Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1345/2023 25.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cehiz əmlaklarının mənzildən çıxarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 17 may 2023-cü il tarixli, e-2(060)-3592/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 17 may 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı cehiz əmlaklarının mənzildən çıxarılması tələbinə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılması qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2023-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3592/2023 nömrəli, 17 may 2023-cü il tarixli qərardadından İddiaçı nümayəndəsi, Vəkil tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş şikayət təmin edilməsin və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehə məxsus olan cehiz əmlaklarının ona məxsus Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən cehiz əmlaklarının mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 17 may 2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmə qərardadını onunla əsaslandırıb ki, iddiaçının tələbi cavabdehin Bakışəhəri, ünvan 1 ünvanda yerləşən cehiz əmlaklarının mənzildən çıxarılması, yəni mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasının aradan qaldırılmasıdır. Belə olan halda iddiaçının tələbi MPM-in müstəsna aidiyyətlə bağlı 39.1cimaddəsinin təsir dairəsinə düşür. İddiaçının cavabdehin çıxarılmasını tələb etdiyi daşınmaz əmlak Binəqədi rayonu ərazisində yerləşdiyindən, hazırkı tələbə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Məhkəmənin bu mövqeyi ilə razılaşmaq olmaz. Belə ki, iddiaçı tərəfindən 2023-cü ilin mart ayında Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 17 mart 2023-cü il tarixli qərardadına əsasən iddiaçının mənzilin boşaldılması və digər tələbinə dair ərizəsinin geri qaytarılması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddia tələbi daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi kimi qiymətləndirilir. Bu səbəbdən də müstəsna aidiyyatla hazırki tələbə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Müvafiq qaydada tərəfindən Binəqədi Rayon Məhkəməsinə müarciət edilmişdir. Lakin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi yenidən geri qaytarılmışdır. Qərardad onunla əsasladırılmışdır ki, iddia ərizəsi cavabdehin qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır. Hesab edir ki, iddia tələbi aidiyyat olaraq cavabdehin qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır. Belə ki, iddia tələbi cehiz əşyalarının çxarılmasına dair tələbdir, cehiz əşyaları isə daşınmaz əşya deyildir. Göründüyü kimi iddia tələbi daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi kimi qiymətləndirilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını iş aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsində baxılmalı olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 39-cu maddəsində işə müstəsna aidiyyət qaydalarına uyğun baxılmasına dair tələblərin dairəsi dəqiq müəyyən edilmişdir. Bu “Mülki Prosessual Məcəllənin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 iyun 2021-ci il tarixli qərarında da öz əksini tapmışdır. Bu mənada məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin işə Sumqayıt Şəhər Məhkəməsində baxılmalı olmaması barədə gəldiyi nəticə ilə razılaşır. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 17 may 2023-cü il tarixli və onunla bağlı 26 may 2023-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 17 may 2023-cü il tarixli və onunla bağlı 26 may 2023-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1345/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1345/2023
25.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver