Məhkəmə qərarları › İş №2(105)-1188/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1188/2025

19.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1188/2025 19.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdehin qanuni nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-924/2025 nömrəli, 06 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdehin qanuni nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 06 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2024cü il tarixdən başlayaraq xx.xx.2023-cü il təvəllüdlü X1 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.375 misli həddində (hazırda bir uşağa görə 400 x 0.375=150 manat) sabit pul məbləğində alimentin tutulması, Cavabdeh 30 (otuz) manat ödənilmiş mediasiya xərci və vəkilə hüquqi yardıma görə ödənilən 200 (iki yüz) manat tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 06 fevral 2025-ci il tarixli qərardadı ilə Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 ərizəsinin təmin edilməsi, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2(060)-924/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, 2(105)-944/2025 nömrəli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasının qeyri-mümkün hesab edilməsi, şikayətin Azərbaycan Respublikası MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 23 iyul 2025-ci il tarixli qərardadı ilə (hakim P.İmamverdiyeva) Sumqayıt Şəhər Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, e-2(060)- 924/2025 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdehin qanuni nümayəndəsi Nümayəndə2 qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 23 iyul 2025-ci il tarixli qərardadı ilə (hakim P.İmamverdiyeva) Sumqayıt Şəhər Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, e-2(060)- 924/2025 saylı qətnaməsindən iş üzrə Cavabdeh qanuni nümayəndəsi Nümayəndə2 verdiyi apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğun olduğundan baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası cavabdehin qanuni nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur (Mülki Prosessual Məcəllənin 128.1. və 129.2. maddələri). İşdən göründüyü kimi birinci instansiya məhkəməsinin 06 fevral 2025-ci il tarixli qətnaməsi Cavabdeh elektron kabinetinə 18 fevral 2025-ci il tarixdə yerləşdirilmiş, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 Sumqayıt Şəhər Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2(060)-924/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə ərizəsi Sumqayət Şəhər Məhkəməsinin 16 may 2025-ci il tarixli qərardadı ilə təmin edilmiş və apellyasiya şikayəti baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 17 iyun 2025-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş, şikayətin Azərbaycan Respublikası MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş xx.xx.2025-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 23 iyul 2025-ci il tarixli qərardadı ilə Cavabdeh verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Hazırda Cavabdeh qanuni nümayəndəsi Nümayəndə2 yenidən xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, e-2(060)-924/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş, lakin prosessual müddətin bərpası barədə ərizə verməmişdir. Birinci instansiya məhkəməsi isə şikayətə baxılması üçün mülki işi Sumqayıt Apellyasiya Məhkəməsinə göndərərkən Cavabdeh qanuni nümayəndəsi Nümayəndə2 Sumqayıt Şəhər Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, e-2(060)-924/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin müddətlə bağlı hissəsinə münasibətdə ləğv edilməmiş və qanuni qüvvəsini almış məhkəmə aktı olduğunu nəzərə alaraq həmin hissədə yoxlama aparılmasının zəruri olmadığını qeyd etmişdir. Lakin məhkəmə bu zaman nəzərə almamışdır ki, müddətin bərpası apellyatorun qətnamədən verdiyi əvvəlki şikayət üzrə olmuş və həmin şikayət isə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Göründüyü kimi, müddəti bərpa edilmiş apellyasiya şikayəti artıq mövcud deyil və mövcud olmayan şikayət üzrə qəbul edilmiş həmin qərardadın da hüquqi qüvvəsi qalmır. Bu baxımdan birinci instansiya məhkəməsi müddətin ötürülüb-ötürülməməsi məsələsini müzakirə etməməklə səhv nəticəyə gəlmiş, bununla da prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Mülki Prosessual Məcəllənin 363.1.3. maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə geri qaytarılır. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinə uyğun olmadığından, cavabdehin qanuni nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası mülki prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, cavabdehin qanuni nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qətnamədən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 360, 361-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263, 264, 360, 361, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Cavabdehin qanuni nümayəndəsi Nümayəndə2 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 06 fevral 2025-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 360, 361-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar