Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1400/2021 14.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X7 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh X1 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qətnaməsi ilə (hakim M.Q.Quliyev) iddianın təmin edilməsi, Cavabdeh Qobustan rayonunun Təklə kəndi ərazisində yerləşən İddiaçı həyətinə gedən gediş-gəliş yolunu özbaşına tutaraq üzərində qanunsuz tikdirdiyi məftil-tor hasar cavabdeh tərəfindən öz vəsaiti hesabına sökülməsi, Cavabdeh 100 manat ekspertiza xərcinin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı onun həyətinə gedən gediş-gəliş yolunu özbaşına tutaraq üzərində qanunsuz tikdirdiyi məftil-tor hasarın öz hesabına sökülməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, o, 2004-cü ildə yaşadığı Qobustan rayonun Təklə kəndində fərdi yaşayış evi tikmək üçün həyətyanı torpaq sahəsi almış və həmin sahədə 2005-ci ildə ev tikdirmişdir. 2011-ci ilə kimi ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Həmin vaxtı Cavabdeh onun evinin yanında olan boş torpaq sahəsini alıb orada ev tikdirdiyi vaxtı onun həyətinə gedən yol düz və hamar olduğundan evin bir hissəsinin tikintisini oraya salmaq istəyir və həmin yolun əvəzində ona həyətyanı torpaq sahəsindən yer verəcəyini ona dediyinə görə Caməmmədlə razılaşmış, fikirləşmişdir ki, onlar ömürlük qonşudur və bir-birlərinin xeyri-şəri birdir. Caməmmədin ayırdığı yola daş-şeben tökərək evinə qədər yolu düzəltdirmişdir ki, palçıq toz olmasın. Lakin 2011-ci ildə işi ilə əlaqədar ailəsini də götürüb Bakı şəhərinə getmiş bir müddət qaldıqdan sonra kəndə gələrkən Caməmmədin həmin yolu məftil-torla hasara aldığını görüb ondan yolu niyə bağladığını soruşmuş və ona tor hasarı sökməsini bildirmişdir. Caməmmədin isə ona iri və xırda buynuzlu heyvanların həyətinə girdiyini və onun evdə yaşamadığı üçün yolu hasara aldığını bildirərək ona “nə vaxt kəndə qayıtsan məftil-tor hasarı sökəcəyəm” demişdir. 2020-ci ilin may ayında pandemiya ilə əlaqədar iş olmadığından ailəsi ilə birlikdə yaşamaq üçün kəndə evinə gəlmişdir. Caməmmədinə onun evinə gedən yolun üstündə çəkdiyi məftil-tor hasarı sökməsini bildirmişdir. Lakin Caməmməd ona yaxın müddətdə hasarı sökəcəyinə söz versə də bu günə kimi tor hasarı sökməmişdir. Ev tikdirdiyi torpaq sahəsinə dair torpağın mülkiyyətə verilməsinə dair JN-261 (KOD ********) saylı şəhadətnamə və Daşınmaz əmlakın texniki qiymətləndirilməsi barədə sənəd də almışdır. Onun evinə həmin yoldan başqa gediş-gəliş yolu olmadığını və Caməmməd el yolunun üzərində ev tikmiş və onu aldadaraq evinə gələn yolu da zəbt etmişdir. Caməmmədin bu əməlindən Qobustan rayon İHB-nın Təklə kəndi üzrə icra nümayəndəliyinə və kənd bələdiyyəsinə müraciət etmiş, onlar cavabdehə yolu açması barədə dəfələrlə rəsmi və şifahi xəbərdarlıq etmişlər. Lakin Caməmməd yolu könüllü açmaq istəmir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçının açılmasını tələb etdiyi yol onun həyətyanı sahəsidir, İddiaçı ərizəsi əsasında icra nümayəndəliyindən gəlib həmin yerə baxış keçirilmiş və hər-hansı bir qanunsuz tikili aşkar edilməmişdir. Mübahisəli torpaq sahəsinə ekspertlər tərəfindən baxış keçirilən zaman yaylaqda olduğundan orada iştirak edə bilməmişdir. Mübahisə edilən torpaq sahəsi iddiaçının adına deyildir. Həmin torpaq Sahibin adınadır. Məhkəmə tərəfindən əsl iddiaçı tapılıb əvəz edilməmişdir. İş üzrə keçirilmiş ekspertiza rəyil düzgün verilməmişdir. Mübahisə edilən torpaq bələdiyyənin mülkiyyətindədir. Məhkəmə iddianı əsaslandırmaq üçün gəldiyi nəticədən biridə Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxx 2020-ci il tarixli 239 saylı arayışıdır. Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(026)-6/2021 saylı qətnaməsinin ləğv edilməsinə dair yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uygun izahat verdi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdeh tərəfindən tikilinin qanunsuz olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh C.G.Əmraliyevin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daşınmaz əmlakın texniki qiymətləndirilməsi barədə xx xxxxxxxx 2014-ci il tarixli sənədin surətindən görünür ki, Qobustan rayon Təklə kəndində İddiaçı adına fərdi yaşayış evi tikmək üçün 0,12 ha torpaq sahəsi vardır. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN 261A KOD 30709018 saylı şəhadətnamənin surətindən görünür ki, S.S.Hacıyevin adına Qobustan rayon Aqrar İslahat Komissiyasının xx xxxxx 2004-cü il tarixli 03 saylı qərarı ilə Qobustan rayonunun Təklə kəndindən 0,12 ha həyətyanı torpaq sahəsi qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş Qobustan rayon İHB-nın Təklə kənd inzibati ərazi dairəsinin üzrə nümayəndəsinin verdiyi xx xxxx 2020-ci il tarixli 220 saylı arayışdan görünür ki, İddiaçı adına kəndin 02 nömrəli təsərrüfatbaşına kitabının 151 saylı təsərrüfatında ona məxsus 0,12 ha həyətyanı torpaq sahəsi və yaşayış evi vardır. İşə əlavə olunmuş Qobustan rayon İHB-nın Təklə kənd inzibati ərazi dairəsinin üzrə nümayəndəsinin verdiyi xx xxxx 2020-ci il tarixli 221 saylı məktubundan görünür ki, kənd sakini İddiaçı xx xxx 2020-ci il tarixdə nümayəndəliyə ünvanlandığı Cavabdeh tərəfindən tutlmuş yolun açılmasına dair ərizəsinə əsasən ərizəyə baxış keçirilmiş, İddiaçı uzun müddət kənddə yaşamadığından onun evinə gedən çınqıl yolu C. Əmralıyev tərəfindən setka hasara alınmışdır. Cavabdeh setka hasara aldığı yolun açılması təklif olunmuş, lakin Cavabdeh yolu açmayacağını bildirmişdir. İşə əlavə olunmuş Qobustan rayon İHB-nın Təklə kənd inzibati ərazi dairəsinin üzrə nümayəndəsinin verdiyi xx xxxx 2020-ci il tarixli 239 saylı arayışdan görünür ki, X2 adına verilmiş JN-261A nömrəli torpağın mülkiyyətə verilməsinə dair həyətyanı şəhadətnamədə onun adı səhvən X5 yazılmışdır. Qobustan rayonunun Təklə kəndində X8 adlı vətəndaş yoxdur. Həmin şəhadətnamə İddiaçı məxsusdur. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxx 2020-ci il tarixli 239 saylı arayışıdır və həmin arayışda göstərilir ki, JN-261A nömrəli torpağın mülkiyyətə verilməsinə dair həyətyanı torpaq sahəsinə dair şəhadətnamədə Şahinin adı səhvən Sahib yazılmışdır. Məhkəmə həmin arayışı əsas götürərək Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinin tələblərini kobud surətdə pozaraq qanunsuz qətnamə çıxartmışdır. Bundan başqa Qobustan Rayon Məhkəməsi maddi-hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası MPM-nin 389-cu maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təstiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təstiq edir. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərinin işin hallarına uygun olmaması məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uygunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətdir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər; öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydada riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 10/2670 saylı ekspert rəyindən görünür ki, qərardadın 1-ci sualı ilə əlaqədar mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X9 Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli **********21 saylı mütəxəssis rəyinə əsasən, Qobustan rayonunun Təklə kəndi ərazisində, həmin mübahisəli yol sahəsinin Cavabdeh tərəfindən tor məftil ilə hasara alınmış torpaq sahəsinin Təklə bələdiyyəsinə məxsus olduğu müəyyən edilmişdir.- Qərardadın 2-ci sualı ilə əlaqədar mütəxəssis rəyinə əsasən, həmin hasara alınmış torpaq sahəsinin Cavabdeh məxsus deyil, Təklə bələdiyyəsinə məxsus olduğu müəyyən edilmişdir. Qərardadın 2-ci sual üzrə mütəxəssis rəyinə əsasən, həmin hasara alınmış torpaq sahəsinin Cavabdeh məxsus deyil, Təklə bələdiyyəsinə məxsus olduğu müəyyən edilmişdir. Qərardadın 3-cü sualı üzrə mütəxəssis rəyinə əsasən aparılmış tədqiqat nəticəsində, naturaya uyğun hazırlanmış və təqdim edilmiş sxemə əsasən mübahisəli yol sahəsinin İddiaçı ayrılan torpaq sahəsinə gedən yol sahəsi olduğu müəyyən edilmişdir (sxem əlavə edilib). Qərardadın 4-cü sualı üzrə mütəxəssis rəyinə əsasən, Təklə kəndinin hazirlanmış həyətyanı layihəsi ilə naturada mövcud həyətyanı sahələr uyğun gəlmədiyindən, kənd arası yolları əks etdirən başqa texniki sənəd aşkar edilmədiyindən, İddiaçı mülkiyyətində və istifadəsində olan torpaq sahəsinə digər sahədən yol olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası iclası zamanı və iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən həyətinə gedən yol Təklə bələdiyyəsinin mülkiyyətindədir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların sübut edilməsi vəzifəsini tərəflərin üzərinə qoymuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Qobustan Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2021-ci il tarixli 2(026)-6/2021 saylı qətnaməsi ləğv ediləsin. İddiaçı cavabdeh X1 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1400/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1400/2021
14.04.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver