Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1096/2022 19.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində aliment və maddi yardım tələbinə dair» Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(060)-8661/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(012)-8661/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3551/2017 saylı, 17 mart 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 11.12.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulması, dəyişdirilmiş məbləğdə alimentin tutulmasının məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanması, 06 oktyabr 2021ci il tarixdən başlayaraq Cavabdeh 05.10.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiq beş) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, 05.10.2019-cu il təvəllüdlü X3 münasibətdə məhkəmə qətnaməsinin dərhal icra olunması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 12 (on iki) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir ( hakim Almaz Süleymanov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(012)-8661/2021 nömrəli qətnaməsinin qismən ləğv edilməsini, birgə nigahdan doğulmuş 11.12.2015-ci il təvəllüdlü X1 və 05.10.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh əmək haqqısının 3/1 hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində aliment və maddi yardım» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 11.12.2015-ci il təvəllüdlü X1 və 05.10.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat olmaqla, 350 manat sabit pul məbləğində alimentin və 05.10.2019-cu il təvəllüdlü X2 üç yaşı tamam olanadək 100 manat sabit pul məbləğində maddi yardımın tutulub İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3551/2017 saylı 17 mart 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləğini dəyişərək cavabdehdən birgə nikahdan olan 11.12.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması, birgə nikahdan olan 05.10.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin və 05.10.2019-cu il təvəllüdlü X2 üç yaşı tamam olanadək 100 manat sabit pul məbləğində maddi yardımın tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qət edərkən maddi hüquq normalarının tələblərini düzgün tətbiq etməmişdir. Belə ki, hazırda onun sabit məbləğdə əmək haqqı olmasına baxmayaraq birinci instansiya məhkəməsi alimenti müəyyən edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə yox, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinin tələblərinə istinad etmişdir. Buna görə Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və əmək haqqının 1/3 hissəsi miqdarında alimentin tutulmasina dair yeni qətnamə çıxarılmalıdır. Alimentin bu qaydada təyin edilməsi iddiaçının, uşağın və cavabdehin mənafelərinə uyğundur və alimentin məbləği tərəflərin hər birinə münasibətdə balanslaşdırılmış məbləğdir. Valideyinlərin öz uşaqları barəsində aliment öhdəlikləri davam edən münasibətlər sırasına daxil olduğundan və buna görə də gələcəkdə, əmlak vəziyyətinə uyğun, alimentin miqdarına dair iddiaçının iddia verilməsi imkanlarının mümkünlüyünü nəzərə alaraq hazırda uşaqların saxlanılması üçün əmək haqqının 1/3 hissəsi miqdarında aliment tutulmalıdır. Apellyasiya şikayətində Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(012)-8661/2021 nömrəli qətnaməsinin qismən ləğv edilməsi, birgə nigahdan doğulmuş 11.12.2015-ci il təvəllüdlü X1 və 05.10.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh əmək haqqısının 1/3 hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmə kollegiyasından xahiş olunmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin hazırki iş üzrə mübahisələndirilən hissədə ləğv olunmaqla, birgə nigahdan doğulmuş 11.12.2015-ci il təvəllüdlü X1 və 05.10.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh əmək haqqısının 3/1 hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin hazırki iş üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)3551/2017 saylı, 17 mart 2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «aliment tələbinə dair» iddiası təmin edilmiş, 11.12.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment, habelə 11.12.2015-ci il təvəllüdlü X1 üç yaşına çatanadək hər ay 50 (əlli) manat maddi yardımın tutulub İddiaçı ödənilməsi, alimentin və maddi yardımın tutulması müddətinin 10.02.2017-ci il tarixdən müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. AZ-İV seriyalı 366030 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 05.10.2019-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən - Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq işin diqqətə layıq hallarını nəzərə alaraq bu nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3551/2017 saylı, 17 mart 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 11.12.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutmuşdur. Alimentin dəyişdirilmiş məbləğinin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Həmçinin birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehdən tərəflərin birgə nikahdan olan digər övladları 05.10.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulmalıdır. Bununla əlaqədar birinci instansiya məhkəməsi tərəfindən tərəflərin ailə və maddi vəziyyətləri, habelə uşaqların qanunla nəzərdə tutulmuş minimum maddi təminat almaq hüququ nəzərə alınaraq, 06 oktyabr 2021-ci il tarixdən, yəni iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən başlayaraq Cavabdeh 05.10.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, arvad hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Birinci instansiya məhkəməsi bununla əlaqədar cavabdehin əmlak vəziyyətini, üzərində aliment öhdəliyinin yaranması ilə bağlı halları, cavabdehin həmin öhdəliyi yerinə yetirməsi ilə bağlı zəruri vəsaitə malik olmasına dair sübutlar təqdim edilmədiyini nəzərə alaraq hesab etmişdir ki, uşağın üç yaşı çatanadək ananın saxlanılması ilə bağlı aliment tələbi hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qətnamənin qismən ləğv edilməsi, yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün cavabdehin əmək haqqısının 1/3 hissəsi miqdarında alimentin tutulmalı olmasına dair apellyasiya şikayətinin dəlillərini əssasız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətinə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(060)-8661/2021 nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1096/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1096/2022
19.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver