Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1104/2021 19.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi və vəkili: X7, Cavabdehin nümayəndələri: X2 və X4 iştirakları ilə, İddiaçı cavabdeh «xxxx» MMC-nə və «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilənin ləğvi və pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh «xxxx» MMC-nin nümayəndəsi E.Səlimov tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov) iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ilə cavabdeh «xxxx» MMC arasında bağlanılmış ABB YM-0190 saylı, xx xxxx 2015-ci il tarixli “Mənzilin alqı-satqı müqavilə”sinin ləğv edilməsi və 25637 manat pulun «xxxx» MMC-dən tutulub İddiaçı ödənilməsi, iddia tələbinin Azərbaycan Respublikası Beynəlxalq Bankı ASC-nin Premyer Müştəri Xidməti ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 4-xx-xx-2015 YS- AAAF-RO saylı təminatlı kredit müqaviləsinin ləğv edilməsi hissəsində rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış 2015-ci il tarixli, ABB YM 0190 saylı alqı-satqı müqaviləsinin və cavabdeh xxxx ASC-nin ABB Premyer müştəri xidməti ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 4-xx-xx-2015 YM-AAAF-RO nömrəli təminatlı kredit müqavilələrinin ləğv edilməsi, ilkin və kredit məbləği şəklində ödədiyi (ilkin 4260 man.+ 38250 man kredit =42510 man) 42510 manat, öz vəsaiti hesabına ödədiyi ilkin məbləğ olan 4260 manat pulu cavabdeh 58 ay müddətində qanunsuz saxlamaqla, o, bu vəsaitdən faydalandığına görə (4260 x illik 5% =213man, 213 man:12 ay=17.75 man; 17.75 man x 58ay= 1030 man ) 1030 manat, əsas və faiz borcu kimi xxxx ASC-yə hər ay 411,10 manat hesabı ilə 52 ay müddətində (411,10 x 52=21377 man ) ödədiyi 21377 manat pulun, 30 manat ödənilmiş dövlət rüsumunun ümumilikdə (42510+1030+21377+30=64947 man) 64947 manat pulun cavabdeh xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC ilə aramızda bağlanmış 2015-ci il tarixli ABB YM-0190 saylı alğı-satqı müqaviləsinin və Azərbaycan Respublikası Beynəlxalq Bankı ASC-nin Premyer Müştəri Xidməti ilə bağlanmış xx.xx.2015 tarixli, -03-2015 YS-AAAF-RO saylı təminatlı kredit müqavilələrinin ləğv edilməsini, öz vəsaiti hesabına ilkin məbləğ olaraq cavabdehə ödədiyi 4260 manatın, əsas və faiz borcu kimi banka ödədiyi hər ay 411.10 manat hesabı 52 ay müddətində (411.10 x 52 ay=21.377 manat) 21.377 manatın, cəmi 50+21377 = 25637) 25637 manatın, öz vəsaiti hesabına ilkin məbləğ olaraq ödənilmiş 4260 manat pulu cavabdeh 60 ay müddətində qanunsuz saxlamaqla, o bu vəsaitdən faydalandığına görə (4260 x illik 5 % dərəcəsi : 100 % = 213 manat: 12 ay=17.75 manat x 60 ay = 1065 manat) 1065 manatın, cavabdehə ilkin ödəniş olaraq ödənilmiş 4260 manatın geri qaytarılmasının gecikdirilməsi nəticəsində iddiaçıya dəymiş zərərəin əvəzi olaraq (4260 mat x 13.7 % infılyasiya : 100 % = 583.62 manat : 12 ay =48.6 manat x ay = 2918 manat) 2918 manatın, 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə cəmi (25637+1065+2918+30=29650) 29650 manat pulun cavabdeh “xxxx” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, «xxxx» MMC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli, ABB YM-0190 saylı alğı-satqı müqaviləsinin və Azərbaycan Respublikası Beynəlxalq Bankı ASC-nin Premyer Müştəri Xidməti ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 4-19-032015 YS-AAAF-RO saylı təminatlı kredit müqaviləsinin ləğv edilməsi və öz vəsaiti hesabına ilkin məbləğ olaraq cavabdehə ödədiyi 4260 manatın, əsas və faiz borcu kimi banka ödədiyi hər ay 411,10 manat hesabı ilə 52 ay müddətində (411,10 x 52 ay = 21377 manat) 21377 manatın, cəmi (4260 +21377= 25637) 25637 manatın “xxxx” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "AAAF Park" yaşayış kompleksinin tikilməsi nəzərdə tutulan binalarından mənzil sahibi olmaq üçün 2015-ci ildə keçirilən kompaniyaya qoşulmuş və bununla əlaqədar olaraq aralarında Abşeron ray. Xırdalan şəh. H.Əliyev pr. 167 ünvanında "AAAF Park" yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 6, ümümi sahəsi 65.4 kv.m-dən ibarət olan 2-otaqlı 38 saylı mənzilə dair xx xxxx 2015-ci il tarixli, ABB Y/1-0190 saylı alqı-satqı müqaviləsi bağlanmış mənzilin dəyəri 42510 (qırx iki min beş yüz on) manat müəyyənləşdirilmiş, bundan 4260 (dörd min iki yüz altmış) manat öz vəsaiti hesabına, 38250 (otuz səkkiz min iki yüz əlli) manat isə Azərbaycan Beynəlxalq Bank ASC tərəfindən ona ayrılmış təminatlı kredit şəklində, qabaqcadan cavabdehə tam şəkildə ödənilmişdir. Həmin vaxt ona məxsus mənzilin yerləşdiyi binanın tikintisinin 2(iki) il müddətə tam şəkildə başa çatdırılıraq təhvil veriləcəyi bildirilsə də, ötən 4 il ərzində binanın yalnız 7 mərtəbəsi yalnız monolit-beton olmaqla inşa edilmişdir. Ötən müddət ərzində hər dəfə tikinti ilə maraqlanarkən, ona bildirmişdilər ki, bu yaxınlarda tikinti işləri sürətləndirilərək, binanın təhvıli başa çatdırılacaq. Lakin borclu təşkilat söz verməsinə baxmayaraq, yenə də sözüqedən bina 7 mərtəbədən ibarət monolit-beton vəziyyətində qalmaqdadır. Binanın layihə sənədlərinə uyğun olaraq 16mərtəbə tikiləcəyini nəzərə alsaq, onda bu ikilinin hələ bundan sonra eyni tikinti surəti ilə 5 ilə 16 mərtəbədən ibarət monolit-beton vəziyyətinə gətiriləcəyi qənaətinə gəlmək olar ki, bu da borclu təşkilatının öz öhdəliklərini yerinə yetirməsi üçün nə qanundan, nə də ki işgüzar adətlərindən irəli gələn ağlabatan müddət hesab oluna bilməz. Ötən müddət ərzində mən təminatlı kredit vəsaiti alan şəxs kimi, kredit müqaviləsi üzrə bank qarşısında üzərimə düşən öhdəlikləri layiqinca icra etmiş, müqavilədən və ödəniş cədvəlindən irəli gələn müddətlərdən aylıq ödənişləri vaxtı-vaxtında keçirmişdir. Beləliklə sözügedən mənzilin ilkin dəyəri onun tərəfindən, qalan hissəsi bank tərəfındən cəmiyyətin hesabına tam olaraq ödənilmişdir. Lakin buna baxmayaraq. "xxxx" MMC öz üzərinə düşən öhdəliklərini vaxtında yerinə yetirməmiş, nəticədə ona satılmış mənzilin yerləşdiyi 5 saylı binanın 4 il ərzində yalnız 7 mərtəbəsi monolitbeton vəziyyətinə inşa etmişdir ki, bu da müddət baxımından ona ümid edərək gözlədiyi nəticə olmamaqla yanaşı, alıcı kimi onun vaxtında mənzilə sahib olmaq hüququnun pozulmasıdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə iddia tələbinin təmin olunmaması hissəsində tələbini əsaslandıran dəlillər üzrə hər hansı araşdırma aparmadan, bu dəlillərə heç bir hüquqi qiymət vermədən, işin həqiqi hallarına uyğun olmayan mötəbər sübutlarla təstiq olunmayan nəticəyə gələrək bəsid və qanunsuz bir qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcıl hissəsində mənzilin dəyərindən ümumillikdə 4260 manatın öz hesabına, qalan 38.250 manatı isə Beynəlxalq Bank ASC tərəfindən ona ayrılmış təminatlı kredit şəklində tərəfindən ödənildiyinin işin mübahisəsiz halı kimi göstərməsi işin həqiqi hallarına uyğun deyil, əksinə, bu Beynəlxalq Bank ASC ilə aralarında bağlanmış təminatlə kredit müqaviləsinin ləğvi hissəsində tələbinin dəlilləri ilə tam ziddiyat təşkil edir. Məhkəmənin iddia tələbinin AR Beynəlxalq Bankın ASC ilə aralarında bağlanmış olan təminatlı kredit müqaviləsinin ləğv olunmasının təmin edilməməsi hissəsində iş üzrə gəldiyi nəticəsi ondan ibarət olmuşdur ki, bu müqavilə müstəqil müqavilə olduğundan və Bank müqavilə üzrə öz öhdəliklərini yerinə yetirdiyindən bu hissədə iddia tələbi rədd olunmalıdır. Ona ayrılmış kredit vəsaiti üzərində özü sərəncam vermək hüququna malik olduğu halda, bank müqavilə şərtlərini kobud şəkildə pozaraq onu məlumatlandırmadan ayrılmış vəsaiti mənzili ona satmış “xxxx” MMC-nin bank hesabına deyil, digər bir fiziki şəxsin cari hesabına köçürmüş və həmin vəsait təyinatı üzrə ona satılmış mənzilin tikintisinə deyil, qeyri-müəyyən yerə yönləndirmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(012)-707/2020 saylı qətnaməsinin iddia tələbinin, Azərbaycan Respublikası Beynəlxalq Bank ASC-nin Premyer Müştəri Xidməti ilə aralarında bağlanmış 19 mart 2015-ci il tarixli 4-xx-xx-2015 YZ-AAAF-RO saylı təminatlı kredit müqaviləsinin ləğv edilməsinin təmin olunmaması hissəsində qətnaməni qismən ləğv edərək, iddia tələbinin tam şəkildə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi E.Səlimov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” MMC ilə bağlanmış xx.xx.2015-ci il tarixli ABB YM-0190 saylı alqı-satqı müqaviləsinin və “xxxx” ASC-nin Premyer Müştəri Xidməti ilə bağlanmış xx.xx.2015-ci il tarixli 4- xx-xx-2015-ci il tarixli YS-AAAF-RO saylı Təminatlı kredit müqaviləsinin ləğv edilməsi və öz vəsaiti hesabına ilkin ödənilmiş 4260 manat, əsas və faiz borcu kimi banka ödədiyi hər ay 411.10 manat hesabı ilə 52 ay müddətində 21.377 manat, cəmi 25637 manatın “xxxx” MMC-dən tutulmasını xahiş etmişdir. ‘xxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 4-xx-xx-2015-ci il tarixli YS-AAAF-R0 saylı Təminatlı Kredit Müqaviləsinin 6-cı bəndinə görə, kredit üzrə faizlər kredit borcu Borcverənə ödənildiyi günədək Borcalandan tutulur. Həmin Müqavilənin 4-cü bəndinə əsasən, bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərin icrasının təminat üsulu ipoteka və Zaminlik müqaviləsindən irəli gələn zaminlikdir. Həmin Müqavilənin 12.2-ci bəndin tələbinə görə, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəmək vəzifəsi daşımışdır. İddiaçı “xxxx” ASC-nin qarşısında xx.xx.2015-ci il tarixli 4-xx-xx-2015-ci il tarixli YS-AAAF-RO saylı Təminatlı Kredit (daxili ipoteka krediti üçün) Müqaviləsi üzrə ayrılmış 38250 manat vəsaitin tam və vaxtında icrası öhdəliyini həyata keçirməlidir və vəzifə daşıyır. Halbuki həmin müqavilə üzrə tələb hüququ onlar İddiaçı deyil, “xxxx” ASCnə aiddir. Maddi normaya görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. xx.xx.2015-ci il tarixli 4-xx-xx-2015-ci il tarixli YS- AAAF- RO saylı Təminatlı Kredit (daxili ipoteka krediti üçün) müqavilə tərəflərin qəbul etdikləri və qarşılıqlı şəkildə qismən icra etdikləri əqdlərdəndir. xx.xx.2015-ci il tarixli 4-xx-xx-2015-ci il tarixli YS-AAAF-RO saylı Təminatlı Kredit (daxili ipoteka krediti üçün) müqaviləsinin 13-cü bəndinə görə yaranmış əsas, faiz və cərimə borcunun tələb edilməsi hüququ İddiaçı deyil, “xxxx” ASC-na məxsusdur. Həmin hüququn ötürülməsi barədə iddiaçının hər hansı bir sübutu mövcud deyildir. Mübahisələndirilən xx xxxx 2015-ci il tarixli ABB YM-0190 saylı (ABB tərəfindən ipoteka ilə satılmış təmirsiz mənzil üçün) Mənzilin alqı-satqı müqaviləsinə əsasən, ümumi dəyəri 42510 manat olaraq, ilkin 4260 manat öz vəsaiti hesabına və qalıq 38250 manatı isə “xxxx” ASC-nə kreditlərşmə üsulu ilə ödənilməklə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, “AAAF PARK” yaşayış massivi, 28 saylı küçədə inşa edilən ümumi sahəsi 65.4 kv.m. olan 2 otaqlı 38 saylı mənzilin yerləşdiyi 5 saylı yaşayış binanın inşaat-tikinti işləri davam etdirilir. Onlar həmin müqavilə üzrə öhdəliyin icrasından yayınmır və tam icra edərək yaşayış binasını təhvil verəcək. xx.xx.2015-ci il tarixli ABB YM-0190 saylı Mənzilin alqı-satqı müqaviləsinin ləğvi tələbinə gəldikdə isə, həmin müqavilənin 10-cu bəndinə müqavilənin ləğvinə dair tələblər öz əksini tapmışdır. Müqavilənin 10-cu bəndinə görə, Alıcı tərəfindən hər hansı bir səbəbə görə müqavilə şərtləri pozularsa Cəmiyyətin müqaviləni birtərəfli qaydada ləğv etmək və həmin mənzilə dair üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququ var. Müqavilənin ləğv edilməsi halında, Alıcı tərəfindən Cəmiyyət ödənilmiş vəsait müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr və Cəmiyyətə dəymiş ziyan çıxıldıqdan sonra həmin mənzilə dair üçüncü şəxslərdən müqavilə üzrə ödəniş qəbulundan sonra 7 iş günü ərzində Alıcıya qaytarılacaqdır. Hüquq norması insanların davranışını tənzimləyir, rəsmi xarakter daşıyır, sistemliliyi əks etdirir. Həmin müqavilədə onlar ilə iddiaçı - Alıcı arasında yaranmış hüquq münasibətlərini tənzimləyir. Lakin birinci instansiya məhkəməsi bunlara düzgün qiymət verməmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(012)-707/2020 saylı qətnaməsinin qismən, yəni İddiaçı «xxxx» MMC-nə qarşı müqavilənin ləğv edilməsi və pulun tutulmasına dair iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı, nümayəndəsi və vəkili V.Ə.Əliyev öz apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, eyni məzmunlu izahat verdilər və şikayətin təmin edilməsini, cavabdehin apellyasiya şikayətini qəbul etmədilər və təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər. Cavabdehin nümayəndəsi R.B.Süleymanov öz apellyasiya şikayətini müdafiə etdi, ona oxşar izahat verdi, təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi R.A.Bəgülov apellyasiya şikayətlərinin dəlillərini qəbul etmədi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, mənzilin tikintisi və iddiaçıya təhvil verilməsi ilə bağlı cavabdehin öhdəliyinin icrası müddətinin müəyyən edilməməsinə, müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, tərəflərin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan xx xxxx 2015-ci il tarixli, ABB YM-0190 saylı mənzilin alqısatqı müqaviləsindən görünür ki, «xxxx» MMC ilə alıcı İddiaçı arasında alqısatqı müqaviləsi bağlanılmış və bu müqaviləyə əsasən «xxxx» MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında «AAAF-Park» yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 6, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığıncaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 65,4 kv.m ibarət 2 otaqlı. 38 №-li mənzili İddiaçı təhvil verməyi, İddiaçı isə bunun qarşılığında Cəmiyyətə razılaşdırılmış pul vəsaitini, yəni 42510 manatı müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən, müqavilə qiymətinin 4260 manat alıcının şəxsi vəsaiti hesabına, 38250 manat isə Beynəlxalq Bank ilə bağlanmış kredit müqaviləsi əsasında 5 iş günü ərzində ödəniləcəkdir. Həmin müqavilənin 3.4-cü maddəsinə əsasən, müqavilədən imtina edildiyi (mənzilin geri qaytarılması) hallarında alıcı müqavilənin 3.1-ci maddəsində razılaşdırılmış məbləğin 2 %-i həcmində minimum 1000 manat olmaqla Cəmiyyətə dəbə pulu ödəyəcəkdir. İşdə olan xx.xx.2015-ci il tarixli, 4-xx-xx-2015 YS-AAAF-RO saylı təminatlı kredit müqaviləsindən görünür ki, borc verən Beynəlxalq Bank borcalana İddiaçı alınması üçün 38250 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən, bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu ipoteka və 4xx-xx-2015 YS-AAAF-RO saylı, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən irəli gələn zaminlikdir. Həmin müqavilənin 4.3-cü maddəsinə əsasən, kredit müqaviləsi üzrə təminat kimi çıxış edən xx xxxx 2015-ci il tarixli, ABB YM-0190 №-li “xxxx” MMC ilə İddiaçı arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında «AAAF-Park» yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 6, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığıncaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 65,4 kv.m ibarət 2 otaqlı. 38 №-li mənzil üzrə AR ƏMDK yanında DƏDRX-dən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış alındıqdan sonra qeyd olunan əmlak ipoteka ilə rəsmiləşdirilməlidir. Həmin müqavilənin 7.1-ci maddəsinə əsasən, borcalan tərəfindən kreditin qaytarılması təqdim olunmuş ödəniş cədvəlinə uyğun olaraq bərabər hissələrlə aylıq ödəmələrin həyata keçirilməsi yolu ilə aparılır. Kredit üzrə əsas borc və faizlər hər növbəti ayın 19-dək aylıq 411,10 manat məbləğində bərabər hissələrlə ödənilir. İşə əlavə olan Azərbaycan Respublikası Beynəlxalq Bankı tərəfindən verilmiş “ABB Premyer” müştəri xidməti xx xxxx 2015-ci il tarixli, 4-xx-xx-2015-YS-AAAF-RO №-li Kredit Müqaviləsinə Əlavə No 1 üzrə kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən, Beynəlxalq Bank İddiaçı illik 10% dərəcəsi ilə aylıq 411,10 manat olmaq şərtilə 180 ay müddətinə 38250 manat məbləğində kredit vermişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçının cavabdehlə xx xxxx 2015-ci il tarixdə alqı-satqı müqaviləsi bağlasa da, mahiyyətinə görə həmin müqavilənin mənzilin tikintisi məqsədilə bağlanması, bu səbəbdən də hüquqi təbiətinə görə müqavilənin podrat müqaviləsi olması, tikilən mənzilin ümumi dəyərinin 42510 manat olması, iddiaçının mənzilin dəyərindən ümumilikdə 4260 manatı öz hesabına¸ qalan 38250 manatı isə Beynəlxalq Bank tərəfindən iddiaçıya ayrılmış təminatlı kredit şəklində ödəməsi, həmçinin iddiaçının hər ay 411,10 manat hesabı ilə 52 ay müddətində (411,10 x 52 ay = 21377 manat) 21377 manatın Beynəlxalq Banka əsas və faiz borcu kimi ödədiyi işin mübahisə edilməyən hallarıdır. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, mənzilin tikintisi və iddiaçıya təhvil verilməsi ilə bağlı cavabdehin öhdəliyinin icrasi müddəti müəyyən edilməyib. Həmçinin şəraitə görə də bunu təyin etmək mümkün deyildir. Nəzərə alınsa ki, ötən 5 il ərzində binanın yalnız 7 mərtəbəsi monolit-beton olmaqla inşa edilmişdir. Belə olan halda, tikilməsi qeyri-müəyyən müddətə ehtimal olan mənzilə iddiaçının marağının itməsi təbii haldır və buna görə də sifarişçi olaraq iddiaçının müqavilədən imtinası qanuni hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 759.1-ci maddəsinə görə sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işin halları və qeyd edilən qanunvercilik normaları baxımdan iddiaçının həmin müqavilə üzrə ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmək hüququ vardır. Bundan başqa məhkəmə tərəflər arasında bağlanmış müqavilənin 10.2-ci bəndində nəzərdə tutulmuş qaydada pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsini barədə cavabdeh təşkilatın mövqeyi ilə razılaşmır. Əvvəla, müqavilənin ləğv edildiyi halda, iddiaçının ödədiyi pulun mənzilin 3-cü şəxslərə satıldıqdan sonra qaytarılması tərəflər arasında bağlanmış müqavilənin 10.2-ci bəndində artıq nəzərdə tutulub. Bundan başqa, mənzilə görə ödədiyi pulun qeyri-müəyyən müddətə iddiaçıya qaytarılmasının qətnamədə nəzərdə tutulması həm iddiaçının hüquqlarının müdafiəsi, həm də qətnamənin icrasının qeyri-müəyyən müddətlə əhatə olunması baxımından qanuni və əsaslı sayıla bilməz. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, ödədiyi pulun iddiaçıya qaytarılmasının müqavilədə tikilməsinin nə vaxt başa çatacağı göstərilməyən və şəraitə görə də tikintisinin nə vaxt başa çatması məlum olmayan mənzilin üçüncü şəxslərə satılması ilə şərtləndirilməsi cavabdehin dəlil əsaslı sayıla bilməz. Mənzillə bağlı Cəmiyyəyin bütün məsrəfləri çıxıldıqdan sonra yerdə qalan məbləğin qaytarılmasına gəldikdə, hansı məsrəflərin iddiaçının ödədiyi puldan çıxalmalı olmasını cavabdeh təşkilat etirazında izah və sübut edə bilməmişdir. Ümumiyyətlə, hələ mövcud olmayan mənzilin tikintisi ilə bağlı hansı xərc və məsrəfin ola biləcəyi ağlabatan dəlil sayıla bilməz və ona görə də məhkəmə cavabdehin etirazının dəlillərini formal mülahizələr kimi qiymətləndirir. Bundan başqa İddiaçı ilə cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2015ci il tarixli, ABB YM 0190 saylı alqı-satqı müqaviləsinin 3.4-cü bəndində göstərilmişdir ki,müqavilədən imtina edildiyi(mənzilin geri qaytarılması) halında, alıcı müqavilənin 3.1-ci maddəsində razılışdırılmış məbləğin 2(iki)%-i həcmində minimum 1000 (bir min) manat olmaqla cəmiyyətə ödəyir. Bununla bağlı məhkəmə qeyd edir ki, qeyri-müəyyən müddətə tikintisi ehtimal olan mənzilə iddiaçının marağının itməsi təbii halla əlaqəli olduğundan və iddiaçı tərəfindən müqavilədən imtina cavabdeh təşkilatın təqsirli hərəkətləri nəticəsində baş verdiyindən xx.xx.2015-ci il tarixli, ABB YM 0190 saylı alqı-satqı müqaviləsinin 3.4-cü bəndində razılaşdırılmış şərtin iddiaçı tərəfindən icra olunması iddiaçının haqlı mənafeyinə uyğun deyildir. Həmçinin, məhkəmə kollegiyası Azərbaycan Respublikası Beynəlxalq Bankı ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 4-xx-xx-2015 YS-AAAF-RO saylı təminatlı kredit müqaviləsi müstəqil müqavilə olduğundan, Beynəlxalq Bank kredit müqaviləsi üzrə öz öhdəliyini yerinə yetirdiyindən və həmin müqavilənin ləğv edilməsinə əsaslar müəyyən edilmədiyindən iddia tələbi xx.xx.2015-ci il tarixli, 4-xx-xx-2015 YS- AAAF-RO saylı təminatlı kredit müqaviləsinin ləğv edilməsi hissəsində rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Məhkəmə kollegiyası iclası zamanı müəyyən olundu ki, cavabdehlər arasında bağlanmış birgə fəaliyyət haqqında müqaviləsi mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı geçikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı və cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X3 apellyasiya şikayətləri təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxxx 2020-ci il tarixli 2(012)- 707/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1104/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1104/2021
19.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver