Məhkəmə qərarları › İş №2(105)-1040/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1040/2024

04.07.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1040/2024 04.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil, cavabdeh Qobustan rayon Mərkəzi Xəstəxanası” X12in nümayəndəsi X4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxsn nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Qobustan rayon Mərkəzi Xəstəxanası” X15 tərəfindən ona 2020-ci ilin mart ayından başlayaraq 2022-ci ilin fevral ayınadək yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü üçün aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarda əmək haqlarına müddətli əlavələrin yenidən hesablanması, ödənilməmiş 12360,9 (on iki min üç yüz altmış manat, doxsan qəpik) manat məbləğində əmək haqqının 5 misli miqdarda əmək haqlarına müddətli əlavələrin ödənilməyən hissəsinin tam ödənilməsi, eləcə də ödənilmiş 50 manat mediasiya xərcinin, 200 manat hüquqi yardım almaq üçün vəkilə ödənilmiş xərcin, 100 manat məbləğində digər xərcləri (Bakı və İsmayıllı şəhərlərinə yol xərci, vaxt itkisi, poçt, dəftərxana xərci və s) ödənilməsi tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2(026)-14/2024 nömrəli qətnaməsindən cavabdeh Qobustan rayon mərkəzi xəstəxanası” X15i tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Qobustan rayon Mərkəzi Xəstəxanası” X15 tərəfindən ona 2020-ci ilin mart ayından başlayaraq 2022-ci ilin fevral ayınadək yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü üçün aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarda əmək haqlarına müddətli əlavələrin yenidən hesablanması, ödənilməmiş 12360,9 (on iki min üç yüz altmış manat, doxsan qəpik) manat məbləğində əmək haqqının 5 misli miqdarda əmək haqlarına müddətli əlavələrin ödənilməyən hissəsinin tam ödənilməsi, eləcə də ödənilmiş 50 manat mediasiya xərcinin, 200 manat hüquqi yardım almaq üçün vəkilə ödənilmiş xərcin, 100 manat məbləğində digər xərcləri (Bakı və İsmayıllı şəhərlərinə yol xərci, vaxt itkisi, poçt, dəftərxana xərci və s) ödənilməsi tələbinə dair məhkəməyə iddia ərizəsi vermişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qobustan rayon Mərkəzi Xəstəxanasında xadimə kimi fəaliyyət göstərir. Yeni növ koronavirus (COVİD-19) infeksiyası Respublikamızda yayıldığı ilk günlərdən Qobustan rayon Mərkəzi Xəstəxanasında pandemiya ilə mübarizə tədbirlərinə cəlb olunmuş və 2020-ci ilin iyul ayının 29-da hörmətli X7 iştirakı ilə Qobustan rayonunda COVİD-19 ilə bağlı modul tipli xəstəxana istifadəyə verildikdən sonra fəaliyyətini həmin müəsissədə davam etdirir. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli, 1947 nömrəli sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli qərarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə 01 mart 2020-ci ildən cəlbetmənin bütün dövrü üçün əmək haqlarına aylıq vəzifə (tarif) maaşının 5 mislinədək miqdarda müddətli əlavələrin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin tibb işçiləri koronavirus infeksiyası ilə mübarizə tədbirlərində yaxından iştirak etməyinə və bu virusa yoluxmuş xəstələrlə əlaqədə olmağına baxmayaraq, əmək haqqına edilməli əlavələri ala bilmir. Halbuki, TƏBİB-in əlaqədar qurumlarında, eləcə də ətraf rayonlarda bu sahədə çalışan tibb və qeyri-tibb işçilərinin hamısı, həmçinin qonşu rayonlardan Qobustan rayon mərkəzi xəstəxanasına ezam olunmuş tibb personalı (həkim, tibb bacıları, tibb qardaşları, texniki işçilər də daxil olmaqla) əmək haqlarına müddətli əlavəni alırlar. Baxmayaraq ki, digər tibb işçiləri kimi o də gündəlik koronavirus xəstələri və onların ailə üzvləri ilə təmasda olur, xəstələrin hərarətlərinin ölçülməsi, yaxmaların götürülməsi, yoluxmuş xəstələrin təxliyə edilməsi işlərini həyata keçirir və beləliklə koronavirus təhlükəsi ilə üzləşirdi. Koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdiyi üçün ona 01 mart 2020-ci il tarixdən cəlbetmənin bütün dövrü üçün əmək haqlarına ayliq vəzifə (tarif) maaşının 5 misli miqdarda müddətli əlavələr ödənilməlidir. “Yeni növ koronavirus (COVİD19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli sərəncamında və “Yeni növ koronavirus (COVİD19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli Qərarında nəzərdə tutulan əlavələr ona şamil edilir. Qeyd edilənlərə baxmayaraq dəfələrlə “Qobustan rayon Mərkəzi Xəstəxanası” X15ə müraciət edərək “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli sərəncamında və “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli Qərarında nəzərdə tutulan əlavələrin hesablanaraq ona ödənilməsini xahiş etmişdir. Bundan başqa “Qobustan rayon Mərkəzi Xəstəxanası” X12 təqdim etdiyi xəstəxananın böyük tibb bacısının və İnsan Resursları şöbəsinin müdirinin imzası ilə və Qobustan RMX PHŞ təsdiq etdiyi “İş vaxtının Uçotu tabeli” ndə və “Növbətçilik cədvəli” də təsdiq edilən iş saatlarına uyğun olaraq az hesablanmış aylıq əmək haqqına əmək haqqı kartından çıxarışla da təsdiq olunur ki, aylar ərzində hər iş günü növbə ərzində 12 saat işləməyinə baxmayaraq ona 6 saat iş vaxtına görə ödəniş hesablanıb ödənilmişdir. Bununla da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli Qərarında nəzərdə tutulan müddətli əlavələrin hesablanaraq ona ödənilməməsi ilə yanaşı aylıq əmək haqlarını da Qobustan RMX PHŞ təsdiq etdiyi “İş vaxtının Uçotu tabeli”-ndə və “Növbətçilik cədvəli”-ndə təsdiq edilən iş saatlarına uyğun olaraq az hesablanılaraq ödənilmişdir. Qalıq məbləğ də yenidən hesablanıb tam ödənilməlidir. Qeyd edilən tələblə bağlı o və digər iş yoldaşları X8 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsinə kollektiv şikayətlərinin araşdırılması və müvafiq tədbirlər görülməsi üçün 06 iyun 2022-ci il tarixdə KOL **********6 saylı məktubla müraciət etmişlər. X8 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsi tərəfindən müvafiq araşdırma aparılmış, TƏBİB, Səhiyyə Nazirliyinə, “Qobustan rayon Mərkəzi Xəstəxanası” X15ə sorğular verilmiş, sənədlər, cədvəllər və s. tələb edilmişdir. X8 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsi müraciətimizi araşdıraraq həqiqətən ona və iş yoldaşlarına 2020-ci ilin mart ayından 01 yanvar 2022-ci il tarixədək olan dövr ərzində pandemiya ilə əlaqədar əmək haqlarına əlavələrin 5 misli az hesablanması, eləcə də hər iş günü növbə ərzində 12 saat işləməsinə baxmayaraq ona 6 saat iş vaxtına görə ödəniş hesablanıb ödənilməsi müəyyən edilmiş və “Qobustan rayon Mərkəzi Xəstəxanası” X15ə 15 iyul 2022-ci il tarixli **********4 saylı göstəriş məktubu göndərərək onun və digər işçilərin əmək haqqına müddətli əlavələrin və az hesablanmış əmək haqqının 30 gün ərzində yenidən hesablanaraq ödənilməsinin təmin edilməsi və nəticəsi barədə X8 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsinə məlumat verilməsi tapşırılmış, əks halda “Qobustan rayon Mərkəzi Xəstəxanası” X12 barələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən barəsində müvafiq qaydada inzibati məsuliyyət tədbirlərinin görüləcəyi göstərilmişdir. “Qobustan rayon Mərkəzi Xəstəxanası” X15i “Göstəriş”ə əhəmiyyət verməyərək yuxarıda qeyd edilən “Göstəriş”i icra etməmişdir. X8 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən 19 avqust 2022-ci il tarixdə “Qobustan rayon Mərkəzi Xəstəxanası” X12 direktoru barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq 26 avqust 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarla 1000 (bir min) manat cərimə tənbeh növü tətbiq edilmişdir. Bundan başqa “Qobustan rayon Mərkəzi Xəstəxanası” X15i qeyd edilən göstərişi icra etmədiyinə görə X8 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən 19 avqust 2022-ci il tarixdə “Qobustan rayon Mərkəzi Xəstəxanası” X15 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq 19 avqust 2022-ci il tarixli MN ******* nömrəli qərardadla baxılması üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Qobustan Rayon Məhkəməsi “Qobustan rayon Mərkəzi Xəstəxanası” X15i 2000 (ikimin) manat cərimə etmişdir. Yenidən yazılı və şifahi müraciətlərindən sonra “Qobustan rayon Mərkəzi Xəstəxanası” X15i 03 mart 2023-cü il tarixli PHŞ-6-53/2-V-2-21-174/2023 saylı məktubla onlara cavab verərək qanunla nəzərdə tutulan, onlara ödənilməli olan əməkhaqqına əlavələrin 5 misli məbləğinin ödənilmədiyini etiraf edərək vəsait ayrılması üçün TƏBİB-ə müraciət edildiyini bildirmişdir. Qeyd edilən cavab inandırıcı deyil, belə ki, iki il keçməsinə baxmayaraq qanunla müəyyən edilmiş məbləğin guya “büdcədə nəzərdə tutulmadığı üçün” “Qobustan rayon Mərkəzi Xəstəxanası” X12 hesabına köçürülməməsi kimi cavab həmin məbləğin ödənilməsindən yayınma kimi dəyərləndirir. Çünki Pandemiya başlayandan sonra ard-arda 3 il büdcə təsdiq edilmişdir. Bundan başqa “Qobustan rayon Mərkəzi Xəstəxanası” X15i “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli sərəncamının və “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli Qərarın tələblərini yerinə yetirməməklə yanaşı “Qobustan rayon Mərkəzi Xəstəxanası” X15i Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 99-cu (İş vaxtından artıq iş),157-ci (Əməyin ödənilməsi sistemi və növləri), 165-ci (İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi), 172-ci (Əmək haqqının verilməsi müddətləri), 173-cü (İşçilərin haqq-hesab sənədləri) maddələrinin tələblərini kobud surətdə pozaraq onları əmək haqqına müddətli əlavədən və tam əmək haqqından qanunsuz olaraq məhrum etmişdir. Qobustan Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2(026)-14/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, “Qobustan rayon Mərkəzi Xəstəxanası” X15i tərəfindən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün (2020- ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək) dövrü üçün- 11927,24 manat, 50 manat və hüquqi yardım almaq üçün vəkilə ödənilmiş 200 manatın “Qobustan rayon Mərkəzi Xəstəxanası” X12dən alınıb İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Mirələm Quliyev). Qətnamədən narazı qalan cavabdeh Qobustan rayon Mərkəzi Xəstəxanası” X15i apellyasiya şikayəti verərək Qobustan Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2(026)-14/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ APELLYASİYA ŞİKAYƏTİNƏ ETİRAZİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh işçilərinin əmək haqqı ödənişlərini ödəməkdən heç bir zaman yayınmamışdır. Bu hal öz təsdiqini tapmamışdır. Müəssisə rəhbərinin əmrinə uyğun olaraq həmin işçilərə ödənişlərin edilməsi rəsmiləşdirilmiş, böyük tibb bacısının və İnsan resursları müdirinin imzası ilə tabelə əsasən hesablanaraq icra edilmişdir. 2020-2021-ci il üçün əlavə vəsait ayrılmadığı üçün əlavə ödənişlər tamamlanmamışdır. Qobustan RMX dövlət adından yaradılan X10b, dövlət sifarişi ilə dövlət büdcəsi hesabına təyinatlı tədbirlərin həyata keçirilməsi üçün məqsədli vəsaitlər dövlət büdcəsindən ödənilir. X15lərə dövlət büdcəsi hesabına ayrılan məqsədli vəsaitlərin yuxarı həddi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq proqnozlaşdırılır və hər ilin dövlət büdcəsində nəzərdə tutulur. Yəni hazırkı məhkəmə qərarında nəzərdə tutulmuş pul vəsaitinin büdcədən ayırmalarda nəzərdə tutulması lazımdır. Həmin pul məbləğinin ancaq növbəti ilin büdcədən pul vəsaitinin ayrılması zamanı X12 dövlət sifarişi ilə nəzərdə tutula bilər. Bu Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət adından yaradılan X15lərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi” qaydası ilə müəyyən edilir. Qaydaya əsasən vəsaitlərin ödənilməsi müvafiq büdcə ilini – yanvarın 1- dən dekabrın 31-dək olan müddəti əhatə edir. Ödənilmiş vəsaitlər X15lər tərəfindən təyinatı üzrə istifadə olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yeni növ koronavirus (COVİD19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” 25 mart 2020-ci il tarixli, 112 saylı qərarı ilə müəyyən edilmiş əlavələrin ödənilməsinin öncədən sifariş verilməsi mümkün deyildir. Bu problemin həlli üçün müraciət edilmişdir. Həmçinin qanunverici işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən məhkəməyə müraciət etməsi üçün bəlli 1 ay ərzində müddət müəyyən etmişdir. Bu da hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verir. Lakin iddiaçılar iddia müddətini ötürməklə iddia qaldırmalarına baxmayaraq iddia tələbi təmin edilmişdir. Belə ki, onlar tərəfindən sübut kimi təqdim edilmiş sənədlər göz ardına edilmiş, hüquqi qiymət verilməmişdir. Üçüncü şəxsin işlə bağlı mövqeyi bildirilən sənədlə nəzərə alınmamışdır. İddiaçıların tələb etdiyi ödənişlər müvafiq olaraq ayırılmalıdır ki, X15 tərəfindən ödənilməsi həyata keçirilsin. Buna dair əsaslı sübutarı tədqiq edilməmişdir. İddiaçı apellyasiya şikayətinə etiraz verərək qeyd etmişdir ki, o, yeni növ infeksiya ilə mübarizə tədbirlərinə cəlb edildiyi andan sonra aylıq əmək haqlarını əvvəlki aylardan bəzi hallarda çox, fərqli məbləğlərdə almışdır, adi aylardan az məbləğdə köçürülsə idi, əmək haqqının kəsildiyini bilib, tələb edərdi,artıq ödəniş məbləğini isə COVİD-ə görə ödənildiyini qəbul etmişdir və konkret hesablama qaydası barədə məlumatsız olmuşdur.Yalnız X8 Xidmətinə müraciətlərindən sonra əmək hüquqlarının pozulması barədə məlumatı olmuşdur.Qobustan Rayon mərkəzi Xəstəxanasına verilmiş “Göstərişə əsasən əmək haqlarının tam ödəniləcəyinə ümid etmişdir.Cavabdeh əlavələri ödəməkdən yayındığı üçün hüquqlarının pozulmasına əmin olmuş və məhkəməyə müraciət etmişdir.Buna görə də cavabdehin istinad etdiyi müddət ötürülməmişdir. X8 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsinin “Göstərişi”nə əhəmiyyət verməyərək cavabdeh icra etməmişdir. X8 Xidmətinə müraciət etdikdən sonra hüuqlarının pozulduğunu bilmiş və məhkəməyə müraciət etmişdir.Cavabdeh işçilərin əmək haqllarını ödəməkdən heç zaman yayınmadığını bildirərək izahatlar vermiş və bununla da iddia tələbini qəbul etmişdir.Hər bir iddiaçı ilə əmək müqaviləsini işəgötürən kimi Qobustan Rayon Mərkəzi Xəstəxanası phş bağlamış və “Covid”-lə mübarizə ilə bağlı iş vaxtının uçotu cədvəllərini və tabelləri Qobustan Rayon Mərkəzi Xəstəxanası phş tərəfindən tərtib olunmuş və təsdiq edilmişdir. Bu dövrə aid əmək haqqı əlavələrinin bir hissəsinin də ödənilməsini Qobustan Rayon Mərkəzi Xəstəxanası phş həyata keçirmişdir, buna görə də iddia ona qarşı qaldırılmış və əlavələri də məhz Qobustan Rayon Mərkəzi Xəstəxanası phş ödəməlidir. Qobustan Rayon Mərkəzi Xəstəxanası phş-nin müddətli əlavələrin ödənilməsi barədə etirafedici sənədləri məhkəməyə təqdim etmişlər. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Qobustan rayon Mərkəzi Xəstəxanası” X12in nümayəndəsi X9 digər oxşar işlərin kassasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıların xeyrinə həll olunduğunu bildirərək apellyasiya şikayətinin məhkəmə kollegiyasının mülahizəsi əsasında həll olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxsn nümayəndəsi X5 apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Qobustan Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 3(026)-409/2022 saylı qərarından görünür ki, Qobustan rayon X3 Hüquqi Şəxsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 2000 manat cərimə edilmişdir. X8 Xidmətinin Dağlıq Şirvan regional ərazi şöbəsi tərəfindən 19 avqust 2022-ci il tarixdə “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüququ şəxsin direktoru barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, 26 avqust 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 1000 manat cərimə tənbeh növü tətbiq edilmişdir. “Koronavirus” (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb işçilərinin cəlb edilməsi haqqında” əmrlərin surətlərindən görünür ki, İddiaçı yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak etmişdir. İddiaçı ilə bağlanmış əmək müqavilələrinə olan xx.xx.2020-ci il tarixli əlavələrin 1-ci bəndindən görünür ki, işçilərlə bağlanmış əmək müqaviləsinin 4.1-ci bəndinə edilmiş dəyişikliyə əsasən işçilərin taarif maaşı müəyyən edilmiş və əmək haqqına əlavənin isə İcbari Tibbi Sığorta üzrə X6 heyətinin xx.xx.2020-ci il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X12 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na müvafiq olaraq ödənilməsi qərara alınmışdır. Qobustan rayon X3 hüquqi şəxsin “Koronovirus” pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb işçilərinin cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli 341.1 saylı əmrindən görünür ki, əmrə əlavə edilən siyahıda göstərilən tibb işçiləri Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə cəlb edilmiş, TTTYS-in gündəlik işə cəlb olunmuş briqadalarından yalnız biri (1 nəfər həkim, 1 nəfər tibb bacısı və sürücü) Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərdə iştirak etmişdir. Qobustan rayon X3 hüquqi şəxsin koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb işçilərinin cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli 341.2 saylı əmrindən görünür ki, koronovirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədi ilə yoluxma sayının artımını nəzərə alıb əlavə briqadalara ehtiyac olduğu təqdirdə əlavə briqadaların yaradılmasının təmin edilməsi əmr edilmişdir. İcbari Tibbi Sığorta üzrə X6 heyətinin xx.xx.2020-ci il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X12 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nın 4-cü hissəsinə əsasən səhiyyə işçisinin əmək haqqına tutduğu vəzifədən, stajdan və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir. Həmin Qaydanın 17.4-cü bəndindən görünür ki, təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin, həkimlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin, qan və onun konpenentləri, habelə sümük iliyini tədarük və emal edən və dondurulmuş halda saxlanılması ilə məşğul olan müəsissələrin (şöbə və bölmələrin) işçilərinin aylıq vəzifə (tarif) maaşlarına əməyin ödənilmə dərəcələrinə uyğun olaraq vəzifə maaşı qədər əlavənin verilməsi müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/612 nömrəli 29 fevral 2024-cü il tarixli mühasibatlıq ekspertizası rəyində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan cədvəl məlumatlarına əsasən yeni növ koronavirus (COVİD19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü (2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək) işlədiyi aylar üçün aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında hesablanmaqla İddiaçı – 11927,14 manat ödənilməyən qalıq məbləğin olduğu müəyyən edilir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə onunla əsaslandırımışdır ki, Qobustan rayon X3 hüququ şəxsi 03 mart 2023-cü il tarixli PHŞ-6-53/2-v-2-21- 174/2023 saylı məktubla “TƏBİB”-ə müraciət edildiyini bildirmiş, vəsait ayrıldıqdan sonra əlavələrin onlara ödəniləcəyi bildirilmişdir. Həmçinin işçilərin Qobustan rayon X3 hüququ şəxsin direktoru tərəfindən korona virusun davam etdiyi müddətdə hər ayın əvvəlində koronavirusla mübarizə tədbirlərinə cəlb edilmələri barədə müvafiq əmrlər verilmişdir. Bundan başqa “Qobustan rayon Mərkəzi Xəstəxanası” X12 təqdim etdiyi xəstəxananın böyük tibb bacısının və İnsan Resursları şöbəsinin müdirinin imzası ilə və Qobustan RMX PHŞ təsdiq etdiyi “İş vaxtının uçotu tabeli” ndə və “Növbətçilik cədvəli” ndə təsdiq edilən iş saatlarına uyğun olaraq az hesablanmış aylıq əmək haqqına onların əmək haqqı kartından çıxarışla da təsdiq olunur ki, aylar ərzində hər iş günü növbə ərzində 12 saat işləməklərinə baxmayaraq iş vaxtına görə az ödəniş hesablanıb ödənilmişdir. Qeyd edilən tələblə bağlı iddiaçılar X8 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsinə kollektiv şikayətlərinin araşdırılması və müvafiq tədbirlər görülməsi üçün 06 iyun 2022-ci il tarixdə KOL **********6 saylı məktubla müraciət etmişlər. X8 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsi tərəfindən müvafiq araşdırma aparılmış, TƏBİB-ə, Səhiyyə Nazirliyinə, “Qobustan rayon Mərkəzi Xəstəxanası” X15ə sorğular verilmiş, sənədlər, cədvəllər və s. tələb edilmişdir. X8 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsi müraciətləri araşdıraraq həqiqətən onlara 2020-ci ilin mart ayından 01 yanvar 2022-ci il tarixədək olan dövr ərzində pandemiya ilə əlaqədar əmək haqlarına əlavələrin 5 misli az hesablanması, eləcə də hər iş günü növbə ərzində 12 saat işləməklərinə baxmayaraq onlara iş vaxtına görə ödəniş hesablanıb ödənilməsi müəyyən edilmiş və “Qobustan rayon Mərkəzi Xəstəxanası” X15ə 15 iyul 2022- ci il tarixli **********4 saylı göstəriş məktubu göndərərək onun və digər işçilərin əmək haqqına müddətli əlavələrin və az hesablanmış əmək haqqının 30 gün ərzində yenidən hesablanaraq ödənilməsinin təmin edilməsi və nəticəsi barədə X8 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinə məlumat verilməsi tapşırılmış, əks halda “Qobustan rayon Mərkəzi Xəstəxanası” X12 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1 maddəsinə əsasən müvafiq qaydada inzibati məsuliyyət tədbirlərinin görüləcəyi göstərilmişdir. “Qobustan rayon Mərkəzi Xəstəxanası” X15i göstərişi icra etməmişdir. Bu səbəbdən mərkəzi xəstəxananın direktoru 19 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Dağlıq Şirvan regional ərazi şöbəsi tərəfindən 1000 manat, “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüququ şəxs Qobustan Rayon Məhkəməsi tərəfindən 2000 manat inzibati cərimə edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin əmək haqqının 2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək İcbari Tibbi Sığorta üzrə X6 heyətinin xx.xx.2020-ci il tarixli, 2 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X12 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydaları” ilə müəyyən edilmiş qaydada hesablanaraq iddiaçılara ödənilməsinin cavabdehə həvalə edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. İddiaçı işəgötürənin müvafiq əmrləri ilə koronavirusla mübarizəyə cəlb edilmiş və iş vaxtının “uçotu tabeli və növbətçilik cədvəlləri” ilə təsdiq edildiyi kimi növbədə 12 saat işləmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 156-cı maddəsinə 1-ci hissəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Azərbaycan Respublikasının Əmək Məcəllənin 147.1-ci maddəsinə əsasən əmək normaları-hasilat normaları, vaxt normaları, xidmət normaları və işçilərin say normaları işçilər üçün texnikanın, texnologiyanın əldə edilmiş səviyyəsinə uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 147.4-cü maddəsinə əsasən hasilat normaları elə müəyyən edilməlidir ki, tam iş vaxtı ərzində işçi əmək funksiyasını yerinə yetirmək imkanına malik olsun və onun əmək haqqının məbləği qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmasın. Həmin Məcəllənin 288-ci maddəsinə əsasən əmək normalarının, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli bu Məcəllə ilə nizama salınır. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh apellyasiya şikayətində pul vəsaitinin büdcədə nəzərdə tutulmadığı üçün ödənişlərin edilmədiyin bildirsə də, yuxarıda sadalanan işin halları ilə iddiaçıya əlavə ödənişlərin ödənilməsi sübut olunduğundan, həmçinin “Qobustan rayon Mərkəzi Xəstəxanası” X15i tərəfindən iddiaçıya ünvanlanan rəsmi cavablarda borcu etiraf edərək vəsait ayrılandan sonra ödəyəcəyini bildirdiyindən qeyd edilən hesablanmış müddətli əlavədə göstərilən verilməli olan məbləğlə verilən məbləğ arasındakı fərq iddiaçıya ödənilməlidir. İddiaçı tərəfində müəyyən edilmiş müddətin ötürülməsi ilə bağlı apelllyasiya şikayətinin dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətinə etirazında, həmçinin nümayəndəsi məhkəmə proseslərində izahatında bildirmişdir ki, ona müəyyən məbləğdə korona virusla bağlı cəlb etmə ilə əlaqədar edilmiş ödənişlər maaşından artıq olduğu üçün o, ona verilən ödənişlərlə verilməli olan ödənişlər arasında fərq olduğunu bilməmiş, yalnız X8 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinə müraciət etdikdən və onlar tərəfindən verilmiş rəsmi məktubdan sonra əlavələrin təyin olunandan az aldığını bilmişdir.Buna görə də yuxarıda qeyd olunan Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən iddia tələbinin iddiaçının əmək haqqına əlavədən yenidən hesablanıb ödənilməsi hissəsinə münasibətdə qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülmədiyinə görə apellyasiya şikayətinin həmin dəlili əsassızdır. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Qobustan rayon Mərkəzi Xəstəxanası” X15i tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2(026)-14/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar