Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1318/2022 31.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Şıxaydın oğluna, Qusar rayon Dövlət Notariat Kontoruna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın alğı-satqı müqavilələrinin etibarsız hesab olunması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Mhkəməsinin 04 fevral 2022-ci il tarixli, 2(029)-312/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh1, Cavabdeh2 Şıxaydın oğluna, Qusar rayon Dövlət Notariat Kontoruna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız hesab olunması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qusar Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli 2(029)-312/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 Şıxaydın oğluna, Qusar rayon Dövlət Notariat Kontoruna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız hesab olunması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunmuş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı qaytarılmışdır (hakim Adil Vəliyev). İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli, 2(029)-312/2022 saylı qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qusar rayon məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2(029)-312/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, eyni məzmunlu 15.06.2021-ci il tarixli ərizəsi məhkəmə tərəfindən başqa əsasla, iddia ərizəsinə əlavə edilmiş sənədlərin surətlərini müvafiq qaydada təsdiq edilməməsi əsası ilə geri qaytarılmışdır. Həmin əsası şərtləndirən çatışmazlıqlara aradan qaldırıldıqdan sonra məhkəmə ərizənin qaytarılması üçün başqa əsas tapıb. Bu əsas qanuni sayıla bilməz. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarının 17-ci bəndinə istinad etsə də, orada göstərilən tələblərə riayət etməmişdir. Həmin tələblərə əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrə məhkəmə aidiyyəti müəyyət edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan məsələlərin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati–hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrindəkli qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki hüquqi əqdlərin (alğı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi) əsasında aparılmışdırsa, bu halda daşınmaz əmlkaın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Mübahisələndirilən qeydiyyat da mülki hüquqi əqdlərdir. Bu səbəbdən hazırki işə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Odur ki, Qusar Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli, 2(029)-312/2022 saylı qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə müəyyən etmişdir ki, iddianın əsas perdmetlərindən birinin alğı-satqı müqavilələri əsasında cavabdeh Səməndər Əmirxanovun adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və adına verilmiş 30 aprel 2008-ci il tarixli MH seriyalı ******* nömrəli Çıxarışın, habelə Səməndər Əmirxanovun ölümü ilə əlaqədar vərəsəlik əsasında torpaq sahəsi üzərində arvadı Cavabdeh1 mülkiyyət hüququnun hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının və onun adına verilmiş 22 fevral 2018ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışın əsassız sayılması və ləğv edilməsi təşkil edir. Alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddialara baxılması ümumi məhkəmələrin səlahiyyətinə aid olsa da, yuxarıda göstərilən digər tələblərə baxılması isə ümumi məhkəmələrin səlahiyyətinə aid deyildir. Odur ki, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiaya ümumi məhkəmə tərəfindən baxıldıqdan sonra yuxarıda göstərilən digər tələblərlə bağlı əvvəlcə qeydiyyatı aparmış və çıxarışı vermiş orqana müraciət olunmalı, müsbət cavab alınmadıqda isə müvafiq inzibati məhkəməyə müraciət edilməlidir. Həmçinin, iddiaçıya izah edilməlidir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların və verilmiş çıxarışların ləğv edilməsi ilə bağlı əvvəlcə müvafiq qeydiyyat orqanına, müsbət cavab alınmadıqda isə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının MPM-nin 153.2, 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini qeyd edilən əsaslarla geri qaytararkən düzgün nəticəyə gəlməmişdir. Hazırki işdən görünür ki, iddia tələbi cavabdeh Qusar rayon Dövlət Notariat Kontoru tərəfindən 13.02.2008-ci ildə təsdiq olunmuş, satıcı Cavabdeh2 Şıxaydın oğlu ilə alıcı X2 arasında bağlanmış torpaq sahəsinin alğı-satqısına dair müqavilənin, X1 ilə X2 arasında bağlanmış torpaq sahəsinin alğı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında Səməndər Əmirxanovun mülkiyyət hüququnun Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının və onun adına verilmiş 30.04.2008-ci il tarixli MH seriyalı, ******* nömrəli çıxarışın, habelə Səməndər Əmirxanovun ölümü ilə əlaqədar vərəsəlik əsasında torpaq sahəsi üzərində arvadı Cavabdeh1 mülkiyyət hüququnun hüququnun Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının və onun adına verilmiş 22.02.2018-ci il tarixli RX seriyalı, ******* nömrəli çıxarışın əsassız sayılması və ləğv edilməsi barədədir. Göründüyü kimi, hazırki iddia ərizəsinin əsasını Qusar rayon Dövlət Notariat Kontoru tərəfindən 13.02.2008-ci ildə təsdiq olunmuş, satıcı Cavabdeh2 Şıxaydın oğlu ilə alıcı X2 arasında bağlanmış torpaq sahəsinin alğı-satqısına dair müqavilənin, X1 ilə X2 arasında bağlanmış torpaq sahəsinin alğı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi təşkil edir, sonrakı tələblər- həmin müqavilələr əsasında Səməndər Əmirxanovun mülkiyyət hüququnun Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının və onun adına verilmiş 30.04.2008-ci il tarixli MH seriyalı, ******* nömrəli çıxarışın, habelə Səməndər Əmirxanovun ölümü ilə əlaqədar vərəsəlik əsasında torpaq sahəsi üzərində arvadı Cavabdeh1 mülkiyyət hüququnun Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının və onun adına verilmiş 22.02.2018-ci il tarixli RX seriyalı, ******* nömrəli çıxarışın əsassız sayılması və ləğv edilməsi iddianın müqavilənin etibarsız hesab edilməsi hissəsindən doğan tələblərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1. və 2.2.2. madddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia ərizəsi inzibati orqanın qəbul etdiyi qərarın, bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi və inzibati aktın qəbulu ilə bağlı tələb deyil, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bundan sonra həmin müqavilələr əsasında aparılmış qeydiyyatın ləğv edilməsi barədədir. Başqa sözlə hazırki tələb inzibati orqanın qəbul etdiyi qərarın, bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi və inzibati aktın qəbulu ilə bağlı tələb deyildir. Bu səbəbdən məhkəmə kollegiyası yuxarıda qeyd edilən əsaslarla iddia ərizəsinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır və hesab edir ki, iddiaçının şikayəti təmin edilməli, qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilmə məsələsinin yenidən müzakirə edilməsi üçün mülki iş Qusar Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı qızı tərəfindən verilmiş şikayət təmin edilsin. Qusar Rayon Mhkəməsinin 04 fevral 2022-ci il tarixli, 2(029)-312/2022 nömrəli qərardadı ləğv edilsin. Mülki iş iddia ərizəsinin icraata qəbul edilmə məsələsinin yenidən müzakirə edilməsi üçün Qusar Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1318/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1318/2022
31.05.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver