Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1042/2023 25.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13/2022 nömrəli 16 avqust 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatətin təmin edilməməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2(060)-13/2022 nömrəli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü Bəşirzadə Cavanşir İlkin oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçıya verilməsi, iddiaçının hamiləliyi ilə əlaqədar uşaq doğulana kimi ayda 100 manat maddi yardımın cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında dəqiqləşmə verərək, xx.xx.2016-cı il təvəllüdlü Bəşirzadə Cavanşir İlkin oğlunun və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü Bəşirzadə Cavanşir İlkin oğlu və xx.xx.2020-ci il təvəllüdlü X2 adlı övladları vardır. Cavabdeh 1-ci qrup əlildir, pensiyası vardır, lakin pensiya kartı valideynlərində olduğundan cavabdeh ailəyə maddi yardım göstərə bilmir. Maddi cəhətdən uşağı saxlamaqda çətinlik çəkir. Hər iki uşaq onun himayəsindədir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2019-cu il tarixdən etibarən xx.xx.2016-cı il təvəllüdlü Bəşirzadə Cavanşir İlkin oğlunun, xx.xx.2022-ci il tarixdən isə xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər bir uşaq üçün 95 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddianın verilməsinə görə 46.40 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, məhkəmə qətnaməsinin alimentin tutulması hissədə dərhal icra olunması qət edilmişdir. (hakim Əfqan Ələkbərov) Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2284/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehin nümayəndəsinin Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti AR MPM-in 363.1.1- 1-ci maddəsinə əsasən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. xx.xx.2022-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili Vəkil qətnamədən yenidən apellyasiya şikayəti vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehin nümayəndəsinin Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti AR MPM-in 361-ci maddəsinə uyğun olmadığından ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti, eyni zamanda ərizə verərək, hazırkı iş üzrə qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddət ötürüldüyündən onun bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mülki iş üzrə çıxarılmış məhkəmə qətnaməsindən verdikləri apellyasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarıldıqdan sonra o, apellyasiya instansiyası məhkəməsinin qərarının gəlməsini gözləmədən, nöqsanı aradan qaldırıb yenidən apellyasiya şikayəti vermişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Elektron kabinetdə iki eyni tarixli və nəticə hissəsi eyni olan qərardad görülmüş və o hesab etmişdir ki, bir qərardad iki dəfə yüklənmiş, ona görə də qərardadın mahiyyətinə tam diqqət yetirməmişdir. Bir müddət şikayətə baxılacağını gözləsə də ona hər hansı bir bildiriş gəlmədiyindən, məsələ ilə maraqlanarkən bəlli olmuşdur ki, hər iki apellyasiya şikayəti geri qaytarılmış və ikinci qərardadın çıxarılmasında səbəb müddət bərpası barədə vəsatət verməməkləri olmuşdur. Bu səbəbdən də hazırda apellyasiya şikayətini yenidən verərək, qətnamədən apellyasiya şikayəti vermə müddətinin ötürülməsinin üzürlü sayılaraq bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş edir Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi Vəkil apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə verdiyi vəsatəti təmin edilməmiş, apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır (hakim Əfqan Ələkbərov). Cavabdehin nümayəndəsi və vəkili qərardaddan şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13/2022 nömrəli xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 03 aprel 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həm daxili, həm də beynəlxalq qanunvericilik “şikayətin verilmə müddəti” anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri çərçivəsində edilməsini tələb edir. Göründüyü kimi, mülki qanunvericiliyin birbaşa tələbləri qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzürlü olmasına istiqamətlənmişdir. Başqa sözlə, əgər müddət tərəfin iradəsindən asılı olmayan səbəblərdən və ya iradəsindən asılı olan, lakin üzürlü hesab edilə bilinəcək səbəblərdən buraxılıbsa, məhkəmə tərəfindən bərpa edilə bilər. İş materiallarından aydın olur ki birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi tərəflərə göndərilmiş, iş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, sözügedən qətnamə xx.xx.2022-ci il tarixdə Cavabdeh iddia ərizəsində göstərilən ünvanında onun qəyyumu olan anası Qanuni nümayəndə tərəfindən xəbərnaməyə imza olunmaqla qəbul edilmiş, bununla cavabdehin şikayət vermə müddəti başlamışdır. Cavabdehin nümayəndəsinin apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş, lakin apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formaya uyğun verilmədiyinə görə əvvəl Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin isə xx.xx.2022-ci il tarixli qərardadları ilə geri qaytarılması qərara alınmışdır. Cavabdehin nümayəndəsi qətnamədən ikinci dəfə, yenidən xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti vermiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin apellyasiya şikayəti də bu Məcəllə ilə müəyyən edilmiş formaya uyğun verilmədiyinə görə geri qaytarılması qərara alınmışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil isə xx.xx.2023-cü il tarixdə, yəni apellyasiya şikayətinin prosessual nöqsanlara görə geri qaytarılması barədə qərardad çıxarılmasından 3 aydan artıq müddət keçdikdən sonra apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Şikayətin əsas dəlili ondan ibarətdir ki, məhkəmənin xx.xx.2022-ci il tarixli elektron kabinetdə iki eyni tarixli və nəticə hissəsi eyni olan qərardad görülmüş və o hesab etmişdir ki, bir qərardad iki dəfə yüklənmiş, ona görə də qərardadın mahiyyətinə tam diqqət yetirməmişdir. Bir müddət şikayətə baxılacağını gözləsə də ona hər hansı bir bildiriş gəlmədiyindən, məsələ ilə maraqlanarkən bəlli olmuşdur ki, hər iki apellyasiya şikayəti geri qaytarılmış və ikinci qərardadın çıxarılmasında səbəb müddət bərpası barədə vəsatət verməməkləri olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin bu dəlili qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasına əsas ola bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət cavabdeh tərəfin təqsiri ilə əlaqədar ötürülmüşdür. Məhkəmə kollegiyası işin faktiki hallarına və işdəki mötəbər sübutlara əsaslanaraq hesab edir ki, hazırkı halda cavabdeh və onun nümayəndəsi və vəkilinin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpası üçün heç bir əsas yoxdur, hazırkı vəziyyətdə müddətin bərpası ədalətli yanaşma hesab edilə bilməz. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti rədd etməklə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2(060)-13/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2(060)-13/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1042/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1042/2023
25.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver