Məhkəmə qərarları › İş №2(105)-1344/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1344/2023

24.06.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1344/2023 24.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X5 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs – X2) bələdiyyə qərarının, torpaq sahəsinə dair çıxarışın, alqı-satqı müqaviləsini və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3274/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsi müraciət edərək, 2005-ci İldən mərhum əri T.Şahbazovun istifadəsində olmuş «Samur-Abşeron» kanalının şimalında, Sumqayıt şəhərinin cənubunda yerləşən Yeni Yaşayış massivinin 7-ci məhəlləsində yerləşən sahəsi 600 kv.metr olan 390 saylı həyətyanı sahənin X1 verilməsinə dair Cavabdeh1 24 oktyabr 2017-ci il tarixli, 15 saylı protokoluna əsasən qəbul edilmiş qərarının və həmin qərar əsasında Cavabdeh1 tərəfindən Yeni Yaşayış massivinin 7-ci məhəlləsində yerləşən sahəsi 600 kv. metr olan 390 saylı həyətyanı sahənin Ə.Hacıyevaya satılması barədə Sumqayıt şəhər 4 saylı Notariat Kontorunda bağlanmış 22 dekabr 2017-ci il tarixli, AN-İ,0663248 nömrəli alqı-satqı müqaviləsinin, habelə alqı-satqı müqaviləsi əsasında Ə.Hacıyevaya Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsi tərəfindən verilmiş 27 dekabr 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış etibarsız hesab edilməklə ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3274/2023 nömrəli qərardadı ilə iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya qaytarılması qərara alınmışdır. (hakim Emin Abdullayev) İddiaçı şikayət verərək Sumqayıt şəhər məhkəməsinin 02 may 2023-cü il tarixli qərardadını ləğv edərək işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı əsassızdır. Belə ki, qeyd edilən iddia tələbi üzrə Sumqayıt İnzibati Məhkəməsinə verilmiş iddia ərizəsi Sumqayıt İnzibati Məhkəməsinin (hakim İ.Quliyev) xx.xx.2023-cü il tarixli 2-1(118)-1812/2023 saylı qərardadı ilə aidiyyət məsələsinə görə mümkünsüz hesab edilmiş və həmin qərardadda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi əsasında aparılmış qeydiyyat və verilmiş müvafiq çıxarış, çıxarışın verilməsinə əsas olmuş müvafiq müqavilə ilə birlikdə mülki məhkəmə icraatı qaydasında mübahisələndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adı qeyd olunan qərarında qeyd olunmuşdur ki, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi "passiv legitimləşdirmə" fəaliyyətini nəzərdə tutur. Həmin qərarda qeyd olunur ki, daşınmaz əmlakın alqı-satqısı və dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3274/2023 nömrəli qərardadı qismən ləğv edilməlidir. Belə ki, işdən görünür ki, İddiaçı hazırkı iddiasında 3 tələb olmaqla - Cavabdeh1 24 oktyabr 2017-ci il tarixli, 15 saylı protokoluna əsasən qəbul edilmiş qərarının, həmin qərar əsasında bağlanmış 22 dekabr 2017-ci il tarixli, AN-İ,0663248 nömrəli alqı-satqı müqaviləsinin və alqı-satqı müqaviləsi əsasında Ə.Hacıyevaya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsi tərəfindən verilmiş 27 dekabr 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi tələblərini birləşdirmişdir. Birinci instansiya məhkəməsi bir iddiada birləşdirilmiş hər 3 tələbə münasibətdə iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə Cavabdeh1 qərarının ləğv edilməsi hissəsində iddianın yolverilməliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməklə düzgün hüquqi nəticəyə gəlsə də, digər tələblərə - alqı-satqı müqaviləsinin və çıxarışın ləğvi ilə bağlı tələbləri qəbul etməkdən imtina etməklə səhvə yol vermişdir. Məhkəmə iddianın bələdiyyə qərarının ləğvi ilə bağlı hissəsinə münasibətdə mövqeyini haqlı olaraq belə əsaslandırmışdır ki, iddiaçı Cavabdeh1 24 oktyabr 2017-ci il tarixli qərarını və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı mübahisələndirdiyi təqdirdə həmin bələdiyyə orqanın cavabdeh kimi göstərməklə müvafiq inzibati məhkəməyə müraciət etməli idi. Belə olan halda Daşınmaz Əmlakın Kadastrı və Dövlət Reyestri publik hüquqi şəxsinin 2 saylı Ərazi idarəsi cavabdeh və ya üçüncü şəxs kimi göstərilə bilərdi. Digər iki tələbə münasibətdə isə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi alqı-satqı müqaviləsinin və çıxarışın ləğvi ilə bağlı tələbləri yolverilməzliyinə görə qəbul etməkdən imtina etməklə iddiaçının eyni əsaslar üzrə yenidən məhkəməyə müraciət etmə imkanını aradan qaldırmış olur. Belə ki, MPM-in 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Belə olan halda məhkəmə bir-biri ilə əlaqədar olmayan bir neçə tələbin birləşdirilməsi əsası ilə iddia ərizəsini geri qaytarmalı idi. MPM-in 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vаrdır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kоllegiyаsı bu qənaətə gəlir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3274/2023 nömrəli qərardadı qismən - 22 dekabr 2017-ci il tarixli, AN-İ,0663248 nömrəli alqı-satqı müqaviləsinin və alqı-satqı müqaviləsi əsasında Ə.Hacıyevaya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsi tərəfindən verilmiş 27 dekabr 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi hissəsində iddianın qəbul edilməsindən imtina edilməsi hissəsində ləğv edilməli və iş Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3274/2023 nömrəli qərardadı qismən - 22 dekabr 2017-ci il tarixli, AN-İ,0663248 nömrəli alqı-satqı müqaviləsinin və alqı-satqı müqaviləsi əsasında Ə.Hacıyevaya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsi tərəfindən verilmiş 27 dekabr 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi hissəsində iddianın qəbul edilməsindən imtina edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddianın icraata qəbul edilib-edilməməsi məsələsinə, qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad Cavabdeh1 24 oktyabr 2017-ci il tarixli, 15 saylı protokoluna əsasən qəbul edilmiş qərarının ləğv edilməsi hissəsində iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar