Məhkəmə qərarları › İş №2(105)-1408/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1408/2020

04.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1408/2020 04.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respubikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi ilə, İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Abşeron rayon icra şöbəsinə, Ləğv prosesində olan «xxxxxxxxxxxxx» KB X7, Abşeron rayonu 1 saylı notariat kontoruna və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə qarşı ipotekaya xitam verilməsi, ipoteka predmetinin ipoteka ilə yüklülükdən azad edilməsi və mülkiyyət hüququnu təsdiq edən sənədin geri qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(012)-4996/2017 saylı qətnaməsindən cavabdeh Ləğv prosesində olan «xxxxxxxxxxxxx» KB QSC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(012)-4996/2017 saylı qətnaməsi ilə iddiaçı X5 cavabdeh Abşeron Rayon İcra Şöbəsinə və digərlərinə qarşı ipotekaya xitam verilməsi, ipoteka predmetinin yüklülükdən azad edilməsi və mülkiyyət hüququqnu təsdiq edən sənədin geri qaytarılması tələbinə dair iddiasının qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən 13 nömrəli bağ evinə dair ipotekaya xitam verilməsi, bağ evinin yüklülükdən azad edilməsi qət edilmişdir. (hakim Ş.H.Nəcəfova) Qətnamədən cavabdeh ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” BK apellyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(105)- 1824/2018 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin olunmamışdır.(X9 (sədrlik edən və məruzəçi hakim), X1 və X13) Qətnamədən cavabdeh ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” BK kassasiya şikayəti vermişdir. AR Ali Məhkəməsinin müllki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)- 187/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunub qətnamə ləğv olunaraq yenidən baxılmaq üçün geri qaytarılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(105)- 1737/2019 saylı qətnaməsilə apelyasiya şikayəti təmin olunmamışdır.(X4 (sədrlik edən və məruzəçi hakim), X10 və X14) Qətnamədən cavabdeh ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” BK kassasiya şikayəti vermişdir. AR Ali Məhkəməsinin müllki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)- 236/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunub qətnamə ləğv olunaraq yenidən baxılmaq üçün geri qaytarılmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı X15 cavabdeh ləğv prosesində olan “xxxxxxxxxxxxx” KB QSC, Abşeron rayon icra şöbəsi, Abşeron rayon 1 saylı notariat kontoru, DƏDRX-nın 4 saylı Ərazi İdarəsinə qarşı ipotekaya xitam verilməsi, ipoteka predmetinin ipoteka ilə yüklülükdən azad edilməsi və mülkiyyət hüququnu təsdiq edən sənədin geri qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək ləğv prosesində olan “xxxxxxxxxxxxx” KB QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş ünvan 1, ünvanında yerləşən onun mülkiyyətində olan 13 nömrəli bağ evinə dair ipotekaya xitam verilməsi, ipoteka predmetinin ipoteka ilə yüklülüyündən azad edilməsi və xx.xx.2007-ci il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxxxxxxxxxxx" KB QSC ilə "MVA-7" çoxsahəli kiçik müəssisəsi (ÇKM) arasında bağlanmış xx xxxxxxx 2007-ci il tarixli, ********** saylı kredit müqaviləsinə əsasən "MVA-7" ÇKM-yə 80000 manat məbləğində kredit verilmişdir. xx xxxxxxx 2007-ci il tarixli, **********/1 saylı ipoteka müqaviləsinə əsasən borcun təminatı olaraq onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 13 nömrəli bağ evi ipoteka ilə yüklü edilmişdir və evə dair xx.xx.2007-ci il qeydiyyat tarixli dövlət reyestrindən çıxarış cavabdeh Abşeron rayonu 1 saylı notariat kontorunda saxlanılmışdır. Səbail Rayon Məhkəməsinin 2(009)-886/2013 saylı, xx.xx.2014cü il tarixli icra sənədinə əsasən borclu "MVA-7" ÇKM-dan cəmi 19 377.93 manat tələbkar "xxxxxxxxxxxxx" KB QSC-nin xeyrinə tutulmalı, tutma ipoteka ilə yüklü edilmiş ona məxsus ünvan 3 ünvanında yerləşən 13 nömrəli bağ evinə yönəldilməli, həmin evin ilkin satış qiyməti 66100 manat müəyyən edilməli və açıq hərracda satılaraq onun satışından əldə olunmuş pul vəsaiti hesabına borclu "MVA-7"xxxxxxxxxxxxxxxxxx"xxxxxxxxxxxxx KB QSC-yə olan kredit borcu ödənilməli, borc ödənildikdən sonra evin satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi ona qaytarılmalı və ev hərracda satıldıqdan 1 ay sonra boşaldılmalı idi. Əmlak açıq hərrac vasitəsilə satılması üçün "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə göndərilmiş və iki dəfə hərrac keçirilmiş, keçirilən hərraclarda iştirakçı olmadığına görə hərrac baş tutmamış və əmlak satılmamış, həmçinin "xxxxxxxxxxxxx" KB QSC-yə təklif olunmasına baxmayaraq onun tərəfindən qəbul edilməmiş və Səbail Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli icra vərəqəsinin icrası mümkün olmadığı üçün icra sənədinin Səbail Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. O, cavabdeh ləğv prosesində olan “xxxxxxxxxxxxx” KB QSC, Abşeron rayon icra şöbəsi, Abşeron rayon 1 saylı notariat kontoru, DƏDRX-nın 4 saylı Ərazi İdarəsinə qarşı ipotekaya xitam verilməsi, ipoteka predmetinin ipoteka ilə yüklülükdən azad edilməsi və mülkiyyət hüququnu təsdiq edən sənədin geri qaytarılması tələbinə dair iddiası üzrə iddia qaldıraraq onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh Ləğv prosesində olan «xxxxxxxxxxxxx» KB QSC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. İşin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Bank ilə “MVA-7” çoxsahəli kiçik müəssə (ÇKM) arasında xx xxxxxxx 2007-ci il tarixli, ********** saylı kredit müqaviləsi imzalanmış və kredit müqaviləsinə əsasən Borcluya 80 000 (səksən min manat) kredit verilmişdir. Eyni zamanda iddiacı ilə Bank arasında yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə Borclunun üzərinə götürdüyü öhdəliklərə görə xx xxxxxxx 2007-ci il tarixli, **********/1 saylı ipoteka müqaviləsi (bundan sonra - İpoteka müqaviləsi) bağlanmışdır. İpoteka müqaviləsi ilə iddiaçı mülkiyyətində olan ünvan 1 13 ünvanında yeləçən Bağ evini Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Lakin Borclu öz öhtəliklərini lazımi qaydada icra etməmiş, nəticəsində 19 347.93 (on doqquz min üç yüz qırx yeddi manat 93 qəpik) manat kredit borcu yaranmışdır. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-886/2013 saylı iş üzrə xx.xx.2013-cü il tarixli qətnaməsi ilə borc təsdiq olunmuş və tutma iddiaçının Bağ evinə yönəldilmişdir. Təşkil olunmuş hərraclarda Bağ evini satmaq mümkün olmamışdır. xx xxxxxx 2017-ci il tarixli cavab məktubu ilə Bank iddiaçıya məxsus bağ evinin alınmasına razılığını bildirmişdir. Bu faktlar birinci instansiya məhkəməsində araşdırma zamanı və tərəflərin verdiyi izahatlarla təstiq edilmiş və onlarla bağlı heç bir mübahisə edilməmişdir. Ona görə də Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(012)-4996/2017 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apelyasiya baxışı zamanı cavabdeh Ləğv prosesində olan «xxxxxxxxxxxxx» KB QSC-nin nümayəndəsi X11 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edib, oxşar izahat verərək təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X6 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək əlavə etdi ki, ipoteka saxlayan təkrar hərrac baş tutmadıqdan sonra bir ay ərzində ipoteka predmetini əldə etmədiyi üçün ipotekaya xitam verilmişdir. İpotekanı əldə etmək real hərəkət olmalı, yəni artıq dəyər ödənilməklə əmlak əldə edilməlidir. İpoteka saxlayan bank tərəfindən bu hərəkətlər edilməmişdir. Ona görə də qətnaməni dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdeh Abşeron rayonu 1 saylı notariusu B.İslamov məhkəməyə məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Abşeron rayon İcra şöbəsinin və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin, eləcə də iddiaçının və bankın nümayəndələri hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. İstinad olunan hüquq normasına əsasən məhkəmə kollegiyası işə işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan iddiaçı X15 ilə cavabdeh ləğv prosesində olan “xxxxxxxxxxxxx” KB QSC arasında bağlanmış xx xxxxxxx 2007-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, "xxxxxxxxxxxxx" KB QSC ilə "MVA-7" çoxsahəli kiçik müəssisəsi (ÇKM) arasında bağlanmış xx xxxxxxx 2007-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə borc alanın öhdəliyinin icrasını təmin etmək məqsədi ilə ünvan 1, ünvanında yerləşən İddiaçıanın mülkiyyətində olan 13 nömrəli bağ evi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin ilkin satış qiyməti 66100 manat məbləğində müəyyən edilmişdir. Yenə işdə olan AR Respublika Xammal və X23 Daşınmaz Əmlakların Satışı üzrə X12 rayon icra şöbəsinə göndərdiyı xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, Səbail Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə ünvan 1, ünvanında yerləşən İddiaçıanın mülkiyyətində olan 13 nömrəli bağ evi hərrac vasitəsi ilə satılmalı, kredit müqaviləsi üzrə borc məbləği ödənilməlidir. Hərrac təşkilatı şöbənin 17/75-05 saylı, xx.xx.2016-cı il tarixli sifariş məktubuna əsasən “İpoteka haqqında” Qanunun 42-ci maddəsinin müvafiq bəndlərinə uyğun olaraq hərraclar keçirmişdir. “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin müvafiq bəndlərinə əsasən hərraclar baş tutmamışdır. Həmin Qanunun 43.7 maddəsinə uyğun olaraq ipoteka saxlayana ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilməsi üçün məktub göndərilmişdir. Lakin qanunvericiliyə uyğun olaraq 30 təqvim günü keçməsinə baxmayaraq ipoteka saxlayan ipoteka predmetini əldə edərkən cavabdehə çatan məbləği ödəmədiyindən bu günə qədər sənədləşmə işi aparılmamışdır. Yenə də iş materiallarında olan AR Respublika Xammal və X23 Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin ipoteka saxlayan "xxxxxxxxxxxxx” KB QSC-yə ünvanladığı və həmin bank tərəfində qəbul edilməsi təsdiqlənən xx xxxxxx 2017-ci il tarixli məktubundan görünür ki, tərəflərindən 17/75-05 saylı, xx.xx.2016-cı il tarixli sifariş məktubuna əsasən ipoteka ilə yüklü olan Abşeron rayonu. Novxanı kəndi Atatürk küçəsi 0,05 ha torpaq sahəsində 13 saylı bağ evinin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx xxxxxx 2017-ci il tarixli nömrəsində elan dərc edilmişdir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə uyğun olaraq ipoteka qoyan və saxlayana hərracın baş tutmadığı haqda kütləvi informasiya orqanları vasitəsi ilə məlumat verilmişdir. İşə əlavə edilmiş Seriya ƏİV 013357 saylı, xx.xx.2017-ci il tarixli Kuryer xidmətləri üçün mədaxil qəbzinin talonundan görünür ki, AR Respublika Xammal və X23 Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi ipoteka saxlayan "xxxxxxxxxxxxx KB QSC-yə məktub göndərmiş, həmin sənəd xx.xx.2017-ci il tarixdə, saat 15:45-də “Həsənov” tərəfindən qəbul edilmişdir. Yenə iş materiallarına əlavə edilmiş icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə xx xxx 2017-ci il tarixli qərardan görünür ki, Səbail Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli icra vərəqəsinin icrası mümkün olmadığı üçün Səbail Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianın təmin edilməyən hissəsindən iddiaçı tərəfindən şikayət verilmədiyindən məhkəmə kollegiyası həmin hissədə araşdırma aparmağa lüzum görməmişdir. Məhkəmə kollegiyası məruzəçi-ha-ki-min məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-4996/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Səbail Rayon Məhkəməsinin 2(009)-886/2013 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən borclu "MVA-7" ÇKMdan 19 377.93 manat tələbkar "xxxxxxxxxxxxx" KB QSC-nin xeyrinə tutulmalı olan məbləği təmin etmək üçün tutma ipoteka ilə yüklü edilmiş İddiaçıaya məxsus ünvan 3 ünvanında yerləşən 13 nömrəli bağ evinə yönəldilmiş, həmin evin ilkin satış qiyməti 66100 manat müəyyən edilmişdir. Əmlak açıq hərrac vasitəsilə satılması üçün "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə göndərilmiş və iki dəfə hərrac keçirilmiş, keçirilən hərraclarda iştirakçı olmadığına görə hərrac baş tutmamış və əmlak satılmamışdır. Əmlak "xxxxxxxxxxxxx" KB QSC-yə təklif olunmasına baxmayaraq onun tərəfindən 1 ay müddətində əldə edilməmiş və Səbail Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli icra vərəqəsinin icrası mümkün olmadığı üçün icra sənədinin geri qaytarılması qərara alınmışdır. Hazırda iddiaçı iddia edir ki, ipoteka saxlayan bank tərəfindən təkrar hərrac baş tutmadıqdan sonra bir ay ərzində ipoteka predmeti əldə edilmədiyi üçün ipotekaya xitam verilməlidir. Bu səbəbdən də iddiaçı mübahisəli daşınmaz əmlak üzərində ipotekaya xitam verilməsi, ipoteka predmetinin ipoteka ilə yüklülükdən azad edilməsi və mülkiyyət hüququnu təsdiq edən sənədin geri qaytarılması tələbinə dair iddiası üzrə iddia qaldıraraq onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddianı qismən – iddia tələbinin ilk iki hissəsini təmin etmiş, cavabdeh qətnaməni mübahisələndirmiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh qətnaməni kassasiya qaydasında mübahisələndirmiş, hazırki iş Ali Məhkəmənin mülki kollegiyası tərəfindən ləğv edilərək təkrar baxılması üçün geri qaytarılmışdır. Hazırda mülki iş üçüncü apellyasiya baxışındadır. Hər şeydən öncə kollegiya qeyd edir ki, AR MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin iş üzrə göstərişlərini nəzərə almaqla mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda da qeyd edildiyi kimi tərəflər arasında yaranmış mübahisə ipoteka saxlayanın, yəni bankın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanından istifadə edib-etməməsi ilə bağlıdır. İddiaçı iddia edir ki, bank bu imkandan istifadə etməmişdir. Cavabdeh bank isə apelyasiya şikayətində iddia edir ki, Bank Azərbaycan Respublikası «İpoteka Haqqında» Qanunun tələbinə uyğun olaraq təkrar hərrac baş tutmamış elan olunduqdan sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə edilməsi ilə bağlı addımlar atmışdır. Sübut kimi bankın hərrac təşkilatına ünvanladığı iddia edilən xx.xx.2017-ci il tarixli razılıq məktubunun işə əlavə edilmiş kserosürətinə istinad edilir(iş,1ci cild, səh.105). Baxmayaraq ki, hərrac təşklatı onlara belə bir razılıq məktubunun daxil olmasını inkar edir(iş,2-ci cild, səh.186). Belə olduğu təqdirdə hazırki mübahisə üzrə müəyyən edilməli olan hal bankın sübut kimi hərrac təşkilatına ünvanladığı iddia edilən xx.xx.2017-ci il tarixli razılıq məktubunun, həqiqiliyi sübut kimi qəbul edildiyi halda, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək üçün yetərli olub-olmadığını aydınlaşdırmaqdan ibarətdir. İlk öncə mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakı hüquq normalarına istinad etməyi zəruri hesab edir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinin tələblərinə görə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. İstinad olunan maddələrin dispozisiyasından göründüyü kimi qanunun 43.8-ci maddəsi 43.7-ci maddəsini tamamlayır. Başqa sözlə, həmin normaların ümümi dispozitiv şərtinə görə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətə almazsa ipotekaya xitam verilir. İş üçün əhəmiyyət kəsb etdiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxxx 2014-cü il qərarına da istinad etməyi vacib hesab edir. KM həmin qərarda öz mövqeyini belə ifadə etmişdir: qeyd olunduğu kimi, «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, «İpoteka haqqında» Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir. «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. «İpoteka haqqında» Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. Qərarda da qeyd edildiyi kimi 30 gün müddətində ipoteka predmetini əldə etmə tələbi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. Digər tərəfdən, KM-nin istinad olunan qərarda mövqeyinə görə ipoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. Əks yanaşma ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. Məhkəmə kollegiyası şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, qanunvericilik ipoteka predmetinin əldə edilməsi dedikdə hansısa qeyri-müəyyən, mücərrəd razılığı, niyyəti yox, real hərəkəti nəzərdə tutur. Bu hərəkət isə müəyyən olunmuş müddət ərzində əmlakın hüquqi cəhətdən əldə edilməsini ehtiva edir.Belə ki, hərrac prosedurunun mahiyyəti bundadır ki, özgəninkiləşdiriləcək əmlak satılması üçün hərraca çıxarılır. Satış isə bütün hallarda əvəzli həyata keçirilir. Təsadüfi deyil ki, qanunverici bu halda “ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər” ifadəsini işlədir. Buna görə də ipoteka saxlayan onun dəyərini ödəməlidir. Tutulmalı borc məbləği ilə ipotekanın alış qiyməti arasındakı fərq, bütün hallarda ödənilməli, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Yalnız bundan sonra əmlak əldə olunmuş hesab oluna bilər. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi, cavabdeh Ləğv prosesində olan «xxxxxxxxxxxxx» KB QSC ipoteka saxlayan olaraq təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanından istifadə etməmişdir. Yəni, 30 gün müddətində ipoteka predmetinin satış qiymətindən 25 faiz az olmayan qiyməti ödəməklə əmlakın əldə edilməsi üçün real hərəkət olmamışdır. Başqa sözlə, bankın hərrac təşkilatına ünvanladığı iddia edilən xx.xx.2017-ci il tarixli razılıq məktubu həqiqi sübut kimi qəbul edilmiş olsa belə, həmin əmlakın əldə edilməsi üçün real hərəkət edilməsi kimi qiymətləndirilə bilməz. Hətta, ipoteka saxlayan olaraq bankın ipotekanı əldə etmək üçün razılıq məktubunun mövcudluğunu qəbul etmiş olsaq belə, daha öncə qeyd olunduğu kimi əmlakın hüquqi müqəddəratını əldə etmək üçün heç bir real addım atılmaması həmin razılığı əhəmiyyətsiz edir. Məhkəmə kollegiyası bir faktı da qeyd etmək istəyir ki, ləğv prosesində olan «xxxxxxxxxxxxx» KB QSC ipoteka saxlayan olaraq nəinki qanunun müəyyənləşdirdiyi təkrar hərracın baş tutmamış elan edilməsindən 30 gün müddət ərzində, hətta təkrar hərracın baş tutmamış elan edilməsindən 30 gün müddət keçdikdən sonra da (istinad edilən qanun normaları buna yol verməsə də) əmlakın əldə edilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Ən azı iş materiallarında bununla bağlı heç bir sübut yoxdur. Bu faktın özü də ipoteka saxlayanın ipoteka predmetini əldə etmək üçün real addım atmamasına dəlalət edir. Ən nəhayət, hazırki iddianın hüquqi əsasına dair «İpoteka haqqında» Qanunun 43.8ci maddəsində göstərilən əsasla ipotekaya xitam verilməsinin proseduru ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. Başqa sözlə, ipoteka qoyan olaraq iddiaçı hazırki iddianı qaldırmağda haqlıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Ləğv prosesində olan «xxxxxxxxxxxxx» KB QSC apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apelyasiya şikayətlərinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh Ləğv prosesində olan «xxxxxxxxxxxxx» KB QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxxx 2017-ci il tarixli, 2(012)- 4996/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Ləğv prosesində olan «xxxxxxxxxxxxx» KB QSC-nin özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Məhəmmədəli Rzayev Zaur Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar