Məhkəmə qərarları › İş №2(105)-1408/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1408/2021

19.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1408/2021 19.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, cavabdeh “X5 (Azərbaycan)” QSC-nin nümayəndəsi X2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il il tarixli, 2(012)-361/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il il tarixli, 2(012)-361/2020 saylı qərardadı ilə (hakim C.İ.Səfiyeva) İddiaçı cavabdehlər Cavabdeh1, “X5 (Azərbaycan)” QSC və Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoruna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə cavabdeh “X5 (Azərbaycan)” QSC-nin iddianın təmini tədbirinin ləğvi barədə ərizəsi təmin edilib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)- 4827/2019 saylı qərardadı ləğv edilərək iddianın təmini tədbiri barədə ərizə təmin edilməmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-604/2016 saylı icra sənədinin üzərinə qoyulmuş qadağanın götürülməsi qərara alınmışdır. İddiaçı şikayət verib, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il il tarixli, 2(012)- 361/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il il tarixli, 2(012)-361/2020 saylı qərardadı ilə şikayət qəbul edilməmiş və baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Abşeron rayonu 1 saylı notariat kontoruna və Cavabdeh1 qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək “X5 Azərbaycan” QSC ilə Cavabdeh1 arasında bağlanmış, xx.xx.2013-cü il tarixli İpoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddianın təmini tədbiri kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən X5 Azərbayan QSC-yə məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin üzərində ümumi sahəsi 255 kvadrat metr olan 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin Cavabdeh1 tərəfindən boşaldılması və mülkiyyətçi “X5 Azərbaycan” QSC-yə təhvil verilməsinə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-604/3016 saylı icra sənədinin icrasının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-4827/2019 saylı qərardadı ilə İddiaçı iddianın təmini tədbiri barədə ərizəsi təmin edilib, Abşeron rayon İcra və probasiya şöbəsinin icraatında olan Abşeron Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, 2(012)-604/2016 saylı icra sənədinin icrası hazırki mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılmış və qərardadın dərhal icra edilməsi qərara alınmışdır. “X5 (Azərbaycan)” QSC xx xxxxxx 2021-ci il tarixdə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək Abşeron rayon İcra və probasiya şöbəsinin icraatında olan Abşeron Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, 2(012)-604/2016 saylı icra sənədinin icrasısının hzırki mülki işə baxılıb qurtaranadək dayandırılması barədə Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-4827/2019 saylı qərardadının ləğv edilməsi xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxxxx 2021-ci il il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddia tələbi üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-361/2020 saylı qətnaməsinin surəti ona rəsmi qaydada xx xxxxxx 2021-ci il tarixdə məhkəmə iclas zalında təqdim olunmuş qətnamə qanuni qüvvəsini almadan, həmin gün cavabdeh “X5 (Azərbaycan)” QSC-nin iddianın təmini tədbiri barədə ərizəsinə baxılaraq təmin edilmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılmalıdır. Lakin birinci insytansiya məhkəməsi sadalanan halları nəzərə almamış və iddianın təmini tədbiri barədə ərizəni təmin etməklə hüquqlarını pozumuşdur. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh “X5 (Azərbaycan)” QSC-nin nümayəndəsi X3 şikayətə etiraz edib, təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada İddiaçı, cavabdehlər Cavabdeh1 və Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoruna məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən İddiaçı, cavabdehlər Cavabdeh1 və Abşeron rayon 1 saylı Dövlət Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, 2(012)-604/2016 saylı icra sənədinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyesti Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən “X5 Azərbayan” QSC-yə məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin üzərində ümumi sahəsi 255 kvadrat metr olan 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evi Cavabdeh1 tərəfindən boşaldılmalı və mülkiyyətçi “X5 Azərbaycan” QSC-yə təhvil verilməlidir. İddiaçı tərəfindən hazırki iddia ilə mübahisələndirilən ipoteka müqaviləsi Abşeron Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, 2(012)-604/2016 saylı icra sənədi üzrə boşaldılmalı olan Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin üzərində ümumi sahəsi 255 kvadrat metr olan 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin ipoteka ilə yüklü edildiyi ipoteka müqaviləsidir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-361/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, “X5 (Azərbaycan)” QSC və Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoruna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nın 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İdianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Müəyyən hərəkətləri etməyin cavabdehə qadağan edilməsi Azərbaycan Respublikası MPMnın 158.1.2-ci maddəsində iddianı təmin etmə tədbiri kimi nəzərdə tutulmuşdur. İddianın təmin edilməsində əsas məqsəd məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz olacağı hallarla bağlıdır. Məhkəmə iddiaçının iddia tələblərinin icrasını gələcəkdə təmin etmək məqsədi ilə cavabdehə müəyyən hərəkətləri etməyi qadağan etmək hüququna malikdir. Bu halda qanunvericilik təmin olunması ehtimal olunan tələblərin məhkəmə tərəfindən təmin olunacağı təqdirdə maneə olmadan cavabdeh tərəfindən ödənilməsi (həyata keçirməsini) təmin etmək məqsədini güdür, lakin bu zaman məhkəmə cavabdeh tərəfindən iddia tələblərinin gələcəkdə icrasına maneə törədilə biləcəyi hərəkətlərin dairəsini dəqiq müəyyən etməli, həmin hərəkətlərin cavabdeh tərəfindən edilməsinə abstrakt baxımdan deyil, onların real olaraq törədilməsi baxımından yanaşmalıdır. İddianın təmini tədbiri prosessual bərabərlik baxımından mübahisə predmetinə münasibətdə hər iki tərəfin, həm iddiaçının, həm də cavabdehin mənafelərinə uyğun olmalıdır. İddianı təmin etmə tədbirləri məhkəməyə verilməsi ilə qorunan əmlak mənafelərinin müdafiəsinin sürətləndirilmiş vasitəsi olduğuna görə, bu tədbirlərin tətbiqindən ötrü sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə məhkəməyə təqdim edilməsi tələb olunmur. Əks halda iddianı təmin etmə tədbirləri öz əhəmiyyətini itirmiş olar. Ona görə də bu tədbirlərin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş işdə iştirak edən şəxsin pozulmuş və ya mübahisəli hüququnun mövcudluğunu təsdiq edən sübutun məhkəməyə təqdim olunması həmin tədbirləri tətbiq etmək üçün kifayətdir. İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Məhkəmə iddianı təmin etmə tədbirlərinin görülməsi haqqında qərardadında bu tədbirlərin görülməsi barədə ərizəyə baxılmasının nəticəsi üzrə hansı qərara gəlməsindən asılı olmayaraq bütün hallarda həmin ərizədə göstərilən dəlillərin əsaslı olub-olmamasına qiymət verməlidir. İddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxsin irəli sürdüyü dəlillərə qiymət verilərkən məhkəmə həmin dəlillərin ağlabatan olmasını və əsasslılığını, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalını, işdə iştirak edən bütün şəxslərin, eləcə də işdə iştirak edən şəxs statusuna malik olmayan şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olmasını, iddianı təmin etmə tədbirləri tətbiq olunarkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olmasını nəzərə almalıdır. İddianı təmin etmə tədbiri barədə qərardad qəbul edən məhkəmə iddiaçının iddia tələblərinin nə qədər əsaslı olduğunu, habelə həmin tələblərin təmin edilməsi haqqında gələcəkdə qəbul ediləcək qətnamənin icrasına maneələr yarada bilən cavabdehin hansısa qanunazidd hərəkətlər edəcəyi haqqında şübhələrin əsaslı olub-olmadığını müəyyən etməlidir. İddianın təmin edilməsi məhkəmə qətnaməsinin reallaşdırılmasına yönələn əməli tədbirdir. İddiaçı şikayətində Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)- 361/2020 saylı qətnaməsinin surətinin rəsmi qaydada ona təqdim edilmədiyini və nəticədə həmin qətnamədən apelyasiya şikayəti vermək hüququndan məhrum olunduğunu göstərmişdir. Halbuki iddia ərizəsində İddiaçı yaşayış ünvanı olaraq Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni Məhəllə olmasını göstərmiş və iş materiallarının 211-ci səhifəsində olan sifarişli zərfdən müəyyən edilir ki, qeyd olunan qətnamənin surəti poçt vasitəsi ilə ona xx xxxxxx 2020-ci il tarixdə göndərilmiş, lakin «Ünvan tam deyil» qeydi ilə zərf geri qaytarılmışdır. Bundan əlavə iş materialları ilə müəyyən olunur ki, iş üzrə xx xxxxxxx 2020-ci il tarixdə yekun məhkəmə aktı qəbul olunarkən İddiaçı məhkəmə iclasında iştirak etmiş və iddia tələbinin təmin olunmaması barədə məlumatlı olmuşdur. Uzun müddət keçməsinə baxmayaraq sözügedən qətnamənin surətinin rəsmi qaydada ona təqdim edilməsi barədə məhkəməyə heç bir müraciəti olmamış, son nəticədə cavabdeh “X5 (Azərbaycan)” QSC-nin iddianın təmini tədbiri barədə ərizəsinə baxılması barədə məlumat aldıqdan sonra İddiaçı həmin gün məhkəməyə qətnamənin surətinin rəsmi qaydada ona təqdim edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Həmin Məcəllənin 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlillərinin heç bir əsası olmayıb, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan İddiaçı verdiyi şikayəti əsasında dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı verdiyi şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il il tarixli, 2(012)-361/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar