Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1264/2024 01.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X13 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(034)-148/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 iyul 2023-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi yaranmadığı üçün barəsində cinayət işinin başlanması rədd olunmuş, İddiaçı Cavabdeh 27.300 manat pul tələbinə dair mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı pul və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 27.300 manat məbləğinə əsas borcun, 5000 manat məbləğində mənəvi zərərin, 172 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Binəqədi qəsəbəsi 3-cü Mədən yaşayış massivində yaşayan, xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə yaxın tanışı X3 vasitəsi ilə tanış olmuş, tanışlıq zamanı X3 Cavabdeh maddi çətinliklərinin olduğunu, təcili ona pul lazım olmasını bildirmişdir. O, Cavabdeh və cavabdehin valideynləri-atası X7 və anası X2 iştirakı ilə ayrı-ayrı tarixlərdə ümumilikdə 27.300 manat borc pul vermiş, indi isə pulunu tələb etməsinə baxmayaraq pulunu qaytarmamışdır. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən korpus ev- 101b-SSUM-6 idarəsinin həyətində məskunlaşmaqla yaşayan X11, sonuncunun arvadı X5, onların qızı Cavabdeh qonşusu olan və tanıdığı Bakı şəhəri, Binəqədi rayonu, 2-ci Mədən, korpus 83, mənzil 7-də yaşayan, X3 vasitəsi ilə 16 iyun 2022-ci il tarixdə tanımışdır. Onlarla əvvəllər heç bir münsibəti olmamış, qohumluq münasibəti də yoxdur. Belə ki, X3 16 iyun 2022-ci il tarixdə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 2-ci Mədən, korpus 83, mənzil 7-yə dəvət etmiş və bildirmişdir ki, əslən Zəngilan rayonundan olan Cavabdeh ilə uzun illərdir ki, qonşudur, çox yaxşı münasibətləri vardır, hazırda Səmanın problemləri var və ona təcili 6.000 manat pul lazımdır, əgər onlara kömək kimi həmin pulu versə, 2-3 ay ərzində pulunu qaytaracaq və əlavə hörmət də edəcəkdir. Evinin sənədi olmadığına görə isə atası Eyvaz Əhmədovun əmək haqqı kartını girov qoyacaqdır. X4 səmimiyyətinə inanaraq onalara pul verməyə razılaşmışdır. 17 iyun 2022-ci il tarixdə axşam saat 19-20 radələrində Esmira Qüdrətova evində və onun şahid kimi iştirakı ilə Cavabdeh atası Eyvaz Əhmədov, anası Rəfiqə Əhmədovanın yanında yazdığı xx.xx.2022ci il tarixli borc müqaviləsinə əsasən 2.000 ABŞ dolları və 2.600 manat vermiş, lakin həmin müqavilənin 2-ci və 3-cü səhifəsində Eyvaz Əhmədov pulu özü qəbul etməsinə dair imza etmişdir. Bundan bir neçə gün sonra isə X15 Qüdrətovanın evində ondan əlavə olaraq 400 manat pul almışdır. Esmira Qüdrətova bunun şahidi olmuşdur. Onlara hər dəfə pulu verəndə 2-3 ay müddətinə pulu əlavəsi ilə birlikdə qaytaracaqlarını bildirmişlər. Həmin vaxt əlavə qaytaracaqları pulun dəqiq məbləğini deməsələr də, əlavə olaraq yaxşı pul verəcəklərini və narazı qalmayacağını bildirmişlər. Bundan sonra Cavabdeh faktiki istifadə etdiyi (051) 727-13-17, (051) ***-**-** və ya (077) ***-**-** nömrəli telefonla zəng edərək ona əlavə olaraq 4.500 manat pul lazım olması və əlavə yaxşı pul verəcəyini bildirmişdir. 01 avqust 2022-ci il tarixdə axşam saat 19-20 radələrində Esmira Qüdrətovanın evində və onun şahid kimi iştirakı ilə Cavabdeh atası Eyvaz Əhmədov və anası Rəfiqə Əhmədovanın yanında yazdığı 01 avqust 2022-ci il tarixli borc müqaviləsinə əsasən 1.400 ABŞ dolları və 1.620 manat vermişdir. Səma Əhmədov həmin pulu özü qəbul etməsinə dair imza etmişdir. Onlara pulu verəndə yenə də bildirmişlər ki, 2-3 ay müddətinə pulu əlavəsi ilə birlikdə qaytaracaqlar, heç bir narahatlığa sabəb yoxdur. Yenə əlavə qaytaracaqları pulun dəqiq məbləğini deməsələr də, əlavə olaraq yaxşı pul verəcəklərini, narazı qalmayacağını bildirmişlər. Bundan sonra 12 avqust 2022-ci il tarixdə Cavabdeh faktiki istifadə etdiyi (051) ***-**-** nömrəli, (051) ***-**-** və ya (077) ***-**-** nömrəli telefonla zəng edərək ona əlavə olaraq 1.700 manat pul lazım olmasını və əlavə yaxşı pul verəcəyini bildirmişdir. Yenidən 12 avqust 2022-ci il tarixdə axşam saat 22 radələrində Esmira Qüdrətovanın evində və onun şahid kimi iştirakı ilə Cavabdeh atası Eyvaz Əhmədov və anası Rəfiqə Əhmədovanın yanında yazılı qaydada 1.700 manat vermişdir. Eyvaz Əhmədov həmin pulu özü qəbul etməsinə dair imza etmişdir. Bundan sonra 2022-ci ilin dekabr ayının ortalarında Cavabdeh yenə də faktiki istifadə etdiyi (051) 727-13-17, (051) ***-**-** və ya (077) ***-**- ** nömrəli telefonla zəng edərək ona əlavə olaraq 9.000 manat lazım olmasını bildirmiş və əlavə yaxşı pul verəcəyini demişdir. Yenidən xx.xx.2022-ci il tarixdə axşam saat 19-20 radələrində Esmira Qüdrətovanın evində onun şahid kimi iştirakı ilə Cavabdeh atası Eyvaz Əhmədov və anası Rəfiqə Əhmədovanın yanında yazdığı 23 dekabr 2022-ci il tarixli borc müqaviləsinə əsasən əvvəlcə 3.000 manat, sonra isə 6.000 manat vermişdir. Müqaviləyə isə Cavabdeh nişanlısı Babaşov Xanbaba İbrahim oğlu pulu alan şəxs kimi, Cavabdeh zamin kimi, Esmira Qüdrətova isə şahid kimi imza etmişdir. Yenə də əlavə qaytaracaqları pulun dəqiq məbləğini deməsələr də, yaxın vaxtlarda əlavə olaraq yaxşı pul verəcəklərini, narazı qalmayacağını bildirmişlər. Bundan sonra 03 fevral 2023-cü il tarixdə Cavabdeh faktiki istifadə etdiyi (051) 727-13-17, (051) ***-**-** və ya (077) ***-**-** nömrəli telefonla zəng edərək əlavə olaraq 4.000 manat pul lazım olmasını bildirmişdir. 05 fevral 2023-cü il tarixdə axşam saat 20 radələrində Esmira Qüdrətovanın evində və onun şahid kimi iştirakı ilə Cavabdeh 05 fevral 2023-cü il tarixli borc müqaviləsi bağlamış və 4.000 manat Esmira Qüdrətovanın yanında ona vermiş, Cavabdeh həmin pulu özü qəbul etməsinə dair imza etmiş və Esmira Qüdrətova borc müqaviləsində şahid kimi imza etmişdir. Bundan sonra 14-15 mart 2023-cü il tarixdə Cavabdeh telefonla zəng edərək onlara təcili olaraq 1.700 manat pul lazım olmasını bildirmişdir. 16 mart 2023-cü il tarixdə saat 15-18 radələrində Esmira Qüdrətova ilə birlikdə onların evinə getmişlər. Orada pulu Rəfiqə Əhmədova almış və pulu almasını öz əli ilə yazaraq 1.700 manat pulu qəbul etmişdir. Bir müddət sonra onlardan pulunu tələb etməyə başlamış, lakin onlar hər dəfə aldatmaqla verdiyi puldan bir manat da olsun qaytarmamışlar və artıq ona tam məlum olmuşdur ki, aldadılmışdır. Beləliklə, Cavabdeh və onun ailə üzvləri onu aldatmaqla 27.300 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişlər. O, Esmiraya inanaraq pulu onlara vermiş və Esmira ona bildirmişdir ki, narahat olmasın, həmin şəxsləri yaxşı tanıyır. Eyvaz ilə birlikdə işlədiyindən olnların ailəsini yaxşı tanıyır və pulunu verəcəklər. Həmin şəxslər heç bir məbləğdə pulu geri qaytarmamışdır. Səma ona kartlar girov qoyaraq əmək haqqı kartları olduğunu bildirmişlər ki, hər ay 1.500 manat karta pul oturaracaq, o da həmin kartdan pulun bir qismini alacaq, lakin onların təqdim etdiyi kartda ümumiyyətlə pul olmamış və həmin kart əmək haqqı kartı olmamışdır. Belə ki, o, polisə onlardan şikayət edəndə həmin kartları aparmış və məlum olmuşdur ki, bu kartlar adi bank kartlarıdır. Cavabdehin ondan 25.600 manat pul almasını girov müqaviləsində ailə üzvlərinin də imza etdiyi müqavilə ilə öz təsdiqini tapmışdır. 1700 manat pulu isə iddiaçının anası götürərək cavabdehə vermisdir. Bu barədə də borc müqaviləsi var və həmin borc müqaviləsi də bunu sübut edir. O, pul tələbi baradə Zəngilan rayonunda iddia qaldırmış və Cavabdeh məhkəməyə verdiyi vəsatətdə də ondan ümumilikdə 27.300 manat pul almasını özü etiraf etmişdir. Həmçinin, həmin 27.300 manatı qaynatası vermişdir ki, işləyib üstünü düzəldib ev alsınlar. Ona burdan da həm mənəvi, həm də maddi ziyan dəymişdir. Ona görə ki, o, ailəsi birlikdə kirayələrdə qalmışdır. Dəfələrlə pulunu cavabdehdən tələb etsə də, cavabdeh ona pulunu qaytarmayacağını bildirmisdir. Burdan da ona mənəvi ziyan dəymişdir. Həmçinin ailədə nüfuzu aşağı düşmüşdür. Ona görə ki, yoldaşı və qaynatasının da pulu tanımadığı adama verdiyi üçün onunla münasibətləri pisləşmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia ərizəsində olan məbləğin çox hissəsi Cavabdeh tərəfindən İddiaçı ödənilmişdir. Cavabdeh öz ailə üzvlərinin maaş kartını Saraya vermişdir ki, borcun müqabilində kartdan pul çıxartsın. Məntiqsiz görsənir ki, cavabdeh pulu qaytarmadığı təqdirdə iddiaçı ona pul verirmişdir. O, özü də, məhkəməyə bank üzərindən çıxarışlar təqdim etmişdir. Pulun almasını etiraf etmişlər, bir hissəsini qaytarmışlar, amma nə qədəri yadında deyildir.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, hər ikisi də qonşusudur. Heç biri ilə qohumluq əlaqəsi yoxdur. Səma otuz illik qonşusudur. Səma onun evinə gəlib yalvarıb-yaxarmışdır ki, pula ehtiyacı var. O, da bilirmişdir ki, Sara xanımın qaynatası evini satmış pulu var. O, Səma ilə Saranı tanış etmiş, Səma ilk öncə anasının xəstə olmasını demiş, sonra qaynanasının xəstə olmasını bildirmiş və o bu yolnan pul istəmişdir. Səmaya yazığı gəldiyi üçün Saraya bildirmişdir ki, qonşudur, ona köməklik etsinlər. Sara onun evində Səmaya yazılı qaydada pul verirmişdir. Səma hər dəfə pul götürəndə bildirmişdir ki, tez bir zamanda pulu qaytaracaqdır. Onun yanında 6400 manat, 6000 manat, 4500 manat, 4000 manat, 3000 manat, 1700 manat və 1700 manat da bir götürmüş, ümumlikdə 27.300 manat Səma Saradan pul götürmüşdür. Pulu hər dəfə Sara Səmaya yazılı qaydada qol çəkdirib vermişdir. Səmanın atası ilə bir yerdə işlədiyi üçün onlara inanmışdır. Səma pulun hamısını tez bir zamanda qaytaracağını demiş, amma indi Səma orda-burda bildirir ki, Saranı məhkəmələrdə süründürüb pulunu qaytarmayacaqdır. Səma Saradan 27.300 manatı 4-5 gün ardıcılığı ilə bir ay ərzində götürmüşdür. Səmanı Sara ilə o, tanış etmişdir. Səma Saradan pulu götürəndə and içmişdir ki, 1-2 ay müddətinə hamısını birlikdə qaytaracaqdır. Səma ona qaynanasının əməliyyat olunmasını, vəziyyətinin pis olmasını, təcili pul lazım olmasını bildirmiş, o, da yazığı gəldiyi üçün Sara ilə tanış edib ondan pul istəmişdir. Səmanın hansı bankdan pul götürməli olmasını bilmir. Səmanın Saraya hər hansı bir kart verməsini görməmişdir. Sonradan onun da, xəbəri olmuşdur ki, Səmanın bir neçə adama belə borcu var. Səma mağazada satış təmsilçisi işləməsini və dediyinə görə 1000 manat maaş almasını bildirmişdir. O, Səmanın atası ilə bir yerdə işləmişdir.
6. İşdə olan Babaşov Xanbaba İbrahim oğlu tərəfindən imzalanmış sənədin surətindən görünür ki, o, “Beynəlxalq Bank”a aid olan maaş kartını İddiaçı aldığı pul müqabilində verməsini öz imzası ilə təsdiq etmişdir.
7. İşdə olan X8 tərəfindən xx.xx.2023-cü il tarixdə imzalanmış sənədin surətindən görünür ki, o, İddiaçı 1700 manat borc almasını öz imzası ilə təsdiq etmişdir.
8. İşdə olan Cavabdeh tərəfindən imzalanmış sənədin surətindən görünür ki, o, İddiaçı xx.xx.2022-ci il tarixdə 3000 manat pul borc almasını, Babaşov Xanbaba İbrahim oğluna məxsus Beynəlxalq Banka aid olan maaş kartını girov qoyaraq götürməsini öz imzası ilə təsdiq etmişdir.
9. İşdə olan Cavabdeh tərəfindən öz imzası ilə təsdiq edilmiş sənədin surətindən görünür ki, o, atası X11 ilə birgə götürdükləri 1400 ABŞ dolları, əlavə olaraqda 1620 manat, toplam 4000 manat pulu Yapıkredi banka aid olan məvacib kartını İddiaçı girov qoymasını, bunu öz istəyi ilə yazmasını, yazılananlarla tam razı olmasını, kartına aylıq oturan pulun 500 manat olmasını, pulun 400 manatını hər ay İddiaçı alması şərti ilə razılaşması qeyd edilmişdir.
10. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış məktubun surətindən aydın olur ki, məhkəmənin qərarında sorğulan şəxsin adına "xxxx" Açıq Səhmdar Cəmiyyətində xx.xx.2024-cü il tarixinə heç bir bank hesabı mövcud deyildir.
11. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(034)-148/2024 nömrəli qətnaməsi ilə (hakim Gülsarə İmanova) iddia qismən təmin edilmiş, Cavabdeh 27.300 manat məbləğində pul, 1000 manat məbləğində mənəvi zərər və 142 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsmunun 30 manat hisəsinin iddiaçının özünə aid edilməsi və iddianın qalan hissdə təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmə pul tələbi ilə bağlı iddia tələbinə qiymət verdikdə gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi və vəkili iddiaçıdan borc pul almaqlarnı etiraf etmiş, həmin puldan iddiaçıya ödənişlər etdiyini qeyd etsə də, hansı məbləğdə qaytarması barədə məlumatı olmamasını bildirmişdir. Cavabdeh nümayəndəsi və vəkilinin vəsatətləri əsasında məhkəmə tərəfindən "xxxx" ASC-yə, “X18” ASC-yə, "xxxx" ASC-yə cavabdeh tərəfindən iddiaçıya verilmiş plastik kartlardan pulların çıxarılıb-çıxarılmamasını və çıxarıldığı təqdirdə kim tərəfindən çıxarılmasını müəyyən edilməsindən ötrü sorğular verilmiş, lakin məhkəmənin sorğusuna ”X18”ASC”, Azərbaycan Beynəlxalq Bank” ASC tərəfindən cavab verilməmiş, "xxxx" ASC qərardadda sorğulanan şəxsin adına "xxxx" ASC-də xx.xx.2024-cü il tarixınə heç bir bank hesabının mövcud olmadığını bildirmişdir.
13. Məhkəmədə şahid qismində dindirilmiş X3 da İddiaçı onun evində Cavabdeh ümumilikdə 27.300 manat məbləğində borc pul veriməsini, cavabdeh isə öz növbəsində iddiaçıdan aldığı pulu 1-2 ay müddətində iddiaçıya qaytaracağını öhdəsinə götürməsinin şahidi olmasını öz ifadəsində təsdiq etmişdir.
14. İddia tələbinin mənəvi zərər hissəsinə qiymət verdikdə məhkəmə göstərmişdir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçı mənəvi zərər çəkmişdir, bu məbləğ 1000 manat məbləğində müəyyən olunraq iddiaçının xeyrinə ödənilməlidir.
15. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 448.1, 443.1, 739.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
16. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borcun çox hissəsini ödəmiş və iddiaçıya cüzi miqdarda borcu qalmışdır. Həmçinin o, iddiaçıya olan borcunu həm öz adına olan, həm də ailə üzvlərinin adına olan bank kartları vasitəsilə ödəmişdir. Lakin həmin bank kartları iddiaçıda olduğu üçün onda bu ödənişlərlə əlaqədar qəbzlər qalmamışdır. Eyni zamanda bu məsələyə aydınlıq gətirilməsi üçün həmin banklara müvafiq sorğuların verilməsi barədə məhkəməyə vəsatət verilmiş və məhkəmə tərəfindən vəsatət təmin edilərək müvafiq sorğuların verilməsi ilə əlaqədar qərardad qəbul edilmişdir. Lakin bu qərardadın icrası zamanı “X18” ASC və "xxxx" ASC tərəfindən ümumiyyətlə sorğuya cavab verilməmiş, "xxxx" ASC isə xx.xx.2024-cü il tarixindən cavabdehin adından bankda heç bir bank hesabının olmadığını bildirmişdir. Bundan sonra cavabdeh tərəfindən öz adına olan "xxxx" ASC-yə məxsus bank kartının surəti məhkəməyə təqdim edilərək yenidən "xxxx" ASC-dən müvafiq sorğuya cavab verilməsi xahiş olunmuşdur. Lakin çox maraqlıdır ki, bu soruğulara cavab alınmadan və məhkəmənin özü tərəfindən həmin bu sorğuların barədə qərardad icra olunmadan məhkəmə əsassız olaraq belə bir qətnamə qəbul etmişdir. Bir halda ki, Cavabdeh həmin bu borcun ödənilməsi ilə əlaqədar yeganə sübut növünün iddiaçıya verdikləri bank kartları ilə əlaqədar hesablardan çıxarışların olduğunu bildirmişdir. Yəni cavabdehə onun ailə üzvlərinə məxsus olan bank kartları iddiaçıda olduğu üçün, təbii ki, bank kartlarında olan pul vəsaitləri də iddiaçının özü tərəfindən bankomatlardan çıxarılmış və həmin vaxtlarda o özü bankomatların videokamerasında görüntülənmişdir. Əfsuslar olsun ki, məhkəmə tərəfindən bu işin daha ədalətli və obyektiv baxılması üçün şərait yaradılmamış və belə qanunsuz qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmənin əsas vəzifələrindən biri olan iddianın daha ədalətli və obyektiv baxılması üçün şəraitin yaradılmasıdır ki, məhkəmə tərəfindən bu prinsipə də əməl edilməmiş və bu da belə bir ədalətsiz qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Ona görə də hesab edirik ki, yenidən müvafiq sorğular verilməli və bundan sonra iddiaya hüquqi qiymət verilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz iddia ərizəsi ilə eyni məzmun daşımaqla əlavə olaraq göstərilir ki, apellyasiya şikayəti tam əsassızdır. Ona görə ki, işdə yetərincə sübutlar vardır. Bundan əlavə cavabdeh özü də borcu etiraf etmişdir. Guya borcun qaytardığını bildirir, lakin iddiaçı pulun qaytarılmasını sübuta yetirə bilməmişdir və sübut edə də bilməz. Ona görə ki, son vaxta kimi onunla iddiaçının yazışmaları vardır və cavabdeh, pulu qəti qaytarmaqdan imtina edir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
20. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
23. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (...)
24. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Maddə 500. Birgə borclular və birgə öhdəliklər 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 500.2. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.
26. Maddə 501. Kreditorun icranı istənilən borcludan tələb etmək hüququ Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır.
27. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
28. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
29. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
30. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
32. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
34. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
35. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
36. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi zərərin tutulması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməli, qalan hissədə qətnamə dəyişdirimədən saxlanılmalıdır.
38. Hazırki iddia tələbinin mahiyyətindən görünür ki, İddiaçı Cavabdeh ilə xx.xx.2022ci il tarixdə yaxın tanışı X3 vasitəsi ilə tanış olmuş, tanışlıq zamanı X3 Cavabdeh maddi çətinliklərinin olduğunu, təcili ona pul lazım olmasını bildirmişdir. O, Cavabdeh və cavabdehin valideynləri-atası X7 və anası X2 iştirakı ilə ayrı-ayrı tarixlərdə ümumilikdə 27.300 manat borc pul vermiş, hazırda borc verilmiş pul vəsaitini tələb etməsinə baxmayaraq cavabdeh pulu qaytarmaqdan imtina edir.
39. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
40. Məhkəmə kollegiyası qeyd edir ki, pul vəsaitinin ödənilməsini tələb edən iddiaçı cavabdehin bu barədə onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir.
41. İşdən müəyyən olunur ki, Cavabdeh İddiaçı ümumilikdə 27.300 manat məbləğində pul aldığı iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda, cavabdehin verdiyi yazılı girov və iltizamlarda, o cümlədən izahatlarında öz təsdiqini tapır.
42. İşin mübahisə edilməyən hallarına görə Cavabdeh İddiaçı ümumilikdə 27.300 manat məbləğində borc almışdır. Cavabdeh borcu etiraf edir, lakin həmin məbləğin çox hissəsinin geri qaytarıldığını göstərir.
43. Kollegiya hesab edir ki, cavabdehin iddiaçıya borclu olması təsdiq edilirsə cavabdehin həmin öhdəliyi tamamilə icra etməsi və bu öhdəliyin iddiaçı tərəfindən qəbul edilməsi yalnız həmin etiraf üzrə ona qaytarılmalı olan pulun qəbul edildiyi, yaxud da öhdəliyin icra edilməsinə dair cavabdehə iddiaçı tərəfindən sənəd verilməsi yolu ilə müəyyən edilə bilər. Lakin hazırkı iş üzrə cavabdeh nə öhdəliyin icra edilməsinə dair iddiaçı tərəfindən verilmiş sənədi, nə də ki, onun tərəfindən razılaşmanın icra edilməsinə dair heç bir qeydi məhkəməyə təqdim etməmişdir. Bu isə cavabdeh tərəfindən öhdəliyin icra edilməməsini göstərir.
44. Cavabdeh iddiaçıdan aldığı pul vəsaitinin çox hissəsini qaytardığı halda onun cüzi borcu qaldığını göstərmiş, lakin iddiaçı bu halı təsdiq etməmişdir. Odur ki, sübut növü kimi istinad olunan həmin dəlili məhkəmə kollegiyası mötəbər sübut kimi qəbul etmir və qeyd edir ki, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.
45. Cavabdeh tərəfin vəsatəti əsasında verilmiş sorğulara əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, məhkəmənin qərarında sorğulan şəxsin adına "xxxx" Açıq Səhmdar Cəmiyyətində xx.xx.2024-cü il tarixinə heç bir bank hesabı mövcud deyildir.
46. Bundan başqa, “X18 Azərbaycan” QSC tərəfindən verilən xx.xx.2024-cü il tarixli cavabda göstərilmişdir ki, 2022-ci ili iyun ayından 2023-cü ilin 30 mart tarixinədək olan dövrlər üçün Cavabdeh məxsus plastik kartdan pul vəsaitinin banka məxsus bankomatlardan məxaric edilməsi barədə video görüntü 6 aylıq məlumat saxlama müddəti keçdiyi üçün təqdim edilməsi mümkün deyildir. Həmin müddət üçün aylar üzrə məxaric edilən məbləğlər barədə kart və hesab çıxarışlar təqdim edilmişdir.
47. Məktuba əlavə edilmiş çıxarışa əsasən kartdan ümumilikdə 4266 manatın çıxarıldığı görünsə də, həmin pul vəsaitlərinin məhz iddiaçı tərəfindən çıxarıldığı müəyyən olunmur. Heç bir sübutun isə məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ümumiyyətlə foto və video görüntü olmadığı halda istinad olunan pulun məhz iddiaçı və ya onun tapşırığı ilə başqa şəxsin məxaric etməsini müəyyən etmək üçün cavabdeh tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir.
48. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mövcud tələbi əsasında cavabdehdən 27.300 manat pulun alınaraq iddiaçıya qaytarılması barədə birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticə işin mahiyyətinə uyğun olaraq düzgün olmuşdur.
49. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).
50. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi zərərə dair hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir.
51. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
52. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.
53. Hazırki iş üzrə cavabdehin hərəkəti (hərəkətsizliyi) nəticəsində iddiaçı mənəvi sarsıntı və iztirablar keçirməsinə dair məhkəməyə mötəbər sübut təqdim edə bilmədiyindən, kollegiya hesab edir ki, bu hissədə iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlməmişdir.
54. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
55. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mənəvi zərər hissəsində işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır.
56. Beləliklə, məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallara, məhkəmə iclasında tədqiq edilmiş sübutlara və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – Cavabdeh 1000 manat məbləğində mənəvi zərərin tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində ləğv edilməli və iddia həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(034)-148/2024 nömrəli qətnaməsi qismən - Cavabdeh 1000 manat məbləğində mənəvi zərərin tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və iddia həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.