Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1275/2023 27.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X11 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Siyəzən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(059)-89/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Siyəzən rayon İHB-nin Həmyə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 16 sentyabr 2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 285628 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 16 sentyabr 2019-cu il tarixdə nikahlarını bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 10 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə "Ağaquliyeva" soyadı verilmişdir. Siyəzən rayon İHB-nin Həmyə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 04 may 2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 374145 nömrəli, Şabran rayon qeydiyyat şöbəsi tərəfindən 28 fevral 2023-cü il tarixdə verilmiş AZ-İV seriyalı, 781778 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq ataları Cavabdeh, anaları Ağaquliyeva (Babayeva) Lamiyyə Aydın qızı olan X2 16 aprel 2020-ci il tarixdə Siyəzən şəhərində, X5 isə 16 fevral 2023-cü il tarixdə Şabran şəhərində doğulmuşlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan, eləcə də əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki Cavabdeh kərpic istehsalat sahəsində fəhlə işləməklə, aylıq 350 manat əmək haqqı alır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində aliment tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16 aprel 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün mediasiya qurumuna müraciət etdiyi vaxtdan, yəni 30 noyabr 2022-ci il tarixdən başlayaraq hər ay 193 manat sabit pul məbləğində alimentin, eləcə də rüsumu olaraq ödənilmiş 100 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16 aprel 2020-ci il təvəllüdlü X1 və 16 fevral 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün mediasiya qurumuna müraciət etdiyi vaxtdan, yəni 30 noyabr 2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin, eləcə də rüsumu olaraq ödənilmiş 100 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o cavabdehlə 16 sentyabr 2019-cu il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş və bu nikahdan 16 aprel 2020-ci il tarixdə Seyfəddin adlı oğlan, 16 fevral 2023-cü il tarixdə isə Əsnad adlı qız övladı doğulmuşdur. O, ailənin dağılmasını istəmir, hətta ailənin bərpası üçün əlindən nə gəlirsə etməyə hazırdır. Lakin, cavabdeh ailənin maddi təminatının ödənilməsindən ötrü heç nə etmir. O, hazırda ata evində yaşayaraq, valideynlərinin hesabına çətinliklə dolanır. Heç yerdə işləmədiyindən uşaqların maddi xərclərini təmin edə bilmir. Bu səbəb də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Eyni zamanda, o, mediasiya qurumuna müraciət edərək, mediasiya xərcini ödəmiş, həmçinin 30 noyabr 2022-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında aliment tələbi üzrə razılıq əldə edilmədiyinə görə mediasiya prosesinə xitam verilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(059)-89/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflərin birgə nikahından doğulmuş 16 aprel 2020-ci il təvəllüdlü X1 və 16 fevral 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün azyaşlı Seyfəddin Ağaquliyevə münasibətdə 14 dekabr 2022-ci il tarixdən, azyaşlı Əsnad Ağaquliyevaya münasibətdə isə 10 mart 2023-cü il tarixdən başlayaraq, Cavabdeh iddiaçı Ağaquliyeva (Babayeva) Lamiyyə Aydın qızının xeyrinə hər ay, hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutulması, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 100 (bir yüz) manat xərcin 59%-i, yəni 59 (əlli doqquz) manatının Cavabdeh alınaraq iddiaçı Ağaquliyeva (Babayeva) Lamiyyə Aydın qızına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin aliment tələbinin təmin edilən hissəsində dərhal icraya yönəldilməsi, iddiaçı Ağaquliyeva (Babayeva) Lamiyyə Aydın qızının azad edildiyi 72,80 manat dövlət rüsumunun 59%-i, yəni 42,95 (qırx iki manat 95 qəpik) manat dövlət rüsumunun Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir (hakim Bəylər Ələkbərov). Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17, 34-cü, Ailə Məcəlləsinin, 75.1, 75.4, 78.1, 78.2, 100.2-ci maddələri, Uşaq hüquqları haqqında AR Qanununun 4, 19-cu, BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3, 27-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı Ağaquliyeva (Babayeva) Lamiyyə Aydın qızı apellyasiya şikayəti verib, Siyəzən Rayon Məhkəməsinin 2(059)-89/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbi təmin olunmaqla yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri: Siyəzən Rayon Məhkəməsinin 2(059)-89/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh 2 uşağın saxlanılması üçün iddiaçının xeyrinə ayda hər uşağa 130 manat olmaqla, 2 uşağa 260 manat aliment tutulması barədə qərar verilmişdir. Həmin məbləğ onun 2 azyaşlı uşağının maddi tələblərini ödəməyə nəinki çatmır, həm də çox cüzi bir məbləğdir. Belə ki, uşaqları ikisi də azyaşlıdır. Birisi hətta südəmərdir. Təyin olunan aliment məbləği uşaq yeməyinə, uşaq bezinə güclə çatır. Həmçinin cavabdehin kərpic zavodunda işlədiyi və 350 manat əmək haqqı aldığı bildirilsə də, onlarda olan dəqiq məlumata görə cavabdehə əmək haqqının bir hissəsi kartla, digər hissəsi isə nağd şəkildə verilir. Bu aydın məsələdir ki, alimentdən yayınmaq üçün bir vasitədir. İddiaçı özü atasının evində yaşayır, atası da heç yerdə işləmir. Maddi vəziyyəti çox ağırdır, işləmir. Başqa qazanc yeri yoxdur, uşaqların paltarlarını, yemək, başqa xərclərini ödəmək onun üçün mümkünsüzdür. Maddi hüquq normalarının pozulması özünü onda göstərmişdir ki, məhkəmə tətbiq edilməli olan qanuni tətbiq etməmişdir. Prosessual hüquq normalarının pozulması özünü onda göstərir ki, işin nəticəsinə təsir edən hallar araşdırılmamışdır. Həmin faktiki halların araşdırılması məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb etmişdir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz vermişdir. Etirzda göstərilmişdir ki, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2023-cü il qətnaməsindən narazı qalmış, lakin uşağa görə aliment təyin edilib deyə, bu pulu mübahisələndirmək istəməmişdir. Siyəzən Rayon Məhkəməsində iş gedən zaman da etiraz yazaraq məhkəmədən xahiş etmişdir ki, onun qazancı sabitdir və onun o qədər alımenti verməyə gücü yoxdur, ona görə də alimenti 1/3 məbləğdə təyin edilməsini məhkəmədən xahiş etmişdir. Lakin məhkəmə onun aylıq gəlirini, qazancını nəzərə almayaraq qətnamə qəbul etmişdir. Bundan başqa mediasiya dövründə 16 fevral 2023-cü il təvəllüdlü X4 yetkinlik yaşma çatana qədər saxlanılmaları üçün aliment tutulması məsələsi müzakirə olunmamış və o iş mediasiyada baxılmadan birbaşa məhkəmə dövründə aliment tələb edilmiş və məhkəmə də aliment təyin etmişdir. İddiaçı apellyasiya şikayətində cavabdehin əmək haqqının bir hissəsini kartla, bir hissəsini isə paket şəklində almasını qeyd edir, lakin bu halı təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etmir. Bundan başqa məhkəmədə iddiaçı şəxsən özü qeyd edir ki, (15 mart 2023-cü il tarixli protokolda üz əksini tapır) bır yaşadıqları dövrdə 350-500 manat məbləğində gəlir əldə etsə də, hal-hazırda heç bir məlumatı yoxdur. Bu dedikləri ilə artıq indi apellyasiya şikayətində qeyd etdiyi hal ziddiyyət təşkil edir. İddiaçı həmçinin qeyd edir ki, yaşayış minumumu uşaqlar uçun 220 manat müəyyən edilmişdir. Ölkə üzrə yaşayış minumumu, ehtiyac meyarı da 246 manat kimi müəyyən edilmişdir. Həmçinin onu da qeyd edir ki, alimentlə bağlı məhkəmə qətnaməsindən sonra onun iş vəziyyətində də dəyişiklik olmuşdur. Əvvəlki işində bir neçə ay idiki əmək haqqı vaxtlı-vaxtında verilmirdi. Hal-hazırda "xxxx" ASC-kəsim sexiqablaşdırma sexində qablaşdıncı-fəhlə işləyir və onun aylıq maaşı 345 təşkil edir. Aylıq maaşından 130 manat, cəmi 260 manat aliment məbləği çıxıldıqda belə ona qalan məbləğ 85 manat təşkil edir ki, həmin məbləğlə də onun, xəstə anasının ehtiyaclarını ödəmək mümkün deyil. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19.1. Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətindən görünür ki, İddiaçı Siyəzən Rayon Məhkəməsinin 2(059)- 89/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin iddianın təmin edilməyən hisəsini mübahisələndirmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissədə yoxlanılmasını zəruri hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilməlidir. Belə ki, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aliment təyin olunarkən tərəflərin hər ikisinin maddi vəziyyəti, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması nəzərə alınmalı, alimentin tutulması barədə tərəflərin hər birinə münasibətdə balanslaşdırılmış qətnamə çıxarılmalıdır. İddiaçı apellyasiya şikayətində məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin 2 azyaşlı uşağının maddi tələblərini ödəmədiyini, uşaqların azyaşlı, birinin südəmər olduğunu, özünün atasının evində yaşadığını, atasının və özünün heç yerdə işləmədiyini, maddi vəziyyətinin çox ağır olduğunu bildirmiş, bu səbəbdən də alimentin hər uşağa 220 manat olmaqla, cəmi 440 manat məbləğində müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin tədqiq olunan faktiki hallarını, iddiaçının hazırda işsiz və azyaşlı uşaqların tərbiyəsilə məşğul olmasını, cavabdehin isə əmək qabiliyyətli olmasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat məbləğində aliment tutulması məqsədəmüvafiqdir və bu məbləğ hazırkı mərhələdə hər iki tərəfə münasibətdə ədalətli və ağlabatandır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X13rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməli, tərəflərin birgə nikahından doğulmuş 16 aprel 2020-ci il təvəllüdlü X1 və 16 fevral 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün azyaşlı Seyfəddin Ağaquliyevə münasibətdə 14 dekabr 2022-ci il tarixdən, azyaşlı Əsnad Ağaquliyevaya münasibətdə isə 10 mart 2023-cü il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 150 manat, ümumilikdə 300 manat məbləğində sabit pul şəklində aliment verilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(059)-89/2023 nömrəli qətnaməsi dəyişdirilsin. Tərəflərin birgə nikahından doğulmuş 16 aprel 2020-ci il təvəllüdlü X1 və 16 fevral 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün azyaşlı Seyfəddin Ağaquliyevə münasibətdə 14 dekabr 2022-ci il tarixdən, azyaşlı Əsnad Ağaquliyevaya münasibətdə isə 10 mart 2023-cü il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 150 manat, ümumilikdə 300 manat məbləğində sabit pul şəklində aliment verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1275/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1275/2023
27.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver