Məhkəmə qərarları › İş №2(105)-1347/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1347/2024

24.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1347/2024 24.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İsmayılova Ləman Zakir qızının katibliyi ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı mənəvi zərərə görə təzminat barədə ilk, Cavabdeh İddiaçı qarşı mənəvi zərərin tutulması barədə qarşılıqlı iddia tələblərinə mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-405/2024 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X2 tərəfindən verilən apellyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “mənəvi zərərə görə təzminat” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mənəvi zərərə görə 6600 manat pulun və 87 manat dövlət rüsumunun, cəmi 6687 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "mənəvi zərərin tutulması" tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəmə müraciət edərək onun şərəf və ləyaqətini alçaldan və onu fiziki və mənəvi iztirablara məruz qoyan cavabdeh İddiaçı 10000 manat məbləğində ona dəymiş mənəvi zərərin əvəzi tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-405/2024 nömrəli qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pulun tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməsi, ilkin iddia tələbi üzrə ödənilmiş 87 (səksən yeddi) manat dövlət rüsumu ilkin iddia üzrə Cavabdeh aid edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mənəvi zərərin tutulması tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 120 (yüz iyirmi) manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməsi qət edilmişdir (hakim Könül Mirzəfərova). İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti vernişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib, apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Belə ki, məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-405/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətində şikayətin verildiyi məhkəmə kimi Sumqayıt Apellyasiya Məhkəməsi göstərilməli olduğu halda Şabran Rayon Məhkəməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1, 361.1.1-ci maddəsinə əsaəsn Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı göstərilməlidir. Birinci instansiya məhkəməsi bu məsələyə diqqət yetirməmiş və əhəmiyyət verməmiş, qətnamədən verilmiş apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərmiş, bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Qeyd olunan Məcəllənin 363.1.1-1-ci maddəsinə görə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlar hazırkı halda şikayətə apellyasiya qaydasında baxılmasını qeyrimümkün edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-405/2024 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması hazırkı halda qeyri-mümkün hesab edilməli, mülki iş prosessual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 365, 366, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-405/2024 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar