Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1341/2021 13.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X4, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə Zəngilan Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(034)-15/2020 saylı qətnaməsindən Cavabdeh müdiri K.R.İmaməliyevin verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Zəngilan Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(034)-15/2020 saylı qətnaməsi ilə (hakim G.K.İmanova) İddiaçı cavabdehlər Cavabdehnə və Azərbaycan Respublikası Təhsil Nazirliyi 1 saylı Ərazi X2rşı orta aylıq əmək haqqı fərqinin ödənilməsi tələbinə dair iddia tələbi təmin edilib, 01 sentyabr 1993-cü il tarixdən 2016-cı il tarixədək olan dövr üçün ödənilmiş əmək haqqının fərqi olaraq 25141,68 (iyirmi beş min yüz qırx bir min manat altmış sakkiz qəpik) manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Cavabdehndən və 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh müdiri K.R.İmaməliyev apellyasiya şikayəti verib, Zəngilan Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(034)-15/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, 1977-ci il tarixdə Y.Məmmədəliyev adına X6 İnstitutuna daxil olmuş və 1981-ci il tarixdə Y.Məmmədəliyev adına X6 İnstitutunun ümumi texniki fənnlər və əmək müəllimi ixtisası üzrə tam kursu bitirmişdir. 1981-ci il tarixdən ilk əvvəllər Zəngilan rayon Sarallı Xəştab kəndində ixtisasım üzrə müəllim və 1989-cu il tarixdən sonra isə Aşağı Yeməzli kənd orta məktəbində ibtidai sinif müəllimi işləmişdir. 26 saat dərs yükü və sinif rəhbərliyi olmuşdur.Həmçinin məktəbə rəhbərlik də etmişdir.Məlum hadisələr nəticəsində Zəngilan rayonu işğal olunduqdan sonra işsiz qalmışdır.Azərbaycan Respublikası Nazirlər Kabinentinin 10.05.1994-cü ildə işğal olunmuş rayonların büdcədən maliyələşən müəssisələrində çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin orta aylıq əmək haqlarının verilməsinə dair 181 saylı qərar vermişdir. 1993-cü il tarixdən ona iş yerindən məhrum olmuş məcburi köçkün kimi orta aylıq əmək haqqı verilməyə başlamışdı. O, ali təhsilli müəllim, 21 saat dərs yükü və kabinə rəhbərliyi olmağına baxmayaraq, onun əmək haqqı düzgün hesablanmamışdır. Hesab edirəm ki, 1993-cü ildən hal-hazırki dövrə kimi mənə verilən əmək haqqı düzgün hesablanmamışdır. Bu barədə ona hal-hazırda məlum olmuşdur. Hüquqlarının pozulduğunu hazırda digər məcburi köçkün rayondan olan müəllim yoldaşlardan eşitmişdir. Bu səbəbdən hüququnun pozulduğunu yenicə bilmiş və ona orta aylıq əmək haqqı fərqinin düzgün hesablanaraq ödənilməsi üçün məhkəməyə müraciət etmişdir. Ona görə də, 1993-cü il sentyabr tarixindən 2016-cı ilin oktyabr ayına qədər olan dövr üçün ona verilməmiş orta aylıq əmək haqqı fərqinin cavabdeh təşkilatdan tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh müdiri K.R.İmaməliyev verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Zəngilan Rayon Məhkəməsi 10 sentyabr 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi N.B.Abbasov apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, xx.xx.1960-ci il təvəlldülü Əliyeva X5 rayonu, A.Yeməzli kəndində qeydiyyatdadır. X6 İnstitutu tərəfindən 25.08.1981-ci il tarixdə verilmiş, İB seriyalı, 024049 №-li diplomun surətindən görünür ki, İddiaçı 1981-ci ildə həmin institutda «ümumi texniki fənnlərvə əmək müəllimi» ixtisası üzrə tam kursu bitirmiş və dövlət imtahan komissiyasının qərarı ilə ona «ümumi texniki fənnlər və əmək müəllimi» ixtisası verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Cavabdeh tərəfindən verilmiş 01.05.2019cu il tarixli, 54a №-li arayışdan görünür ki, həmin şöbədən məcburi işsiz kimi orta aylıq əmək haqqı alan, ali təhsilli, sinif müəllimi işləmiş İddiaçı 01 sentyabr 1993-cü il tarixinə olan tarifləşmə cədvəlinə əsasən 13 il pedoqoji iş stajı ilə, 25 saat dərs yükü, dəftər yoxlama və sinif rəhbərliyi olmaqla 10919 AZM təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 09.06.2020-cu il tarixli, 9/471 №-li rəyi ilə iddiaçının ali təhsilli sinif müəllimi kimi 13 il pedoqoji iş stajıı, 25 saat dərs yükü, dəftər yoxlama və sinif rəhbərliyi vəzifəsində işləməsi nəzərə alınmaqla İddiaçı həmin hesabla və həmin dövr üçün əslində hesablanmalı olan orta aylıq əmək haqqının cəmi, yeni Azərbaycan manatı ilə 43412, 29 AZN manatı təşkil etməlidir.Zəngilan Rayon Aşağı Yeməzli kənd orta məktəbində müəllim işləmiş İddiaçı hesablanmış və ödənilmiş əmək haqqı barədə hesablaşma-ödəniş cədvəlləri olmadığından hazırki ekspertiza zamanı ona hesablanmış əmək haqqı məbləği Cavabdeh tərəfindən verilən arayışında göstərilən əmək haqqının məbləği ilə müqayisə edərək, 1993-cü ilin oktyabr ayından 2016-cı ilin dekabr ayına kimi hesablanmış orta aylıq əmək haqqının cəmi ilə həmin dövr üçün hesablanmalı olan orta aylıq əmək haqqının cəmi arasındakı fərq 25141,68 manatı məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 avqust 2021-ci il tarixli, 9/3625 №-li rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı VTC-nin 12 dərəcəsi ilə 1993-cü ilin sentyabr ayından 2016-cı ilin oktyabr ayınadaək ödənilməıli olan əmək haqqı 1531,24 manat məbləğində müəyyən olunur. İddia tələbindən görünür ki, mübahisənin əsası 01 sentyabr 1993-cü ildə VTC-nin 12-ci dərəcə ilə əmək həqqı almalı olduğu halda 13-cü dərəcə ilə hesablama aparılması, əmək haqqı 1993-cü ilin tədris planı üzrə sentyabr ayından aylıq hesablamalar aparmalı olduğu halda 1993-cü ilin illik əmək haqqının cəmi götürülüb hesablama aparılması və həmin illər ərzində dövlət artımlarının düzgün aparılmadığından əmələ gəlmiş kəsin ödənilməsindən ibarətdir. Göründüyü kimi tərəflər arasında yaranmış mübahisənin əsası əmək hüquq münasibətlərindən yaranmış mübahisədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294.1-ci maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 294.4-cü maddəsinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələbinə görə məhkəmənin öz təşəbbüsü ilə iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Yuxarıda qeyd olunan normaların tələblərindən də görünür ki, pozulmuş hüquqların bərpası ilə bağlı müraciət yalnız həmin mübahisələrə tətbiq olunan iddia müddətləri ərzində edilə bilər. İşin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmədiyindən iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilib, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edililərək iddia rədd edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09.06.2020-cu il tarixli, 9/471 №-li və 17 avqust 2021-ci il tarixli, 9/3625 №-li rəylərindən görünür ki, ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 345 (üç yüz qırx beş) manatdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402, 403 və 405-ci ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh müdiri K.R.İmaməliyevin apellyasiya şikayəti təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(034)-15/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdehnə və Azərbaycan Respublikası Təhsil Nazirliyi 1 saylı Ərazi X2rşı orta aylıq əmək haqqı fərqinin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri 345 (üç yüz qırx beş) manat İddiaçı alınıb AZ.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1341/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1341/2021
13.10.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver