Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1334/2024 03.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi və işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X10 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi və işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-512/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşin hallarına görə, Cavabdeh özünün sosial şəbəkədə olan səhifəsində paylaşım edərək, “Qobustan rayonunda yerləşən şəhid bulağına, şəhid parkına göz dikilməsi, şəhid tədbirinə 500 manat xərcləyib, 1500 manat büdcədən pul silinməsi, belə halların Qobustan rayonunda olması” ilə bağlı fikirlər səsləndirmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı nüfuzdan salmağa, şəhid ailələri ilə icra hakimiyyəti arasında narazılıq yaratmağa, rayonda ictimai asayişin pozulmasına istiqamətlənmiş məlumatların cavabdeh tərəfindən təkzib olunması, icra hakimiyyətinin rəhbərliyi və kollektivinin nüfuzunun aşağı salınmasına yönəlmiş mənəvi zərərin əvəzi olaraq 100.000 manat dəyərində təzminatın ödənilməsi və ödəniləcək təzminatın rayonda yaşayan şəhid ailələrinin sosial müdafiəsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Daha sonra, İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, Cavabdeh hazırki mülki iş üzrə qəbul olunmuş yekun məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra 1 (bir) ay ərzində, kütləvi informasiya vasitələrində “Təkzib” başlığı altında, mətnində heç bir dəyişiklik edilmədən, “Cavabdeh adından İddiaçı barəsində yayımlanan məlumatların həqiqəti əks etdirmədiyini etiraf etməsi” məzmunlu təkzib verməsi və işgüzar nüfuza vurulmuş zərərin əvəzi olaraq 100.000 manat məbləğində pulun Cavabdeh tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qobustan şəhər sakini Cavabdeh özünün “İnstagram” səhifəsində (“_qobustan_mereze” Qobustan şəhəri (Mərəzə)), eyni zamanda “Qobustan Şəhəri” “Facebook” səhifəsində paylaşım edərək, rayonun şəhid bulağına, şəhid parkına göz dikilməsi, şəhid tədbirinə 500 manat xərcləyib, 1500 manat büdcədən pul silinməsi ilə bağlı iddialar səsləndirmiş, belə halların Qobustan rayonunda olmasını bildirmişdir. Qobustan rayonunda şəhid ailələrinə maddi yardımların əsasən icra hakimiyyəti tərəfindən göstərildiyindən, yerli büdcənin sərəmcamçısı icra hakimiyyəti olduğundan, Cavabdeh şəhid tədbirinə 500 manat xərcləyib, 1500 manat büdcədən pul silinməsi ilə bağlı iddialarının İddiaçınə yönəldiyi aşkar şəkildə başa düşülür. İddiaçı olaraq bu məsələnin Cavabdeh tərəfindən düşünülmüş şəkildə, icra hakimiyyəti ilə həssas təbəqə olan şəhid ailələri arasında uçurum yaratmaq və sonda rayonda pozuculuq yaratmağa yönəldilmiş bir addımdır. İddiaçı şəhid ailələrinə edilən bütün maddi yardımları şəffaf şəkildə, yalnız xəzinədarlıqla onların banklarda açılan hesablarına köçürməklə etmişdir. Burada hər hansı bir qanunsuzluq hallarının baş verməsi mümkün deyildir. İddiaçı tərəfindən hər hansı bir şəhid bulağının, şəhid parkının tikintisi üçün dövlət vəsaiti xərclənməmişdir. Yalnız Qobustan şəhərində mövcud olan parka Vətən müharibəsi şəhidi Fədail Nadirovun adı verilmiş, eyni zamanda Qobustan şəhəri, Heydər Əliyev prospektində Vətən müharibəsi şəhidi Sərxan Hacıyevin adına park salınmış və bulaq inşa edilmişdir. Cavabdeh sosial şəbəkədəki bu çıxışı icra hakimiyyətinin rəhbərliyi və kollektivinin nüfuzuna zərər vurmaqla yanaşı, eyni zamanda, şəhid ailələri arasında narazılıq yaratmaq, onları dövlətə qarşı qaldırmağa cəhd etməklə, böhtan xarakterli məlumat yaymaqla, nüfuzlarına ciddi zərər vurmuşdur.
5. İş materiallarında olan videogörüntü əks olunmuş diskdən görünür ki, Cavabdeh özünün sosial şəbəkədə olan səhifəsində paylaşım edərək, “Qobustan rayonunda yerləşən şəhid bulağına, şəhid parkına göz dikilməsi, şəhid tədbirinə 500 manat xərcləyib, 1500 manat büdcədən pul silinməsi, belə halların Qobustan rayonunda olması” ilə bağlı fikirlər səsləndirmişdir.
6. İddiaçı xx.xx.2022-ci il tarixli 113 saylı sərəncamı ilə X7 X3 büstünün son tamamlama işlərinin başa çatdırılması və il mərasiminin keçirilməsi məqsədilə əlavə 1100 manat, xx.xx.2023-cü il tarixli 77 saylı sərəncamı ilə il dönümü tədbirlərin keçirilməsi ilə əlaqədar 16 X4 ailələrinə maddi yardım verilməsi üçün hər ailəyə 500 manat olmaqla 8000 manat, xx.xx.2023-cü il tarixli 16 saylı sərəncam ilə Xocalı soyqırımının il dönümü ilə əlaqədar Şəhid ailəsi X2 birdəfəlik yardım verilməsi məqsədilə 600 manat, xx.xx.2022-ci il tarixli 99 saylı sərənsamı ilə Qobustan rayon Sündü kənd sakini şəhid X9 ailəsinə 1500 manat, xx.xx.2022-ci il tarixli 105 saylı sərəmcamı ilə X7 X3 büstünün qoyulması məqsədilə 4500 manat, xx.xx.2022-ci il tarixli 103 saylı sərəncamla 27 sentyabr Anım günü və ildönümü tədbirlərinin keçirilməsi ilə əlaqədar 12 şəhid ailələrinə hər birinə 300 manat olmaqla 3600 manat, xx.xx.2022-ci il tarixli 20 saylı sərəncamla Xocalı soyqırımının 30-cü il dönümünün yaxınlaşması ilə əlaqədar şəhid ailəsi X2 600 manat vəsait ayrılması qərara alınmışdır.
7. İş materiallarında olan ödəniş sənədlərindən görünür ki, İddiaçı tərəfindən ayrılmış bütün vəsaitlər aidiyyəti üzrə köçürülmüşdür.
8. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-512/2024 nömrəli qətnaməsi ilə (hakim Fərid Yaqubov) iddia qismən təmin edilərək, hazırki iş üzrə qəbul olunmuş qətnamə qanuni qüvvəsini aldıqdan sonra bir ay ərzində Cavabdeh “İnstagram” və ya “Facebook” sosial şəbəkədə olan səhifəsində “Təkzib” başlığı altında, “Cavabdeh adından İddiaçı barəsində yayımlanan məlumatların həqiqəti əks etdirmədiyini etiraf etməsi” məzmunlu təkzib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, işgüzar nüfuza vurulmuş zərərin əvəzi olaraq 2000 (iki min) manat məbləğində pulun Cavabdeh tutularaq, İddiaçınə ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının barəsində yayılmış məlumatın doğru olduğunu sübut etmə vəzifəsi məlumatı yayan şəxsin, yəni cavabdehin üzərinə düşür. Cavabdeh isə məlumatın doğru olduğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, cavabdeh tərəfindən iddiaçı barəsində edilən müraciət (məlumat) elektron informasiya saytında əks olunduğundan, həmin məlumat yayılmış hesab olunur.
10. Məhkəmə hesab etmişdir ki, cavabdeh yaydığı məlumatların doğruluğunu sübut edə bilmədiyindən, iddiaçı bu məlumatların həqiqətə uyğun olmayan məlumat hesab olunmasını tələb etməkdə haqlıdır.
11. Məhkəmə həmçinin, iddia tələbinin “işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi”nə dair hissəsinin hüquqi əsasını nəzərdən keçirərək hesab etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1, 23.4, 1096.1 və 1097.1-ci maddələrinə əsasən, cavabdehdən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır.
12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 23.1, 23.4, 23.6, 1096.1, 1096.2, 1097.1-ci maddələrinin, Ali Məhkəmənin Plenumunun xx.xx.2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Qərarının, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarının, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarının tələbləri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-512/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, hazırki iş üzrə qəbul olunmuş qətnamə qanuni qüvvəsini aldıqdan sonra, bir ay ərzində Cavabdeh “İnstagram” və ya “Facebook” sosial şəbəkədə olan səhifəsində “Təkzib” başlığı altında, “Cavabdeh adından İddiaçı barəsində yayımlanan məlumatların həqiqəti əks etdirmədiyini etiraf etməsi” məzmunlu təkzib verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş və işgüzar nüfuza vurulmuş zərərin əvəzi olaraq 2000 (iki min) manat məbləğində pul ondan tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. Cavabdeh tərəf olaraq hesab edir ki, işlə bağlı birinci instansiya məhkəməsinin çıxardığı qətnamə qaanusuz və əsassızdır, bu səbəbdən də ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
18. Maddə 57. Müraciət etmək hüququ (...) İİ. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz.
19. Maddə 63. Təqsirsizlik prezumpsiyası İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. V. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.
20. Maddə 68. Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ İ. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. (...)
Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. Maddə 23. Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.3. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 23.5. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.
22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, həmin Məcəllənin 23cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
24. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
25. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
27. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
29. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
30. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - işgüzar nüfuza vurulmuş zərərin əvəzi olaraq 2000 (iki min) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
32. İşin mübahisəsiz hallarına görə cavabdeh özünün “İnstagram” səhifəsində (“_qobustan_mereze” Qobustan şəhəri (Mərəzə)), eyni zamanda “Qobustan Şəhəri” “Facebook” səhifəsində paylaşım edərək “Qobustan rayonunda yerləşən şəhid bulağına, şəhid parkına göz dikilməsi, şəhid tədbirinə 500 manat xərcləyib, 1500 manat büdcədən pul silinməsi, belə halların Qobustan rayonunda olması” ilə bağlı fikirlər səsləndirmişdir.
33. İddiaçı cavabdeh tərəfindən yayılan həmin məlumatların onu nüfuzdan salmaq, şəhid ailələri ilə icra hakimiyyəti arasında narazılıq yaratmaq məqsədi daşıdığını və rayonda ictimai asayişin pozulmasına istiqamətlənmiş məlumatlar olduğunu göstərərk mövcud iddia tələbini irəli sürmüşdür. Cavabdeh tərəf isə bu məlumatların cavabdehin subyektiv fikri və bir neçə internet saytının rəhbəri kimi ona ünvanlanan müraciətlərin əsasında bildirdiyi ilə izah edir.
34. Kollegiya qeyd edir ki, şəxsi nüfuzdan salmaq dedikdə onu hörmətdən, etibardan salmaq, alçaltmaq mənası başa düşülür.
35. Ləkələyici məlumatlar dedikdə məlumatı yaymış şəxs tərəfindən qüvvədə olan qanunvericiliyin və ya əxlaqi-mənəvi prinsiplərin pozulması barədə elə informasiya başa düşülür ki, həmin informasiya şəxsin şərəf və ləyaqətini alçaldır, şəxsi nüfuzdan salır.
36. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.6-cı bəndinə görə vətəndaşlara dövlət tərəfindən sosial yardım göstərilməsi işini təşkil etmək; müharibə və əmək veteranlarının, ahıl vətəndaşların yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlər görmək; ailə başçısını itirmiş ailələrin, çoxuşaqlı ailələrin, evdə qulluğa ehtiyacı olan əlilliyi olan şəxslərin, müharibə və əmək veteranlarının, qocaların mənzil və maddiməişət şəraitinin yaxşılaşdırılmasına kömək göstərmək və s. kimi yerli icra hakimiyyəti başçısının səlahiyyətləri nəzərdə tutulmuşdur.
37. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 3.1-ci bəndinə əsasən, şəhid adını əbədiləşdirmə məqsədilə yerli rayon (şəhər) icra hakimiyyəti orqanları aşağıdakı tədbirləri həyata keçirirlər: 3.1.1. Azərbaycan Respublikasının X7 və Azərbaycanın Milli Qəhrəmanı olan şəhidlərin büstlərini qoyurlar: 3.1.2. Azərbaycan Respublikasının X7 və Azərbaycanın Milli Qəhrəmanı olan, habelə vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunan şəhid adlarını küçələrə, meydanlara verirlər, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırırlar. 3.1.3. “Şəhid” Memorial kompleksini yaradırlar: 3.1.4. Vətən uğrunda göstərilən qəhrəmanlıqla bağlı döyüş yerlərinin, habelə dəfn yerlərinin qorunması və abadlaşdırılması, qəbirüstü daşların, xatirə abidələrinin qorunmasını təşkil edirlər; 3.1.5. Döyüş əməliyyatları getmiş yerlərdə xatirə nişanları qoyurlar. 3.1.6. Qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirləri həyata keçirirlər.
38. Göründüyü kimi yerli rayon (şəhər) icra hakimiyyəti orqanı şəhid və şəhid ailələrinin məsələləri ilə məşğul olan dövlət orqanı olmaqla, onun həyata keçirməli olduğu tədbirlər qanunvericiliklə tənzimlənir.
39. Bu səbəbdən kollegiya hesab edir ki, cavabdehin yaydığı - “Qobustan rayonunda yerləşən şəhid bulağına, şəhid parkına göz dikilməsi, şəhid tədbirinə 500 manat xərcləyib, 1500 manat büdcədən pul silinməsi, belə halların Qobustan rayonunda olması” ilə bağlı məlumat cəmiyyətdəki milli, mənəvi, əxlaqi dəyər və qiymətləndirmə meyarları baxımından qınanılan, insanların gözündə bəyənilməyən və şəxsi nüfuzdan salan məlumat olmaqla, Qobustan rayonunda şəhid və şəhid ailələrinin məsələləri ilə məşğul olan dövlət orqanı kimi İddiaçı nüfuzuna xələl gətirən məlumat olması da şübhəsizdir.
40. Yayılan məlumatdakı faktların doğruluğunu sübut etmək vəzifəsi onu iddia edən cavabdehin üzərinə düşsə də, bu barədə məhkəməyə hər-hansı sübut növü təqdim edə bilməmişdir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
42. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, yayılmış həmin məlumatların iddiaçının nüfuzunu ləkələyən məlumatlar hesab edilərək təkzib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır və apellyasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğvi üçün əsas deyildir.
44. İddia tələbinin işgüzar nüfuza vurulmuş zərərin əvəzinin tutulması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı fəaliyyəti qanunvericiliklə tənzimlənən yerli icra hakimiyyəti orqanıdır və bu fəaliyyət istiqaməti üzrə vurulmuş zərərin nədən ibarət olmasına dair məhkəməyə sübut təqdim edilməmişdir. Odur ki, işgüzar nüfuza vurulmuş zərərin əvəzi olaraq 2000 (iki min) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni məhkəmə kollegiyası əsassız hesab edir.
45. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
46. Həmin Məcəllənin 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
47. Beləliklə məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallara və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-512/2024 nömrəli qətnaməsi qismən - işgüzar nüfuza vurulmuş zərərin əvəzi olaraq 2000 (iki min) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək göstərilən iddia tələbi təmin edilməməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-512/2024 nömrəli qətnaməsi qismən - işgüzar nüfuza vurulmuş zərərin əvəzi olaraq 2000 (iki min) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin və iddia tələbi təmin edilməsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.