Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1274/2023 15.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı və Cavabdeh qarşı uşaqla ünsiyyətdə olmanın qadağan edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: uşaqla ünsiyyət hüququ ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X13 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 (sonuncu məhkəmə iclasına gəlməmişdir), Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(026)-87/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “X17 “Bakı Baş Səhiyyə Mərkəzi” X17 1 nömrəli X11 tərəfindən vəkillər kollegiyasının üzvü fərdi fəaliyyət göstərən vəkil Nümayəndə ünvanladığı 28 iyun 2022-ci il tarixli 115 saylı məktubda göstərilir ki, xx xxxxxx 1989-cu il təvəllüdlü Cavabdeh 30 may 2022-ci il tarixdən “Ağciyərin infiltrativ vərəmi dağılma mərhələli, TDM(+), Genexpert pozitiv həssas” diaqnozu ilə stasionar müalicədədir. Hal-hazırda stasionar müalicəni davam etdirir, ətraf mühit üçün yoluxdurucudur.
2. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhəri 1 saylı X11 tərəfindən verilmiş 17 noyabr 2022-ci il tarixli 1741 saylı arayışda göstərilir ki, xx xxxxxx 1989-cu il təvəllüdlü Cavabdeh sol ağciyərin yuxarı payında hibroz fonunda bərk ocaqlar görünür, ətraf mühit üçün təhlükəli deyil.
3. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhəri 1 saylı X11 tərəfindən vəkillər kollegiyası “VERDİKTUM” vəkil bürosunun Vəkil1 ünvanlandığı 13 mart 2023-cü il tarixli 61 saylı məktublda göstərilir ki, xx xxxxxx 1989-cu il təvəllüdlü Cavabdeh 30 may 2022-ci il tarixdən 14 iyul 2022-ci il tarixə kimi 1 nömrəli X6 “Ağciyərlərin infiltrativ vərəmi dağılma mərhələsi, TDM(+)” diaqnozu ilə stasionar müalicədə olub. Xəstə 14 iyul 2022-ci il tarixdə “Ağciyərlərin infiltrativ vərəmi dağılma mərhələsi, TDM(+)” diaqnozu ilə yaşadığı ərazi üzrə ambulator şəraitdə müalicəni davam etdirmək üçün Binəqədi rayon 10 saylı şəhər poliklinikasının vərəm şöbəsinə göndərilmişdir. O, 17 noyabr 2022-ci il, 15 fevral 2023-cü il tarixlərdə 1 nömrəli VƏD-də və 06 mart 2023-cü il tarixdə ETAXİ-də müayinə olunmuşdur. Diaqnoz: “Ağciyərlərin infiltrativ vərəmi dağılma mərhələsi, TDM(+)”. Ərtaf mühit və ailə üzvləri üçün təhlükəli deyil.
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xəstəlik tarixindən 09 mart 2023cü il tarixli çıxarışda göstərilir ki, xx xxxxxx 1989-cu il təvəllüdlü Cavabdeh ağciyərlərin infiltrativ vərəmin sorulma və bərkimə mərhələsi TDM(-) mənfi monoteist sorma diaqnozu ilə 6 aydır müalicə alır, şikayəti yoxdur.
5. Bakı şəhəri Binəqədi rayon polis idarəsinin Təhqiqat Şöbəsinin 30 dekabr 2022ci il tarixli qərarında göstərilir ki, İddiaçı müraciəti əsasən Cavabdeh barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
6. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyev, icra sənədi üzrə borclu Zeynalova (Hacıyeva) Nigar Etibar qızı, icra sənədi üzrə tələbkar Cavabdeh iştirakları ilə 12 mart 2023-cü il tarixdə tərtib edilmiş aktda göstərilir ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9093/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar X5 uşaq- xx.xx.2018-ci il təvəllüdlü Zeynalov Daniel ilə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin inzibati binasına gəldi. Nigar Zeynalova uşaq-xx.xx.2018ci il təvəllüdlü Zeynalov Danielin atası ilə ünsiyyətdə olması üçün görüşməsinə şərait yaratdı. Lakin, uşaq-xx.xx.2018-ci il təvəllüdlü Zeynalov Danieli atası ilə görüşmək istəməyərək ağladı. Uşaqda ana tərəfindən öyrədilmə halının olub-olmamasını müəyyən etmək üçün mütəxəssisin dəvət edilməsi zərurətinin yarandığı məlum oldu. Cavabdeh uşaqda ana tərəfindən öyrədilmə halının olubolmamasını müəyyən etmək üçün mütəxəssisin dəvət edilməsini xahiş etdi. Uşaq -04 iyul 2018-ci il təvəllüdlü Zeynalov Danieli atası ilə getmək istəmədi. xx.xx.2023-cü il tarixə təyin edilmiş ünsiyyət tam olaraq baş tutmadı.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2021-ci il tarixli 2(103)-9093/2021 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-88/2021 saylı iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilərək, Cavabdeh 04 iyul 2018-ci il təvəllüdlü övladı X7 ilə hər həftənin şənbə və bazar günləri saat 15:00-dan saat 18:00-dək ünsiyyətdə olmaq hüququ (görüş vaxtı) verilməsi qət edilmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2022-ci il tarixli 2(102)-3592/2022 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh Üzeyr oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9093/2021 saylı 28 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Məhkəmə kollegiyasına təqdim edilmiş Azərbaycan Respublikası “Tbbi ərazi bölmələrini idarəetmə birliyi” X17nin “Bakı Baş Səhiyyə Mərkəzi” X17nin 20 X4 344 nömrəli xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində D.Zeynallı həkim nevropatoloqun qəbulunda olub və mülaicə təyin edilib, diaqnoz “R45.1 Narahatlıq və oyanıqlıq”.
10. Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik Komissiyasının Məhkəmənin icra vərəqəsi üzrə görüşün uşağın mənafeyinə uyğunluğu barədə xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdir ki, tərəflərin birgə nikahından anadan olan övladları xx.xx.2018-ci il təvəllüdlü X7 borclu X1 psixoloji təsiri altında olması səbəbindən tələbkarla ünsiyyətdən imtina edir. Uşaq psixoloji təsirlərdən azad olunacağı və borclu şərait yaradacağı təqdirdə tələbkar övladı ilə sərbəst ünsiyyətdə olacaqdır. Tələbkarın övladı ilə ünsiyyət qurma bacarığı yaxşıdır, ünsiyyəti məhdudlaşdırmağa əsas olan uşağın mənafeyinə zidd hallar müəyyən edilmədi.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadı əsasında əldə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 11/397 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X3 hal-hazırda anası İddiaçı və atası Cavabdeh bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müəyyən olunmaqla, anası İddiaçı bağlılığı daha çoxdur. D.Zeynalov oğlu əqli və psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlətinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik deyildir. Valideynləri arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik xx.xx.2018-ci il təvəllüdlü X3 emosional-iradi sferasında sirayət etməklə, atası Cavabdeh münasibətdə neqativ təsir göstərmişdir. Cavabdeh hal-hazırda fərdi-psixoloji xüsusiyyətlərində xx.xx.2018-ci il təvəllüdlü X3 emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri üzə çıxmır. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 80 manat təşkil etmişdir.
Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Qobustan Rayon Məhkəməsinə müraciət edərək cavabdehin 04 iyul 2018-ci il tarixdə anadan olmuş övladı X7 ilə ünsiyyətdə olmasının və görüşməsinin Danielin 10 yaşına kimi qadağan edilməsi, mediasiya təşkilatına ödədiyi 53 manat, məhkəməyə ödədiyi 50 manat dövlət rüsumunun və məhkəməyə sənədlərin hazırlanması üçün vəkilə ödədiyi 50 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
13. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 2(094)-88/2021 saylı 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ona qarşı uşaqla ünsiyyət və görüş tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 04 iyul 2018-ci il təvəllüdlü X7 ilə iki həftədən bir şənbə günü saat 11:00-dan bazar günü 15:00-dək onun iştirakı olmadan maneəsiz ünsiyyətdə olması qət edilmişdir. O, Pirallahı rayon Məhkəməsinin 2(094)-88/2021 saylı qətnaməsindən narazı qaldığı üçün qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2021-ci il tarixli, 2(103)-9093/2021 saylı qətnaməsi ilə Pirallahı rayon Məhkəməsinin 2(094)-88/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 2(094)-88/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilərək Cavabdeh 04 iyul 2018-ci il təvəllüdlü X7 ilə hər həftənin şənbə və bazar günləri saat 15:00-dan 18:00-dək ünsiyyətdə olmaq hüququ verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2022-ci il tarixli, 2(102)-3592/2022 saylı qərarı ilə iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2021-ci il tarixli, 2(103)-9093/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Cavabdeh bir valideyn kimi öz məsuliyyətini dərk eləmir və öz vəzifələrini yerinə yetirmir. Elvin hal-hazırda “vərəm” xəstəsidir və Bakı şəhərində yerləşən 1 nömrəli X6 stasionar müalicə alır. Dispanserdən vəkil sorğusuna verilən cavab məktubunda bildirilmişdir ki, Cavabdeh 30 may 2022-ci il tarixdən “Ağciyərlərin infiltrativ vərəmi dağılma mərhələsi, TDÇ (+)”, Genexpert pozitiv həssas” diaqnozu ilə stasionar müalicədədir. Hal-hazırda stasionar müalicəni davam etdirir, ətraf üçün yoluxdurucudur (məktub iddiaya əlavə edilir). Onun hal-hazırda olan xəstəliyi azyaşlı övladının sağlamlığı üçün təhlükəlidir. Bundan başqa Cavabdeh uşaqla görüşmək üçün gələndə bir neçə dəfə uşağın gözü qarşısında onu vəhşicəsinə döymüş, Daniel isə onun bu hərəkətindən bərk qorxmuşdur. O, hər dəfə uşağı götürməyə gələndə, Daniel onu görən kimi qışqırır, onunla getmək istəmir və cavabdeh zorla uşağı qucağına alıb, qışqırda-qışqırda aparır. Bunun səbəb isə cavabdehin ona və uşağa qarşı həddindən çox kobud davranması, uşaqla normal münasibət qurmamasıdır. Bundan başqa Cavabdeh Danieli ünsiyyət üçün aparanda onunla ata-övlad münasibəti, davranışı yaratmaq yerinə onu özündən uzaqlaşdıran, özünə qarşı nifrət yaradan hərəkətlərə yol vermişdir. 25 dekabr 2022-ci il tarixində saat 13:00-da Cavabdeh Danieli götürmüş, sonra onu Milli parkda yerləşən “Dəniz Mall” Ticarət və əyləncə mərkəzinə aparmış, orada fəaliyyət göstərən “Entertainer” Uşaq oyuncaqları mağazasına apararaq mağazadan 1324 (bir min üç yüz iyirmi dörd) manat dəyərində olan oyuncaq əşyalarını almışdır. Həmin oyuncaqları guya Danielə almış kimi mağazada video çəkərək və alış-veriş qəbzini videoda nümayiş etdirərək, Danielə 1324 manatlıq yeni il hədiyyəsi aldığını göstərmişdir. Həmin videonu özünün “TikTok” sosial şəbəkəsindəki “elvinzeynalov61” səhifəsinə yerləşdirmişdir. Danieli evə gətirəndə isə aldığını nümayiş etdirdiyi oyuncaqları ona verməmişdir və bildirmişdir ki, “bu oyuncaqlar sənə alınmayıb, bacım uşaqları Maqsuda və Məcidə almışam”. Daniel evə gələndə ondan soruşmuşdur ki, oyuncaqlar hanı uşaq isə “papa mənə oyuncaqları vermədi, Maqsudla Məcidə apardı” demişdir. Bu hal ikinci dəfə də, yəni 08 yanvar 2023-cü il tarixində baş vermişdir. Həmin gün Elvin saat 14:30-da Danieli parkda ondan götürmüş, onu şəhərdə fəaliyyət göstərən “Panda Baby” uşaq oyuncaqları mağazasına aparmış, orada 647,60 manat dəyərində olan oyuncaqlar almşdır. Həmin oyuncaqları Danielə aldığını bildirərək və alış-veriş qəbzini video çəkişişlə nümayiş etdirərək, dərhal TikTok sosial şəbəkəsindəki “elvinzeynalov61” səhifəsinə yerləşdirmişdir. Elvin axşam saat 8:00da Danieli evə gətirəndə isə Danielə aldığını göstərdiyi oyuncaqları yenə ona verməmişdir və yenə bildirmişdir ki, bu oyuncaqlar Maqsudla Məcidindir. Bu hal övladı Danieldə ağır psixoloji zədə yaratmış və o, atası Cavabdeh qarşı nifrət hissini bir daha gücləndirmişdir və onu görmək istəmədiyini bildirir. Azyaşlı övladı Zeynallı Daniel çox həssas uşaqdır və atasının mənfi və kobud hərəkətləri uşaqda çox pis dəyişikliklərə səbəb olur və onun sağlamlığına və psixikasına zərər verir. Övladı Daniel atası ilə hər dəfə görüşəndən sonra evə gələndə kağız və karandaşlar götürüb vəhşi div şəkilləri çəkməyə başlayırdı və hamısını qara karandaşla çəkirdi. 2022-ci ilin aprel ayından avqust ayına qədər Zeynallı Elvin xəstə olduğuna görə uşaqla görüşməsinə icazə verməmişdir. Həmin müddətlərdə Daneil karandaşlarla şəkillər çəkirdi və bu dəfə rəngli karanadaşlarla güllər,meşələr, ağaclar və sair şəkillər çəkirdi. 2022-ci ilin avqust ayından sonra cavabdeh yenidən Daniellə görüşməyə başladı və o, Danieli aparıb gətirəndən sonra, Daniel yenə də qara karandaşla qara evlər, qara dağlar və qara səma şəkilləri çəkməyə başladı. Bütün bunlar onu göstərir ki, azyaşlı övladı Danielin atası ilə ünsiyyətdə olması, ona həddindən artıq mənfi təsir göstərir və uşaq atasından müsbət mənada heç bir münasibət görmür və cavabdeh ata olaraq, öz azyaşlı övladına isti münasibət göstərmir, əksinə uşağı aparanda onun barəsində uşağa mənfi sözlər deyir, söyüşlər öyrədir. Bu hal uşaq evə gələndən sonra onun nənəsi və babasına söyüş söyməsi ilə təsdiq olumuşdur. Bütün bunlara əsasən hesab edir ki, Cavabdeh övladı 04 iyul 2018-ci il təvəllüdlü X7 ilə ünsiyyətin qadağan edilməsi barədə qətnamə qəbul edilməlidir. O, mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdeh mediasiya təşkilatına gəlmədiyi üçün tam mediasiya sessiyasına keçməyə razı olmamışdır. Buna görə ona 16 yanvar 2023-cü il tarixli ilkin mediasiya sessiyasında dövlət rüsumunun ödənilməsi haqqında məlumat ərizəni imzalayan şəxs haqqında məlumat, iştirak edilməməsi barədə arayış verilmişdir. Mediasiya sessiyasında iştiraka görə Bakı Sumqayıt Mediasiya Təşkilatının bank hesabına 53 (əlli) manat haqq ödəmişdir. Cavabdeh övladı 04 iyul 2018-ci il təvəllüdlü X7 ilə ünsiyyətdə olmasının, görüşməsinin övladının 10 yaşı tamam olana kimi qadağan edilməsi, mediasiya təşkilatına ödədiyi 53 manat haqqın, məhkəməyə ödənilmiş 50 manat dövlət rüsumunun və məhkəməyə sənədlərin hazırlanması üçün vəkilə ödənilmiş 50 manat hüquqi yardıma görə pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(026)-87/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Mirələm Quliyev).
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.1, 50.2, 50.3, 61.1, 61.3, 62.1-ci maddələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 6/2011 saylı qərarının 1-ci bəndi, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cu maddələri əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
16. İddiaçı apellyasiya şikayəti verib, Qobustan Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(026)-87/2023 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tətbiq olunmalı hüquq normalarını tətbiq etməmişdir. İddia tələbi cavabdehin uşaqla ünsiyyətdə olmasının və görüşməsinin qadağan edilməsi ilə əlaqədar olduğundan mübahisəyə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.1, 60.2, 60.3-ci maddələr tətbiq edilməlidir. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər.
18. Bundan başqa, məhkəmə “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 28 oktyabr tarixli 6/2011 saylı qərarının 1-ci bəndinə is7nad edərək uşaqlardan ayrı yaşayan valideynin onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlrin həll edilməsində iştirak etmək hüququna malik olduqlarını qeyd etmişdir. Məhkəmə həmin qərarın 9-cu bəndini nəzərə almalıdır. Belə ki, qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, uşaqla ünsiyyətdə olmaq onun sağlamlığına zərər vurduqda məhkəmə valideynin, yaxud uşaq himayəsinə verilmiş digər şəxsin, yaxud da icra məmurunun ərizəsinə əsasən uşağın müəyyən yaş həddinə çatmasına kimi görüşün məhdudlaşdırılması və yaxud həmin müddətdə görüşün qadağan olunması barədə qərar qəbul edə bilər. Məhkəmə qərar qəbul edərkən tərəflərin izahatları, uşağın tibb müəssisələrində müəyyən xəstəlikdən müalicə olunması, yaxud uçotda olması barədə verilmiş sənədlərlə kifayətlənməməli, müvafiq ekspertizalar keçirməklə qəbul etdiyi qərarı əsaslandırmalıdır. Bundan başqa, baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna iddia qaldırmadığları halda Ailə Məcəlləsinin 62.1-ci maddəsinin tətbiqinin yeri yoxdur.
19. Məhkəmə cavabdehin uşaqla görüşməsinin uşağın əqli və psixi inkişafına zərər vura biləcəyini müəyyən etmək məqsədilə məhkəmə psixoloji ekspertizası keçirməmişdir.
20. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır, qanuni və əsaslı deyil. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh Qarabağ müharibəsində iştirak edərkən soyuqlayaraq vərəm xəstəliyinə tutulmuş və kifayət qədər müalicə aldığdan sonra onun xəstəliyi ətraf mühit və ailə üzvləri üçün yoluxdurulmayan dərəcədə olmuşdur və təhlükəli deyil. Onun övladı xx.xx.2018-ci il təvəllüdlü X8 ünsiyyət zamanı onun psixoloji vəziyyətinə mənfi təsir etməsi, Danielin atası ilə görüşmək istəməməsi iddiaçı tərəfindən mötəbər sübutlarla təsdiq edilməmişdir. Məhkəmənin müəyyən etdiyi hal sübutlara əsaslanmır. Belə ki, Cavabdeh heç vaxt Qarabağ müharibəsində iştirak etməmişdir və iş materiallarında onun Qarabağ müharibəsi iştirakçısı olduğu barədə sübutlar yoxdur. Cavabdehin oğlu Daniellə ünsiyyət zamanı onun psixoloji vəziyyətinə mənfi təsir etməsi, Danielinin atası ilə görüşmək istəməməsi barədə iş materiallarında kifayət qədər mötəbər sübutlar vardır.
21. Oğlu Daniel hər dəfə atası ilə görüşdükdə və görüşdən sonra psixoloji zədə aldığından onu xx.xx.2023-cü il tarixdə (qətnamə çıxarıldıqdan sonra) həkim müayinəsinə aparmışdır. Həkim Danielə müalicə yazmışdır. Ona görə də həkimin tövsiyə vərəqəsini (resepti) birinci instansiya məhkəməsinə təqdim edə bilməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
24. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq gəlməmiş, bununla belə onun vəkili Vəkil2 sonuncu məhkəmə iclasına gəlməmiş və “Elektron Məhkəmə” sistemi vasitəsilə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iş üzrə məhkəmə tibb ekspertizası təyin edilməsini xahiş etmişdir.
25. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
26. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq “Uşaq hüquqlarına dair” BMT Konvensiyası
27. Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər.
“Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
28. Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir;
29. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
30. Maddə 3.0.4. Ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin vəzifələri kimi qeyd edilmişdir.
31. Maddə 50.1. Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir.
32. Maddə 50.2. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir.
33. Maddə 50.3. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir.
34. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
35. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.
36. Maddə 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
37. Maddə 60.3. Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər.
38. Maddə 61.1. Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir.
39. Maddə 61.2. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır.
40. Maddə 61.3. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) iştirakı ilə məhkəmə tərəfindən həll edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
46. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
47. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
49. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
60. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qətnaməni tam mübahisələndirərək ləğv edilməsini xahiş etdiyindən Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(026)-87/2023 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Belə ki, işin hallarına görə Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnamələri, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarı ilə Cavabdeh övladı 04 iyul 2018-ci il təvəllüdlü Daniellə ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir.
63. Beləliklə, cavabdehin uşağı ilə ünsiyyətdə olmasına dair məhkəmənin qanuni qüvvəyə minmiş aktı mövcuddur. Hal-hazırda isə iddiaçı cavabdehin uşaqla ünsiyyətinin qadağan edilməsinə dair qətnamə çıxarılması barədə iddia ərizəsi ilə Qobustan rayon Məhkəməsinə müraciət etmişdir.
64. İddianı təmin etməyən birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh övladı Daniellə ünsiyyətdə olmasına dair birinci, apellyasiya və kassasiya məhkəmələrinin qanuni qüvvəyə minmiş qərarları olduğu üçün İddiaçı Cavabdeh 04 iyul 2018-ci il tarixdə anadan olmuş övladı X7 ilə ünsiyyətdə olmasının və görüşməsinin Danielin 10 yaşına kimi qadağan edilməsinə dair tələbi əsassız olduğundan, habelə iddiaçının mediasiya təşkilatına ödədiyi 53 manat, məhkəməyə ödədiyi 50 manat dövlət rüsumunun və məhkəməyə sənədlərin hazırlanması üçün vəkilə ödədiyi 50 manat pulun cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilməməlidir.
66. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək dəlillərində göstərmişdir ki, birinci instansiya məhkəməsi tətbiq edilməli maddi hüquq normasını tətbiq etməmiş, iş üzrə psixoloji ekspertiza təyin etməmişdir.
67. Məhkəmə kollegiyası əvvəla tətbiq edilməli hüquq norması ilə bağlı onu qeyd edir ki, hazırkı mübahisə cavabdehin uşaqla ünsiyyətinin qadağan edilməsi olsa da mahiyyət etibarı ilə uşaqdan ayrı yaşayan valideynin valideynlik hüququnun həyata keçirilməsi, cavabdehin uşağı ilə ünsiyyət hüququ ilə bağlıdır. Hansı ki, həmin hüququn həyata keçirilməsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə aktı mövcuddur.
68. Eyni zamanda məhkəmə kollegiyasının araşdırması zamanı cavabdehin valideynlik hüququnun – uşağı ilə ünsiyyət hüququnun uşağın mənafeyinə zidd olaraq həyata keçirilməsi qənaətinə gəlinməsi üçün əsas müəyyən edilməmişdir. Şikayətin digər dəlili – iş üzrə müvafiq ekspertiza təyin edilməməsi nəzərə alınaraq məhkəmə-psixoloji ekspertiza təyin edillmişdir. Rəylə Cavabdeh hal-hazırda fərdi-psixoloji xüsusiyyətlərində xx.xx.2018-ci il təvəllüdlü X3 emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri üzə çıxmadığı müəyyən edilmişdir.
69. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, cavabdehin apellyasiya şikayətinin dəlilində ekspertiza təyin edilməməsinə dair dəlili nəzərə alınmaqla məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
70. Kollegiya, cavabdehin vərəm xəstəliyinin daşıyıcısı olmasına və uşaq üçün təhlükəli olmasına dair apellyantın digər dəlilinə münasibət bildirərək, qeyd edir ki, iddiaçı həmin halı təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir, əksinə iş materiallarından görünür ki, cavabdeh ərtaf mühit və ailə üzvləri üçün təhlükəli deyil.
71. Beləliklə, apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası yekun olaraq qeyd edir ki, dəlillər formal mülahizələrdir və apelyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz.
72. İşin tədqiq edilən hallarından da göründüyü kimi cavabdehin övladı ilə ünsiyyətdə olma hüququnun qadağan edilməsinə dair hər hansı əsaslı hal müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur.
73. Beləliklə, məhkəmə kollegiyası yekun hüquqi dəyərləndirmə aparmaqla apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması üçün əsasdır.
74. Kollegiya həmçinin hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən ekspert tədqiqatının dəyəri apellyasiya şikayəti verən iddiaçıdan tutulmalıdır.
75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(026)-87/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.