Məhkəmə qərarları › İş №2(105)-1328/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1328/2023

30.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1328/2023 30.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X6 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə katibi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment bocunun silinməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-757/2023 saylı, 16 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1230/2019 saylı, xx.xx.2019-ci il tarixli qətnaməsi üzrə hesablanmış 5400 manat aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı etiraz ərizəsi verərək iddianın rədd edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin e-2(012)-757/2023 saylı, 16 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1230/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə İddiaçı hesablanmış 5400 manat aliment borcundan 3000 manat aliment borcunun silinməsi qət edilmişdir (hakim Elman Məmmədov). İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin e-2(012)- 757/2023 saylı, 16 mart 2023-cü il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh şikayəti verərək Abşeron Rayon Məhkəməsinin e-2(012)-757/2023 saylı, 16 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında şahid qismində cəlb edilmiş X5 ifadəsində bildirdi ki, o, İddiaçı ilə yaxın olmuşdur. Həmçinin o, Cavabdeh da tanıyır. Yay aylarında o, mütəmadi olaraq tərəflərin evinə gedib-gəlmişdir. İddiaçı həyat yoldaşı, qaynanası və qaynatası ilə birlikdə qaynatasına məxsus evdə 2019cu ilin yay aylarından sonra bir ildən çox yaşamışdır. İş materiallarından göründüyü kimi onlar yenidən barışıb birgə ailə şəklində yaşadıqları halda onları alimentlə bağlı icra işinin olması deyil, ailə münasibətlərinin davam etdirilməsi, ailə dəyərləri ilə bağlı hallar daha çox maraqlandırır ki, bu halda da tərəflərin icra şöbəsinə müraciət edib alimentlə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1230/2019 saylı, xx.xx.2019-cu il tarixli icra işinə xitam verilməsini tələb etməməsi, bunun nəticəsində də icra işi icraatda qaldığı üçün aliment borcunun yaranması anlayışla qarşılanmalı hal hesab olunmalı, Ailə Məcəlləsinin 107.2-ci maddəsində müəyyən edilmiş digər üzrlü səbəblər kateqroiyasına daxil edilməlidir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən tərəflərin birgə ailə şəkilndə toy mərasimlərində iştirak etmələri, birgə istirahətdə olmaları müəyyən olunur. Məhkəmə hesab edir ki, tərəflərin faktiki münasibətlətinin olduğu, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək (15 ay x 200 manat = 3000 manat) olan dövrdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1230/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı hesablanan ümumilikdə 5400 manat aliment borcundan 3000 manat aliment borcu silinməlidir. Bununla bağlı qeyd etmək istəyir ki, iş materiallarında olan 2(009)-1342/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnamədən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşağın ananın yanında saxlanılması və alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, cavabdeh İddiaçı ilə xx.xx.2011-ci ildə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşdur. Bu nikahdan onların xx.xx.2012-ci il təvəllüdlü Səid adlı övladları dünyaya gəlmişdir. Cavabdeh ilə aralarında normal ailə münasibətləri ilk başlarda mövcud olsa da, sonradan pisləşmişdir. Cavabdehlə nikahları formal xarakter daşıyır. Cavabdehlə aralarında mövcud olan ailə münasibətləri formal xarakter daşıdığından nikahın pozulmasına təkid edir. Onunla cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli rəsmi nikah pozulmalı və övladları X4 onun himayəsinə verilməlidir. Cavabdehlə yeganə övladları olması səbəbi ilə ona yüksək təhsil vermək üçün “İdrak” liseyinə qoymuşlar. Həmin liseyin illiyi 7000 manat təşkil edir. Stabil və yüksək təhsilin qorunub saxlanması üçün övladları yetkinlik yaşına çatana qədər orta təhsilini davam etdirməlidir. Bu səbəbdən 7000 manatın illiyin ½ hissəsi, yəni 3500 manatı cavabdeh tərəfindən hər il ona ödənilməlidir. Bu məbləğ aylıq 3500:12=292 manat olmaqla ödəniləcək ümumi alimentin üzərinə gəlinməlidir. Yeganə övladlarının geyim, qida və s. bu kimi digər tələbatlarının ödənilməsi üçün cavabdehdən hər ay 250 manat məbləğində aliment tutularaq ona ödənilməlidir. Ümumilikdə aylıq 292+250=542 manat məbləğində aliment cavabdehdən tutularaq ona ödənilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı onunla cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli rəsmi nikahın pozulması, övladları X1 onun himayəsinə verilməsi və X1 yetkinlik yaşına çatana qədər hər ay 542 manat məbləğində alimentin cavabdeh İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi cavabdeh tərəfindən irəli srülmüş bu fakt özü, həmçinin digər materiallarla iddianın tam əsaslı olması sübut edilir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-1230/2019 saylı qətnaməsi 2019-cu ilin may ayında qanuni qüvvəsini almışdır. Nədənsə qətnamə bugünədək icra edilməmişdir. Qətnamənin qüvvəyə minməsindən 4 il sonra işə baxan Abşeron Rayon Məhkəməsi qətnamənin icra edilməməsinin səbəblərini araşdırmamış və iddiaçının bu istiqamətdə məsuliyyətinə qiymət verməmişdir. Məhkəməyə alimentin onun üçün deyil, iddiaçı ilə birgə nikahdan dünyaya gəlmiş uşağı üçün ödənildiyini vurğulayaraq məhkəmənin diqqətinə çatdırır ki, iddiaçı ilə ümumiyyətlə birgə yaşamamışdır. İddiaçının fiziki şiddət tətbiqlərindən canını qurtarıb Abşeron rayonunun Digah qəsəbəsində atası evinə gəlmiş və bugünədək ata evində yaşayır. İddiaçı onun ata evində onunla birgə yaşamayıb. O, sadəcə ayda bir neçə dəfə uşağı görməyə gəlib. Pandemiyya dövründə 3 saatlıq icazə müddəti bitdiyindən 3-4 dəfə atası gildə qalmışdır. Uşağın travmasız böyüməsi üçün bir, iki dəfə birgə tədbirlərdə olmuşdur. Bir halda rayona getmişlər. Bir halda toyda olmuşlar, bir neçə dəfə də iddiaçı uşağı görməyə gələndə ata evində olub. Uşağın gələcəkdəki xatirələri üçün bir neçə dəfə foto şəkillər çəkdirilmişdir. Bu qeyd etdiyi birgə yaşayış olmayan ünsiyyət isə çox qısa zamanı (təxminən 2 ay) əhatə etmişdir ki, sonralar yenə ata evində olduğu halda belə ona fiziki şiddət tətbiq etməyə çalışması münasibətlərin tam kəsilməsinə gətirib çıxarmışdır. İddiaçı o, vaxtlardan nadir halda uşağı görməyə gəlir. Uşağın ümumiyyətlə qayğısına qalmır. Uşaq “İdrak” liseyində məktəbdə təhsil alırdı. İllik 7000 manat ödəniş edir. Dəfələrlə müraciət etməsinə baxmayaraq uşağın məktəbinin illik ödənişlərinin yarısının ödənilməsinə razı olmadığından uşağı məcbur qalıb həmin məktəbdən çıxarıb dövlət məktəbinə qoymuşdur. Xüsusilə bildirir ki, iddiaçı həmin vaxt dəfələrlə ondann həmin qətnamənin icrasından imtina üçün Səbail rayon icra və probasiya şöbəsinə gedib ərizə verməyini xahiş etsə də qəbul etməmiş, ona dəfələrlə bildirmişdir ki, bu uşağın puludur. Onsuz da uşağın məktəb pulunu ödəmir, uşağa başqa hər hansı bir yardım etmirsən, ayda bir dəfə uşağı görməklə uşağın qayğısına qalınmaz. İndi başa düşür ki, o niyə bir neçə dəfə gəlib onlarda qalmışdır. İddiaçı uşağının qayğısına qalmadığı üçün nikah pozulmadan alimentin tutulması barədə iddia qaldırmış və məhkəmə iddianı təmin etmişdir. İddiaçı qeyd edilən qətnamə qüvvəyə mindiyi tarixdən hər hansı bir ödəniş etməmişdir. Bundan başqa məhkəmə iddiaçının 3-4 dəfə atası gildə qalmasının hansı sübutlar əsasında 1 il kimi götürmüşdür. Maraqlısı odur ki, dəfələrlə tələb etməsinə baxmayaraq icra məmuru 4 il qətnaməni icra etmir. Məhkəmə də çox asanlıqla iddiaçını aliment ödəməkdən azad edir. Hesab edir ki, heç bir maddi hüquq norması ilə tənzimlənməyən məhkəmənin gəldiyi nəticə əsassızdır və həmin qətnamə ləğv edilib iddia rədd edilməlidir. Eyni zamanda, bildirmək istəyir ki, Abşeron Rayon Məhkəməsində olan məhkəmə prosesi ilə bağlı ona nə iddia ərizəsi, nə də məhkəmə bildirişləri məhkəmə tərəfindən təqdim olunmamışdır. Ona görə də bu proses barədə heç bir məlumatı mövcud olmamışdır. Yalnız sonuncu proses barədə ona SMS bildiriş gəlmişdir. Belə ki, bununla bağlı məhkəməyə və Məhkəmə-Hüquq şurasına müraciət etdikdən sonra bu proses barədə məlumat verilmişdir. Eyni zamanda, qeyd edilib ki, vəkili X7 ilə əlaqə saxlanılmış və vəkili gəlməkdən imtina etmişdir. Bildirmək istəyir ki, vəkil Faiq Nəcəfovla bu işin müdafiəsi üçün müqavilə bağlamamışdır. Onun bu iş üzrə vəkili olmayıb və Faiq Nəcəfovun bu işə heç bir aidiyyəti yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məıumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasında gəlməmiş, gəlməmələrini səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayətləri qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin e-2(012)-757/2023 saylı, 16 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Birinci instansiya məhkəməsində şahid X5 ifadəsində bildirdi ki, o, İddiaçı ilə yaxın olmuşdur. Həmçinin o, Cavabdeh da tanıyır. Yay aylarında o, mütəmadi olaraq tərəflərin evinə gedib-gəlmişdir. İddiaçı həyat yoldaşı, qaynanası və qaynatası ilə birlikdə qaynatasına məxsus evdə 2019-cu ilin yay aylarından sonra bir ildən çox yaşamışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 2(005)-1230/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 200 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan “WhatsApp” tətbiqi vasitəsi ilə edilən yazışmalardan görünür ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək faktiki münasibətlər olmuşdur. İş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)1342/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış 19 aprel 2011-ci il tarixli, 537 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, 15 iyul 2012-ci il təvəllüdlü X1 anası Cavabdeh yanında qalmasının müəyyən edilməsi, İddiaçı xx.xx.2021-ci il tarixdən başlayaraq, 15 iyul 2012-ci təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 350 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1230/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 200 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan “WhatsApp” tətbiqi vasitəsi ilə edilən yazışmalardan göründüyü kimi, İddiaçı və Cavabdeh arasında xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək faktiki münasibətlər olmuşdur. Lakin sonradan tərəflər arasındakı münasibətlər yenidən pozulmuş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1342/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış 19 aprel 2011-ci il tarixli, 537 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, 15 iyul 2012-ci il təvəllüdlü X1 anası Cavabdeh yanında qalmasının müəyyən edilməsi, İddiaçı xx.xx.2021-ci il tarixdən başlayaraq, 15 iyul 2012-ci təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 350 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Tərəflər yenidən barışıb birgə ailə şəklində yaşadıqları halda onları alimentlə bağlı icra işinin olması deyil, ailə münasibətlərinin davam etdirilməsi, ailə dəyərləri ilə bağlı hallar daha çox maraqlandırır ki, bu halda da tərəflərin icra şöbəsinə müraciət edib alimentlə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1230/2019 saylı, xx.xx.2019-cu il tarixli icra işinə xitam verilməsini tələb etməməsi, bunun nəticəsində də icra işi icraatda qaldığı üçün aliment borcunun yaranması anlayışla qarşılanmalı hal hesab olunmalı, Ailə Məcəlləsinin 107.2-ci maddəsində müəyyən edilmiş digər üzrlü səbəblər kateqroiyasına daxil edilməlidir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən tərəflərin birgə ailə şəkilndə toy mərasimlərində iştirak etmələri, birgə istirahətdə olmaları müəyyən olunur. Məhkəmə hesab edir ki, tərəflərin faktiki münasibətlətinin olduğu, yəni xx.xx.2019cu il tarixdən xx.xx.2020-ci il tarixədək (15 ay x 200 manat = 3000 manat) olan dövrdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1230/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı hesablanan ümumilikdə 5400 manat aliment borcundan 3000 manat aliment borcu silinməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə işə məhkəmədə baxılmalı olmaması əsası ilə işə xitam verilməsi barədə nəticəyə gəlmək əvəzinə iddia ərizəsinə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş icra işində olan Səbail rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1230/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə verilmiş borclunun yaranmış 5400 manat aliment borcu İddiaçı tərəfindən tam şəkildə icra edilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-1342/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq 350 manat müəyyən edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi 2(005)-1230/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə tələb tam şəkildə icra edildiyindən işcra sənədinə xitam verilmişdir. Bununla da müəyyən edilir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1230/2019 saylı, xx.xx.2019-ci il tarixli qətnaməsinə dair verilmiş icra sənədi üzrə hesablanmış 5400 manat aliment borcu tam ödənildiyindən icra sənədi üzrə icraata xitam verilmiş, bu barədə məlumatlar xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olsa da məhkəmə iş üzrə icraata xitam vermək əvəzinə işə mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdir ki, bunu da qanunvericiliyə uyğun hesab etmək olmaz. Belə ki, artıq qeyd edilən borc tam icra edilmiş və qətnamə üzrə verilmiş icra vərəqəsinin icraatında xitam verilmişdir. Belə olan halda da hazırki iddiaya baxılmasına zərurət qalmamışdır. Azərbaycan Respublikası MPM-nin 261.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası 384.0.4-cü maddəsinə əsasən qətnamənin tamamilə və ya qismən ləğv edib, iş üzrə icraata xitam vermək apelasiya instansiya məhkəməsinin səlahiyyətidir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi bu Məcəllənin 20-ci fəslində göstərilən əsaslar olduqda apelyasiya qaydasında icraata xitam verilmləklə ləğv edilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi sadalanan hallara əhəmiyyət verməyərək, məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam vermək əvəzinə, iddia ərizəsinə mahiyyəti üzrə baxmış, məhkəmə araşdırması zamanı da həmin hallara diqqət yetirməmiş, bununla da yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu da qətnamənin həmin hissədə ləğvi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2 -ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 384.0.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 391-ci maddəsinə görə isə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmə qətnaməsi ləğv edilməlidir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki .apellyasiya şikayətləri qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin e-2(012)-757/2023 saylı, 16 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, işin icraatında xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 372.1, 372.6, 372.7, 391, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin e-2(012)-757/2023 saylı, 16 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar