Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1324/2023 18.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh və Həbibova Mətanət Sabir qızına qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X13 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh Həbibova Mətanət Sabir qızının (Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş MYİ seriyalı ******* nömrəli müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinə əsasən Gabibova Metanet) və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və Həbibova Mətanət Sabir qızına (Gabibova Metanet) qarşı qonşu tərəfindən yaradılan qanunsuz təsirlərin qadağan edilməsi və kompensasiya tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1274/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci PB-nin məktublarından görünür ki, bölməyə daxil olmuş İddiaçı ərizələrinə baxılmış, ərizədə göstərilən xüsusatlar mülki xarakter daşıdığından mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.
2. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 15 saylı Mənzil-Kommunal Səhəsinin xx.xx.2022-ci il tarixli, 290 №-li arayışına əsasən, Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 17 saylı evin 39 saylı mənzilinin sahibi Cavabdehdır. Mənzildə Həbibova Mətanət Sabir qızı və X6 qeydiyyatsız yaşayırlar.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14in 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 17 ünvanında yerləşən 39 saylı mənzil Sumqayıt şəhər ZDS tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli, 1376 nömrəli order, Sumqayıt şəhər 15 saylı MİS tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 1530 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında X9 adına xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 4 saylı notariat kontorunun xüsusi notariusunun təsdiq etdiyi xx.xx.2014-cü il tarixli, 4Ə-1771 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən daşınmaz əmlak X5 adına qeydiyyata alınaraq xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 2V-511 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında sözügedən mənzil Cavabdeh adına qeydiyyata alınmış və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir.
4. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasının İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, ünvan 2 ünvanında yaşayan qonşusu – xx.xx.1991-ci il təvəllüdlü X2 Federasiyası, Moskva şəhəri, Mərkəzi Çertanov rayon Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli sərəncamına əsasən anası xx.xx.1960-cı il təvəllüdlü Qəribova Mətanət Sabir qızının qəyyumluğuna verilmişdir.
5. Rusiya Federasiyasının Səhiyyə və Sosial İnkişaf Nazirliyi Federal dövlət müəssisəsi “Moskva şəhəri üzrə Tibbi-Sosial Ekspertizasının Baş Bürosu” 92 nömrəli filialının MSE ******* №-li arayışına əsasən, xx.xx.1991-ci il təvəllüdlü X7 birinci qrup əlildir. Əlilliyin səbəbi uşaqlıqdan əlillik (USİ nəticəsində əlillik) qeyd olunmuşdur.
6. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” “Sumqayıt Tibbi Mərkəzi” X14 X16 Stansiyasının xx.xx.2023-cü il tarixli, 835 №-li arayışına əsasən, ünvan 2 ünvanında yaşayan 1991-ci il təvəllüdlü X3 adına çağırışlar daxil olmuşdur. Xəstəyə tibbi yardım göstərilmişdir.
7. Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 15 saylı Mənzil-Kommunal Səhəsinin Həbibova Mətanət Sabir qızı barəsində verdiyi xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Həbibova Mətanət Sabir qızı ünvan 2 ünvanında yaşayır. Həbibova Mətanət Sabir qızından 15 saylı Mənzil-Kommunal Səhəsinə qonşusu Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 17, mənzil 41-də yaşayan İddiaçı başqa heç kim və heç bir qonşu tərəfindən şikayət daxil olmamışdır.
Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 17 saylı evin 39 saylı mənzilinin mülkiyyətçisi olan Cavabdeh mənzilində mütəmadi təkrarlanan səs-küy nəticəsində qonşuluq münasibətlərinə zidd təsirlərin qadağan edilməsi və 2021-ci ilin dekabr ayından davam edən bu hərəkətlər nəticəsində ona vurulmuş mənəvi ziyana görə 7000 manat məbləğində kompensasiyanın, ödənilmiş dövlət rüsumu və məhkəmə xərclərinin cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Daha sonra iddiaçı xx.xx.2023-cü ildə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinə dəqiqləşmə vermiş, Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 17 saylı evin 39 saylı mənzilinin mülkiyyətçisi Həbibova Mətanət Sabir qızının mənzilində mütəmadi təkrarlanan səs-küy nəticəsində qonşuluq münasibətlərinə zidd təsirlərin ona qadağan edilməsi və 2021-ci ilin dekabr ayından davam edən bu hərəkətlər nəticəsində ona vurulmuş mənəvi ziyana görə Həbibova Mətanət Sabir qızından və mənzilin keçmiş mülkiyyətçisi olmuş Cavabdeh 7000 manat məbləğində kompensasiyanın, ödənilmiş dövlət rüsumu və məhkəmə xərclərinin cavabdehlərdən müştərək qaydada alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 17 saylı evin 39 saylı mənzilinin mülkiyyətçisidir. O, Sumqayıt şəhər X16 Xəstəxanasının terapiya şöbəsində 32 ildir ki, növbəlilik əsasında tibb bacısı vəzifəsində işləyir, evə işdən gələndən sonra mənzilində rahatlıq tapmaq, axşam saatlarında yatmaq və dincəlmək istəyir. Lakin qonşuluqda-yaşadığı mənzilin altında, 2-ci mərtəbədə yaşayan mənzil sahibi Cavabdeh həmin mənzildə yaşamasa da, özünün Rusiya Federasiyası vətəndaşı olan qohumlarını - Həbibova Mətanət Sabir qızını və X1 və artıq 1 ildən çoxdur ki, bu şəxslər qeyd edilən mənzildə yaşayırlar. M.Həbibov ruhi xəstədir, hər axşam o yatmaq istədikdə həmin mənzildə olan hay-küy, qorxunc qışqırtı və bağırtı səsləri üzündən səhərə kimi yuxusuz qalır, yata bilmir, bu da onun iş əhvalına və səhhətinə ağır təsir edir. O, göz təzyiqi xəstəliyindən əziyyət çəkir və yuxusuz qaldığı halda bu xəstəlik daha inkişaf edir, bir sözlə o, mülkiyyətində olan mənzildə bu səbəbdən rahatlıq tapa bilmir. O, bir neçə dəfə cavabdehin öz mülkiyyətində olan bu mənzilə köçürtdüyü qadınla bu barədə danışmış və ondan qonşuluq münasibətlərinə hörmət etmələrini və xəstə olan oğluna nəzarət etməsini, onun dərman preparatı ilə sakitləşdirilməsini xahiş etmiş, lakin sonuncu buna məhəl qoymamışdır. Bundan sonra o, bu barədə bir sıra ali dövlət qurumlarına, Sumqayıt Şəhər İcra Hakimiyyətinə, Polis İdarəsinə dəfələrlə şikayət ərizələri ilə müraciət etmiş, lakin yenə də cavabdehin barəsində hər hansı bir tədbir görülməmişdir və bu vəziyyət bu gün də davam edir, ona yalnız izah etmişlər ki, bu məsələ ilə bağlı məhkəməyə müraciət edə bilər.
11. İddiaçı xx.xx.2023-cü ildə məhkəməyə təqdim etdiyi ərizədə göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə məhkəmə prosesində Cavabdeh nümayəndəsi məhkəməyə çıxarış təqdim edərək bildirmişdir ki, artıq iddia tələbində qeyd edilən halların baş verdiyi mənzil 2023-cü ilin yanvar ayından Həbibova Mətanət Sabir qızının adına keçirilmişdir və bu səbəbdən də iddia tələbinə M.Həbibova cavab verməlidir. Bununla bağlı bildirir ki, iddia ərizəsində göstərilən hadisələr cərəyan edən vaxt mənzilin mülkiyyətçisi Cavabdeh olmuşdur və hazırda mənzilin sahibi olan M.Həbibova da iddia tələbinə cavab verən şəxs kimi tanınmalıdır və bu hadisələrin baş verməsinə görə Cavabdeh və M.Həbibova cavabdehlik daşıyırlar.
12. Cavabdeh Həbibova Mətanət Sabir qızı iddiaya etirazını onunla əsaslandırmışdır ki, iddianı qəbul etmir. Belə ki, övladı - xx.xx.1991-ci il təvəllüdlü X7 anadangəlmə İ qrup əlildir. O, ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasında yaşamış, bu illər ərzində mülkiyyətində olan mənzilə arada gəlmişdir. 2021-ci ilin dekabr ayından övladı ilə birlikdə həmin mənzilə köçüb yaşayır. Bu müddət ərzində onun digər qonşularla heç bir mübahisəsi olmamışdır. İddiaçının iddia tələbi tamamilə qanunsuzdur. Belə ki, onun övladının heç kəsə ziyanı yoxdur. Məhkəmədə cavabdeh Həbibova Mətanət eyni zamanda qeyd etmişdir ki, 2 il ərzində cəmi 3 dəfə belə narahatlıq yaşanmışdır və buna görə iddiaçıdan üzr istəmişdir. Belə ki, həmin vaxt oğlunun dişləri ağrıyırdı.
13. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə izahatında bldirmişdir ki, iddia tələbini qəbul etmir. Həmin mənzildə yaşayan Mətanət onun mərhum yoldaşının bacısıdır. Onlar daha öncə Rusiya Federasiyasında yaşamışlar. Mətanətin yoldaşı rəhmətə getdikdən sonra onlar Azərbaycana gələrək həmin mənzildə yaşamağa başlamışlar. Həmin mənzil onlarındır. Sadəcə mənzil alınarkən onun mərhum yoldaşının adına rəsmiləşdirilmiş, daha sonra yoldaşı vəfat etdiyindən vərəsəlik qaydasında qızına keçmişdir. Qızı da öz növbəsində həmin mənzili əsl sahiblərinə bağışlamışdır.
14. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1274/2023 nömrəli qətnaməsi ilə (hakim Əfqan Ələkbərov) iddia təmin edilməmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh Həbibova Mətanət Sabir qızının mənzilində mütəmadi təkrarlanan səs-küy nəticəsində qonşuluq münasibətlərinə zidd təsirlərin yarandığını sübuta yetirə bilmədiyindən, habelə bu hal işin faktiki halları və sübutlarla təsdiqlənmədiyindən iddia əsassızdır. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia Cavabdeh münasibətdə iddiaya cavab verməli olmayan şəxsə qarşı verilmişdir. Cavabdeh iddiaçı qarşısında hazırki tələb üzrə öhdəlik daşımadığından iddia ona münasibətdə həm də buna görə əsassızdır.
16. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 171.1, 171.2, Mülki Prosessual Məcəllənin 4.1, 21.1, 14.2, 217.4-cü maddəsinin tələbləri, Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarı ilə əsaslandırmışdır.
17. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlərlə hər hansı bir ədavəti olmamış və hazırda da yoxdur. Digər tərəfdən, məhz cavabdehin qohumu olan M.Həbibova öz ruhi xəstə oğlu ilə bu mənzilə köçəndən sonra bu narazılıqlar yaranmış və dəfələrlə Sumqayıt şəhər İcra hakimiyyətinə, polis idarəsinə şikayətlər etmişdir. Əgər bu narahatlıqlar yaranmasaydı, şikayət etməz, vaxtını bu işlərə sərf etməzdi. Bundan başqa, xx.xx.2021-ci il tarixdə ərazi üzrə 15 saylı MKİS-nin əməkdaşları vətəndaşlarla sorğu aparmış və həmin sorğular nəticəsində də cavabdehin oğlunun xəstəliklə əlaqədar çıxardığı səslərin narahatlıq yaratması öz təsdiqini tapmışdır. Sorğunun nəticəsi olaraq akt tərtib olunmuşdur. Məhkəmə işdə olan sənədlərə deyil, qarşı tərəfin izahatına inanaraq hətta qeyd edilən mənzilin guya əvvəldən M.Həbibovaya məxsus olmasını qeyd etmişdir. Halbuki bu hadisələr baş verən vaxtlarda və məhkəməyə müraciət olunanda mənzil Cavabdeh mülkiyyətində olmuş, məhkəmə araşdırması gedən ərəfədə mənzil digər cavabdeh M.Həbibovanın adına rəsmiləşdirilmişdir. Halbuki, M.Həbibova və oğlu M.Həbibov Rusiya Federasiyası vətəndaşlarıdırlar, mənzildə qeydiyyatsız yaşayırlar, digər cavabdehlər Cavabdeh və Vəfadar onları bu mənzilə yerləşdirməklə mülkiyyətində olan mənzilində rahat yaşamağına əngəl yaratmış və özləri də kənarda qalmışlar. Məhkəmədə cavabdeh M.Həbibovanın ruhi xəstə oğlunun dişinin yay aylarında ağrıdığını və yalnız payızda dişinin çıxarıldığını bildirdikdə qarşı tərəf guya bunun yalan olduğunu və şahid qonşuları bununla bağlı məhkəməyə dəvət edəcəyini, dəlillərinin əsassız olmasını sübuta yetirəcəyini bildirsə də, məhkəməyə 1 nəfər də olsun şahid dəvət etməmiş, lakin məhkəmə yenə də qarşı tərəfə haqq qazandırmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Həbibova Mətanət Sabir qızı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 170. Qonşuluq hüququ
170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 170.3. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. 170.4. Bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir.
Maddə 171. Qonşu təsirinə dözmək vəzifəsi
171.1 Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 171.3. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Belə ki, iddiaçının hazırki tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
28. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
29. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
30. İşin obyektiv həli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır. 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
31. İş materiallarından görünür ki, xx.xx.1991-ci il təvəllüdlü X7 (Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş MYİ seriyalı ******* nömrəli müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinə əsasən X18) uşaqlıqdan əlildir. Ona birinci qrup əlillik təyin edilmişdir. Anası-cavabdeh Həbibova Mətanət Sabir qızı (Gabibova Metanet) onun qəyyumudur. Digər Cavabdeh isə hazırda Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 17 ünvanında yerləşən 39 saylı mənzilin mülkiyyətçisi deyil. xx.xx.2023-cü il tarixdən mənzil Metanet Gabibovanın xüsusi mülkiyyəti kimi dövlət reyestrində qeydə alınmışdır.
32. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən, əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, məhkəmə kollegiyasının iclasında tərəflərin izahatı ilə müəyyən olunmuşdur ki, iddiaçının mənzilindən aşağıda ikinci mərtəbədə yerləşən mənzildən gələn səs-küy mütəmadi xarakter daşımamışdır. Cavabdeh bunu həmin vaxt oğlunun dişləri və qulaqlarının ağrıması ilə izah etmiş, artıq bir ildən çoxdur ki, belə səs-küylərin olmadığını bildirmiş və oğlunun diş və qulaq ağrılarının müalicə olunduğunu bildirmişdir. İddiaçının özü də hazırda səs-küyün qismən azaldığını, bəzən yüngül səslər olduğunu bildirmişdir.
34. Bundan başqa, iş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 15 saylı Mənzil-Kommunal Səhəsinin verdiyi xx.xx.2023-cü il tarixli xasiyyətnamədən də görünür ki, Həbibova Mətanət Sabir qızından 15 saylı Mənzil-kommunal sahəsinə qonşusu İddiaçı başqa heç kim və heç bir qonşu tərəfindən şikayət daxil olmamışdır.
35. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa pul formasında müvafiq kompensasiya tələb edə bilər.
36. Hazırkı mübahisə üzrə işin halları ilə cavabdehlərdən iddiaçının xeyrinə pul kompensasiyasının tutlması üçün əsaslar müəyyən edilməmişdir.
37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.
38. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, mövcud iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(060)-1274/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1274/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.