Məhkəmə qərarları › İş №2(105)-1291/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1291/2022

13.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1291/2022 13.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi, İddiaçının nümayəndəsi: X4, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı işgüzar nüfuzu ləkələyən, həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumatlarının təkzib edilməsi, vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov) iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı Cavabdeh üzərinə cavabdeh tərəfindən 24 iyul 2021-ci il tarixdə İddiaçı (sədr X9) barəsində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə ünvanladığı şikayət ərizəsindəki yaydığı, həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumatları həmin orqanlara ərizə yazılmaqla təkzib edilməsi və üzr istəməsi vəzifəsinin qoyulması, Cavabdeh tərəfindən İddiaçı barəsində həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumatların yenidən yayılmasına qadağa qoyulması, İddiaçı barəsində Azərbaycan Respublikası Prezidentinə ünvanladığı ərizəsində yaymış olduğu həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumatlar nəticəsində iddiaçının işgüzar nüfuzunun ləkələnməsi ilə ona dəymiş mənəvi zərərin əvəzi olaraq Cavabdeh 25000 manat 30 manat dövlət rüsumu da daxil olmaqla, cəmi 25030 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə cavabdeh tərəfindən 24 iyul 2021-ci il tarixdə İddiaçı (sədr X9) barəsində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə ünvanladığı şikayət ərizəsindəki yaydığı, həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumatları həmin orqanlara ərizə yazılmaqla təkzib edilməsi və üzr istəməsi vəzifəsi qoyulması, Cavabdeh tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativi barəsində həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumatların yenidən yayılmasına qadağa qoyulması, İddiaçı MTK-vi barəsində Azərbaycan Respublikası Prezidentinə ünvanladığı ərizəsində yaymış olduğu həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumatlar nəticəsində iddiaçının işgüzar nüfuzunun ləkələnməsi ilə ona dəymiş mənəvi zərərin əvəzi olaraq Cavabdeh 25000 manat, 30 manat dövlət rüsumu da daxil olmaqla, cəmi 25030 manat məbləğində pul tutularaq İddiaçı MTK-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "Xalq-City” MTK-vi Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunun 15-ci kilometrliyində yerləşən binaların tam qanuni əsaslarla inşa edilməsini həyata keçirir. X9 İddiaçı MTK-nın sədri olaraq kooperativin idarə edilməsi fəaliyyəti ilə məşğul olur. Abşeron rayonu, Xırdalan şəhər sakini Cavabdeh isə xx.xx.2019-cu il tarixdə İddiaçı MTK-ya fəhlə ştatına qəbul edilmiş, xx.xx.2020-ci tarixdə isə öz xahişi ilə işdən azad edilmişdir. Belə ki, İddiaçı MTK-vi tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 15-ci kilometrliydə çoxmərtəbəli yaşayış binasının "xxxx" blokunun inşası zamanı MTK-nın fəhləsi Cavabdeh xx.xx.2020-ci il tarixdə təxmini olaraq saat 16:15 radələrində rəhbərliyə heç bir məlumat vermədən iş yerini özbaşına tərk edərək çıxıb getmişdir. Bu barədə həmin gündə tərəflərindən AKT tərtib edilmişdir. Elə həmin gün təxminən saat 17:50 radələrində Zamiq adlı şəxs kooperativin işçisi Aqil Bağırzadəyə zəng edərək Cavabdeh məxsus həyətdə ağac kəsərkən kəsici alətlə (laqonda) özünə xəsarət yetirdiyini, sonuncunu xəstəxanaya apardığını bildirmişdir. Bu məlumatı alan kimi, dərhal, şirkətin əməkdaşları Cavabdeh aparıldığı Sumqayıt Travmatologiya Xəstəxanasına getmiş, sonuncuya baş çəkmişdir. Xəstəxana xərcləri ilə bağlı müəyyən ödənişlərdə köməklik göstərmiş, evinə bazarlıq edilmiş, hətta rəhbərlik adından sağalıb işə qayıtmasını, cavabdehə öz istəyinə uyğun başqa işlə təmin olunacağı bildirilmişdir. Mayis bu iş təklifi ilə əvvəlcə razılaşmış, sonradan işləmək istəmədiyini bildirib imtina etmiş və öz xahişi ilə işdən azad olunması barədə ərizə vermişdir. Bütün bunlara baxmayaraq, Cavabdeh bu təklifə heç bir məhəl qoymadan Azərbaycan Respublikası baş prokuroruna şikayət etmiş, lakin Abşeron rayon prokurorluğu tərəfindən toplanmış yoxlama materialları əsasında cinayət hadisəsi müəyyən edilmədiyindən 266-C-20 nömrəli material üzrə xx.xx.2021-ci il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar qəbul edilmişdir. Cavabdeh öz şəxsi maraqları naminə pul qazanmaq istəyi altında başqasının həyətində işləyərkən təhlükəsizlik tədbirləri görmədən öz ehtiyyatsızlığı ucbatından qolunu kəsərək xəsarət almışdır. Hadisə baş verəndən sonra hüquq mühafizə orqanlarına etdiyi şikayət ərizələrində, habelə hazırda məhkəməyə verdiyi iddia ərizəsində adını hallandırdığı şirkətin təchizatçısı olmuş Aqil Bağırzadənin göstərişi ilə, sonrakı ərizə və izahatlarında ziddiyyətli ifadələr verməklə guya A.Bagırzadənin göstərişilə həmin işə göndərildiyini iddia etsdə də, onu bildirir ki, vaxtilə şirkətin təchizatçısı olmuş A.Bağırzadə şirkətin adından digər işçiləri hər hansı bir yerə iş üçün göndərmək kimi səlahiyyətə malik olmamış və cavabdehə belə bir göstəriş verilməmişdir. Həm də, Cavabdeh şirkətə məxsus laqondanı da özbaşına olaraq, heç kəsə məlumat vermədən götürüb (oğurlamış), öz şəxsi məqsədləri üçün istifadə etmişdir. “Cinayət isinin başlanmasının rədd edilməsi haqqında” Qərarda material üzrə izahatı alınmış şəxslərin ifadələrindən və öz ifadəsindən bəlli olur ki, pul müqabilində Cavabdeh Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən bağ evində qurumuş ağacların kəsilməsi məqsədilə getmiş və hadisə də məhz həmin həyətdə baş vermişdir. Cavabdeh aldığı xəsarətlə bağlı bütün müalicə xərclərini və dərmanların pulunu da həmin Mustafayev Zamiq özü ödəmişdir. Həmçinin "Cinayət isinin başlanmasının rədd edilməsi haqqında” Qərarda alınmış ifadələrdən məlum olur ki, hadisə təxminən 17 radələrindən sonra baş vermişdir, nəzərə alsaq ki, Cavabdehlə İddiaçı MTK arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən iş saatı 17:00-da qurtarırsa, hadisənin iş vaxtı ərzində belə baş vermədiyinin şahidi olurlar. Bu barədə TƏBİB Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Sumqayıt Tibb Mərkəzi PHŞ X12 X1 müraciət edən xəstələrin qeydiyyat kitabından xx.xx.2021-ci il tarixli Çıxarışda da Cavabdeh xəstəxanaya 17:40-da müraciət etməsi qeyd olunmuşdur. Bir daha bildirir ki, M.Məmivevə şirkət tərəfindən hər hansı bir verə işləmək üçün göndərilməsinə dair sədr C.Əlivev tərəfindən heç bir göstəriş verilməmiş və bu barədə MTK-da rəsmi sənəd (məlumat) qeydə alınmamışdır. Hadisə bas verdiyi zaman hadisənin nə vaxt, harada və nədən bas verməsinin səbəbi barədə heç bir məlumatı olmamışdır. Ərizələrində qeyd olunan hadisə də "Xalq-City” MTK-nin tikinti ərazisində və is vaxtı bas verməmişdir. Sonradan Cavabdeh səhhəti ilə əlaqədar həkimlərin icazəsinin olmadığını bildirib, işləməkdən imtina etmiş, baxmayaraq ki, şirkət tərəfindən başqa iş də təklif edilmiş, lakin o təklif olunan isləri qəbul etməmiş öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, Cavabdeh şəxsi məqsədləri üçün başqasının həyətində ağac kəsərkən öz ehtiyyatsızlığı ucbatından xəsarət almış və bu hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmədiyindən və uçota alınmadığından, habelə baş vermiş hadisə sığorta hadisəsi hesab edilmədiyindən o, qanunvericilikdə nəzərdə tutulmuş qaydada sığorta hadisəsi nəticəsində zərər çəkmiş şəxs kimi də qiymətləndirilə bilməz. İşəgötürən - İddiaçı MTK isə baş vermiş hadisə və xəsarətlərə görə heç bir məsuliyyət daşımır. Hətta, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Cavabdeh vəkilinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda da Cavabdeh xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin isi ilə əlaqəli olmasını təsdiq edən hər hansı faktın olmadığı, hadisənin istehsalatla əlaqəliyinin müəyyən edilməsinin mümkün olmaması qeyd olunmuşdur. Lakin, Cavabdeh müxtəlif vaxtlarda Azərbaycan Respublikasının Prezidentinə, baş prokuroruna əsassız şikayət ərizəsi ünvanlayaraq şərəf və ləyaqətlərini, işgüzar nüfuzlarını ləkələyən, həqiqətə uyğun olmayan məlumatlar yaymışdır. Həmin müraciətdə şirkət və onun haqqında mənfi fikirlər yazılmış, həqiqətə uyğun olmayan məlumatlar qeyd olunmuş, yalan ifadələr işlədilmişdir. Müraciətdə yazılanlardan da göründüyü kimi, cavabdeh şirkət müdiri X7 guya polis zabitinin həyətinə göndərilməsində ittiham etmiş, hələ oğurladığı laqondaya “istifadəyə yararsız" adı qoyub özünü zədələməklə, guya cavabdehi şirkətin verdiyini iddia edərək şər-böhtan atmaqla işgüzar nüfuzlarına ziyan vurmuşdur. İddiaçı MTK-nın bu günədək cavabdehə qarşı hər hansı bir qərəzli hərəkəti mövcud olmamış, hər hansı bir qanunsuz hərəkətə yol verməmişdir. Cavabdeh bütün bunları bilə-bilə yuxarıda adları çəkilən dövlət orqanlarına, yalan, həqiqətə uyğun olmayan, böhtanla dolu müraciət göndərmişdir. Cavabdeh sadaladığı bütün bu faktları bildiyi halda böhtan və həqiqətə uyğun olmayan ərizə yazaraq şirkətin işgüzar nüfuzuna xələl gətirmiş, cəmiyyətdə MTK və rəhbərinin adının pis hallanmasına, barəsində mənfi rəyin formalaşmağına səbəb olmuşdur. Həmçinin qeyd edir ki, cavabdeh özüylə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin qanuniliyi də mübahisələndirməmişdir. Cavabdeh Azərbaycan Respublikasının Prezidentinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizədə göstərir ki, “Abşeron rayon Polis İdarəsinin polis zabiti Zamiq Mustafayev "xxxx" MTK şirkətinə müraciət edərək, həmin şirkətdən həyətin ağac kəsilməsi üçün fəhlə verilməsini xahiş etmişdir. Şirkət müdiri X9 tərəfindən iddiaçı şirkətin sədri həmin polis zabitinin evinə göndərilmişdir. Polis zabitinin evində çalışarkən şirkət iddiaçı şirkətin sədrinə istifadəyə yararsız laqonda verilmiş və həmin istifadəyə yararsız laqonda ilə işləyərkən, əlindən ağır xəsarət almışdır. Lakin nə şirkət tərəfindən iddiaçı şirkətin sədrinə hər hansı bir yardım göstərilmiş, nə də evində işlədiyim polis zabiti baş vermiş hadisə üzrə həqiqətləri söyləməmişdir.” Cavabdeh hazırda “Xalq-Citv’’ MTK-ya qarsı “xx.xx.2020-ci il tarixində baş vermiş bədbəxt hadisəyə görə sığorta ödənişinin İddiaçı MTK tərəfindən qanunla müəyyən edilmiş qaydada ödənilməsinin təmin edilməsi, çəkilmiş maddi xərclərə görə 12500 manat və dəymiş mənəvi ziyana görə 10.000 manat kompensasiyanın "xxxx" MTK tərəfindən ödənilməsi haqqında” iddia ərizəsi ilə də Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Xüsusilə vurgulamaq istəyir ki, Cavabdeh istəkləri məhz şantaj və böhtan xarakteri daşımaqla, şirkətdən pul qoparmaq məqsədi daşıyır. Bu məqsədlə hüquq mühafizə orqanlarına dayanmadan şikayət ərizələri göndərərək hazırda Abşeron Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə məhkəmə tərkibinə təzyiq göstərməklə istədiyi qərarın (qətnamənin) qəbuluna nail olmağa çalışır, həmçinin o, İddiaçı MTK-nın işgüzar nüfuzunu ləkələyən, sahibkar imici zədələyən məlumatlar yaymaqla məşğuldur. Bundan başqa Cavabdeh şirkət barədə yalan olduğunu bilə-bilə, ləyaqəti ləkələyən, nüfuzdan salan, həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumatları yaymaqla, insanların kütləvi olduğu yerdə deməklə şirkəti cəmiyyətdə, kollektivdə, dostlarımızın əhatəsində, təşkilatlarda nüfuzdan salmış, həmçinin işgüzar nüfuzumuza xələl yetirmişdir. MTK barəsində mənfi imici yaratmaqla sahibkar nüfuza ləkə salaraq, mənzil satışının aşaqı düşməsinə, rentabelliyinin itirilməsinə gətirib çıxarır. Cavabdeh həmin məlumatları kütləvi çıxışlarında, yəni MTK-nın işçiləri və digər şəxslər yanında - azı iki nəfər kənar şəxsin görüb, eşidib və qavraya biləcəyi şəraitdə həyata keçirmişdir. Həmin məlumatlar şirkətin işgüzar nüfuzunu ləkələməyə yönəlmişdir. Həmin məlumatların heç biri doğru deyildir. Bu məlumatlar da dövlət orqanlarında yayılmışdır. Bu məlumatlar əxlaqi prinsiplər, istehsal-təsərrüfat, ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrıayrı şəxslər arasında şirkət barəsində mənfi rəy yaradır və bu məlumatlar da şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən məlumat hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyqun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi A.K.Səmədova apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qanunvericilik normalarına əsasən Abşeron Rayon Məhkəməsi tərəfindən prosessual normalarında tələbləri pozulmuş, obyektiv araşdırma aparılmamışdır. Cavabdeh həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumatlar əks olunan ərizələrini təqdim etsələr də, cəmi iki iclasla yekunlaşdırılan məhkəmə prosesində izahatları bu barədə məlumatlar qeyd edilsədə, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində bir cümlə ilə qeyd etmişdir ki, iddiaçının nümayəndəsinin izahatından və subyektiv mülahisəsindən başqa məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Qanunvericiliyin işin düzgün, obyektiv və ədalətli şəkildə araşdırması baxımından müəyyənləşdirilmiş prosessual tələblərinin kobud şəkildə pozulması deməkdir. İş üzrə məhkəmə-linqvistik ekspertizasının keçirilməməsi də onun göstərir ki, məhkəmə tərəfindən tam araşdırma aparılmamışdır. Abşeron Rayon Məhkəməsinin 20 oktyabr 2021ci il tarixli 2(012)-5292/2021 nömrəli qətnaməsini ləğv edib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi A.K.Səmədova apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, iddiaçı tərəfindən heç bir sübutun təqdim olunmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyıl, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün Məhkəmə kollegiyası iddiaçının cavabdeh tərəfindən Azərbaycan Respublikasının Prezidetinə ərizəndə işküzar nüfuzunu ləkələyən, həqiqətən uyğun olmayan və böhtan xarakterli məlumatları yazılması barədə üzrə heç bir linqivistik ekspertizasının keçirilməməsi barədə dəlili qəbul etmir, belə ki, həmin ərizədə Cavabdeh tərəfindən pozulmuş hüquqların bərpa olunması barədə köməklik göstərilməini xahiş etmiş və heç bir təhqir edici sözlər cavabdeh tərəfindən işlədilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçının nümayəndəsi X3 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 20 oktyabr 2021-ci il tarixli 2(012)-5292/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar