Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1235/2025 09.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin azaldılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3032/2025 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X1 üçün alimentin ümumi məbləğinin azaldılması və yetkinlik yaşına çatanadək saxlanılması və minimal aylıq xərclərinin ödənilməsi üçün 2025-ci il üçün təyin olunmuş minimum əməkhaqqının 0.62 mislinə uyğun olaraq məbləğində təyin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin geri qaytarılması və işin baxılmamış saxlanılmasını xahiş etmişdir Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3032/2025 saylı qərardadı ilə (hakim Mirnəsir Mirhəsənli) iddia ərizəsi Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Cavabdeh Rzayeva X5 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)- 3032/2025 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin həmin qərardadı işə mahiyyəti üzrə baxılmasını tələb etdiyi üçün ləğv edilməlidir. İddiaçı artıq məbləğdə aliment ödəməkdən azad olmaq üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə prosesi getdiyi dövrdə isə daha az aliment ödəyə biləcəyi iş yerini axtarıb tapmışdır. Hazırda "xxxx" MMC-də satış meneceri vəzifəsində işləyir və əmək haqqı 500 manat təşkil edir. Hazırki maaşla uşağı ödənilməli olan aliment məbləği 125 manat təşkil edir ki, bu da uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumundan dəfələrlə azdır. “ Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3032/2025 saylı qərardadı ilə (hakim Habil Əhmədov) şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3032/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Hazırki işdən görünür ki, iddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin geri qaytarılması və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. İş üzrə xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərdə məhkəmə iclası keçirilmiş, məhkəmə iclasları barədə cavabdehə məlumat verilmiş, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, işə mahiyyəti üzrə baxılaraq həll olunmasını tələb etməmişdir. Məhkəmə kolegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində nəzərə tutulan cavabdehin işin mahiyyəti üzrə həll olunmasını tələb etməsi faktı məhkəmə qərardadı çıxarılan anadək müəyyən edilməi olan haldır ki, bu da cavabdehin məhkəmə iclasında iştirak etməklə və ya iştirak etmədən iddiaya dair yazılı münasibətini bildirməsi yolu ilə həyata keçirilir. Cavabdehin keçirilən məhkəmə iclaslarına gəlməməsi və iddia tələbinə dair hər hansı bir münasibət bildirməməsi onun birmənalı olaraq işə baxılmasını tələb etməsi kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin baxılmamış saxlanılması zamanı prosessual hüquq normalarının pozulması müəyyən olunmur. Buna görə də şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3032/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3032/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1235/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1235/2025
09.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver