Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1164/2024 07.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin tutulması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X9 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 2(060)-2074/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh Mehmanova (Kərimova) Aypara Murtuza qızından xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ayda 235 manat olmaqla, cəmi 940 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə xx.xx.2005-ci ildə nikaha daxil olmaqla ailə qurmuşdur. Onların xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X8 adlı dörd övladı vardır. Cavabdeh ilə aralarında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 242/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuş və uşaqları iddiaçının yanında qalmışdır. Cavabdeh valideyn olaraq uşaqların saxlanmasında maddi baxımdan iştirak etməli olduğu halda uşaqlara 1 manat belə maddi yardım göstərmir.
3. Cavabdeh etirazla məhkəməyə müraciət edərək hazırda işsiz olduğunu, valideyn kimi əlindən gələn köməyi övladları üçün etmək istədikdə belə iddiaçının buna mane olduğunu bildirmiş, iddia tələbinin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.
4. Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 2(060)-2074/2024 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynnov) iddia tələbi qismən təmin edilmiş, xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin Mehmanova (Kərimova) Aypara Murtuza qızından tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, alimentin tutulmasının əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması, qətnamənin aliment tələbinə dair hissədə dərhal icra edilməsi, ödənilməli olan 18 manat dövlət rüsumunun Mehmanova (Kərimova) Aypara Murtuza qızından tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflərin birgə nikahından 4 övladı doğulmuş, tərəflər arasındakı nikah Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 242/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi pozulmuş, birgə nikahdan olan uşaqların İddiaçı yanında qalmaları qət edilmişdir. O müddətdən etibarən cavabdeh uşaqlarının saxlanılmasında iştirak etməmiş, bugünədək aliment ödəməmişdir. Uşaqlar böyüdükcə onların maddi tələbatları da artır. İddiaçı təkbaşına uşaqlarının maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi və məbləği barədə razılıq olmadığı üçün alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin tələb edilən aliment məbləği minimal standartlara uyğun olmalı və iddia tələbi qismən təmin edilməlidir.
6. Birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 75 və 78-ci maddələrinə istinad edərək iddianı qismən təmin etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayəti üzrə tələb və dəlillər
7. Cavabdeh Mehmanova (Kərimova) Aypara Murtuza qızı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 2(060)-2074/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aliment miqdarı təyin edilərkən sağlamlığı, ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar, real əmək bazarındakı potensialı nəzərə alınmamışdır. İşsizdir, bundan başqa daimi yaşaya biləcəyi ev yoxdur. Qeydiyyatda olduğu ünvanda iddiaçı yaşadığından hətta məhkəmə sənədlərinin ona göndərilməsi mümkünsüz olmuşdur. Xroniki nəfəs darlığı və baş gicəllənməsi problemləri var, bu baxımdan aktiv əmək fəaliyyəti potensialı zəifdir. Ali təhsili yoxdur və ya ayrılıqda yiyələndiyi və məşğul olduğu sənətə malik deyildir. Əmək bazarında ixstisaslı və yüksək gəlirli iş tapmaq ehtimalı yoxdur. Ən yaxşı ehtimalda minimum əmək haqqı və ondan bir az yuxarı əmək haqqı verilən iş tapa bilər. Belə ki, AR Prezidentinin "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" 3708 nömrəli 5 yanvar 2023-cü il tarixli Sərəncamına əsasən Minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. Hazırda işləməyə və yaşamağa yeri yoxdur, lakin iş tapsa belə ən yaxşı ehtimalda minimum əmək haqqı ilə iş tapa bilər. İş tapdıqdan sonra hər hansı bir mənzildə yaşamaq üçün kirayə tutmalıdır. Bu ən azı aylıq 300 manat, kommunal xərclər isə 100 manat. Əgər kirayədə yaşasa, normal daimi evə köçsə, ərzaq və digər məişət xərcləri çıxılmaqla sırf mənzil təminatı bir aya ən azı 400 manat təşkil edir. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" AR Qanununa əsasən 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 287 manat məbləğində müəyyən edilmişdir. İş tapsa da hazırki reallıqda evsizliyi, sairə nəzərə alınaraq ümumilikdə ən az 687 manat məbləğində əmək haqqı almalıdır ki sırf insani ehtiyaclarını ödəyərək həyat sürsün. Məhkəmə tərəfindən qət edilən aliment miqdarı ilə birgə bu məbləğ 1087 manat edir. Onun 1087 manat məbləğində iş tapmaq, bu miqdarda aylıq pul qazanması reallığa uyğun deyil. Hələ mütəmadi müalicə xərcləri (120-130 manat arası) bu məbləğə daxil deyil, öz dərmanlarını belə yaxınlarının köməyilə satın ala bilir. Qətnamə qəbul edilərkən, yəni aliment miqdarı təyin edilərkən "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cü il tarixli Qərarının bir neçə müddəası tətbiq edilməmişdir. Qərarın 8.3-cü bəndinəm əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Lakin məhkəmə iddiaçının yüksək miqdarda maaş aldığını, bundan başqa birlikdə yaşadığı valideynlərinin də yüksək miqdarda pensiya aldığını, bundan başqa birgə nikah dövründə tərəflərin birgə əmlakı olan onun və iddiaçının qeydiyyat üvanları olduğu evdə iddiaçının, onların birgə nikahdan dünyaya gələn övladlarının və iddiaçının valideynlərinin bir yerdə yaşamasının, onun isə evsiz olmasını və daimi yaşadığı yerə malik olmamasını nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmə iclaslarında izahat verməyinə şərait yaradılmamışdır. Dəfələrlə sağlığı və maddi vəziyyəti barədə məhkəməyə məlumat vermişdir. Qarşı tərəf uşaqları ələ alıb. Uşaqlarından heç zaman imtina etməyib, onlara pis ana olmayıb, imkanı daxilində onlara nələrsə alıb aparıb, amma qarşı tərəf qəbul etməyib. İddiaçı və onun valideynləri deyiblər ki, aldığı heç nəyə ehtiyacı yoxdur. Amma aliment tələb edir və aliment ödəməyin borcu olduğunu bildirirlər. Ehtiyat edirlər ki, birdən nəsə alar, uşaqlara verər və uşaqlarda ona qarşı müsbət münasibət formalaşar. Uşaqların atanın yanında qalması barədə məhkəmə qərarı qəbul olunmuşdur. Birinci instansiya məhkəməsinin birinci iclasında uşaqlar onunla qalmaq istədiklərini bildirmişlər. Növbəti iclasda neytral mövqedə idilər. Sonrakı iclasda isə ata tərəf nənə və babalarını seçdilər. Məhkəmə-psixoloji ekspertizası da həyata keçirilmiş, qəyyumluğa müraciət olunmuşdur. Hətta hakim belə həmin vaxtda uşaqların ona qarşı necə dəyişdiklərini görmüşdü. Uşaqlar hazırda onaqarşı əvvəlki münasibətdə deyillər. Uşaqlar artıq ona qarşı tamamilə dəyişiblər. Ona görə düşünüb ki, şikayət verməyin mənası yoxdur. Eyni zamanda, həmin dövrdə maddi-mənəvi olaraq o qədər çətin vəziyyətdə idi ki, uşaqların onda qalması üçün şikayət verməmişdir. Uşaqları görməyə gedirdi, tapmırdı, ona deyirdilər ki, anasan, get uşaqları tap. Hüquqlarının pozulması ilə bağlı Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinə də müraciət etmişdir. Qardaşıgildə yaşayır. Qardaşı hazırda xaricdədir. Qardaşının hesabına yaşayır. Arada ona pul göndərir. Arada uşaqlar üçün nəsə alıb apara bilər. Amma aliment ödəməyə gücü çatmır. Hazırda səhhətində problemlər var. Belində yırtıq var. Səhhəti ilə bağlı işləyə də bilmir. Qarşı tərəfin uşaqları saxlamağa imkanı var. Maaş alır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul etməyinizi xahiş edir.
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, qarşı tərəf şairliklə məşğuldur. Gözəllik salonunda işləyirdi. Qazancı var. Özü isə hərbçidir, səhər evdən çıxır, axşam gəlir. 4 övladı var, onları saxlamaq xərcləri var. Böyük oğlu universitetə qəbul olub. Anasının 70 yaşı var, şəkər xəstəsidir, uşaqlara baxa bilmir. Ona görə də uşaqlara baxıcı tutub, hər ay 700 manat ödəyir. Yeməkləri bişirir, evi təmizləyir, yaxınlıqda kirayədə yaşayır. 26 ildir hərbçidir, yaxın zamanda təqaüdə çıxacaq. Tərxis olunduqdan sonra gəliri azalacaq. Hazırda 2300 manat əmək haqqı alır. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
İşdə olan sübutlar
12. Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 6 saylı DOST Mərkəzinin 07 avqust 2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh “Əmək və Məşğulluq” altsistemində işsiz kimi qeydiyyata alınmışdır.
13. AZ-İ seriyalı, 467712 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur.
14. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-242/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Mehmanova (Kərimova) Aypara Murtuza qızı ilə cavabdeh İddiaçı arasında Sumqayıt şəhəri qeydiyyat şöbəsində 10 dekabr 2005-ci il tarixində akt qeydləri kitabında 842 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X8 cavabdeh İddiaçı yanında qalmaları qət edilmişdir.
15. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin xx.xx.2006cı il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X8 adlı dörd övladı vardır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Konstitusiyası
17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
17. Azərbaycan Respublikası Ailə Məcəlləsi
75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
18. “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:
1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.
19. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir.
20. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.3. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
21. Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 2(060)-2074/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisə edilən, yəni aliment məbləğinin müəyyən edilməsi hissəsində yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə tutulan alimentin məbləği hissəsində dəyişdirilməli, cavabdehdən tutulan alimentin miqdarı hər uşaq üçün 60 (altmış) manat məbləğində müəyyən edilməlidir.
23. Belə ki, cavabdeh hazırda işləmədiyini, hər hansı bir gəlirə malik olmadığını və qardaşının yardımı ilə qardaşına məxsus evdə yaşadığını bildirmişdir ki, iddiaçı tərəfindən də cavabdehin müəyyən gəlirə malik olması və hər uşağa görə 100 manat olmaqla, cəmi 400 manat məbləğində aliment ödəmək imkanına malik olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin o, “Əmək və Məşğulluq” altsistemində işsiz kimi qeydiyyata alınmışdır. İddiaçı isə işləməklə aldığı əmək haqqına mütənasib olaraq uşaqlarının saxlamaq və onların maddi tələbatlarını ödəmək imkanına malikdir. Lakin, Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur ki, cavabdeh əmək qabiliyyətli olmaqla yanaşı, aliment ödəməkdən tam olaraq azad olunması ilə bağlı əsaslar da mövcud deyildir. Belə olan halda məhkəmə kollegiyası cavabdehin maddi vəziyyətinin aşağı olmasını, hal-hazırda heç bir yerdə işləməsini, lakin onun hazırda işləməməsinin onu aliment ödəmək vəzifəsindən azad etməməsini və iddiaçının da işləyərək müəyyən məbləğdə gəirə malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən hər uşaq üçün 60 manat olmaqla, cəmi 240 manat aliment tutulmalıdır.
24. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 2(060)-2074/2024 nömrəli qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilməli, cavabdehdən hər uşaq üçün 60 manat olmaqla, cəmi 240 manat məbləğində aliment tutulmalıdır.
25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 2(060)-2074/2024 nömrəli qətnaməsi cavabdehdən tutulan alimentin məbləği hissəsində dəyişdirilsin. xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 60 (altımış) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.