Məhkəmə qərarları › İş №2(105)-1448/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1448/2021

01.11.2021 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1448/2021 01.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X1 və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili: Vəkil, Cavabdehin nümayəndəsi: X3 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-nə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mənzilin alqı-satqı müqaviləsinin və kredit müqaviləsinin ləğv edilməsi və maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddia tələbinin qismən təmin edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında yerləşən 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzilə dair 07 mart 2015-ci il tarixli mənzilin alqı-satqısı müqaviləsi ləğv edilməsi, həmin mənzilə görə ödənilmiş 42510 manat məbləğində ödənilmiş pul, maddi ziyan olaraq 3896.75 manat, vəkil xərci 80 manat və dövlət rüsumuna görə 20 manat, cəmi 46.506.75 manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb İddiaçı qaytarılması, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qərardadı ilə (hakim C.İ.Səfiyeva) İddiaçı cavabdeh "xxxx" MMC-nə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı, iddia tələbinin "xxxx" ASC ilə bağlanmış 10 mart 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsinin baxılmamış saxlanılması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mənzilin alqı-satqı müqaviləsinin və ipoteka müqaviləsinin ləğv edilməsi, maddi zərərin ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət edərək onunla "xxxx" MMC arasında bağlanmış 07 mart 2015-ci il tarixli mənzilin alqı-satqısı müqaviləsinin, "xxxx" ASC ilə bağlanmış 10 mart 2015-ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi, "xxxx" MMC-dən dəymiş zərərin əvəzi olaraq 77750 manat pul vəsaitinin alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla "xxxx" MMC-ti arasında 07 mart 2015-ci il tarixli mənzilin alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında ümumi sahəsi (eyvan, sanitar qovşağı, mətbəx dəhliz, yığınaq yeri, eyvanın qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzili ona təhvil verməyi, onunla isə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddətdə ərzində ödəməyi öhdəsinə götürmüşdür. 07 mart 2015-ci il tarixli mənzilin alqı-satqı müqaviləsi bağlandıqdan sonra mənzilin dəyərini ödəmək məqsədilə "xxxx" ASC-dən ipoteka müqaviləsi əsasında 38.250 manat məbləğində illik 10% olmaqla kredit götürmüş, ilkin olaraq 4260 manat və kreditlə götürdüyü 38250 manat məbləğində pulu vəsaitini "xxxx" MMC-yə ödəmişdir. Müqavilə bağlanan zaman Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında yerləşən 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzilin qısa müddət ərzində təhvil veriləcəyi bildirilsə də, həmin vaxtdan 4 ildən artıq vaxt keçməsinə baxmayaraq, mənzil ona təhvil verilməmişdir. "xxxx" MMC-ti tərəfindən hər dəfə müxtəlif bəhanələr gətirilərək, növbəti üç il ərzində mübahisəli predmeti olan mənzilin təhvil veriləcəyi bildirilsə də heç bir nəticə olmamışdır. Onun tərəfindən mənzilin alqı-satqı müqaviləsinin və ipoteka müqaviləsinin ləğv edilməsi, maddi zərərin ödənilməsi barədə "xxxx" MMC-nə müraciət edilmiş, lakin Cəmiyyət tərəfindən məhkəməyə müraciət edilməsi bildirilmişdir. "xxxx" MMC-ti tərəfindən ona vurulmuş maddi zərərin məbləği 77750 manat təşkil edir. Həmin məbləğin 42510 manatı Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında yerləşən 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzilin alqı-satqı müqaviləsi rəsmilərdirilərkən onun tərəfindən "xxxx" MMC-nə ödənilmişdir. Bundan başqa "xxxx" MMC-in mənzili təhvil verməməsi nəticəsində o, 58 ay ərzində kirayə yaşamaqla aylıq 300 manat kirayə haqqı ödəmiş və həmin məbləğ ümumilikdə 17400 manat təşkil edir. Hazırda yeni mənzil almaq məcburiyyətindədir ki, yeni mənzilin orta bazar qiyməti 50 000 manat təşkil edir. Fərq isə göründüyü kimi 12 000 manat təşkil edir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onunla "xxxx" MMC arasında bağlanmış 07 mart 2015-ci il tarixli mənzilin alqı-satqısı müqaviləsinin, "xxxx" ASC ilə bağlanmış 10 mart 2015-ci il tarixli təminatlı kredit müqaviləsinin ləğv edilməsi, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında yerləşən 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzilin dəyəri olaraq ödənilmiş 42510 manat, kredit müqaviləsinə görə faiz olaraq ödənilmiş 5700 manat, kirayə haqqı olaraq ödənmiş 17400 manat, yeni mənzilin alınması üçün çəkilmiş xərc 12 000 manat, hüquqi yardım 110 manat, iddia ərizəsinə görə ödənilmiş 30 manat, ümumilikdə maddi zərər üçün 77 750 manat pulun "xxxx" MMC-dən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək onunla "xxxx" MMC arasında bağlanmış 07 mart 2015-ci il tarixli mənzilin alqı-satqısı müqaviləsinin, "xxxx" ASC ilə bağlanmış 10 mart 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında yerləşən 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzilin dəyəri olaraq ödənilmiş 42510 manat, kredit müqaviləsinə görə faiz olaraq ödənilmiş 5700 manat, əldən çıxmış faydaya görə 23450 manat, yeni mənzilin alınması üçün çəkməli olduğu əlavə xərcə görə 3270 manat, hüquqi yardıma görə ödənilmiş 110 manat, iddia ərizəsinə görə ödənilmiş 30 manat, ümumilikdə maddi zərər üçün 75070 manat pulun "xxxx" MMC-dən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonuncu dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onunla "xxxx" MMC arasında bağlanmış 07 mart 2015-ci il tarixli mənzilin alqısatqısı müqaviləsinin, "xxxx" ASC ilə bağlanmış 10 mart 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında yerləşən 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzilin dəyəri olaraq ödənilmiş 42510 manat, kredit müqaviləsinə görə faiz olaraq ödənilmiş 18238.92 manat, əldən çıxmış faydaya görə 23450 manat, yeni mənzilin alınması üçün çəkməli olduğu əlavə xərcə görə 3270 manat, hüquqi yardıma görə ödənilmiş 110 manat, iddia ərizəsinə görə ödənilmiş 30 manat, ümumilikdə maddi zərər üçün 87 608.92 manat pulun "xxxx" MMC-dən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə kredit borcu üzrə iddiaçı tərəfindən banka ödənilmiş 18238.92 manat məbləğində faiz borcunun təmin edilməməsi ilə əlaqədar qeyd etmişdir ki, kredit borcu üzrə faiz məbləğinin cavabdehin müqavilə öhdəliyini icra etməməsinin nəticəsində yaranmış ziyan kimi qiymətləndirilməsinin hüquqi və məntiqi əsası mövcud deyildir. İddiaçı tərəfindən lazımi hüquqi və məntiqi əsaslandırılma həyata keçirilmişdir. Cavabdeh "xxxx" MMC-nin müqaviləni əhəmiyyətli dərəcədə pozması nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. İddiaçı tərəfindən əldən çıxmış faydaya görə 23450 manat məbləğində pul vəsaiti tələb edilmişdir. Lakin məhkəmə tərəfindən MM-nin 439.3-cü maddəsinə əsaslanaraq yalnız 3896.75 manat məbləği təmin edilmişdir. Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2(012)-852/2020 saylı qətnaməsinin qismən ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməmiş hissəsinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisələndirilən Təminatlı kredit müqaviləsi üzrə faiz hesablanması tam icra olunma anına kimi davam edir. Bu da tərəflər arasında eyni müqavilə münasibətləri üzrə yeni borc tələbinin yaranmasını istisna etmir. Belə olan halda kredit müqavilə münasibətlərinə xitam verilməsi və ya ləğv edilməsi kimi hüquqi qiymət verilməsi zəruridir. İddiaçı iddia tələbinin «ipoteka müqaviləsinin ləğv edilməsi» hissəsi ilə bağlı qeyd edilməsini zəruri hesab edir. Mübahisələndirilən mənzilə dair İpoteka müqaviləsi borc alan İddiaçı "xxxx" ASC ilə bağlanmış 10 mart 2012-ci il tarixli Təminatlı kredit müqaviləsinin öhdəliklərinin təminat predmetidir. İddiaçı ilə cavabdeh arasında şəxsi vəsait hesabına ödənilmiş 4260 manat və bank vasitəsilə ödənilmiş 38250 manat olmaqla cəmi 42510 manat məbləği həcmində müqavilə münasibətləri yaranmışdır. İddiaçı ilə bank arasında hüquq münasibətləri davam edir. Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2(012)-852/2021 saylı qətnaməsinin İddiaçı iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını, cavabdehin apellyasiya şikayətin dəlillərini qəbul etmədi, onun təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehin nümayəndəsi R.B.Süleymanov öz apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi, təmin olunmasını, iddiaçının nümayəndəsinin apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən nümayəndələrin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi qismən ləğv olunmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 07 mart 2015-ci il tarixli ABB YM-0062 saylı (ABB tərəfindən ipoteka ilə satılmış təmirsiz mənzil) mənzilin alqı-satqısı müqaviləsindən müəyyən edilir ki, "xxxx" MMC-ti Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında ümumi sahəsi (eyvan, sanitar qovşağı, mətbəx dəhliz, yığınaq yeri, eyvanın qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzili İddiaçı təhvil verməyi, İddiaçı tərəfindən isə həmin mənzilin hər kv.metrinə görə 650 manat olmaqla, müqavilənin cəmi qiyməti 42 510 manat müəyyən edilmişdir. Müqavilə qiymətinin 4260 manatı İddiaçı şəxsi vəsaiti hesabına, qalan 38250 manat isə "xxxx" ASC-ti ilə bağlanmış kredit müqaviləsi əsasında ödənilməsi nəzərdə tutulmuşdur. İşdə olan "xxxx" MMC-in 07.03.2015-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, İddiaçı tərəfindən Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında yerləşən 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzilə görə 4260 manat ödənilmiş, borc qalığı 38250 manatdır. İşə əlavə olan 10 mart 2015-ci il tarixli 4-10-03-2015-YS-AAF-RO saylı təminatlı kredit müqaviləsindən müəyyən edilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında ümumi sahəsi (eyvan, sanitar qovşağı, mətbəx dəhliz, yığınaq yeri, eyvanın qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzilə görə İddiaçı 180 ay müddətinə 38250 manat məbləğində kredit verməyi, İddiaçı isə hər ay 411 manat 10 qəpik məbləğində pulu "xxxx" ASC-nə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan "xxxx" ASC-nin 17.11.2020-ci il tarixli arayışından müəyyən edilir ki, İddiaçı ilə bank arasında bağlanmış 07 mart 2015-ci il tarixli 4-10-03-2015-YS- AAF-RO saylı təminatlı kredit müqaviləsinə əsasən Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında ümumi sahəsi (eyvan, sanitar qovşağı, mətbəx dəhliz, yığınaq yeri, eyvanın qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzilin əldə edilməsinə görə 38250 manat məbəğində kredit verilmişdir. Həmin müqavilə üzrə İddiaçı 17.11.2020-ci il tarixə qədər 7192,72 manat əsas, 18238,92 manat faiz, cəmi 25431,64 manat məbləğində ödəniş etmişdir. İddiaçı həmin kredit müqaviləsi üzrə 17.11.2020-ci il tarixinə bank qarşısında icra edilməmiş 31057,28 manat əsas, 1398,37 manat faiz borcu olmaqla, cəmi 32455,65 manat kredit öhdəliyi mövcuddur. İşdə olan "xxxx" ASC-nin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı 19.11.2020-ci il tarixli məktubundan müəyyən edilir ki, İddiaçı 10 mart 2015-ci il tarixli 4-10- 03-2015YS-AAF-RO saylı təminatlı kredit müqaviləsi üzrə bank qarşısında 31057,28 manat əsas, 1415,65 manat faiz borcu olmaqla, cəmi 32472,93 manat kredit öhdəliyi mövcuddur. Bundan başqa İddiaçı kredit üzrə gündəli 8,63 manat məbləğində faiz hesablanır. İşə əlavə olan İddiaçı "xxxx" MMC-yə ünvanladığı sənəddən müəyyən edilir ki, o, 07 mart 2015-ci il tarixli mənzilin alqı-satqısı müqaviləsinin, "xxxx" ASC ilə bağlanmış 10 mart 2015-ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi, "xxxx" MMC-dən dəymiş zərərin əvəzinin qayrarılmasını təklif etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 423.2-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə görə Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.3-cü Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə araşdırmaları zamanı tərəflər arasında mənzilin alqı-satqı müqaviləsi bağlanmış və bu müqavilə üzrə İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək ödənilməli olan məbləği cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəmiş olsa da, AAAF İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti qeyd edilən müqavilənin şərtlərinə əməl etməyərək Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında ümumi sahəsi (eyvan, sanitar qovşağı, mətbəx dəhliz, yığınaq yeri, eyvanın qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 65.4 kv. metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzili İddiaçı beş illik müddət ərzində təhvil verməmiş, nəticədə iddiaçı müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İddiaçı alqı-satqı müqaviləsinin ləğvi üçün cavabdehə müraciət etsə də, buna nail ola bilməmiş, məhkəməyə müraciət etmişdir. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, mənzilin tikintisi və iddiaçıya təhvil verilməsi ilə bağlı cavabdehin öhdəliyinin icrası müddəti müəyyən edilməyib. Həmçinin şəraitə görə də bunu təyin etmək mümkün deyildir. Nəzərə alınsa ki, ötən 7 il ərzində 10 mərtəbəsi monolit-beton olmaqla inşa edilmişdir. Belə olan halda, tikilməsi qeyri-müəyyən müddətə ehtimal olan mənzilə iddiaçının maragının itməsi təbii haldır və buna görə də şifarişçi olaraq iddiaçının müqavilədən imtinası qanuni hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 759.1-ci maddəsinə görə sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işin halları və qeyd edilən qanunvercilik normaları baxımından iddiaçının həmin müqavilə üzrə ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmək hüququ vardır. Odur ki, bu hissədə məhkəmə cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlili qəbul etmir. İddia tələbinin kredit borcu üzrə iddiaçı tərəfindən banka ödənilmiş 18 238.92 manat məbləğində faiz borcu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, kredit borcu üzrə faiz məbləğinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müqavilə öhdəliyini icra etməməsi nəticəsində yaranmış ziyan kimi qiymətləndirilməsinin hüquqi və məntiqi əsası mövcud deyildir. Azərbaycan Respublikası MM-nin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin kredit borcu üzrə iddiaçı tərəfindən banka ödənilmiş 18 238.92 manat məbləğində faiz borcu hissəsi əsassız olmaqla təmin edilməməlidir. İddia tələbinin əldən çıxmış faydaya görə 23450 manat hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsi 07.03.2015-ci il tarixdə bağlanmışdır. Müqavilədə icra müddəti qeyd edilməsə də, praktiki olaraq ağlabatan müddət üç il müəyyən edilir. Cavabdehin izahatından göründüyü kimi, hələ bina tamamlanmayıb, 10-cu mərtəbəsində tikinti davam edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 439.3-cü maddəsinə görə qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə. Onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Birinci instansiya məhkəməsi ötən müddət ərzində cavabdeh binanın tikintisini apardığından, lakin ağlabatan müddətdə tam başa çatdırmadığından, tərəflər arasındakı tənasüb müəyyənləşdirilərək ötən müddət üçün üç illik müddət istisna olunmaqla 07 mart 2018-ci il tarixdən iddia ərizəsinin məhkəməyə verildiyi 21 yanvar 2020-ci il tarixədək olan müddət, yəni 1 il 10 ay üçün iddiaçı tərəfindən cavabdehə ödənilmiş 42510 manat məbləğində pulun illik 5% hesabla 22 ay üçün (1 ay=177,25) 177.25 x 22= 3896.75 manat təşkil edir ki, bu hissədə iddia qismən təmin edilməli 3896,75 manat məbləğində pul cavabdeh AAAF İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb iddiaçıya verilməsi barədə gəldiyi nəticəni məhkəmə kollegiyası düzgün hesab etmir. Belə ki, məhkəmə dəymiş maddi ziyan qismində dəyəndirilməsi ehtimal olunan 3896.75 manat məbləgini mənzilin dəyərini təşkil edən 42.510 manat məbləgə münasibətdə hesabladığı halda, həmin vəsaitin İddiaçı digər cavabdeh Bankın vasitəsilə ödənilməsini nəzərə almamışdır. Eyni zamanda, birinci instansiya məhkəməsi İddiaçı Bank qarşısında 38250 manat həcmində illik 10% 180 ay müddətində öhdəlik yaranmasını nəzərə almamışdır. İddiaçı iddia tələbinin əldən çıxmış faydaya görə məbləğin tutulması hissəsi qeyrimüəyyəndir və əsası mövcud deyildir. Çünki iddiaçı hazırda kirayədə qalması və ya yeni mənzili seçim almaq istərkən çatışmayan məbləği, yaxud maddi ziyanın dəyməsini əks etdirək hallara dair sübutlar təqdim etmədiyi halda, məhkəmə ehtimal, qeyrimüəyyənlikdən qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 07 mart 2015-ci il tarixli ABB YM-0062 saylı mənzilin alqı-satqı müqaviləsi üzrə "xxxx" ASC tərəfindən Cəmiyyətin hesabına ancaq mənzilin dəyərini təşkil edən 38250 manat məbləğində vəsait köçürülmüşdür. Yəni mənzilin dəyəri "xxxx" ASC-nin vasitəsilə iddiaçı tərəfindən tam ödənilmişdir. Bununla da İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında şəxsi vəsait hesabına ödənilmiş 38250 manat olmaqla cəmi 42510 manat məbləgi həcmində müqavilə münasibətləri yaranmışdır. Eyni zamanda da, İddiaçı ilə "xxxx" ASC arasında bank tərəfindən ödənilmiş 38520 manat məbləğin razılaşdırılmış və qəbul edilmiş 180 ay müddətində illik faiz dərəcəsinə əsasən Banka qaytarılması həddində müqavilə münasibətləri yaranmışdır. Məhkəmə mübahisələndirilən mənzilin dəyərini təşkil edən 42510 manat məbləgi İddiaçı tərəfindən deyil digər cavabdeh Bank tərəfindən tam ödənilməsinə baxmayaraq sözügedən vəsaiti iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Belə ki, "xxxx" ASC Müştəri Xidməti Departamentinin 2295 nömrəli 17 noyabr 2020ci il tarixli məktubu ilə müəyyən olunur ki, borclu İddiaçı 7192.72 manat əsas borc, 18238.92 manat faiz borcu olmaqla cəmi 25431.64 manat ödənilmiş; 31057.28 manat əsas borc və 1398.37 manat faiz borcu olmaqla cəmi 32455.65 manat borcu qalmışdır. 10 mart 2015-ci il tarixli 4-10-03-2015-YS-AAAF-RO nömrəli kredit müqaviləsinin 4.1 və 4.3-cü bəndlərinə görə kredit öhdəliklərinin icrasının təminat üsulu ipoteka və Zaminlik müqaviləsindən irəli gələn zaminlikdir. İddia tələbinin hüquqi yardıma görə ödənilmiş 110 manat, iddia ərizəsinə görə ödənilmiş 30 manat hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 80 manat vəkil xərci və 20 manat dövlət rüsumuna görə ödənmiş pul cavabdeh AAAF İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsində göstərilir ki, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30.40 (otuz manat 40 qəpik) manat məbləğində pul cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əldən çıxmış faydı hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında həmin hissədə ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi həmin hissədə ləğv edilməlidir, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin, cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 23 noyabr 2020-ci il tarixli 2(012)-852/2020 saylı qətnaməsi qismən ləğv edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında yerləşən 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzilə dair 07 mart 2015-ci il tarixli mənzilin alqı-satqı müqaviləsi ləğv edilsin, həmin mənzilə görə ödənilmiş 4260 (dörd min iki yüz altmış) manat məbləğində ödənilmiş pul, vəkil xərci 80 manat və dövlət rüsumuna görə 20 manat, cəmi 4360 (dörd min üç yüz altmış) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb İddiaçı qaytarılsın. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi ziyan ödənilməsi hissəsində iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar