları naminə qərar verməsi üçün sübutdur. Belə ki, məhkəmənin iddiaçının formal təşkil etdiyi şahidlərinin saxta və öyrədilmiş ifadəsini sübut kimi qəbul etməsi tamamilə kobud surətdə prosesual pozunutuya yol vermişdir. Belə ki, şahidlər İddiaçı mənzil alması barədə məlumatı olduğunu bildirmiş, yəni iddiaçını harda, necə, hansı mənzilin alınmasında iştirak etməmələri və sadəcə iddiaçının “Xırdalandan mənzil almışam” deməsi bu tələb üçün şahid ola bilməz. İddiaçının məhkəmədə iştirak etdiyi şahid hal şahidi yox, ehtimal fərziyə üstündə qurulmuş şahiddir və məhkəmə şahid kimi qəbul etməklə mülkü prosesual pozuntusuna yol vermişdir. X5 onun sinif yoldaşı, ikinci şahidi X12 oglu isə iddiaçının qaynının qonşusudur. Məhkəmə iddiaçının şahidləri olan biri sinif yoldaşı, ikincisi qaynının qonşusunun İddiaçı nə qədər yaxın olmasını, iddiaçının mənzil alması ilə bağlı nə dərəcədə şahidlik etməyinə hüquqi qiymət vermək əvəzinə, gözüyumulu, bitərəf və iddiaçının maraqları naminə əsassız qərar verməsi qətnamənin ləğv edilməsi üçün sübutdur. Birinci instansiya məhkəməsinə təqdim etdiyi sübutların heç birinə hüquqi qiymət verilməmişdir. Əlavə olaraq, İddiaçı və havadarları tərəfindən tez-tez təhqir olunması, şərəf və ləyaqətinin alçaldılması ilə bağlı DİN-in 102 məlumat bürosuna şikayəti barədə Abşeron RPİ-dən rəsmi məlumatı məhkəməyə bildirsə də, məhkəmə münasibət bildirməmişdir. Yəni ən azından iddiaçının formal şahidlərinə hüquqi qiymət ver diyi kimi məhkəmə sorğu verməmişdir. Qeyd olunanlara əsasən qətnamənin ləğv edilməsini tələb etmişdir.
21. Cavabdeh2 öz apellyasiya şikayətini müdafiə edərək digər Cavabdeh1 MMC-nin apellyasiya şikayəti ilə razı olduğunu bildirmiş və apellyasiya şikayətlərinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Həmçinin bildirmişdir ki, mübahisə predmeti olan mənzil 14 aprel 2022-ci il tarixdə müqavilə bağlandıqdan sonra ona təhvil verilmiş, mənzilə baxarkən və ona təhvil verilərkən mənzilin qapısı olmamış, heç kim həmin mənzilin başqa şəxsə məxsus olması barədə məlumat verməmiş, o, mənzili qəbul etdikdən sonra qapı quraşdırmış və təmir işlərinə başlamışdır. Hazırda da mənzildə təmir materialları qalmaqdadır, o, mənzilə kommunal xidmətlərlə bağlı sayğaclar quraşdırmış və müvafiq qurum larla müqavilələr bağlamışdır. Bu müddət ərzində o, həmin mənzilin digər şəxsə məxsus olması barədə məlumatsız olmuş, mənzil onun sahibliyində və istifadəsində bir il olduğu müddətdə heç kim, o cümlədən İddiaçı həmin mənzilə gəlməmişdir. Yalnız bir ildən sonra ona bu mənzilin ondan öncə İddiaçı satıldığını bilmişdir. MMC-nin direktoru ona mənzili göstərmiş, o, mənzili bəyənərək almışdır. O, təsadüf nəticəsində bu evi almışdır. Onun FAM-88 MMC ilə əvvəllər heç bir əlaqəsi, MMC rəhbərliyi ilə heç bir tanışlığı olmamışdır.
22. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-311/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - ilkin iddia ər izəsinin təmin edilməsi, Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022- ci il tarixli "xxxx" haqqında müqavilənin etibarsız hesab edilməsi, mübahisəli mənzilin MMC-nin qanunsuz sahibliyindən alınaraq İddiaçı təhvil verilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, ilkin iddianın rədd edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər Almaz Süleymanova – sədrlik edən və məruzəçi, Zaur Məmmədov və Gülnar Cabbarova).
23. Apellyasiya instansiyası məhkəməsi ilkin iddia üzrə mübahisələndirilən Cavabdeh2la Cavabdeh1 MMC arasında bağlanılmış 14 aprel 2022-ci il tarixi alğı-satqı müqaviləsi üzrə qeyd etmişdir ki, həmin müqavilənin etibarlı hesab edilməsi üçün əsas olan şərtlərə cavab verir, müq avilə qanunla nəzərdə tutulmuş qaydada bağlanmışdır, müqavilənin etibarsız hesab edilməsi üçün şərtlər mövcüd deyildir.
24. Araşdırma zamanı Cavabdeh2 izahatı ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzil 14 aprel 2022-ci il tarixdə müqavilə bağlandıqdan sonra Cavabdeh2 təhvil verilmiş, mənzilə baxarkən və ona təhvil verilərkən mənzilin qapısı olmamış, heç kim həmin mənzilin başqa şəxsə məxsus olması barədə məlumat verməmiş, o, mənzili qəbul etdikdən sonra qapı quraşdırmış və təmir işlərinə başlamış, hazırda da mənzildə təmir materialları qalmaqdadır, o, mənzilə kommunal xidmətlərlə bağlı sayğaclar quraşdırmış və müvafiq qurumlarla müqavilələr bağlamışdır. Bu müddət ərzində o, həmin mənzilin digər şəxsə məxsus olması barədə məlumatsız olmuş, mənzil onun sahibliyindən və istifa dəsində bir il olduğu müddətdə heç kim, o cümlədən İddiaçı həmin mənzilə gəlməmişdir. Yalnız bir ildən sonra ona bu mənzilin ondan öncə İddiaçı satıldığını bilmişdir. MMC-nin direktoru ona mənzili göstərmiş, o, mənzili bəyənərək almışdır. O, təsadüf nəticəsində bu evi almışdır. Onun FAM-88 MMC ilə əvvəllər heç bir əlaqəsi, MMC rəhbərliyi ilə heç bir tanışlığı olmamışdır.
25. Göründüyü kimi mübahisə predmeti olan mənzil 2022-ci ili aprel ayından Cavabdeh2 istifadəsində və sahibliyindədir.
26. Məhkəmə kollegiyası işin sadalanan faktiki hallarını Mülki Məcəllənin 452-ci maddəsinin tələbləri baxımdan qiymətləndirərək hesab etmişdir ki, araşdırılan mübahisə üzrə Mülki Məcəllənin 452-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərtləri mövcuddur, bu isə ilkin iddianın rədd edilməsi üçün qanuni əs as olaraq qəbul edilməli, ilkin iddia üzrə iddiaçıya müqavilə predmetini təşkil edən əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzini ödənilməsini tələb etmək hüququ izah edilməlidir.
27. Məhkəmə kollegiyası qarşılıqlı iddanın rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, əqdin etibarsız hesab edilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 324.5, 324.6, 337.1, 337.2, 337.4-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
29. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
30. Kassasiya şikayəti ilk iddia tələbi ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, Hüsnüyə X2baq mübahisəli mənzili Cavabdeh1 MMC-dən təhvil almış, ona faktiki sahiblik etməyə başlamışdır. Pərviz Nəzərov isə sonradan qanunsuz olaraq gəlib həmin mənzilin qapısını çaxarıb başqa qapı qoymaqla, iddiaçının sahiblik hüququnu pozmuşdur. Cavabdeh2 mənzilin ona təhvil verilməsini və həmin vaxt mənzilin qapısı olmadığını bildirsə də, bunu heç nə ilə təsdiq edə bilməmişdir. Əksinə, apelyasiya baxışı zamanı məhkəmə iclasında tərəfindən bununla bağlı sual verilərkən mənzildə qapının oldugunu etiraf etmişdir. Bunun la da bir daha təsdiq olunur ki, mənzilə ilk əvvəl İddiaçı faktiki sahibliyə başlamış, Cavabdeh2 isə qadağan edilmiş özbaşınalıq yolu ilə onu sahiblikdən məhrum etmişdir.
31. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2541/2024 nömrəli, 8 oktyabr 2024-cü il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)311/2024 nömrəli, 7 mart 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakimlər - Zaur Əliyev (sədrlik edən və məruzəçi), Əhliman Xıdırov və Zəki Babayev).
32. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi bundan ibarət olmuşdur ki, ilkin iddiaçının mübahisəli mənzilin təhvil verilməsi barədə tələbi cavabdeh MMC ilə bağladığı əqdə əsaslanır, eləcə də hər iki iddiaçı müqavilələrin etibarsızlığının təsbit olunmasını tələb edirlər, o zaman iş üzrə tərəflərin bağladıqları müqavilələrin etibarlı olubolmadığının müəyyən edilməsi, əqdlər etibarlı hesab edildikdə isə onların tərəflər üçün yaratdığı hüquq və öhdəliklərin nədən ibarət olması, bu öhdəliklərin yerinə yetirilibyetirilməməsi, cavabdeh MMC ilə bağlanılmış müqavilələr üzrə öhdəlikləri hər iki iddiaçı icra etmişsə, eyni mübahisəli əşya üzərində hansının üstün hüquqa malik olmasına qiymət verilməsi mübahisəyə mahiyyəti üzrə baxan apelyasiya məhkəməsinin vəzifəsi olmuşdur.
33. Kollegiya qeyd etmişdir ki, baxılan işdə ilkin iddiaçının cavabdeh MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli müqavilən in etibarsızlığı təsbit olunmamışdır. Məhkəmələr müəyyən etmişlər ki, həmin müqavilə əsasında Cavabdeh1 MMC inşa etdiyi binada mübahisəli mənzili bir pay kimi İddiaçı verməyi, sonuncu isə əşyanı qəbul edərək dəyərini tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunanlar tərəflər arasında podrat müqaviləsindən irəli gələn hüquq münasibətlərinin yarandığına dəlalət edir.
34. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Sözügedən mənzilin inşa edilməsi və mövcudluğu işin mübahisə olunmayan halıdır. İlkin iddia çı mənzilin dəyərini tam şəkildə ödədiyini bildirərək bunu təsdiq edən sübutlar kimi ödəniş qəbzlərinin əslini məhkəməyə təqdim etmişdir.
35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh MMC mənzili ilkin iddiaçıya təhvil verməkdən boyun qaçırmış və məhkəməyə təqdim etdiyi etirazında İddiaçı qalıq 12.034 manat borcu ödəmədiyini, bu səbəbdən onunla bağladığı müqaviləni birtərəfli qaydada ləğv edərək eyni mənzilə dair xx.xx.2022-ci il tarixdə Cavabdeh2la müqavilə bağladığını bildirmişdir. MMC bu barədə ilkin iddiaçıya göndərdiyi xəbərdarlıqların surətini məhkəməyə təqdim etmişdir.
36. Buna baxmayaraq, apellyasiya məhkəməsi adları çəkilən tərəflər arasında bağlanmış müqavilənin hüquqi qüvvədə olub-olmamasının təsbiti üçün cavabdeh MMCnin göstərdiyi (müqavilənin ləğvinə əsas verən) halların mövcudluğuna, eləcə də müqavilənin birtərəfli qaydada və qanunvericiliyə uyğun şəkildə ləğv edilib-edilmədiyinə hüquqi qiymət verməmişdir.
37. Bu baxımdan həmin xüsusatlar üzrə tərəflərin iddia və etirazlarının dəlilləri təqdim olunmuş sübutlar əsasında tam və hərtərəfli araşdırılmalı, əgər İddiaçı təqdim etdiyi qəbzlərin əsli borcu tam ödədiyini təsdiq edirsə, Cavabdeh1 MMC-nin 12.034 manat borcun qalması barədə etirazının nəyə əsaslandığı, müqaviləni ləğv etməsinə dair İddiaçı ünvanlandığı bildirişlərin əslinin və həqiqətən də göndərildiyini təsdiqləyən sübutları təqdim etməməsinin səbəbləri, MMC 2019-cu ilin iyun, sentyabr və oktyabr aylarında iddia olunan məzmunda bildirişlər göndərməklə müqaviləyə bağlı olmadığını bəyan etmişsə, həmin ilin iyun və sentyabr aylarında İddiaçı müxtəlif m əbləğlərdə ödəmələri qəbul etmələrinə dair qəbz vermələrinin səbəbləri aydınlaşdırılmalı və nəticədə hər iki tərəfin təqdim etdikləri sənədlərin mötəbərliyinə və mümkünlüyünə qanunvericliyə uyğun qaydada qiymət verilməklə mübahisəli hallar üzrə məhkəmənin gəldiyi qənaət konkret şəkildə qətnamədə göstərilməlidir.
38. Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış müqavilənin hüquqi qüvvədə olduğu və sonuncu tərəfindən öhdəliyin tam icra edildiyi müəyyən edildiyi halda mənzilin MMC tərəfindən ona təhvil verilməməsi üçün qanuni əsasların olub-olmaması yoxlanılmalıdır.
39. Bu zaman eyni mənzilə dair Cavabdeh1 MMC-nin Cavabdeh2la bağladığı xx.xx.2022-ci il tarixli müqavilənin etibarlılığı, həmin əqd etibarlı sayıldıqda ilkin və qarşılıqlı iddiaçılardan hansının əşya üzərində üstün hüquqa malik ol ması müəyyənləşdirilməlidir.
40. Bu xüsusatlar araşdırılarkən nəzərə alınmalıdır ki, xx.xx.2022-ci il tarixli müqavilə ilə bağlı Cavabdeh2 etdiyi faktiki və hüquqi hərəkətlərin tarixi (təmir işlərinin aparılması, həmin əqdə əsaslanmaqla Cavabdeh2 hazırkı işə qoşulmaq barədə verdiyi ərizə, mübahisəli mənzilə dair MMC-yə edilmiş kommunal ödənişlər, kommunal xidmətlər üçün bağlanmış müqavilələr, sayğacların quraşdırılması və s.) iş üzrə mübahisəli halların, o cümlədən mənzilin Cavabdeh2 sahibliyinə qəbul edilməsi iddiasının müəyyənləşdirilməsi baxımından əhəmiyyətli ola bilər.
41. Lakin həmin xüsusatlar üzrə iş materiallarında olan məlumatlar araşdırılmamış və onalara qiymət verilməmişdir.
42. Belə ki, işə əlavə edilmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin iyun 2023cü il tarixli (günü müəyyən etmək mümkün olmamışdır) aktında qeyd edilmişdir ki, iddianın təmini tədbiri haqqında Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının icra edilməsi məqsədilə icra məmurları tələbkar İddiaçı və borclu Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə3 ilə birlikdə mübahisəli mənzilə baxış keçirilərkən orada heç kəsin yaşamadığı, qaz, su, işıq sayğaclarının quraşdırılmadığı aşkar edilmişdir.
43. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh1 MMC-nin nümayəndəsi qeyd olunan aktda icra hərəkəti ilə bağlı müvafiq qeyd apararaq onu imzası ilə təsdiqləsə də, sözügedən mənzilin xx.xx.2022-ci il tarixdə Cavabdeh2 satılması və mənzilin onun sahibliyində olması barədə hər hansı məlumat verməmişdir.
44. İşdə olan sənədlərdən görünür ki, Cavabdeh2 hazırkı işə maraqlı şəxs qismində qoşul ması barədə ərizəsi xx.xx.2023-cü ildə, işıq və su xidmətləri ilə bağlı sənədlər 2023cü ilin avqust ayında, qazın alğı-satqısı müqaviləsi və bununla bağlı digər sənədlər isə 2023-cü ilin sentyabr-oktyabr aylarında tərtib edilmişdir.
45. Belə olan halda, xx.xx.2022-ci il tarixli müqaviləni bağladıqdan sonra mənzili sahibliyinə alması, təmir işlərinə başlaması, oraya təmir materialları yığması, qapı qoyması, kommunal xidmətlərlə bağlı sayğaclar quraşdırması barədə Cavabdeh2 bildirdiyi məlumatlar işdəki digər sübutlarla, o cümlədən Abşeron rayon İcra və Probasiya şöbəsinin əməkdaşlarının tərtib etdikləri aktın məzmunu ilə birlikdə qiymətləndirilməmiş, ziddiyyətli hallar aydınlaşdırılmamışdır.
46. Halbuki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutla rı, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.
47. Məhkəmə kollegiyası hesab etmişdir ki, yuxarıda göstərilən, eləcə də işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər hallar tam və hərtərəfli araşdırıldıqdan sonra ilkin və qarşılıqlı iddiaçının cavabdeh MMC ilə bağladıqları müqavilələrin hüquqi qüvvəsi və fiziki şəxslər tərəfindən öhdəliklərin icra edildiyi təsbit olunduğu halda Mülki Məcəllənin fərdimüəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsinin nəticələrinə dair 452-ci maddəsinin işə tətbiqi nəzərdən keçirilə bilər.
48. Həmin normaya əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.Kreditor öhdəliyin predmeti o lan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
49. Göründüyü kimi fərdi-müəyyən əşyanın borclunun əlindən alınması və kreditora təhvil verilməsinə dair tələb hüququnun əşyanın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxdığı qanunda nəzərdə tutulmuşdur. Bu baxımdan əşyanı daha əvvəl sahibliyinə qəbul etdiyini iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur. Bu xüsusat üzrə təqdim olunmuş sübutlar mötəbərlilik, mümkünlük və aid edilənlik meyarları ilə qiymətləndirilməklə həmin hala dair yekun nəticəyə gəlinməlidir. O da nəzərə alınmalıdır ki, tərəflərdən biri əşyanı daha əvvəl sahibliyinə aldığını sübuta yetirə bilmədikdə fərdi-müəyyən əşya üzərində öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlü k o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
50. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 324.2, 337.1, 385.1, 386.1, 452.1, 452.2, 752.1, 752.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. e) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
51. Apellyasiya icraatı zamanı iş üzrə sənədlərin texniki və məhkəmə-xətşünaslıq ekspertizaları təyin olunmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2025-ci il tarixli, 4/251 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 1-ci cildinin 43-cü vərəqində olan 18 sentyabr 2020-ci il tarixli kassa mədaxil orderinin qəbzində “Direktor: Nümayəndə1N” qrafası qarşısındakı imza ilə mülki işin 1-ci cildinin 40-41-42-ci və 44-45-46-cı vərəqlərində olan 26 mart 2019-cu il tarixli, 03 iyun 2019-cu il tarixli, 04 mart 2020-ci il tarixli, 08 sentyabr 2020-ci il tarixli, 29 aprel 2019-cu il tarixli və 26 mart 2019-cu il tarixli kassa mədaxil orderinin qəbzlərində “Direktor: Nümayəndə1N” qrafası qarşısında imzalar - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur.
52. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2025-ci il tarixli, 5/125 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 26 mart 2019-cu il tarixli 075 nömrəli müqavilədə, 26 mart 2019-cu il tarixli (25740 manat məbləğli), 3 iyun 2019-cu il tarixli, 04 mart 2020-ci il tarixli, 08 sentyabr 2020-ci il tarixli, 29 aprel 2019-cu il tarixli, 26 mart 2019-cu il tarixl i (2000 manat məbləğli) kassa mədaxil orderinin qəbzlərində olan möhür əksləri sənədlərin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş 18 sentyabr 2020-ci il tarixli kassa mədaxil orderinin qəbzində olan möhür əksinin təsviri şırnaqlı printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 26 mart 2019-cu il tarixli 075 nömrəli müqavilədə, 26 mart 2019-cu il tarixli (25740 manat məbləğli), 3 iyun 2019-cu il tarixli, 04 mart 2020-ci il tarixli, 08 sentyabr 2020-ci il tarixli, 29 aprel 2019-cu il tarixli, 26 mart 2019-cu il tarixli (2000 manat məbləğli) kassa mədaxil orderinin qəbzlərində olan möhür əksləri, 18 sentyabr 2020-ci il tarixli kassa mədaxil orderinin qəbzində olan möhür əksinin təsviri öz aralarında eynilik təşkil edir.
53. Sumqayı t Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-117/2025 saylı, 6 may 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2(012)-3568/2023 nömrəli qətnaməsinin dəyişdirilməsi, Cavabdeh1 MMC-dən müqavilə üzrə mübahisəli mənzilin dəyəri olan 46.000 manat pul vəsaitinin alınaraq Cavabdeh2 ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər - Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Afiq Hüseynzadə və Lalə Rəhimli).
54. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi Cavabdeh1 MMC etirazında istinad etdiyi dəlillərlə İddiaçı 12.034 manat borcun qalması ilə bağlı halları mötəbər sübutlarla əsaslandıra b ilməmiş, eyni zamanda müqaviləni ləğv etməsinə dair İddiaçı ünvanlandığı bildirişlərin əslini və həqiqətən də göndərildiyini təsdiqləyən sübutları məhkəməyə təqdim etməmişdir.
55. Kollegiya ekspertiza tədqiqatına təqdim edilmiş müqavilə üzrə ödənişin cüzi hissəsini təşkil edən 596 manat məbləğində ödənişə dair 18 sentyabr 2020-ci il tarixli kassa mədaxil orderinin qəbzində olan möhür əksinin təsvirinin şırnaqlı printerdə çap edilmiş olmasında, öhdəliyin böyük hissəsini icra edən ilk iddia üzrə iddiaçının təqsiri olmasını inandırıcı hesab etməyib. O cümlədən kassa mədaxil orderinin qəbzlərində Cavabdeh1 MMC-nin direktorunun əvəzinə müxtəlif şəxslər tərəfindən imza edilməsi müəyyən edilsə də, kollegiya hesab edib ki, FAM-88” MMC-yə məxsus olan möhür əkslərinin eynilik təşkil etməsi, həmin sə nədlərin məhz MMC tərəfindən tərtib edilməsini istisna etmir. Odur ki, məhkəmə kollegiyası ilk iddia üzrə iddiaçının müqavilə üzrə öhdəliyini tam icra olunmuş hesab etmişdir.
56. Məhkəmə kollegiyası daha sonra bildirib ki, işə əlavə edilmiş Abşeron rayon İcra və probasiya şöbəsinin iyun 2023-cü il tarixli (günü müəyyən etmək mümkün olmamışdır) aktında qeyd edilir ki, iddianın təmin tədbiri haqqında Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının icra edilməsi məqsədilə icra məmurları tələbkar İddiaçı və borclu Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə3 ilə birlikdə mübahisəli mənzilə baxış keçirilərkən orada heç kəsin yaşamadığı, qaz, su, işıq sayğaclarının quraşdırılmadığı aşkar edilmişdir.
57. Cavabdeh1 MMC-nin nümayəndəsi qeyd olunan aktda icra hərəkəti ilə bağlı müvafi q qeyd apararaq, onu imzası ilə təsdiqləsə də, sözügedən mənzilin xx.xx.2022-ci il tarixdə Cavabdeh2 satılması və mənzilin onun sahibliyində olması barədə hər hansı məlumat verməmişdir.
58. İşdə olan sənədlərdən görünür ki, Cavabdeh2 hazırkı işə maraqlı şəxs qismində qoşulması barədə ərizəsi xx.xx.2023-cü ildə, işıq və su xidmətləri ilə bağlı sənədlər 2023cü ilin avqust ayında, qazın alğı-satqısı müqaviləsi və bununla bağlı digər sənədlər isə 2023-cü ilin sentyabr-oktyabr aylarında tərtib edilmişdir.
59. Kollegiya eyni mənzilə dair Cavabdeh1 MMC-nin Cavabdeh2la bağladığı xx.xx.2022-ci il tarixli müqavilənin etibarlılığı, həmin əqd etibarlı sayıldıqda ilkin və qarşılıqlı iddiaçılardan hansının əşya üzərində üstün hüquqa malik olmasına qiymət verərək qeyd edib ki, Cavabdeh1 MMC mənzilin ilk sahibinin İddiaçı olduğunu bildiyi halda, xx.xx.2022-ci il tarixdə Cavabdeh2 ilə həmin mənzilin alğı-satqısına dair yeni müqavilə bağlamaqla qanunvericiliyin tələblərinə zidd hərəkət etmişdir.
60. Göründüyü kimi hazırkı mübahisə üzrə Cavabdeh1 MMC ilə ilkin iddiaçı arasında bağlanan müqavilənin etibarlılığını şübhə altına alan hal müəyyən edilməmişdir. Müqavilə Mülki Məcəllənin müddəalarına və tərəflərin iradə ifadələrinə uyğun olaraq həyata keçirilmiş və müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Müqavilə bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur.
61. Hər hansı əqdin (o cümlədən alğı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasın da lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir (Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004 -cü il tarixli qərarı).
62. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırmaqda davam etdirərək bildirmişdir ki, iş araşdırılarkən, Cavabdeh1 MMC-nin təsisçisi X1 və direktoru X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işinin istintaqı zamanı Cavabdeh2 və İddiaçı zərərçəkmiş şəxs qismində tanındığı müəyyən olunmuşdur.
63. Məhkəmə kollegiyası hesab edib ki, ilk iddiaçı ilə bağlanmış müqavilənin etibarsız hesab olunması üçün qanunvericilikdə göstərilən əsaslar müəyyən edilmədiyindən, qarşılıqlı iddiaçı Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixdə mübahisəli mənzilə dair növbəti dəfə alğı-satqı müqaviləsi bağlamaqla mənzili ikinci dəfə satmış Cavabdeh1 MMC mənzilin qüvvədə olan müqaviləyə əsasən ilk sah ibi olduğu halda, bilərəkdən qanunvericiliyin tələblərini pozduğundan, bağlanmış ikinci müqavilə etibarsızdır.
64. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni əsaslandırarkən həmçinin hesab etmişdir ki, etibarsız əqdlər üzrə tərəflərdən hər biri əqd üzrə aldıqlarını geri qaytarmalı olduqlarından xx.xx.2022-ci il tarixli mənzil alğı-satqısı haqqında müqaviləyə əsasən, mübahisəli mənzilin dəyəri olaraq 46000 manat pul vəsaitinin qarşılıqlı iddiaçı Cavabdeh2 tərəfindən ödənilməsi və sonuncunun borcunun olmaması maliyyə arayışı ilə öz təsdiqini tapdığından, nəticə etibarı ilə həmin tərəflər arasında bağlanmış müqavilə etibarsız hesab edildiyindən sonuncu müqavilə üzrə tərəflər əvvəlki vəziyyətə qaytarılmaqla Cavabdeh1 MMC-dən mənzilin dəyərinə görə ödənilmiş 46000 manat pul vəsaiti alınaraq Cavabdeh2 geri qaytarılmalıdır.
65. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk və qarşılıqlı iddia tələbləri ilə bağlı iş üzrə gəldiyi nəticə ilə razılaşmış, həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qətnaməsində müqavilə etibarsız hesab edildiyindən sonuncu müqavilə üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılmaqla Cavabdeh1 MMC-dən mənzilin dəyərinə görə ödənilmiş 46000 manat pul vəsaitinin alınaraq Cavabdeh2 geri qaytarılmalı olması nəticəsinə gəlsə də, bu nəticəni qətnamənin nəticə hissəsində göstərməmişdir.
66. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 324, 337.1, 385.1, 386.1, 452.1, 452.2, 752.1, 752.2, 752.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kass asiya şikayətinin dəlilləri
67. Cavabdeh2 (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-117/2025 saylı, 6 may 2025-ci il tarixli qətnaməsini ləğv edib, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
68. Şikayət onunla əsaslandırılır ki, eyni mənzilin müxtəlif şəxslərə satılması həm faktiki, həm də hüquqi cəhətdən mümkün olmadığından, mənzilin qanuni sahibi və real istifadəçisinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Mülkiyyət hüququnun tanınması üçün yalnız sənədləşmə deyil, faktiki sahiblik də əsas götürülməlidir. Hazırda mənzili faktiki idarə edən, qoruyan və istifadə edən şəxs - Cavabdeh2 - həmin mənzilin real sahibi kimi çıxış edir.
69. Apellyasiya insta nsiyası məhkəməsi mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul etməklə kassatorun mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə nəzərə almamışdır ki, mənzil rəsmi qaydada Cavabdeh2 təhvil verilmiş, onun tərəfindən tam təmir olunmuş və hal-hazırda orada yaşayır. Qətnamənin icrası onun qanuni mülkiyyət hüququnun pozulmasına səbəb olacaqdır.
70. İlkin iddiaçı X3 mənzilə dair müqavilə öhdəliklərini tam yerinə yetirməmişdir. Ekspertiza rəyləri ilə təqdim etdiyi kassa mədaxil orderlərindəki imzaların müxtəlif şəxslərə məxsus olması və möhürün printerdə çap edilməsi müəyyən edilmişdir. Bu hallar təqdim olunan sübutların etibarlılığını şübhə altına alır. Həmçinin İsmayılovaya maliyyə arayışı da verilməmişdir.
71. Bununla belə, apellyasiya məhkəməsi Ali Məhkəmənin xx.xx.2024 tarixli qərarındakı göstərişləri icra etməmiş və tərəflərin hüquqi münasibətlərinə düzgün qiymət verməmişdir.
72. Cavabdeh2 xx.xx.2022-ci il tarixli müqavilə əsasında mənzili qanuni qaydada almış, təhvil zamanı mənzil boş olmuş, qapı quraşdırmış, təmir və kommunal sayğac işlərini həyata keçirmiş, müvafiq müqavilələr bağlamış və mənzildə fasiləsiz yaşamışdır. Alğı-satqı zamanı mənzilin yüklü və ya başqasına satıldığı barədə ona heç bir məlumat verilməmiş, əksinə, MMC direktoru tərəfindən mənzilin yüklü olmamasına dair notarial sənəd təqdim edilmişdir.
73. Bütün bunlar göstərir ki, mənzil 2021-ci ildən etibarən faktiki və hüquqi baxımdan Cavabdeh2 sahibliyindədir. Məhkəmə isə işin hallarını və sübutları tam araşdırmadan, əsassız hüquqi nəticəyə gəlmişdir.
74. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152,324, 337, 425-ci maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 112-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 217-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
75. İddiaçı kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq, şikayətin təmin edilməməsini, qanuni və əsaslı olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2025-ci il tarixli, 2(105)-117/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
76. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
77. Maddə 324.
2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
78. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
79. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
80. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
81. Madd ə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
82. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
83. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəli k hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
84. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
85. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
86. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
87. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
88. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
89. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
90. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
91. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
92. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
93. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəl i hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
94. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
95. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
96. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
97. Kassasiya şikayətinin bəzi dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çü nki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
98. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin lə ğv edilməsi üçün əsas təşkil etmir.
99. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-117/2025 nömrəli, 06 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.