Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1152/2024 25.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 26 noyabr 2015-ci il tarixli, 2(060)-11577/2015 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan hər ay tutularaq Cavabdeh verilən sabit pul məbləğində alimentin miqdarının azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X5 anadan olmuş, ailə qurduğu ilk vaxtlar cavabdehlə münasibətləri yaxşı olsa da, sonradan xasiyyətlərinin tutmaması səbəbindən aralarında daima mübahisələr baş vermis, nəhayət Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi əsasında onunla cavabdeh arasındakı nikah ləğv edilmiş və birgə nikahdan doğulmuş uşaqların saxlanması üçün hər ay ondan hər uşağa 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində alimentin cavabdehin xeyrinə tutulması qət edilmişdir, artıq iki ildir ki o, hər ay cavabdehə 150 manat aliment ödəyir. Sonradan o, yenidən ailə həyatı qurmuş və bu nikahdan da iki övladı doğulmuşdur. Buna baxmayaraq o, yenə də alimenti ödəməkdə davam etmiş, lakin bu ilin mart ayında o, işlədiyi şirkətdən ixtisarla bağlı olaraq işdən çıxarılmış, hal-hazırda iş üçün bir neçə müəssisəyə müraciət etsə də, hələki heç bir nəticə olmamışdır. Hazırda işsizdir və hər ay dörd uşağın təlabatını ödəmək, xüsusən də cavabdehə 150 manat aliment ödəmək onun və digər iki uşağın maddi vəziyyəti olduqca çətinləşmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 26 noyabr 2015-ci il tarixli, 2(060)-11577/2015 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi əsasında İddiaçı cavabdeh İsmayılova (Gülmalıyeva) Tünzalə Akif qızının xeyrinə tutulan sabit pul məbləğində alimentin miqdarının azaldılması və xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay hər uşağa görə 50 (əlli) manat olmaqla, cəmi 100 (yüz) manat sabit pul məbləğində alimentin xx.xx.2015-ci il tarixdən etibarən tutularaq, İsmayılova (Gülmalıyeva) Tünzalə Akif qızına verilməsi qət edilmişdir (hakim İlyas Mahmudov). Cavabdeh xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-11577/2015 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı tərəfindən verilmiş alimentin məbləğinin azaldılmasına dair iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11577/2015 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə apelyator tərəfindən buraxılmış prosessual müddətin bərpasına dair ərizə məhkəməyə təqdim olunmadığından Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11577/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır (hakim Aynur Behbudova). Cavabdeh apellyasiya şikayəti və müddətin üzrlü hesab edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, müddətin buraxılmasının üzürlü hesab edilərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-11577/2015 saylı qətnaməsindən apellyasiya şikayətinin baxılması üçün göndərilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-11577/2015 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsi, apellyasiya şikayətinin verilməsi üçün müddətin ötürülməmiş hesab edilməsi və apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Aynur Behbudova). APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2013-cü il tarixli qətnamə üzrə müəyyən edilmiş alimentin azaldılmasına dair 2015-ci il tarixli qətnamə alimentin artırılmasına dair 2017, 2019 və 2023-cü il tarixli qətnamələrində göstərilməmiş, həmin qətnamə barədə onun və işə baxan məhkəmələrin xəbəri olmamışdır. 2013-cü il tarixli qətnamənin hal hazıradək icrası ilə bağlı heç bir tədbir görülməmişdir. 2013-cü il tarixli qətnamənin icrası ilə bağlı icra sənədinin icra edilməməsindən şikayət etdikdə Sumqayıt Şəhər Məhkəməsindən onun sorğusuna cavab olaraq həmin qətnamə üzrə təyin edilmiş alimentin azaldılmasına dair 2015-ci il tarixli qətnamənin mövcudluğuna dair sorğuya Sumqayıt Şəhər Məhkəməsindən cavab verilmişdir. Daha sonra həmin qətnamənin ona rəsmi qaydada verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə alimentin azaldılmasına dair Sumqayıt Şəhər Məhkəməsinin 2015-ci il tarixli qətnaməsi rəsmi qaydada ona təqdim edilmişdir. Hesab edir ki, həmin qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, alimentin azaldılmasına dair 2015-ci il tarixli qətnamə ilə hər uşaq üçün hər ay 50 manat sabit pul məbləğində aliment müəyyən edilsə də, 2015ci il tarixdə yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün minimum yaşayış səviyyəsi bir uşaq üçün 108 manat müəyyən edilmişdir. Lakin işə baxan sabiq hakim X8 onun iştirakını təmin etmədən, ona məlumat vermədən 2013-cü il tarixli qətnamə ilə müəyyən edilmiş hər uşağın saxlanılması üçün hər ay 75 manat olan sabit pul məbləğindəki alimentin həcmini azaldaraq 50 manata endirmişdir. Bu isə uşaqların saxlanılması üçün ədalətli sabit pul məbləği hesab edilə bilməz. 2015-ci il tarixdə uşaqlar üçün minimum yaşayış səviyyəsi 108 manat olduğu halda 50 manat məbləğində aliment kəsilməsi ədalətsiz yanaşmadır. 2015-ci il tarixində qəbul edilən qətnamədən alimentin artırılması ilə bağlı verdiyi iddia tələbləri üzrə işə baxan məhkəmələr də həmin qətnamənin mövcudluğundan xəbəri olmamış, həmin işlər üzrə məhkəmə prosessində iştirak edən cavabdeh İddiaçı da bu barədə məhkəməyə məlumat verməmişdir. Göründüyü kimi məhkəmə qərəzli olaraq 2015-ci il tarixdə ona məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxmış, ona qətnaməni göndərməmişdir. Həmin qətnamə uşaqlarının konstutision hüquqlarını kobud şəkildə pozmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi ləğv edilməklə iddia tələbi təmin ediməməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 18 fevral 2013-cü il tarixli, 2(060)-749/2013 nömrəli qətnaməsi ilə müəyyən edilir ki, İddiaçı ilə X3 arasındakı nikah ləğv edilmiş və birgə nikahdan doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay İddiaçı hər uşağa 75 manat olmaqla, ümumilikdə 150 manat sabit pul məbləğində alimentin X1 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli, 2(060)-16792/2017 nömrəli qətnaməsi ilə müəyyən edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin 18 fevral 2013-cü il tarixli, 2(060)-749/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqadarı dəyişdirilərək, xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay İddiaçı hər uşağa 100 manat olmaqla, ümumilikdə 200 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, 2(004)-7392/2019 nömrəli qətnaməsi ilə müəyyən edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli, 2(060)-16792/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqadarı dəyişdirilərək, xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay İddiaçı hər uşağa 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(060)-6396/2023 nömrəli qətnaməsi ilə müəyyən edilir ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, 2(004)-7392/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqadarı dəyişdirilərək, xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay İddiaçı 220 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən isə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (AM-in 78.2-ci maddəsi). Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aliment miqdarına dair birinci instansiya məhkəmələrində müvafiq qaydada hüquqi qiymət verilərkən yuxarıda qeyd edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli, 2(060)-16792/2017 nömrəli qətnaməsi, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, 2(004)- 7392/2019 nömrəli qətnaməsi və Sumqayıt Şəhər Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(060)-6396/2023 nömrəli qətnaməsi əsasında Cavabdeh alimentin artırılmasına dair iddiaları qismən təmin edilmiş və həmin qətnamələrdə hazırki Sumqayıt Şəhər Məhkəməsinin 26 noyabr 2015-ci il tarixli, 2(060)-11577/2015 nömrəli qətnaməsinə ümumiyyətlə istinad edilməmişdir. İş materiallarına əsasən də müəyyən edilir ki, Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, bildirişləri almamışdır.Bununla da qətnamə onun iştirakı olmadan qəbul edilmiş və həmin qətnamədən onun məlumatı olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərinə əsasən də müəyyən edilir ki, alimentin azaldılması üçün əsaslar yoxdur. Belə ki, təyin olunmuş aliment uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət edir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi ləğv edilməklə iddia tələbi təmin ediməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 26 noyabr 2015-ci il tarixli, 2(060)-11577/2015 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı alimentin miqdarının azaldılmasına dair iddia tələbi təmin edilməsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1152/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1152/2024
25.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver