Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1291/2023 20.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" BOKT MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, e-2(012)-1395/2023 nömrəli qətnaməsindən cavabdeh BOKT "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a)Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və BOKT "xxxx" MMC-yə qarşı pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" BOKT MMC-dən müştərək qaydada 1930.4 (min doqquz yüz otuz manat, qırx qəpik) manat məbləğində sığorta ödənişinin, 39.30 (otuz doqquz manat, otuz qəpik) manat məbləğində dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat xidmət haqqının, cəmi 1970.1 (min doqquz yüz yetmiş manat, on qəpik) manat məbləğində pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Z.Bünyadov prospektində, "xxxx" ASC-də (bundan sonra ASC) “əmlak sığortası” qaydasında sığortalanmış, X1 idarə etdiyi “Geely SX 11” markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobil və "xxxx" BOKT MMC-yə məxsus olan və Cavabdeh1 etibarnamə olmadan idarə etdiyi “Opel Astra” markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol nəqliyyat vasitəsəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinmiş və AR İXM-in 327.1 və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Hadisə nəticəsində “Geely SX 11” markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 2030.4 (iki min otuz manat qırx qəpik) manat məbləğində qiymətləndirilmiş, həmin məbləğdən 100 (yüz) manat məbləğində şərtsiz azadolma məbləği çıxıldıqdan sonra müqavilə üzrə sığortalı və faydalanan şəxs qismində çıxış edən "xxxx" MMC- nın müraciətinə əsasən 1930.4 (min doqquz yüz otuz manat qırx qəpik) manat məbləğində sığorta ödənişi ASC tərəfindən Mustufa Mutlunun hesabına köçürülmüşdür.İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Geely SX 11” markalı 77 548 dövlət qeydiyyat nişanlı avtomobil ASC tərəfindən “əmlak sığortası” qaydasında sığorta etdirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, “Opel Astra” markalı PJ 604 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, AR MM-in 327.1 və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş İcbari Sığorta Bürosunun rəsmi saytından (isb.az) çıxarışdan müəyyən olunur ki, hadisə baş verən anda “Opel Astra” markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti icbari qaydada sığortalanmamışdır. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”dan müəyyən olunur ki, hadisə baş verən anda “Opel Astra” markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə "xxxx" BOKT MMC-nə məxsus olmuşdur. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Geely SX” markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 2030.4 (iki min otuz manat, qırx qəpik) manat müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 2196 saylı sığorta aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Geely SX 11” rkalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün ödənilməli sığorta ödənişinin məbləği 100 (yüz) manat məbləğində şərtsiz azadolma məbləği çıxıldıqdan sonra 1930.4 (min doqquz yüz otuz manat, qırx qəpik) məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, “Geely SX 11” markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün ASC tərəfindən 1930.4 (min doqquz yüz otuz manat, qırx qəpik) məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, BS-S-22/5924 saylı Geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 1930.4 (min doqquz yüz otuz manat, qırx qəpik) manat məbləğində sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehlərdən tələb edilmişdir. İddiaya qarşı etiraz məhkəməyə daxil olmamışdır. Abşeron Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, e-2(012)-1395/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və BOKT "xxxx" MMCdən müştərək qaydada 1930.4 (min doqquz yüz otuz manat, qırx qəpik) manat məbləğində sığorta ödənişi, 39.30 (otuz doqquz manat, otuz qəpik) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı, cəmi 1970.1 (min doqquz yüz yetmiş manat, on qəpik) manat məbləğində pul vəsaitinin tutulub "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Birinci instansiya məhkəməsi “İcbari sığortalar haqqında” Azərbayan Respublikası Qanununun“ 25.1.3-cü maddəsinə istinad edərək iddianı təmin etməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) pellyasiya şikayətinin dəlilləri Cavabdeh BOKT "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, e-2(012)-1395/2023 nömrəli qətnaməsinin BOKT "xxxx" MMC-nə dair hissədə ləğv edilməsini xahiş edilmişdir. Şikayətin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 01/014-2022 saylı, xx.xx.2022-ci il tarixli Lizinq obyektinin alqı-satqı müqaviləsi əsasında lizinq alan Cavabdeh1 ilə BOKT "xxxx" MMC arasında həmin tarixli X4 Müqaviləsi baglanılmış və həmin müqaviləyə əsasən lizinq alan tərəfindən öhdəlik götürülərək imzalanmışdır. X4 Müqaviləsinin 2.1-ci bəndinə uyğun olaraq lizinq obyekti lizinq alanın balansında uçota alınır və bununla bağlı bütün vergi və digər ödənişləri lizinq alan ödəyir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən təyinatına uyğun olaraq lizinq obyektinə sahiblik və istifadə hüququ bu müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərlə lizinq alana məxsusdur və lizinq müddəti ərzində də lizinq alanın balansında qalır. X2 Lizinqi Müqaviləsinin 15.4-cü maddəsinə əsasən Lizinq obyektinin yerləşdirilməsi, saxlanması, istifadəsi və qaytarılması zaman üçüncü şəxslərə vurulmuş zərərə görə Lizinq alan məsuliyyət daşıyır. “Opel Astra” minik markalı, **-PJ-*** dövlət qeydiyyat nışanlı avtomobil Cavabdeh1 tərəfindən idarə olunur, onun sahiblik və istifadəsindədir və üçüncü şəxslərə vurulmuş zərərə görə götürmüş olduğu öhdəliyə əsasən o məsuliyyət daşıyır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 886.1-ci maddəsinə əsasən sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir. 888.1-ci maddəsinə əsasən əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 936.6-ci maddəsinə görə həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur “İcbari sığortalar haqqında” Azərbayan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə; 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.“ Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə BOKT "xxxx" MMC-nə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə Z.Bünyadov prospektində, "xxxx" ASC-də (bundan sonra ASC) “əmlak sığortası” qaydasında sığortalanmış, X1 idarə etdiyi “Geely SX 11” markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobil və "xxxx" BOKT MMC-yə məxsus olan və Cavabdeh1 etibarnamə olmadan idarə etdiyi “Opel Astra” markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol nəqliyyat vasitəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinmiş və AR İXM-in 327.1 və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Hadisə nəticəsində “Geely SX 11” markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 2030.4 (iki min otuz manat qırx qəpik) manat məbləğində qiymətləndirilmiş, həmin məbləğdən 100 (yüz) manat məbləğində şərtsiz azadolma məbləği çıxıldıqdan sonra müqavilə üzrə sığortalı və faydalanan qismində çıxış edən "xxxx" MMC- nın müraciətinə əsasən 1930.4 (min doqquz yüz otuz manat qırx qəpik) manat məbləğində sığorta ödənişi ASC tərəfindən Mustafa Mutlunun hesabına köçürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Geely SX 11” markalı 77 548 dövlət qeydiyyat nişanlı avtomobil ASC tərəfindən “əmlak sığortası” qaydasında sığorta etdirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, “Opel Astra” markalı PJ 604 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, AR M-in 327.1 və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş İcbari Sığorta Bürosunun rəsmi saytından (isb.az) çıxarışdan müəyyən olunur ki, hadisə baş verən anda “Opel Astra” markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti icbari qaydada sığortalanmamışdır. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”dan müəyyən olunur ki, hadisə baş verən anda “Opel Astra” markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə "xxxx" BOKT MMC-nə məxsus olmuşdur. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Geely SX markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 2030.4 (iki min otuz manat, qırx qəpik) manat müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 2196 saylı sığorta aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Geely SX 11” rkalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün ödənilməli sığorta ödənişinin məbləği 100 (yüz) manat məbləğində şərtsiz azadolma məbləği çıxıldıqdan sonra 1930.4 (min doqquz yüz otuz manat, qırx qəpik) məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, “Geely SX 11” markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün ASC tərəfindən 1930.4 (min doqquz yüz otuz manat, qırx qəpik) məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, BS-S-22/5924 saylı Geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 1930.4 (min doqquz yüz otuz manat, qırx qəpik) manat məbləğində orta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehlərdən tələb edilmişdir. Birinci instansiya məhkəməsi yuxarıda sadalananlara əsasın iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razışalaraq qeyd edir ki, məhkəmə iddianı təmin etməkdə haqlı olmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə Z.Bünyadov prospektində, "xxxx" ASC-də (bundan sonra ASC) “əmlak sığortası” qaydasında sığortalanmış, X1 idarə etdiyi “Geely SX 11” markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobil və "xxxx" BOKT MMC-yə məxsus olan və Cavabdeh1 etibarnamə olmadan idarə etdiyi “Opel Astra” markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermis, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinmiş və AR İXM-in 327.1 və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmiş, hadisə nəticəsində “Geely SX 11” markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 2030.4 (iki min otuz manat qırx qəpik) manat məbləğində qiymətləndirilmiş, həmin məbləğdən 100 (yüz) manat məbləğində şərtsiz azadolma məbləği çıxıldıqdan sonra müqavilə üzrə sığortalı və faydalanan qismində çıxış edən "xxxx" MMC-nın müraciətinə əsasən 1930.4 (min doqquz yüz otuz manat qırx qəpik) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, hadisə nəticəsində zərərçəkmiş şəxslərə sığorta şirkəti tərəfindən ödənilmiş ödənişlər nəqliyyat vasitəsinin mülkiyyətçisi və onu idarə edən şəxsdən tutulmalıdır. Hazırki işdən görünür ki, qəzanı törətmiş Opel Astra” markalı ** PJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" BOKT MMC-yə məxsusdur, Cavabdeh1 tərəfindən etibarnamə əsasında idarə edilir. Bununla da müəyyən edilir ki, qəzanı törətmiş nəqliyyat vasitəsini Cavabdeh1 idarə etsə də nəqliyyat vasitəsi "xxxx" BOKT MMC-nin mülkiyyətindədir. Bundan əlavə 39,30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının da cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə birinci instansiya məhkəməsi gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, hazırki mülki işə Mülki Prosessual Məcəllənin cavabdeh təşkilat lizinq müqaviləsinin 3.2-ci maddəsinə istinad edərək lizinq obyektinə sahiblik və istifadə hüququnun bu müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərlə lizinq alana məxsus olması, lizinq müddəti ərzində də lizinq alanın balansında qalmasını səbəbindən üçüncü şəxslərə vurulmuş zərərə görə götürmüş olduğu öhdəliyə əsasən o məsuliyyət daşımasını bildirsə də, həmin müqavilənin 3.1-ci maddəsinə əsasən lizinq obyektinə mülkiyyət hüquququ bu müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq verənə məxsusdur. Lizinq obyektinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi bu müqavilənin dəyişdirilməsinə və ya ləğvinə səbəb olur. Müqavilənin 3.3-cü maddəsinə əsasən lizinq obyekti lizinq alan tərəfindən lizinq verənin adına qeydiyyata alınır. Müqavilənin 3.5-ci maddəsinə görə lizinq alan hər ay qrafik üzrə aylıq ödənişi etdikdə lizinq verən 1 ay müddətinə avtomobilin idarə edilməsinə dair hüquq verən etibarnaməni Lizinqalan verir. Göründüyü kimi, istinad olunan müqavilədə lizinq obyektinin mülkiyyətçisinin olan lizinq verən "xxxx" BOKT MMC-dir, avtobili idarə edilməsi ilə bağlı lizinq alana hər ay etibarnamə verilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, e-2(012)-1395/2023 nömrəli qətnaməsi cavabdeh BOKT "xxxx" MMC-nə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, e-2(012)-1395/2023 nömrəli qətnaməsi cavabdeh BOKT "xxxx" MMC-nə münasibətdə dəyişdirilmədən saxlanılsın. Cavabdeh BOKT "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.