Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1228/2021 23.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X5, İddiaçı nümayəndəsi və vəkili X13, cavabdehlər Cavabdeh1, Cavabdeh2, onun nümayəndəsi və vəkili X8, Abşeron rayon Saray bələdiyyəsinin sədri X15, Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin (Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt torpaq müsabiqə və hərrac komissiyası) nümayəndəsi X2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(012)-104/2020 saylı qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili C.İ.İsgəndərov və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətlərinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(012)-104/2020 saylı qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Abşeron rayon Saray bələdiyyəsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə və Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt torpaq müsabiqə və hərrac komissiyasına qarşı hərracın nəticələrinin, torpağın və daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv olunması tələbinə dair iddia ərizəsi qismən təmin edilib, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt torpaq müsabiqə və hərrac komissiyası tərəfindən Cavabdeh1 adına verilmiş 10 may 2018-ci il tarixli, 005248 №-li şəhadətnamə və Abşeron rayon Saray bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 11 iyul 2018-ci il tarixli Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə dair alqısatqı müqaviləsinin qismən 0.03 ha torpaq sahəsinə aid hissədə etibarsız hesab edilməsi, həmin müqavilə əsasında 0.03 ha torpaq sahəsi üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına aparılmış qeydiyyat və həmin qeydiyyata əsasən verilmiş çıxarışların ləğv edilməsi, Abşeron rayon Saray bələdiyyəsindən 2145 manat məbləğində pulun alınıb Cavabdeh1 verilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt torpaq müsabiqə və hərrac komissiyası tərəfindən Cavabdeh2 adına verilmiş 000867 №-li şəhadətnamənin, Abşeron rayon Saray bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış 13 aprel 2016-cı il tarixli, 136 №-li, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,0242 ha ölçüdə torpağın alqı-satqına dair müqavilənin və Abşeron rayon Saray bələdiyyəsi ilə Cavabdeh2 arasında 13 aprel 2016-cı il tarixdə Abşeron rayon 1 saylı notariat kontorunda 4Ə-784 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən aparılmış qeydiyyat və həmin qeydiyyata əsasən verilmiş çıxarışın ləğv edilməsi, Saray bələdiyyəsindən 1630 manat məbləğində pulun alınıb Cavabdeh2 verilməsi, Cavabdeh2 mülkiyyəti kimi qeydiyyata alınmış Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,0242 ha torpaq sahəsində qazılmış şambo quyusunun onun hesabına doldurularaq torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması, dövlət rüsumuna görə 20 manat, tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 manat və iş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc 148,45 manat olmaqla, cəmi 218 manat məbləğində məhkəmə xərcinə görə pulun Cavabdeh1 və Cavabdeh2 bərabər qaydada alınması, 20 manatın dövlət rüsumu kimi iddiaçıya , 50 manatın Məhkəmə Ekspertizası Mərkəzinin X3nin AZ34 CTRE**********0002088501 saylı hesabına, 148.45 manatı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili C.İ.İsgəndərov apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(012)-104/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Cavabdeh1 apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(012)-104/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandımışdır ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə Abşeron rayon Saray qəsəbəsində yerləşən 0,1557 ha ölçülü ehtiyat fondu təyinatlı torpaq sahəsini mülkiyyət hüququ əsasında əldə etmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı 04.09.2008-ci il tarixdə rəsmi olaraq almışdır. O, qeyd olunan torpaq sahəsində istehsalat sahəsi yaratmaq məqsədilə tələb olunan dövlət qurumlarına müraciət edərək qanuni prosedurlara əməl etməklə torpaq sahəsində nəzərdə tutulmuş istehsalat təyinatlı bir mərtəbəli tikinti obyektinin və iki mərtəbəli ofis binasının tikintisinə başlanmış, müvafiq orqanlardan texniki şərtlər alınmışdır. Lakin ona Abşeron rayon Saray bələdiyyəsi tərəfindən maneələr yaradılmış, inşa edilmiş müəssisənin dörd bir tərəfində yerləşən torpaq sahəsi başqa şəxslərə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi adı altında qanunsuz olaraq satılmış, halbuki həmin torpaq sahəsi sənaye təyinatlı torpaq sahəsi zolağında yerləşir və həmin torpaq sahələrinə daşınmaz əmlakın Dövlət reyestri xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən araşdırılma aparmadan çıxarışlar verilmişdir. Abşeron rayon Saray bələdiyyəsinə dəfələrlə müraciət edərək müəssisənin ətrafında olan torpaq sahələrinin qanunsuz olaraq başqa şəxslərə satılması nəticəsində ona ciddi məhdudiyyətlərin yarandığını bildirməsinə baxmayaraq, bələdiyyə ona qarşı qərəzli mövqe nümayiş etdirərək “istəyirsən sən al” deyərək dəyəri ***-**** manat dəyərində olan torpaq sahəsini ona 15000-20000 manata almağı təklif etməklə öz qulluq mövqeyindən istifadə etməklə tamah məqsədilə öz niyyətini həyata keçirməklə məşğuldur. Abşeron rayon Saray bələdiyyəsi DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin əməkdaşları ilə əlaqəyə girərək bu əməllərini həyata keçirir. Nəzərə alınsa ki, müəssisənin anbarına xammalın daşınması, hazır məhsulun müəssisədən kənara daşınması üçün iri tutumlu nəqliyyat vasitələrindən (təxminən 12 metr uzunluğunda olan tırladan) istifadə olunacaqdır, onda müəssisənin hasarına bitişik torpaq sahələrinin başqa şəxslərə satılmasının məqsədi ona süni maneə yaratmaq, yaxud bələdiyyə sədrinin istədiyi böyük məbləğlərdə pulları verib torpaq sahələrini almağa məcbur etmək olmuşdur. Abşeron rayon Saray bələdiyyəsinin sədri və DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin əməkdaşlarının qanunsuz əməlləri barəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinə və Abşeron Rayon İcra hakimiyyətinə və Bələdiyyə orqanına edilmiş müraciətlərə cavabda müəyyən edilmişdir ki, Abşeron rayon Saray Bələdiyyəsinin mülkiyyətində olan ehtiyat fondu torpaqlarına aid 0,06 ha torpaq sahəsi 10 may 2018-ci il tarixdə keçirilmiş hərrac vasitəsi ilə Cavabdeh1 4290 manata satılmış və buna müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 005248 №-li şəhadətnamə verilmiş və 11 iyul 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən qeyd edilən torpaq sahəsi notarial qaydada Cavabdeh1 satılmışdır. Bundan başqa Abşeron rayon Saray bələdiyyəsinin mülkiyyətində olan ehtiyat fondu torpaqlarına aid 0,0618 ha torpaq sahəsi 07 aprel 2016-cı il tarixdə keçirilmiş hərrac vasitəsi ilə Cavabdeh2 Əlifağa oğluna 3480 manata satılmış və buna müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 000866 №-li şəhadətnamə verilmiş və 07 aprel 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən qeyd edilən torpaq sahəsi notarial qaydada Cavabdeh2 Əlifağa oğluna satılmışdır. Ona görə də, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt torpaq müsabiqə və hərrac komissiyası tərəfindən Cavabdeh1 adına verilmiş 10 may 2018-ci il tarixli, 005248 №-li şəhadətnamənin, Cavabdeh2 adına verilmiş 07 aprel 2016-cı il tarixli, 000866 №-li şəhadətnamənin, Abşeron rayon Saray bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 11 iyul 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, Abşeron rayon Saray bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış 18 aprel 2016-cı il tarixli torpağın alqı-satqı müqaviləsinin və həmin müqavilələr əsasında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 və Cavabdeh2 adına torpaq sahələrinə görə verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinin dəqiqləşdirməsi barədə ərizə verərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt torpaq müsabiqə və hərrac komissiyası tərəfindən Cavabdeh1 adına verilmiş 10 may 2018-ci il tarixli, 005248 №-li şəhadətnamənin, Cavabdeh2 adına verilmiş 07 aprel 2016-cı il tarixli, 000866 №-li şəhadətnamənin, Abşeron rayon Saray bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 11 iyul 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, Abşeron rayon Saray bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış 18 aprel 2016-cı il tarixli torpağın alqı-satqı müqavilələrinin, və həmin müqavilələr əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Cavabdeh1 və Cavabdeh2 adına olan torpaq sahələrinə görə verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinin dəqiqləşdirməsi barədə ərizə verərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt torpaq müsabiqə və hərrac komissiyası tərəfindən Cavabdeh1 adına verilmiş 10 may 2018-ci il tarixli, 005248 №-li şəhadətnamənin, Cavabdeh2 adına verilmiş 07 aprel 2016-cı il tarixli, 000866 №-li şəhadətnamənin, 07 aprel 2016=cı il tapixli, 14/14 saylı protokolun, Cavabdeh2 adına verilmiş 000867 №-li şəhadətnamənin, Abşeron rayon Saray bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 11 iyul 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, Abşeron rayon Saray bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış 18 aprel 2016-cı il tarixli torpağın alqı satqı müqaviləsinin, Abşeron rayon Saray bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış 13 aprel 2016-cı il tarixdə Abşeron rayonu 1 saylı notariat kontorunda 4ə-784 reyestr nömrəsi ilə qeydiyyata alınmış torpağın alqı-satqı müqaviləsinin və həmin müqavilələr əsasında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışların ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı yenə də iddia ərizəsinin dəqiqləşdirməsi barədə ərizə verərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt torpaq müsabiqə və hərrac komissiyası tərəfindən Cavabdeh1 adına verilmiş 10 may 2018-ci il tarixli 005248 №-li şəhadətnamənin, Abşeron rayon Saray bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 11 iyul 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, Cavabdeh2 adına verilmiş 07 aprel 2016-cı il tarixli, 14/6 saylı protokolun, Cavabdeh2 adına verilmiş 000867 №-li şəhadətnamənin, Abşeron rayon Saray bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış 13 aprel 2016-cı il tarixli, 136 №-li torpağın alqı-satqına dair müqavilənin, Abşeron rayon Saray Bələdiyyəsi ilə Cavabdeh2 arasında 13 aprel 2016-cı il tarixdə Abşeron rayon 1 saylı notariat kontorunda 4Ə-784 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, eləcə də həmin müqavilələr əsasında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən aparılmış qeydiyyatların və həmin qeydiyyata əsasən verilmiş müvafiq çıxarışların ləğv edilməsi, Cavabdeh2 mülkiyyəti kimi qeydiyyata alınmış 0,0242 ha torpaq sahəsində qazılmış şambo quyusunun onun hesabına doldurularaq torpağın əvvəlki vəziyyətə qaytarılması və həmin torpaq sahəsində quraşdırılmış elektrik transformatorunun Cavabdeh2 hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh2 nümayəndəsi və vəkili C.İ.İsgəndərov verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 12 noyabr 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyası və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin, Mülki Məcəllənin və mülki prosessual qanunvericiliyin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Saray bələdiyyəsi, ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt torpaq müsabiqə və hərrac komissiyası və DƏDRX-in 4 saylı Ərazi İdarəsi cavabdeh qismində işə cəlb olunmalarına baxmayaraq məhkəmə qeyd olunan şəxslərin iştiraklarını təmin etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsinə əsasən tərəflərin iştiraklarını təmin etmək məhkəmənin vəzifəsidir. Məhkəmə notariusun bağladığı müqaviləni etibarsız saysa da onu cavabdeh kimi işə cəlb etməmişdir. Bundan başqa, cavabdeh olaraq məhkəmədə izahatımızda bildirmişik ki, Cavabdeh2 məxsus olan 0,0242 ha torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Torpaq sahələri biri-birinin qonşuluğunda yerləşir və biri-birilərinə heç bir maneçilikləri yoxdur. Məhkəmə yerli baxış keçirmək barədə vəsatəti təmin etməmişdir. Birnci instansiya məhkəməsi yalnız mütəxəsisin verdiyi rəyi əsas götürərək hazırki qətnaməni qəbul etmişdir. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 və qeyrilərinin torpaq sahələri almaları iddiaçının öz mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə imkan vermir. Bu necə nəticədir anlamaq olmur. Onda belə çıxır ki, Cavabdeh2 və qeyriləri də iddiaçıya qarşı iddia qaldırmalıdır ki, İddiaçı qonşulqda yerləşən torpaq sahəsi onlara imkan vermir ki, öz torpaq sahələrindən istifadə etsinlər və onun mülkiyyət hüquqları ləğv olunsun. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 12 noyabr 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2, nümayəndəsi və vəkili C.İ.İsgəndərov apelyasiya şikayətlərini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X13 apelyasiya şikayətlərinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Abşeron rayon Saray bələdiyyəsinin sədri X15, Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin (Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt torpaq müsabiqə və hərrac komissiyası) nümayəndəsi X7 apelyasiya şikayətlərini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətləri təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* saylı çıxarışdan müəyyən edilir ki, Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,1557 ha torpaq sahəsi ehtiyat fondu torpaq sahəsi olmaqla İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli reyestr kitabının 173 nömrəli vərəqində **********65 reyestr nömrəsi ilə 04.09.2008-ci il tarixdə qeydiyyata alınmışdır. DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən 03.05.2012-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündən müəyyən edilir ki, **********64 reyestr nömrəli Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0.1557 ha torpaq sahəsinin hüquqi subyekti Cavabdeh2 Əlifağa oğludur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan müəyyən edilir ki, Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,1557 ha torpaq sahəsi ehtiyat fondu torpaq sahəsi olmaqla Cavabdeh2 Əlifağa oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli reyestr kitabının 172 nömrəli vərəqində **********64 reyestr nömrəsi ilə 02.05.2012-ci il tarixdə qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan müəyyən edilir ki, Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,0518 ha torpaq sahəsi ehtiyat fondu torpaq sahəsi olmaqla Abşeron rayonu Saray bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində 760 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində **********58 reyestr nömrəsi ilə 10.03.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt torpaq müsabiqə və hərrac komissiyasının 07 aprel 2016-cı il tarixli 000866 №-li şəhadətnaməsindən müəyyən edilir ki, Əzimov X10 rayonunun Saray qəsəbəsində yerləşən 0,518 ha torpaq müsabiqəsinin qalibidir və həmin torpaq sahəsi Cavabdeh2 satılmışdır. Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt torpaq müsabiqə və hərrac komissiyası ilə Cavabdeh2 arasında bağlanan 07 aprel 2016-cı il tarixli 137 saylı alqı-satqı müqaviləsindən müəyyən edilir ki, Əzimov X10 rayonunun Saray qəsəbəsində yerləşən 0,518 ha torpaq müsabiqəsini 3480 manata hərracdan almışdır. Mülki işin materiallarında olan 19 aprel 2016-cı il tarixli torpağın alqı-satqısına dair müqavilədən müəyyən edilir ki, Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,518 ha torpaq sahəsi Abşeron rayonu Saray bələdiyyəsi tərəfindən 3480 manata Cavabdeh2 satılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən 04.05.2016cı il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündən müəyyən edilir ki, Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,0518 ha torpaq sahəsinin hüquqi subyekti Cavabdeh2 Əlifağa oğludur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan müəyyən edilir ki, Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,0518 ha torpaq sahəsi ehtiyat fondu torpaq sahəsi olmaqla Cavabdeh2 Əlifağa oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli reyestr kitabının 172 nömrəli vərəqində **********96 reyestr nömrəsi ilə 04.05.2016-cı il tarixdə qeydiyyata alınmışdır. DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən 10.09.2018-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündən müəyyən edilir ki, Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin hüquqi subyekti Cavabdeh1dur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan müəyyən edilir ki, Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsi ehtiyat fondu torpaq sahəsi olmaqla Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 985 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində **********01 reyestr nömrəsi ilə 11.09.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan müəyyən edilir ki, Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi ehtiyat fondu torpaq sahəsi olmaqla Abşeron rayonu Saray bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində 946 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində **********33 reyestr nömrəsi ilə 04.12.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt torpaq müsabiqə və hərrac komissiyasının 10 may 2018-ci il tarixli 000548 №-li şəhadətnaməsindən müəyyən edilir ki, Cavabdeh1 Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq müsabiqəsinin qalibidir və həmin torpaq sahəsi Cavabdeh1 satılmışdır. Mülki işin materiallarında olan 11 iyul 2018-ci il tarixli daşınmaz əmlakın alqı satqısına dair müqavilədən müəyyən edilir ki, Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi Abşeron rayonu Saray bələdiyyəsi tərəfindən 4290 manata Cavabdeh1 satılmışdır. Cavabdeh1 və X11 arasında bağlanan 27 iyul 2018-ci il tarixli AN-İ,0718203 saylı alqı-satqı müqaviləsindən müəyyən edilir ki, Cavabdeh1 Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin 0.03 ha hissəsini X1. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 04.02.2020-ci il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin (Daşınmaz Əmlakın Dövlət Reyestrində 11 sentyabr 2018-ci ildə **********01 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır) döngə nöqtələrinin koordinatları ilə İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,0157 ha torpaq sahəsinin (Daşınmaz Əmlakın Dövlət Reyestrində 04 sentyabr 2008-ci ildə **********65 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır) döngə nöqtələrinin koordinatlarının arasındakı məsafə 5,19 metr təşkil edir. Cavabdeh2 Əlifağa oğlunun xüsusi mülkiyyətində olan Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,0518 ha torpaq sahəsinin (Daşınmaz Əmlakın Dövlət Reyestrində 04 may 2016-cı ildə **********96 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır) plan və ölçüsündə göstərilən 1-ci və 2-ci döngə nöqtələrinin koordinatları İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,0157 ha torpaq sahəsinin (Daşınmaz Əmlakın Dövlət Reyestrində 04 sentyabr 2008-ci ildə **********65 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır) plan və ölçüsündə göstərilən 1-ci və 5-ci döngə nöqtələrinin koordinatları ilə qonşuluq təşkil edir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin nümayəndəsi X4 iddia tələbini qəbul etməyib, izahatında bildirmişdir ki, Cavabdeh1 və Cavabdeh2 Əlifağa oğluna Abşeron rayon Saray bələdiyyəsi tərəfindən hərraclar keçirilərək həmin qəsəbə ərazisində İddiaçı mübahisələndirdiyi torpaq sahələrinin satılmasında və həmin torpaq sahələrinin mülkiyyətin predmeti olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlifağa oğlunun adına Dövlət Reyestrində qeydə alınmasında və müvafiq qaydada Çıxarışların verilməsində heç bir qanun pozuntusu olmamışdır. Həmin torpaq sahələri ilə əlaqədar keçirilmiş hərraclar və həmin hərracların nəticələrinin rəsmiləşdirilməsi tam qanuni olmuşdur. Sənədləşmə aparılarkən müvafiq əməkdaşlar tərəfindən lazımi yoxlamalar aparılmış və heç bir nöqsan aşkar olunmamışdır. Həmin yoxlanaların nəticəsinə əsasən də təmsil etdiyi qurum tərəfindən Cavabdeh1 və Cavabdeh2 Əlifağa oğlunun adına olan torpaq sahələrinin çıxarışları təqdim edilmişdir. İddianın əsassız olmasını nəzərə alıb təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23.02.2020-ci il tarixli 28624 saylı ekspert rəyindən müəyyən edilir ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin (Daşınmaz Əmlakın Dövlət Reyestrində 11 sentyabr 2018-ci ildə **********01 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır) yerləşmə yerinə İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,0157 ha torpaq sahəsindən (Daşınmaz Əmlakın Dövlət Reyestrində 04 sentyabr 2008ci ildə **********65 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır), o cümlədən torpaq sahəsindəki mövcud obyektlərdən təyinatı üzrə istifadə etməsinə maneçilik törədilməsi müəyyən edilir. Cavabdeh2 Əlifağa oğlunun xüsusi mülkiyyətində olan Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,0518 ha torpaq sahəsinin (Daşınmaz Əmlakın Dövlət Reyestrində 04 may 2016-cı ildə **********96 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır) yerləşmə yerinə İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,0157 ha torpaq sahəsindən (Daşınmaz Əmlakın Dövlət Reyestrində 04 sentyabr 2008-ci ildə **********65 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır), o cümlədən torpaq sahəsindəki mövcud obyektlərdən təyinatı üzrə istifadə etməsinə maneçilik törədilməsi faktı müəyyən edilmir. Eyni zamanda tədqiq olunan ərazidə, İddiaçı torpaq sahəsindən təqribən 5,20 metr aralıda, Cavabdeh1 0,03 ha torpaq sahəsinə bitişik (həmsərhəd) vəziyyətdə, X11nın xüsusi mülkiyyətində 0,03 ha torpaq sahəsi, eləcə də İddiaçı torpaq sahəsi ilə həmsərhəddə Cavabdeh2 Əlifağa oğlunun digər torpaq sahəsi və həmin torpaq sahəsində şambo və elektrik transformatoru mövcud olmuş, Cavabdeh2 Əlifağa oğlunun bu torpaq sahəsinə dair hüquq müəyyənedici və texniki sənədlər mülki iş materiallarında öz əksini tapmamışdır. Cavabdeh Cavabdeh2 Əlifağa oğlunun torpaq sahəsinin İddiaçı xüsusi mülkiyyətindəki torpaq sahəsi ilə həmsərhəddə yerləşməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4, 69,5 və 69.5.3-cü bəndlərinin tələblərinə zidd olduğu müəyyən edilmişdir. Göstərilən məsələlərə son nəticədə məhkəmə tərəfindən qiymət verilə bilər. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyənin müstəsna hüququdur. Həmin Qanunun 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəfər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir və qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir (MM-nin 390.4-cü maddəsi). Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə almır (MM-nin 404.2-ci maddəsi). Həmin Məcəllənin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə kollegiyasının iclasında toplanmış sübutlarla müəyyən olur ki, DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən 03.05.2012-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündən müəyyən edilir ki, **********64 reyestr nömrəli Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0.1557 ha torpaq sahəsinin hüquqi subyekti Cavabdeh2 Əlifağa oğludur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,1557 ha torpaq sahəsi ehtiyat fondu torpaq sahəsi olmaqla Cavabdeh2 Əlifağa oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli reyestr kitabının 172 nömrəli vərəqində **********64 reyestr nömrəsi ilə 02.05.2012-ci il tarixdə qeydiyyata alınmışdır. Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt torpaq müsabiqə və hərrac komissiyasının 07 aprel 2016-cı il tarixli 000866 №-li şəhadətnaməsi ilə Əzimov X10 rayonunun Saray qəsəbəsində yerləşən 0,518 ha torpaq müsabiqəsinin qalibidir və həmin torpaq sahəsi Cavabdeh2 satılmışdır. Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt torpaq müsabiqə və hərrac komissiyası ilə Cavabdeh2 arasında bağlanan 07 aprel 2016-cı il tarixli 137 saylı alqı-satqı müqaviləsi ilə Əzimov X10 rayonunun Saray qəsəbəsində yerləşən 0,518 ha torpaq müsabiqəsini 3480 manata hərracdan almışdır. 19 aprel 2016-cı il tarixli torpağın alqı-satqısına dair müqaviləsi ilə Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,518 ha torpaq sahəsi Abşeron rayonu Saray bələdiyyəsi tərəfindən 3480 manata Cavabdeh2 satılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən 04.05.2016-cı il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü ilə Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,0518 ha torpaq sahəsinin hüquqi subyekti Cavabdeh2 Əlifağa oğludur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,0518 ha torpaq sahəsi ehtiyat fondu torpaq sahəsi olmaqla Cavabdeh2 Əlifağa oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli reyestr kitabının 172 nömrəli vərəqində **********96 reyestr nömrəsi ilə 04.05.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Bununla yanaşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt torpaq müsabiqə və hərrac komissiyasının 10 may 2018-ci il tarixli 000548 №-li şəhadətnaməsi ilə Cavabdeh1 Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq müsabiqəsinin qalibidir və həmin torpaq sahəsi Cavabdeh1 satılmışdır. 11 iyul 2018-ci il tarixli daşınmaz əmlakın alqı satqısına dair müqavilə ilə Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi Abşeron rayonu Saray bələdiyyəsi tərəfindən 4290 manata Cavabdeh1 satılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarış ilə Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi ehtiyat fondu torpaq sahəsi olmaqla Abşeron rayonu Saray bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində 946 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində **********33 reyestr nömrəsi ilə 04.12.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh1 və X11 arasında bağlanan 27 iyul 2018-ci il tarixli AN- İ,0718203 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin 0.03 ha hissəsini X1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarış ilə Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsi ehtiyat fondu torpaq sahəsi olmaqla Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 985 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində **********01 reyestr nömrəsi ilə 11.09.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan mülki hüquq münasibətləri qanunverciliyin tələblərinə uyğun həyta keçirilmiş və bu zaman hər hansı bir hüquq pozuntusuna və başqasının mülkiyyət hüququnun pozulmasına səbəb olan hallara yol verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarında Plenum hesab edir ki, mülkiyyət hüququ, onun əmələ gəlməsi və xitamı, alqı-satqı müqaviləsinin etibarlılığının müəyyən olunmasına dair bəzi məsələlər üzrə, habelə mübahisə olunan məhkəmə aktının qanuniliyi ilə əlaqədar aşağıdakılar qeyd olunmalıdır. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmazdır. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Mülkiyyət hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir. Göründüyü kimi, həm milli qanunvericilik, həm də beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. İddia tələbinin torpaq sahəsində quraşdırılmış elektrik transformatorunun Cavabdeh2 hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddianın bu hissəsinə münasibətdə cavab verməli şəxş “xxxx” ASC olduğu halda, həmin hüquqi şəxs cavabdeh kimi göstərilməmiş və iddia tələbi həmin hissədə qeyd olunan hüquqi şəxsə yönəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu baxımdan, məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etdikdə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia təmin olunmamalıdır. İş materialları ilə müəyyən olur ki, iddia ərizəsinin verilməsi üçün 20 manat dövlət rüsumu, ekspertiza tədqiqatının dəyəri olan 50 manat və mütəxəssis tədqiqatının aparılması üçün 148,45 manat olmaqla ümumilikdə 218,45 manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.6-cı maddəsinə əsasən yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. İddia ərizəsi təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul İddiaçı alınıb AZ.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba və mütəxəssis tədqiqatının dəyəri olan 148,45 (yüz qırx səkkiz manat qırx beş qəpik) manat pul “xxxx” ASC-nin 1 saylı Xətai filialı, KOD:200071, VÖEN (bank) **********, Müxbir hesab: AZ37NABZÖ013501**********1944, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Lahiyyə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N:AZ23AİİB******************** hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 nümayəndəsi və vəkili C.İ.İsgəndərov və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(012)-104/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Abşeron rayon Saray bələdiyyəsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə və Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt torpaq müsabiqə və hərrac komissiyasına qarşı hərracın nəticələrinin, torpağın və daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv olunması və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul İddiaçı alınıb AZ.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərcin dəyəri olan 148,45 (yüz qırx səkkiz manat qırx beş qəpik) manat məbləğində pul İddiaçı alınıb “xxxx” ASC-nin 1 saylı Xətai filialı, KOD:200071, VÖEN (bank) **********, Müxbir hesab: AZ37NABZÖ013501**********1944, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Lahiyyə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N:AZ23AİİB******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1228/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1228/2021
23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver