Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1058/2025 22.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, X6 qızının katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2(012)-808/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq baxaraq, müəyyən etdi: İddiaçı oğu Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 mart 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2(012)-808/2025 nömrəli qətnaməsi ilə (hakim Abbasova Məlahət) iddia təmin edilmiş, tərəflərin birgə nikahından olan 30 mart 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 15 noyabr 2024-cü ildən 01 yanvar 2025-ci ilədək olan dövr üzrə hər ay 235 manat, 01 yanvar 2025-ci ildən başlayaraq hər il sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh (vəkili-nümayəndəsi Nümayəndə1) tərəfindən verilmiş apellyasiya şikayəti 13 may 2025-ci ildə Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Abşeron Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2(012)-808/2025 nömrəli qərardadı ilə apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh bu qərardaddan şikayət verərək, onun ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 2(012)-808/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Dövlət rüsumu haqqında” qanunun 9-cu maddəsinə əsasən aliment tələbi ilə bağlı iddialarda dövlət rüsumu ödənilmir. Həmin qanunun 8.6-cı maddəsində göstərilib ki, apelyasiya şikayətinin verilməsi üçün birinci instansiya məhkəməsində ödənilmiş dövlət rüsumunun 50 faizi həcmində rüsum ödənilir. İş materialından da görünür ki, iddiaçı birinci instansiya məhkəməsində dövlət rüsumu ödəməyib. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı hesab edir. İşdən görünür ki, Cavabdeh apellyasiya şikayətinə iddia qiymətinin 50 faizi miqdarında ödənilməli olan dövlət rüsumu haqqında qəbzi əlavə etməmişdir. Bunu “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment tələbi ilə bağlı iddialarda dövlət rüsumunun ödənilmədiyi ilə əsaslandırmışdır. Mülki Prosessual Məcəllənin 108.1.4-cü maddəsinə görə apellyasiya şikayətləri verildikdə, dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Birinci instansiya məhkəməsi qərardadına görə iş üzrə cavabdeh olan Cavabdeh qətnamədən apellyasiya şikayəti versə də, apellyasiya şikayətinə birinci instansiya məhkəməsinə müraciət edilərkən müəyyən edilmiş məbləğin (tələb 235x12=2820 manatrüsumun məbləği 48,20 manat) 50 faizi (24,10 manat) miqdarında dövlət rüsumunun Sumqayıt Apellyasiya Məhkəməsinə ödənilməsini təsdiq edən sənəd əlavə etməmişdir. İş materiallarında cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunmasını təsdiq edən sənəd mövcud deyildir. Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən, apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Apellyasiya şikayəti verən cavabdeh iş üzrə aliment alınmasını tələb edən şəxs olmadığından, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qərardad əsaslıdır və şikayətdə göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyildir. Odur ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2(012)-808/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2(012)-808/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1058/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1058/2025
22.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver