Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1056/2023 15.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: sabit pul məbləğində aliment) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X11 Məmmədov və X1 ibarət tərkibdə, Ramilə Camalədin qızı Məmmədovanın katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment» tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2(060)-1181/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından olan 06 iyul 2018-ci il təvəllüdlü X3, 07 iyun 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşağa 220 manat, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin və 07 iyun 2021-ci il təvəllüdlü X4 3 yaşına çatana qədər 100 manat maddi yardımın alınıb ona verilməsinə, həmçinin mediasiya üçün ödədiyi 50 manat dövlət rüsumunun da alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahış etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 11 avqust 2017-ci ildə rəsmi nikahla ailə qurmuş və birgə nikahdan 06 iyul 2018-ci il təvəllüdlü X6, 07 iyun 2021-ci il təvəllüdlü X7 adında iki övladları doğulmuşdur. Cavabdehlə münasibətləri ilk vaxtlarda normal olmuşdur. Sonradan cavabdehlə münasibətləri kəskin surətdə pozulmuşdur, belə ki, cavabdeh ailəsinə baxmır, ailə qaygılarından uzaqdır. O, birdə nikahlarında olan uşaqları təkbaşına saxlaya bilmir. Cavabdeh uşaqların saxlanılması üçün ona maddi cəhətdən heç bir köməklik etmir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı və cavabdeh Bakı 6 saylı Mediasiya Təşkilatının mediatoru X2 xx.xx.2022-ci il tarixində təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər.
5. X13 üçün 50 (əlli) manat məbləğində mediasiya xərcini birinci tərəf İddiaçı tərəfindən ödənilmişdir.
6. AZ-İİ 203612 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X8 arasında 11 avqust 2017-ci il tarixdə 08 nömrəli akt qeydi ilə nikah bağlanmış, qadına Rəsulova soyadı verilmişdir.
7. AZ-İV 587470 nömrəli xx.xx.2021-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 07 iyun 2021-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası X12r.
8. AZ-İV 106168 nömrəli xx.xx.2018-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 06 iyul 2018-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası X12r.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
9. Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2(060)-1181/2023 nömrəli qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) iddianın qismən təmin edilməsi, Cavabdeh 06 iyul 2018-ci il təvəllüdlü X9 və 07 iyun 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin xx.xx.2022-ci il tarixdən başlayaraq tutulub İddiaçı verilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun alınıb dövlət nəfinə və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manatın Cavabdeh alınaraq İddiaçı ödənilməsi, qətnamənin aliment hissəsində dərhal icra edilməsi, iddia tələbinin maddi yardım hissəsində təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflərin birgə nikahdan olan uşaqlar hazırda anasının himayəsindədir və cavabdeh bir ata kimi üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Odur ki, iddiaçının aliment hissəsində iddia tələbini məhkəmə əsaslı hesab edir, təmin olunmalıdır.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi, Azərbaycan Respublikasının "Uşaq hüquqları haqqında" Qanunun 3, 5, 13, 19, 27-ci madələri, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 56.1, 100.2, 84, 85.1.1, 78.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 218.3, 234.2.1, 220.5, 216- 220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
12. Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2(060)-1181/2023 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin qismən ləğv edilməsi, alimentin sabit pul məbləğində deyil, əmək haqqının üçdə bir hissəsində tutulmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin göstərilən qətnaməsi qanunsuz və əsassız olduğu, maddi və prosessual hüquq normaları pozulmaqla və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olmuş bütün faktiki hallar aydınlaşdırılmadan qəbul olunduğu, bu isə qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə və faktlar nöqteyi nəzərindən əsassız qərar qəbul edilməsinə səbəb olduğu üçün qismən – uşaqlar üçun yetkinlik yaşına çatanadək saxlanması üçün ümumilikdə 440 manat sabit pul məbləğində aliment tələbinə dair hissədə ləğv olunmalı və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, aliment onun yəni, Cavabdeh əmək haqqına yönəlməli idi. Bu barədə məhkəməyə şifahi vəstəti əsasında iş yerindən arayış da təqdim etmişdir. İş materiallarında onun təqdim etdiyi iş yerindən əmək haqqı sübutu nəzərə alınmamışdır. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası iddiaçının irəli sürdüyü tələbi əsaslandıran halların araşdırılması idi. Bu halı düzgün müəyyən etmək üçün isə mütləq qaydada çəkişmə prinsipinə əməl edilməli və bundan sonra qərar qəbul etməli idi. İddiaçının guya onun atalıq öhdəliklərinə əməl etməməsini göstərməsi, uşaqlara heç bir maddi yardım etməməsi məhkəmədə tələbin bu hissədə əsaslı olmaması haqqında əminlik yaratmamalı idi. Belə ki, işin faktiki hallarına görə iddiaçı ilə aralarında olan ailə münasibətləri əvvəllər yaxşı olsa da, vaxt keçdikcə münasibətləri sonuncunun təqsiri üzündən dəyişməyə başlamış, iddiaçı ilə aralarında olan ər-arvad münasibətləri tamamilə pozulmuşdur. Xeyli müddətdir ki, ayrı yaşasalar da o, mütəmadi olaraq uşaqlarına baş cəkib, onların maddi və mənəvi təminatını qarşılamışdır. Analarının himayəsində yaşasalar belə ərzaq, geyim ilə bağlı olan ləvazimatlarını təmin etmişdir. O, uşaqlarla ilə hər zaman maraqlanmış və onlara qarşı məsüliyyətini dərk edir. Hazırda maddi imkanları heç də qənaətbəxş deyildir. O, öz yaşlı valideynləri ilə birlikdə Quba rayonu Rustov kəndində yerləşən evdə yaşayır. Evin bütün maddi ehtiyaclarını özü qarşılayır. Həmçinin, atasının da xəstə və işsiz olması nəzərə alınsa bu onun maddi imkanlarını daha da məhdudlaşdırır. Onun yeganə gəlir yeri olan əmək haqqı olduğu halda özünə məxsus digər xərcləri də coxluq təşkil etdiyindən məhkəmənin ona tədbiq etdiyi sabit pul məbləğində olan 440 manat vəsaiti ödəmək iqtidarında deyil. Əmək haqqı 900 manat olduğu halda bu məbləğ əmək haqqının hardasa yarısını təşkil edir. Ona görə də onun büdcəsinin formalaşmağında, hayatının digər xərclərinə vəsait qalmır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları
15. Cavabdeh apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi.
16. İddiaçı apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh qətnamənin qismən ləğv edilməsi, alimentin sabit pul məbləğində deyil, əmək haqqının üçdə bir hissəsində tutulmasını xahiş etmişdir. Odur ki, kollegiya hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2(060)-1181/2023 nömrəli qətnaməsi tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
19. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. Maddə 27. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
20. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının tə min edilməsinə yönəldilir. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
21. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
22. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
23. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 218.3 Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
26. Belə ki, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
28. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
29. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.
30. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, tərəflərin birgə nikahdan olan uşaqlar hazırda anasının himayəsindədir və cavabdeh bir ata kimi üzərinə düşən öhdəlikləri yerinə yetirmir. İddiaçı cavabdehdən uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 220 manat alimentin tutulması və 07 iyun 2021-ci il təvəllüdlü X4 3 yaşına çatana qədər 100 manat maddi yardımın alınıb ona verilməsini tələb etmişdir.
31. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 06 iyul 2018-ci il təvəllüdlü X9 və 07 iyun 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin xx.xx.2022-ci il tarixdən başlayaraq tutulub İddiaçı ödənilməsi qət edilmişdir.
32. Birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayan cavabdeh alimentin müəyyən edilmiş miqdarını mübahisələndirərək apellyasiya şikayəti vermiş, şikayətin dəlili olaraq uşaqlarına daima qayğı göstərdiyini, himayəsində yaşlı valideynlərinin olduğunu, aldığı 900 manat əmək haqqının yarısının alimentin tutulmasına yönəldiyi halda özünə məxsus digər xərclərə vəsait qalmadığını göstərmişdir.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlillərini əsassız hesab edir və bildirir ki, bu hallar cavabdehin aliment öhdəliyindən azad olunması, alimentin apellyator tərəfndən tələb olunan şəkildə müəyyən edilməklə miqdarının azaldılması üçün əsas kimi çıxış edə bilməz.
34. Kollegiya hesab edir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.
35. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, aliment təyin edilərkən məhkəmə tərəfindən tərəflərin maddi vəziyyəti nəzərə alınır.
36. Belə ki, qanunuvericilikdə öz əksini tapan müvafiq normaların tələblərindən irəli gələrək məhkəmə kollegiyası hesab edir ki, aliment maddi vəziyyəti yaxşı olan tərəfdən alınaraq maddi vəziyyəti aşağı olan tərəfə ödənilməlidir.
37. Göründüyü kimi hazırkı vəziyyətdə apellyatorun maddi vəziyyəti tələb olunan həcmdə aliment ödənilməsinə imkan verir.
38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
39. Məhkəmə, cavabdehin bir valideyn kimi uşağını saxlamaq vəzifəsini, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olduqlarını, yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması və diqqətəlayiq olan digər halları, ölkə ərazisində uşaqlar üçün müəyyən edilən minimum dolanışıq xərclərinin miqdarını, təyin edilmiş məbləğin ağlabatan məbləğ olmasını nəzərə alaraq hesab edir ki, alimentin məbləğinin müəyyən olunmuş hissədə ləğv edilməsi üçün əsas yoxdur.
40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2(060)-1181/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.