Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1078/2023 30.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Xançoban qızına qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X14 və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-3865/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuş və onların birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2013cü il təvəllüdlü X9 anadan olmuşdur.
2. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-1065/2018 nömrəli qətnaməsi ilə İddiaçı ilə X4 arasında 09 noyabr 2007-ci il tarixdə Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Ləki qəsəbə İƏV üzrə nümayəndəliyində bağlanmış nikah pozulmuş, tərəflərin nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü təvəllüdlü X6 atası İddiaçı alınaraq iddiaçı X1 himayəsinə verilməsi, onların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay hər bir uşaq üçün 154 manat, ümumilikdə 462 manat sabit pul məbləğində alimentin tutularaq X3 ödənilməsi, alimentin tutulmasının azyaşlı uşaqların atası İddiaçı anası X1 himayəsinə verildiyi vaxtdan hesablanması qət edilmişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-782/2019 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-1065/2018 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-6409/2019 nömrəli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-782/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
5. Qanuni qüvvəsini almış Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)- 1065/2018 nömrəli qətnaməsi icraya yönəldikdən sonra icra sənədi üzrə tələbkar X4 ərizə ilə icra şöbəsinə müraciət edərək icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir.
6. Qəbələ rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərarına əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)- 1065/2018 saylı icra sənədinə xitam verilmişdir.
7. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-1065/2018 nömrəli qətnaməsi ilə tərəflərin nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü təvəllüdlü X6 atası İddiaçı alınaraq iddiaçı X1 himayəsinə verilməsi qət edilsə də, uşaqlar faktiki olaraq iddiaçının himayəsində qalmışdırlar.
Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşağa görə 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuş və həmin nikah münasibətlərindən xx.xx.2009-cu il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X9 anadan olmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-1065/2018 nömrəli qətnaməsi ilə onun cavabdeh ilə bağladığı nikah pozulmuş, birgə nikahlarından anadan olmuş azyaşlı uşaqların cavabdehin yanında qalması və uşaqların saxlanılması üçün hər ay hər bir uşağa görə 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırki müddətədək uşaqların saxlanılması üçün bütün xərclər onun tərəfindən təmin edilmiş, cavabdeh isə uşaqların saxlanılması üçün xərclər ödəmədiyi təqdirdə ondan aliment tələb etmişdir. Abşeron Rayon Məhkəməsinə, Sumqayıt Apellyasiya Məhkəməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinə uşaqların onun himayəsinə verilməsi üçün müraciət etsə də, şikayətləri təmin olunmamış və uşaqların cavabdehin himayəsinə verilməsi barədə məhkəmə qətnaməsi qüvvədə qalmışdır. Cavabdeh tərəfindən Abşeron Rayon Məhkəməsinə boşanma ərizəsi verildiyi gündən indiyədək uşaqlar faktiki olaraq onun himayəsində qalmış, onların saxlanılması üçün çəkilən bütün xərclər onun tərəfindən qarşılanmışdır. Bu səbəbdən də, alimentin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur.
10. İddia ərizəsinə qarşı verilmiş etirazdan görünür ki, onun İddiaçı ilə birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2013cü il təvəllüdlü X9 anadan olmuşdur. İddiaçı öz iddia ərizəsini təqdim etməklə, real olmayan, obyektivlikdən qəsdən yayınmaqla, qanuni qüvvəsini almış məhkəmə aktlarını nəzərə almadan qanunsuz, məntiqə sığmayan şəkildə aliment tələb etmişdir. İddia tələbi qanunsuz və əsassızdır. O, İddiaçı ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-1065/2018 saylı qətnaməsi ilə iddiaçı ilə bağladığı nikah pozulmuş, uşaqların onun yanında qalması və yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 154 manat olmaqla, cəmi 462 manat alimentin tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-782/2019 saylı qətnaməsi ilə və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-6409/2019 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş şikayətlər təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-1065/2018 saylı qətnaməsi ilə uşaqların iddiaçıdan alınaraq onun himayəsinə verilməsi qət edilsə də, hazırki vaxtadək uşaqlar onun himayəsinə verilməmiş və iddiaçı uşaqları verməkdən də imtina etmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçı onu üç azyaşlı övladı ilə birgə aldadaraq ondan izahat alınacağı adı ilə Abşeron rayon Polis İdarəsinin xidməti otağına dəvət etmiş, onu tək otağa saldıqdan sonra uşaqların üçünü də dəhlizdə saxlamış, həmin danışılmış vəziyyətdən istifadə edən İddiaçı uşaqları çölə çıxararaq avtomobilinə otuzdurmuş və övladlarını oğurlayaraq öz valideynlərinin yaşadığı Qəbələ rayonunun Bum kəndinə aparmışdır. İddiaçı indiyədək uşaqları orada anası X2 yanında qanunsuz olaraq saxlayır və övladlarının onunla əlaqə saxlamağına heç bir imkan vermir. Bununla bağlı, o, aidiyyəti qurumlara ərizə ilə müraciət etmiş, lakin qanuni və obyektiv tədbir görülməmişdir. Hazırda, uşaqları iddiaçının valideynləri Salmanov Məzahir Soltanəli oğlunun və X2 yaşadığı Qəbələ rayonu, Bum kəndində yerləşən evdə qalırlar. Azyaşlı uşaqları qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onun himayəsində saxlanıldığına görə uşaqların qanun çərçivəsində və məhkəmə qətnaməsi əsasında iddiaçıdan alınıb ona verilməsi uşaqların hüquq və mənafeyi baxımından zəruridir. İddiaçının anası uşaqları ona qaytarmaqdan imtina etməsinin səbəbi kimi onu bildirir ki, uşaqlar böyüyüb ona baxmalıdır. Həmçinin, qaynatası içki aludəçisi olmaqla uşaqların onun yanında olması onların sağlamlığı və normal böyümələri üçün təhlükəlidir. Bundan başqa, cavabdehin qardaşı Anar Salmanov ruhi xəstədir və öz hərəkətlərini idarə edə bilmir. X13 eyni evdə yaşayır. Bu baxımdan, uşaqların həyatı təhlükədədir. Uşaqların ruhi xəstə olan şəxslə eyni evdə yaşamaları hər an faciə ilə nəticələnə bilər. Buna görə də o, dəfələrlə müvafiq orqanlara müraciətlər etmiş, lakin müraciətlərə heç bir cavab verilməmişdir. Bu işin icrası ilə əvvəlcə Abşeron rayon İcra və probasiya şöbəsi məşğul olmuş, indi isə Qəbələ rayon İcra və probasiya şöbəsinin Sənan adlı icra məmuru 2 ildir ki, məşğuldur. O, həmin icra məmuru ilə dəfələrlə telefon əlaqəsi saxlayaraq məhkəmə qətnaməsinin icra olunmasını xahiş və tələb etmiş, lakin övladlarının alınıb ona verilməsindən ötrü heç bir cəhd göstərilməmişdir. İddiaçı tərəfindən mütəmadi olaraq alçaldılıb-döyüldüyünə, təhqir olunduğuna, onu təpikləyərək evdən qovulduğuna və övladlarını qorxudaraq yaxın buraxmadıqları üçün onlardan ayrı qalmağa məcbur olmuşdur. Sözügedən məhkəmə qərarının icra məmuru tərəfindən qəsdən icra edilməməsi, həm onun bir ana kimi, həm övladlarının hüquqlarını kobud şəkildə pozur. İddiaçı ona aliment ödəməməkdən ötrü belə ədalətsizliyə, haqsızlığa yol verir, nəticə etibarı ilə icra məmuru da ona havadarlıq edir və övladlarını heç göstərməyə belə cəhd etmir. Bu hal isə uzun müddətdir ki, onu sarsıdır, üzür və həyatına qəsd etmək həddinə çatdırır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
11. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-3865/2022 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay hər bir uşaq üçün 80 (səksən) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 55, 76.2, 78.2ci, Mülki Prosessual Məcəllənin 14.2, 217.4, 218.3-cü maddələrinin tələbləri ilə əsaslandırmış, qətnamədə qeyd etmişdir ki, məhkəmə tərəflərin birgə nikаhlarındаn оlаn uşаqların mənаfеyini, о cümlədən, tərəflərin diqqətəlаyiq mаrаqlаrını, məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar, həmçinin, iddiaçının cavabdehin rəsmi gəlirləri barədə sübutlarını məhkəməyə təqdim edə bilməməsi nəzərə alınmaqla xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X6 yеtkinlik yаşınа çаtаnаdək sахlаnılmаsı üçün Ailə Məcəlləsinin 100.2. maddəsinin tələbinə əsasən, yəni, xx.xx.2022-ci il tаriхdən bаşlаyаrаq, Cavabdeh İddiaçı хеyrinə hər аy hər bir uşaq üçün 80 mаnаt olmaqla, cəmi 240 manat sаbit pul məbləğində аlimеntin tutulmаsını məqsədəmüvаfiq hеsаb еtmişdir.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflərin nikahının pozulmasına, uşaqların atadan alınaraq anaya verilməsinə və uşaqların saxlanılması üçün alimentin tutulmasına dair qanuni qüvvəsini almış məhkəmə aktı olsa da, sözügedən qətnamə əsasında verilmiş icra sənədinə tələbkarın, yəni hazırki iş üzrə Cavabdeh ərizəsi ilə “İcra haqqında” Qanunun 20.1.1-ci maddəsinə əsasən, icraata xitam verilmişdir. Məhkəmə iclasında cavabdeh həmin sənədin məcburiyyət altında imzalanaraq, sözügedən ərizənin mövcud olmasından məlumatı olmadığını bildirsə də, həmin hallara dair mötəbər sübutunu məhkəməyə təqdim edə bilməmiş, Qanunvericiliyin ona verdiyi qərardan 10 gün müddətində şikayət vermək hüququndan yararlanmayaraq xx.xx.2020-ci il tarixdə qəbul olunmuş icraata xitam verilməsi qərarından şikayət verməmişdir. Göründüyü kimi, cavabdehin ərizəsi əsasında uşaqların atadan alınaraq anaya verilməsi, həmçinin, alimentin tutulması barədə qətnamə əsasında verilmiş icra sənədinə xitam verilmişdir.
14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” xx.xx.2021-ci il tarixli Qanuna əsasən 2022cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə uşaqlar üçün nəzərdə tutulmuş minimum yaşayış məbləğindən əhəmiyyətli dərəcədə aşağı aliment məbləğinin tutulması barədə qətnamə qəbul etməsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, Abşeron Rayon Məhkəməsi tərəfindən hər uşaq üçün 80 (səksən) manat məbləğində təyin edilmiş aliment onların saxlanılması və layiqli həyat şəraitinin təmin edilməsi üçün qətiyyən kifayət deyildir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti əsasında birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirildiyindən həmin hissədə müzakirə edilməlidir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir.
25. Cavabdehdən uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, məhkəmə kollegiyası tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları əsas tutaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir.
26. Belə ki, iddiaçı cavabdehin gəlirləri, eləcə də öz gəlirləri barədə məhkəməyə sübut təqdim etməmiş, cavabdehin üç uşağa görə hər ay 193 manat olmaqla, 579 manat sabit pul məbləğində aliment ödəmək iqtidarında olması barədə tələbini əsaslandırmamış, göstərilən hallara dair məhkəməyə sübut təqdim etməmişdir.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.
28. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.
29. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-3865/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.