Məhkəmə qərarları › İş №2(105)-1224/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1224/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1224/2021 18.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iştirakı ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-2158/2020 saylı qərardadından iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-2158/2020 saylı qərardadı ilə (sədrlik edən, hakim Rahim Həsənov) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi qərara alınmış, iddiaçılar qərardaddan şikayət vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə üçüncü şəxs Qusar rayonu notariat ofisinin xüsusi notariusu tərəfindən 4Ə-792 reyestr nömrəsi ilə təsdiq edilərək cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlaka dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsi üzrə üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X4 tərəfindən Cavabdeh2 adına verilmiş tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İddiaçılar şikayəti onunla əsaslandırmışlar ki, Quba Rayon Məhkəməsinin 2(027)-2051/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadına əsasən onların cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, üçüncü şəxslər DƏDRX-nin 5 saylı Ərazi İdarəsi və Qusar rayonu notariat ofisi olmaqla alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası ərazi aidiyyəti üzrə Quba Rayon Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara almışdır. Həmin qərardaddan şikayət vermiş və qərardaddan şikayətləri geri qaytarılmışdır. Quba Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli iddia ərizəsini və ona əlavə edilmiş sənədləri ayrıca iddia kimi qiymətləndirmiş, Azərbaycan Respublikası MPM-nin 153.2.4cü və 153.5-ci maddələrinə istinad etmiş və Quba rayonu, Birinci Nügədi kəndindəki sahəsi 0,6297 ha torpaq sahəsi üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsi üzrə mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi və qeyd edilən torpaq sahəsinin onların sahibliyinə qaytarılması barədə iddia ərizəsinin iddianın yol verilməzliyinə görə qəbul edilməsindən imtina olunması barədə 2(027)-2158/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardad qəbul etmişdir. Bu qərardad da qanunvericiliyin müddəalarına zidd və əsassız olduğu üçün ləğv olunmalıdır. Onlar eyni cavabdehlərə qarşı, eyni predmet barəsində və eyni əsaslar üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişlər. Ona görə də Quba Rayon Məhkəməsi 2(027)-2158/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadında Azərbaycan Respublikası MPM-nin 153.2.4-cü və 153.5-ci maddələrinə düzgün istinad etməmiş, Azərbaycan Respublikası MPM-nin 152.3 və 267-ci maddələrinin tələblərini pozmuşdur. Şikayətdə iş üzrə qərardadın ləğv olunması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxslər Qusar rayonu notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, üçüncü şəxslər nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytararkən hazırki iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina olmasına istinad etmiş və gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-nin 153.2.4-cü maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsində iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinanın əsasları nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim ərizəni qəbul etməkdən imtina edir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5, Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə üçüncü şəxs Qusar rayonu notariat ofisinin xüsusi notariusu tərəfindən 4Ə-792 reyestr nömrəsi ilə təsdiq edilərək cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlaka dair alqı-satqı müqaviləsini, həmin torpaq sahəsi üzrə üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X4 tərəfindən Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışı mübahisələndirirlər. İş materiallarından görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı üçüncü şəxslər DƏDRX-nin 5 saylı Ərazi İdarəsi və Qusar rayonu notariat ofisi olmaqla alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ilə xx.xx.2020-ci il tarixdə Quba Rayon Məhkəməsinə müraciət etmişlər, Quba Rayon Məhkəməsinin 2(027)-2051/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə həmin iddia ərizəsi ərazi aidiyyəti üzrə Quba Rayon Məhkəməsində baxılmalı olmadığından geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçılar şikayət vermiş, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-2051/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, mülki iş baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-961/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxx 2020-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmışdır. Quba Rayon Məhkəməsinin 2(027)-2051/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, həmin iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5, cavabdehlər isə Cavabdeh1 və Cavabdeh2 olmuşlar. Hazırki iş üzrə də iddiaçılar və cavabdehlər həmin şəxslərdir. 2(027)-2051/2020 saylı, eləcə də hazırki iş üzrə iddiaçılar cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlaka dair alqı-satqı müqaviləsini və həmin torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X4 tərəfindən Cavabdeh2 adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı mübahisələndirirlər. İşdən görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 hər iki iş üzrə iddia tələblərini eyni cür əsaslandırmışlar. Həmçinin işdən görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-2051/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 iddia ərizəsi geri qaytarılmış, həmin qərardaddan iddiaçılar şikayət vermiş, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-2051/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, mülki iş baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Buna baxmayaraq iddiaçılar yenidən həmin cavabdehlərə qarşı eyni tələblə, eyni əsaslarla məhkəməyə müraciə etmişlər. Məhkəmə kollegiyası yuxarıda sadalanan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. İddiaçıların şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qərardadının apellyasiya qaydasında ləğv olunması üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 şikayəti təmin edilməsin. İş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-2158/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar