Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1173/2021 21.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X5, İddiaçı nümayəndəsi X3 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(060)-5132/2020 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(060)-5132/2020 saylı qətnaməsi ilə (hakim G.C.Tanrıverdiyeva) İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və mənzilin boşaldılması tələbinə dair iddiası təmin edilib, Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış ********* saylı, 25.08.2016-cı il tarixli və ********* saylı, 25.08.2016-cı il tarixli payçı müqavilələrinin ləğv edilməsi, Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 53.5 kv. metrdən ibarət 2 otaqlı 207 saylı mənzil və Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 47.5 kv.metrdən ibarət 2 otaqlı 208 saylı mənzildən Cavabdeh, ailə üzvləri X2 və X4 ilə birlikdə çıxarılması qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(060)-5132/2020 saylı qətnaməsi ləğv edilərək iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandımışdır ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 53.5 kv. metrdən ibarət 2 otaqlı 207 saylı və Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1- bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 47.5 kv. metrdən ibarət 2 otaqlı 208 saylı mənzillərini almaq üçün Cavabdeh ilə Maraqlı şəxs2 ASC Sumqayıt filialı arasında 25.08.2016-cı il tarixli 3-25-08-2016-QR-S2 № li və 25.08.2016-cı il tarixli 3-25-08-2016-QR-S2 № li iki ayrı-ayrı təminatlı kredit müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən cavabdehə ayrı 57.600.00 ( əlli yeddi min altı yüz ) manat və 53.500.00 (əlli üç min beş yüz ) manat məbləğində kredit üzrə faizləri hər ayın 25-dən gec olmayaraq, 240 ay müddətinə kredit verilmişdir. Cavabdeh, İddiaçı MTK və Maraqlı şəxs2 ASC arasında bağlanmış olan üç tərəfli daşınmaz əmlakın ipoteka müqavilələrinə əsasən aldığı kredit vəsaitlərini hesabına tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələr ilə cavabdeh müqavilədə nəzərdə tutulan kredit vəsaitlərindən istifadə etmişdir. Lakin uzun müddətdir ki, cavabdeh artıq ev üçün heç bir ödəniş etməmişdir. Belə ki, cavabdeh 207 saylı mənzil üçün son ödənişi 25.12.2019-cu il tarixdə etmişdir, 250 gün gecikməsi yaranmışdır və həmin mənzilə halhazırki borcu 4500 AZN və 208 saylı mənzili üçün son ödənişi 27.01.2020-ci il tarixdə etmişdir, 330 gün gecikməsi yaranmışdır və bu mənzil üçün borcu 5000 AZN, ümumilikdə borcu isə 9500 AZN təşkil edir. Bununla əlaqədar olaraq Maraqlı şəxs2 ASC MTK-ya və cavabdehə Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1- bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 53.5 kv. metrdən ibarət 2 otaqlı 207 saylı mənzilə dair PK- İİ-077 saylı, 06.03.2020-ci il tarixli və Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1- bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 47.5 kv. metr-dən ibarət 2 otaqlı 208 mənzilinə dair isə PK- İİ- 0554 saylı, 05.12.2019-cu il tarxili kreditinə tutmanın yönəldilməsi haqqında iki ayrı bildirişlər göndərmişdir. Həmçinin müqavilələrin 4.2.7-ci bəndində də qeyd edilmişdir ki, payçı tərəfindən bu müqavilənin şərtləri pozulduqda və ya Maraqlı şəxs2 ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan Kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında MTK birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər. Bu zaman MTK Maraqlı şəxs2 ASC və payçı arasında imzalanmış zaminlik müqaviləsindən irəli gələn payçının öhdəliklərini yerinə yetirir. Bundan başqa eyni müqavilənin 8.11-ci bəndinə əsasən cədvəl üzrə ödənişlərin iki ay müddətindən artıq gecikdirildiyi halda, MTK müqaviləni bir tərəfli olaraq ləğv edir və həmin mənzili digər şəxsə satmaq hüququnu özündə saxlayır. Bu halda MTK həmin mənzili digər şəxsə satdıqdan sonra, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ payçıya qaytarılır. Yuxardakılara əsasən payçı müqavilələri ləğv edilməli, mənzillər dərhal boşaldılmalıdır. Ona görə də, Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış ********* saylı 25.08.2016-cı il tarixli və ********* saylı 25.08.2016-cı il tarixli payçı müqavilələrinin ləğv edilməsi və Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 53.5 kv. metrdən ibarət 2 otaqlı 207 saylı və Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 47.5 kv. metrdən ibarət 2 otaqlı 208 saylı mənzillərin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış ********* saylı 25.08.2016-cı il tarixli və ********* saylı 25.08.2016-cı il tarixli payçı müqavilələrinin ləğv edilməsi və Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 53.5 kv. metrdən ibarət 2 otaqlı 207 saylı və Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 47.5 kv. metrdən ibarət 2 otaqlı 208 saylı mənzillərdən Cavabdeh və onun ailə üzvləri X2 və X1 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 19 noyabr 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, onunla «xxxx» ASC arasında 25 avqust 2016-cı il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən qeyd edilən mənzilləri almış və həmin müqavilə əsasında bank qarşısında öhdəliklərini yerinə yetirmişdir. Göründüyü kimi kredit müqaviləsi onunla «xxxx» arasında bağlanmış və bankdan əldə etdiyi kreditlər hesabına hər iki mənzilə görə ödənişlər tam olaraq iddiaçı şirkətə ödənilmişdir. Belə olan təqdirdə artıq iddiaçı qarşısında deyil, bank qarşısında öhdəçilik daşıyır və həmin kreditin ödənilməsini ondan bank tələb edə bilər, həmin krediti ödəyə bilmədiyi halda kredit müqaviləsi bağladığı bank ona qarşı kredit tələbi ilə bağlı iddia qaldırmaq hüququna malikdir. Göründüyü kimi iddiaçının satdığı mənzilin dəyərinin ondan tam olaraq aldığı və bu barədə maliyyə arayışı verdiyi halda, onunla ailə üzvləri ilə birlikdə aldığı mənzillərdən çıxarılmağının heç bir hüquqi əsası yoxdur. İddia tələbi onu qaldırmaq hüququ olmayan şəxs tərəfindən verilmişdir, bu hal həmin iddia tələbinin rədd editlməsinə əsas verdiyi halda məhkəmə iddia tələbi üzrə işə baxaraq hazırki qətnaməni qəbul etmişdir. Bundan başqa iddiaçı tərəf onun bu 4 ildə ödəmiş olduğu vəsaitlərin məbləğini göstərməmişdir, birinci instansiya məhkəməsi də bu məsələyə önəm verməmişdir. Halbuki müqavilə ləğv olunduğu təqdirdə onun ödəmiş olduğu pul vəsaitləri, tərəfindən çəkilmiş bütün xərclər də ona qaytarılmalıdır. Böyük məbləğdə etdiyi ödənişlərə baxmayaraq hər iki mənzillə bağlı müqavilənin ləğvi və onun ailə üzvləri ilə həmin mənzillərdən çıxarılmağı, əvəzində də onun ödəmiş olduğu pullara qiymət verilməməsi hazırki qətnamənin qanunsuz olmasına dəlalət edən əsaslardan biridir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi T.Ə.Məmmədova apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin verdiyi apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 25 avqust 2016-cı il tarixli, ********* saylı Payçı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçındən Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1- bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 47.5 kv. metrdən ibarət 2 otaqlı 208 saylı mənzil almışdır. 25 avqust 2016-cı il tarixli, ********* saylı Payçı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçındən Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 53.5 kv. metr-dən ibarət 2 otaqlı 207 saylı mənzil almışdır. 25.08.2016-cı il tarixli maliyyə arayışına əsasən Cavabdeh Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1- bina 1, blok 2, 2 otaqlı 208 saylı mənzil üçün 53500 AZN borc 25.08.2016-cı il tarixdə müştəriyə verilmiş kredit hesabına tam ödənilmişdir. 25.08.2016-cı il tarixli maliyyə arayışına əsasən Cavabdeh Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1- bina 1, blok 2, 2 otaqlı 207 saylı mənzil üçün 57600 AZN borc 25.08.2016-cı il tarixdə müştəriyə verilmiş kredit hesabına tam ödənilmişdir. Maraqlı şəxs2 ASC tərəfindən İddiaçı MTK-ya və Cavabdeh Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1- bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 53.5 kv. metr-dən ibarət 2 otaqlı 207 saylı mənzilə dair PK- İİ-077 saylı, 06.03.2020-ci il tarixli və Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 47.5 kv. metr-dən ibarət 2 otaqlı 208 saylı mənzilinə dair isə PK- İİ- 0554 saylı, 05.12.2019-cu il tarxili kreditinə tutmanın yönəldilməsi haqqında bildirişlər göndərərək bildirmişdir ki, tələb olunan müddətdə borcu ödəməyəcəyi təqdirdə ona qarşı bankla aralarında bağlanmış 25.08.2016-cı il tarixli 3-25-08-2016-QR-S2 N-li Təminatlı Kredit Müqaviləsinin və Zaminlik Müqaviləsinin ləğv edilməsi (müqavilələr ləğv edildikdə istifasində olan "İddiaçı" MTK-dan aldığı mənzillər boşaldılaraq Zaminə təhvil verilməlidir), barədə İddiaçı MTK-ya müraciət olunacaqdır. Zamin İddiaçı MTK-nın isə müqavilənin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı olan mənzilləri öz sahibliyinə keçirərək, Maraqlı şəxs2 ASC qarşısında borcu bağlamaq hüququna malikdir. "İddiaçı" MTK tərəfindən verilmiş 15.10.2020-ci il tarixli 1777 saylı arayışa əsasən Cavabdeh 25 avqust 2016-cı il tarixli, ********* saylı Payçı müqaviləsinə əsasən Maraqlı şəxs2 ASC-yə 5200 AZN borcu və 295 gün gecikməsi yaranmışdır. Cavabdeh "İddiaçı" MTK-ya isə 840 AZN kommunal borcu və 7189 AZN debitor borcu yaranmışdır. Cavabdeh 25 avqust 2016-cı il tarixli, ********* saylı Payçı müqaviləsinə əsasən isə Maraqlı şəxs2 ASC-yə 5880 AZN borcu və 385 gün gecikməsi yaranmışdır. İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış 25 avqust 2016-cı il tarixli iki ədəd Payçı müqaviləsinə əsasən Cavabdeh Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1 bina 1, blok 2, 10-cu mərtəbədə yerləşən 207 və 208 saylı mənzillər almışdır. Cavabdeh bir müddət ödəniş etsə də, sonradan ödənişləri dayandırmış, nəticədə iddiaçıya borcu yaranmışdır. Hazırda iddiaçı tərəflər arasında bağlanmış payçı müqavilələrinin ləğv edilməsini və mübahisəli mənzillərin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin tələblərinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinin tələblərinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.2-ci maddəsinin tələblərinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.2-ci maddəsinin tələblərinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-nin 325.1-ci maddəsi). Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir (MM-nin 390.4-cü maddəsi). Həmin Məcəllənin 404.1 və 404.2-ci maddələrinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə almır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İddiaçı MTK və Cavabdeh arasında mübahisəli mənzillər barəsində bağlanmış 25 avqust 2016-cı il tarixli Payçı müqaviləsinin 2.4-cü bəndinə əsasən müqavilənin qiyməti “Payçı” “MTK” və Maraqlı şəxs2 ASC arasında bağlanacaq olan üç tərəfləri daşınmaz əmlakın ipoteka müaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 8.1-ci bəninə əsasən cədvəl üzrə ödənişlərin iki ay müddətindən artıq gecikdirildiyi halda “MTK” müqaviləni bir tərəfləi olaraq ləğv edir və həmin mənzili digər şəxsə satmaq hüququnu özündə saxlayır. Bu halda “MTK” həmin mənzili digər şəxsə satdıqdan sonra, mənzil qalıq borcu bağlayır, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri vədigər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ “Payçı”ya qaytarılır. Mübahisəli mənzillər ilə bağlı bağlanmış 25 avqust 2016-cı il tarixli müqavilələrin 2.7-ci bəndinə əsasən borc alan tərəfindən 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda borcalan 25 avqust 2016-cı il tarixli, ********* nömrəli İddiaçı MTK və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1 bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 47.5 kv. metr-dən ibarət 2 otaqlı 208 saylı mənzili boşaltmalıdır. Müqavilənin 13.9-cu bəndinə əsasən borc alan tərəfindən müqvilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda borc verən borc alandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 25 avqust 2016-cı il tarixli, ********* nömrəli İddiaçı MTK və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1- bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 53.5 kv. metr-dən ibarət 2 otaqlı 207 saylı mənzilin boşaldılmasını tələb dir. Borc alan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır. Nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış payçı müqavilələrinin 4.2.7-ci maddəsinə əsasən payçı tərəfdən bu müqavilənin şərtləri pozulduqda və ya "Maraqlı şəxs2" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan Kredit Müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında "MTK"xxxx"MTK" "Maraqlı şəxs2" ASC və “Payçı” arasında imzalanmış Zaminlik müqaviləsindən irəli gələn "Payçı"-nın öhdəliklərini yerinə yetirməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh iddiaçı ilə arasında bağlanmış payçı müqavilələri üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə həmin müqavilələrin şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan iddia həmin hissədə təmin edilməli, Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış ********* saylı 25.08.2016-cı il tarixli və ********* saylı 25.08.2016-cı il tarixli payçı müqavilələri ləğv edilməlidir. Tərəflər arasında yaranmış mübahisə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Cavabdeh apelyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin olunmamasına dair heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən və apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(060)-5132/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-1173/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1173/2021
21.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver