Məhkəmə qərarları › İş №2(105)-1063/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1063/2025

23.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1063/2025 23.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X4 (məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsi üzərində ½ hissədə payların müəyyən edilməsi, fərdi yaşayış evinin inşasına və təmirinə çəkilmiş xərcin ½ hissəinin cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(034)-82/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsi üzərində ½ hissədə payların müəyyən edilməsi, fərdi yaşayış evinin inşasına və təmirinə çəkilmiş xərcin ½ hissəsinin cavabdehdən alınaraq ona ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsi üzərində tərəflərin ½ hissədə paylarının müəyyən edilməsi, Abşeron rayonu, Masazır qəsəbəsi, döngə 9 ünvanında yerləşən fərdi yaşayış evinin inşasına və təmirinə çəkilmiş xərcin ½ hissəsinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(034)-82/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Gülsarə İmanova). İddiaçı Dəmirov X3 Rayon Məhkəməsinin 2(034)-82/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(034)-82/2025 nömrəli qərardadı ilə qətnamədən apellyasiya şikayəti vermə müddəti ötürüldüyündən İddiaçı tərəfindən verilən apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı Dəmirov X3 Rayon Məhkəməsinin 2(034)-82/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsi, mülki işin baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul etməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Cavabdeh qarşı “fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsi üzərində ½ hissədə payların müəyyən edilməsi, fərdi yaşayış evinin inşasına və təmirinə çəkilmiş xərcin ½ hissəsinin cavabdehdən alınaraq ona ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsi üzərində tərəflərin ½ hissədə paylarının müəyyən edilməsi, Abşeron rayonu, Masazır qəsəbəsi, döngə 9 ünvanında yerləşən fərdi yaşayış evinin inşasına və təmirinə çəkilmiş xərcin ½ hissəsinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsini 2(034)-82/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsi üzərində ½ hissədə payların müəyyən edilməsi, fərdi yaşayış evinin inşasına və təmirinə çəkilmiş xərcin ½ hissəsinin cavabdehdən alınaraq ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qaldığı üçün tərəfindən apellyasiya şikayəti verilmiş, Zəngilan Rayon Məhkəməsinin 2(034)-82/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Zəngilan Rayon Məhkəməsinin 2(034)-82/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən onun tərəfindən verilən apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Məhkəmə qərardadını belə əsalsndırmışdır ki, mülki işin materiallarından görünür ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-82/2025 nömrəli, 17 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi təmin edilməmiş və qətnamənin surəti rəsmi qaydada 18 mart 2025-ci il tarixdə iddiaçının yaşadığı Şamaxı rayonu, Qurftəpə kəndinə göndərilmiş, iş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədə olan möhürdən görünür ki, qətnamənin göndərildiyi zərf İddiaçı 02 aprel 2025-ci il tarixdə təqdim edilmiş və iddiaçı xəbərnaməyə imza edərək zərfi qəbul etmişdir. Lakin, iddiaçı prossesual müddətin bərpa olunması barədə məhkəməyə vəsatət vermədən, Zəngilan Rayon Məhkəməsinin 2(034)-82/2025 nömrəli, 17 fevral 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti 07 may 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Belə olduğu halda İddiaçı məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermə müddəti ötürüldüyündən apellyasiya şikayəti geri qaytarılmalıdır. Aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, məhkəmə qərardadı əsassızdır və ləğv edilməli tərəfindən verilmiş şikayət baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, onun qeydiyyat ünvanı ünvan 3hkəmənin istinad etdiyi qəbz və həmin qəbzdə olan imza nə ona, nə də onun ailə üzvlərinə aid deyildir. O, məhkəmə qətnaməsini xx.xx.2025ci il tarixində məhkəməyə müraciət edərək əlbə-əl almış, qətnamədən də şikayəti xx.xx.2025-ci il tarixində elektron sistemə yerləşdirilmişdir. Qətnamənin onun tərəfindən əldə edilməsi barədə qəbz şikayətə əlavə edilir. Bildirir ki, yuxarıda qeyd etdiyi kimi o, məhkəmə qətnaməsini rəsmi olaraq xx.xx.2025-ci il tarixində əldə etmişdir. O, qeydiyyatda olduğu ünvanda 15 ildən çoxdur ki, yaşamır. O, ünvan 4 ünvanda kirayədə yaşayır. Məhkəmənin istinad etdiyi qəbz və həmin qəbzdə olan imza ona məxsus deyildir. Başqa şəxs tərəfindən imzalanmışdır. Onu da qeyd edir ki, tərəfindən müvafiq şikayət ərizəsi ünvanlanaraq həmin qəbzdə onun adından imza atan və saxtakarlığa yol verən şəxslər barəsində müvafiq araşdırmanın aparılması üçün hüquq mühafizə orqanına və poçta şikayət ərizəsi ünvanlanmışdır. Görünür kimsə onun şikayətinin apellyasiya instansiyasına getməsinə qanunsuz olaraq müdaxilələr edir. Qeyd etdiyi kimi o, ünvan 5 ünvanında kirayə qalır. Məhkəmə qətnaməsi isə həmin ünvana göndərilməmiş, qətnaməni özü şəxsən yaxınlaşıb məhkəmədən xx.xx.2025-ci il tarixində əldə etmişdir. Ona görə də məhkəmə qətnaməsindən apellyasiya şikayətini vermək üçün müddəti ötürməmişdir. Göründüyü kimi tərəfindən apellyasiya şikaytəti qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddəti ötürülməmiş verilmişdir. Ona görə də məhkəmənin qərardadı ləğv edilməli iş baxılması üçün apellyasiya instasiya məhkəməsinə göndərilməlidir. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(034)-82/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(034)- 82/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Mülki Prosessual Məcəllənin Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, mülki iş materiallarının 112-ci səhifəsində olan müşayiətedici məktubdan, 115-ci səhifəsində olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədə olan möhürdən görünür ki, qətnamənin göndərildiyi zərf İddiaçı 02 aprel 2025-ci il tarixdə təqdim edilmiş və iddiaçı xəbərnaməyə imza edərək zərfi qəbul etmişdir. İddiaçı şikayətin dəlillərində Şamaxı rayonu, Qurftəpə kəndində yaşamamasını, ünvan 5 ünvanda kirayədə yaşadığını bildirsə də, özü tərəfindən verdiyi Zəngilan Rayon Məhkəməsinin 2(034)- 82/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin məzmununda ünvanı Şamaxı rayonu, Qurftəpə kəndini göstərmişdir. Belə olan halda kollegiya birinci instansiya məhkəməsinin mövqe ilə razılaşır və hesab edir ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(034)-82/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 361.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Qeyd olunan Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(034)-82/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar