Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1075/2024 25.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X7 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-309/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. AZ-İİ 122049 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 13 may 2008-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur, atası İddiaçı, anası Cavabdehdır.
2. AZ-İİ 941524saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 12 avqust 2012-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur, atası İddiaçı, anası Cavabdehdır.
3. Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(029)-650/2021 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında Qusar rayon qeydiyyat şöbəsində 29 mart 2008-ci il tarixdə 35 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, 13 may 2008-ci il təvəllüdlü X5 və 12 avqust 2012-ci il təvəllüdlü X6 ataları İddiaçı himayəsində saxlanılmaları və həmin uşaqların yaşayış yerləri kimi İddiaçı yaşayış yerinin müəyyən olunması qət edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13 may 2008-ci il təvəllüdlü X2 və 12 avqust 2012-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 250 manat olmaqla, ümumilikdə 500 manat sabit pul məbləğində alimentin tutularaq uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, o, nikahı rəsmi qeyd etdirmədən el adəti ilə toy edərək Cavabdeh ilə evlənmiş, nikahlarını 29 mart 2008-ci il tarixdə rəsmiləşdirmişdir. Həmin nikahdan onların 13 may 2008-ci il təvəllüdlü X5 və 12 avqust 2012-ci il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, cavabdehlə ayrılmışdır. Qusar Rayon Məhkəməsinin 2(029)-650/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən 29 mart 2008-ci il tarixdə bağlanmış nikahın pozulması, 13 may 2008-ci il təvəllüdlü X5 və 12 avqust 2012-ci il təvəllüdlü X3 onun himayəsində qalması qət edilmişdir. Cavabdeh azyaşlı uşaqların saxlanmasının və tərbiyəsinin qayğısını çəkmir, uşaqların maddi, məişət ehtiyaclarının ödənilməsini təmin etmir, ona uşaqların saxlanması üçün heç bir köməklik göstərmir. Ona görə də uşaqların saxlanması üçün Cavabdeh onun xeyrinə aliment tutulmalı, aliment sabit pul məbləğində müəyyən olunmalıdır.
6. Elektron sistemdən çıxarışdan görünür ki, Cavabdeh 345 manat əmək haqqı alır.
7. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-309/2024 nömrəli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddia qismən təmin edilmiş, xx xxxx 1989-cu ildə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Cavabdeh İddiaçı xeyrinə 13 may 2008-ci il təvəllüdlü X2 və 12 avqust 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün sabit pul məbləğində hər ay hər uşaq üçün 50 (əlli) manat olmaqla, ümumilikdə 100 (yüz) manat sabir pul məbləğində alimentin tutulması, iddianın qalan hissədə təmin edilməməsi, alimentin tutulmasının 05 fevral 2024-cü il tarixdən hesablanması, Cavabdeh 32 (otuz iki) manat məbləğində dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi və qətnamənin alimentin tutulmasına dair hissədə dərhal icra edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh ərzaq malları üzrə satıcı işləyir və 345 manat əmək haqqı alır və həmin məbləğin 1/3 hissəsi təxminən 100 manat təşkil edir. Məhkəmə tərəflərin maddi və digər vəziyyətlərini, həmçinin uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq alimentin miqdarının sabit pul məbləğində iddiaçının tələb etdiyi kimi hər ay hər uşaq üçün 250 (iki yüz əlli) manat məbləğində deyil, hər ay hər uşaq üçün 50 (əlli) manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Bundan başqa, uşaqları saxlamaq yalnız ananın deyil, həm də atanın vəzifəsi olduğundan ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız anadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir.
9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 56.1, 75.1, 75.4, 78.1, 78.2, 100.2-ci maddələrinə, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassızdır. Belə ki, Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(029)-650/2021 saylı qətnaməsi ilə cavabdehlə aralarındakı nikah pozulmuş, xx.xx.2008-ci il təvəllüdlü Diana və xx.xx.2012-ci il təvəllüdlü Fərid adlı uşaqların onun (iddiaçının) himayəsində qalması qət edilmişdir. Həmin vaxtdan kəçən 4 il müddət ərzində cavabdeh X4 uşaqların taleyi ilə ümumiyyətlə maraqlanmamış, onların təlim tərbiyəsində və saxlanılmalarında iştirak etməmiş və bununla bağlı heç bir köməklik göstərməmişdir. Diana adlı uşağın 16, Fərid adlı uşağın isə 12 yaşları vardır və onların tələbatları da çoxalmışdır. Respublikada uşaqların yaşayış minimumu 2024-cü il üçün 235 manat təşkil etdiyi halda məhkəmə haqsız olaraq Cavabdeh Əskər qızından hər uşaq üçün 50 manat olmaqla cəmi 100 manat alimentin tutulmasını düzgün hesab etmişdir və bunu onunla əsaslandırmışdır ki, cəmiyyətdə formalaşmış mövqeyə əsasən ailəni saxlamaq, ailənin təminat xərclərini ödəmək atanın üzərinə düşür. Əgər uşaqlar atanın himayəsindədirsə və ananın onların təlim tərbiyəsində, nə də digər saxlanılmalarında heç bir iştirakı yoxdursa, belə halda ata həm ananın, həm də özünün uşaqların qarşısındakı vəzifələrini təkbaşına yerinə yetirirsə, cavabdehdən tutulan cüzi (50 manat) miqdarında alimentlə onların maddi rifahını necə təmin etməlidir? Göründüyü kimi Qusar Rayon Məhkəməsi işi hərtərəfli, tam və obyektiv tədqiq etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, onun iddia tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirildiyi halda işin hallarına uyğun olmayan qətnamə qəbul edərək iddianı qismən təmin etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
15. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
16. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
18. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
19. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
22. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir.
26. Cavabdehdən uşaqların saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, məhkəmə kollegiyası tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin aldığı aylıq əmək haqqının miqdarını və diqqətəlayiq olan digər halları əsas tutaraq hesab edir ki, cavabdehin tələb olunan məbləğdə aliment ödəmək üçün yetərli qazanca malik olması barədə məhkəməyə sübut növü təqdim edilmədiyindən, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.
28. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
29. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-309/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.