Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1462/2021 06.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İlk iddia üzrə İddiaçı BOKT ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı BOKT ASC-nın Cavabdeh qarşı borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi barədə ilk, Cavabdeh İddiaçı BOKT ASC-yə qarşı istehlakçı hüquqlarının müdafiəsi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2(031)-5/2021 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şabran Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2(031)-5/2021 saylı qətnaməsilə ilk iddia qismən təmin edilmiş, Cavabdeh 27 may 2014-cü il tarixli, PB/022/14/0422895 saylı kredit (borc) və girov müqaviləsi üzrə əsas borc 31653,67 ABŞ dolları, faiz borcu 20173,94 ABŞ dolları olmaqla, cəmi 51827,62 ABŞ dolları pulun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı BOKT ASC-nin (əvvəlki "xxxx" ASC) xeyrinə tutulması, girov qoyulmuş - 1 ədəd 750 əyarlı sarı-gümüşü rəngli metaldan boyunbağı-qolbaq dəsti, ümumi çəkisi 17,39, 1 qramın qiyməti 90 manat, ümumi qiymət 1565,1 manat, 1 ədəd 750 əyarlı sarı rəngli metaldan qolbağ ümumi çəkisi, 7,55 qram, 1 qramın qiyməti 90 manat, ümumi qiyməti 679,5 manat, 1 ədəd 750 əyarlı sarı rəngli metaldan boyunbağı çəkisi 20,55qram, 1 qramın qiyməti 90 manat, ümumi qiymət 1849,5 manat, 1 ədəd 750 əyarlı sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan boyunbağı, qolbağ-sırğa dəsti, ümumi çəkisi 64,87 qram, 1 qramın qiyməti 90 manat, ümumi qiymət 5838,3 manat, 1 ədəd 750 əyarlı sarı rəngli metaldan qolbağ ümumi çəkisi 10,79 qram, 1 qramın qiyməti 90 manat, ümumi qiyməti 971,1 manat, 1 ədəd 750 əyarlı sarı rəngli metaldan qolbağ ümumi çəkisi 8,66 qram, 1 qramın qiyməti 90 manat, ümumi qiymət 779,4 manat, 1 ədəd 750 əyarlı sarı rəngli metaldan boyunbağı ümumi çəkisi 9,14 qram, 1 qramın qiyməti 90 manat, ümumi qiymət 822,6 manat, 1 ədəd 750 əyarlı sarı rəngli metaldan boyunbağı ümumi çəkisi 22,56 qram, 1 qramın qiyməti 90 manat, ümumi qiymət 2030,4 manat, 1 ədəd 750 əyarlı sarı rəngli metaldan, üzərində ürək formalı elementləri və ağ şəffaf qaşları olan kulonlu boyunbağı, ümumi çəkisi 13,17qram, 1 qramın qiyməti 90 manat, ümumi qiymət 1185,3 manat, 1 ədəd 750 əyarlı sarı rəngli metaldan, üzərində ürək formalı elementləri olan boyunbağı ümumi çəkisi 6,78 qram, 1 qramın qiyməti 90 manat, ümumi qiymət 610,2 manat, 1 ədəd 750 əyarlı sarı-gümüşü rəngli metaldan boyunbağı qolbağ dəsti ümumi çəkisi 15,09 qram, 1 qramın qiyməti 90 manat, ümumi qiymət 1358,1 manat, 1 ədəd 750 əyarlı sarı-gümüşü rəngli metaldan kulonu olan sarı rəngli metaldan boyunbağı ümumii çəkisi 4,58 qram, 1 qramın qiyməti 90 manat, ümumi qiymət 412,2 manat, 1 ədəd 750 əyarlı sarı rəngli metaldan kulonlu boyunbağı ümumi çəkisi 7,07 qram, 1 qramın qiyməti 90 manat, ümumi qiymət 636,3, 1 ədəd 750 əyarlı sarıgümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşlı, oval formalı kulonu olan boyunbağı ümumi çəkisi 7,64 qram, 1 qramın qiyməti 90manat, ümumi qiymət 687,6 manat, 2 ədəd 750 əyarlı sarı rəngli metaldan boyunbağı qolbağ dəsti ümumi çəkisi 14,35 qram, 1 qramın qiyməti 90 manat, ümumi qiymət 1291,5 manat, 1 ədəd 585 əyarlı sarıgümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan kulonlu boyunbağı və bilərzik dəsti ümumi çəkisi 21,93 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 1535,1 manat, 1 ədəd 585 əyarlı sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan sırğa cütü və üzük dəsti ümumi çəkisi 11,38 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 796,6 manat, 1 ədəd 585 əyarlı sarı-gümüşü rəngli metaldan üzük ümumi çəkisi 6,22 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 435,4 manat, 1 ədəd 585 əyarlı sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük ümumi çəkisi 5,91 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 413,7 manat, 1 ədəd 585 əyarlı sarı rəngli metaldan, üzərində 1 ədəd yaşıl və ağ şəffaf qaşları olan üzük ümumi çəkisi 3,46 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 242,2 manat, 1 ədəd 585 əyarlı sarı rəngli metaldan, üzərində 14 ədəd ağ şəffaf qaş olan üzük ümumi çəkisi 3,07 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 214,9 manat, 1 ədəd 585 əyarlı sarı rəngli metaldan kulon ümumi çəkisi 5,34 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 373,8 manat, 2 ədəd 750 əyarlı sarı-gümüşü rəngli metaldan boyunbağı qolbaq dəsti ümumi çəkisi 55,59 qram, 1 qramın qiyməti 90 manat, ümumi qiymət 5003,1 manat, 1 ədəd 583 əyarlı sarı-yaşılımtıl sarı-qırmızımtıl sarı rəngli metaldan boyunbağı qolbağ dəsti ümumi çəkisi 32,88 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 2301,6 manat, 1 ədəd 583 əyarlı sarı-yaşılımtıl sarı-qırmızımtıl sarı rəngli metaldan boyunbağı qolbağ dəsti ümumi çəkisi 48,91 qram, 1 qramın qiyməti 70 qram, ümumi qiymət 3423,7 manat, 1 ədəd 583 əyarlı sarı-yaşılımtıl sarı-qırmızımtıl sarı rəngli metaldan qolbağ ümumi çəkisi 7,48 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 523,6 manat, 1 ədəd 583 əyarlı, sarı rəngli metaldan, qapağı üzərində qırmızı rəngli karunt qaşları olan qol saatı ümumi çəkisi 19,92 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 1394,4 manat, 1 ədəd 583 əyarlı sarı rəngli metaldan qolbağsız qol saatı ümumi çəkisi 8,41 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 588,7manat, 1 ədəd 583 əyarlı sarı rəngli metaldan, ortasında yaşıl, göy, kənarlarında ağ şəffaf qaşları olan sırğa cütü və üzük dəsti ümumi çəkisi 28,98 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 2028,6 manat, 1 ədəd 585 əyarlı sarı-gümüşü rəngli metaldan, ortasında qara, kənarlarında ağ şəffaf qaşları olan sırğa cütü və üzük dəsti ümumi çəkisi 10,79 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 755,3 manat, 1 ədəd 583 əyarlı sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan sırğa cütü və üzük dəsti, qaşları briliyantdır, 15 ədədinin hər birinin ölçüsü 0,020 karat, 12 ədədinin hər birinin ölçüsü 0,004 karat, 4/3 keyfiyyətlidirlər; ümumi çəkisi 13,.1 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 1013 manat, 1 ədəd 750 əyarlı sarı-gümüşü rəngli metaldan boyunbağı qolbağ dəsti ümumi çəkisi 25,55 qram, 1 qramın qiyməti 90 manat, ümumi qiymət 2299,5 manat, 1 ədəd 750 əyarlı sarı rəngli metaldan gül formalı kulon ümumi çəkisi 7,85 qram, 1 qramın qiyməti 90 manat, ümumi qiymət 706,5 manat, 1 ədəd 750 əyarlı sarı rəngli metaldan sırğa cütü ümumi çəkisi 5,05 qram, 1 qramın qiyməti 90 manat, ümumi qiymət 454,5manat, 1 ədəd 750 əyarlı sarı rəngli metaldan boyunbağı ümumi çəkisi 11,26 qram, 1 qramın qiyməti 90 manat, ümumi qiymət 1013,4 manat, 3 ədəd 583 əyarlı sarı rəngli metaldan, ortasında yaşıl, kənarlarında ağ şəffaf qaşları olan sırğa cütü və üzük dəsti ümumi çəkisi 30,28 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 2119,6 manat, 1 ədəd 583 əyarlı sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan sırğa cütü və üzük dəsti ümumi çəkisi 12,05 qram, 1 qramın qiyməti 70 qram, ümumi qiymət 843,5 manat, 1 ədəd 583 əyarlı sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan sırğa cütü ümumi çəkisi 7,61 qram, 1 qramın qiyməti 70 qram, ümumi qiymət 532,7 manat, 2 ədəd 583 əyarlı sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük (üzüyün birində 1 ədəd qaş yeri boşdur) 7,99, 2 ədəd 583 əyarlı sarı rəngli metaldan, ortasında yaşıl, kənarlarında ağ şəffaf qaşları olan üzük ümumi çəkisi 16,83 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 1178,1 manat, 1 ədəd 583 əyarlı sarı rəngli metaldan tək qaşlı sırğa cütü (tayında qaş yeri boşdur) ümumi çəkisi 1,65 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 115,5 manat, 1 ədəd 585 əyarlı sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları sırğa cütü (tayında 1 ədəd qaş yeri boşdur) ümumi çəkisi 2,71 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 189,7 manat, 1 ədəd 585 əyarlı sarı rəngli metaldan halqa sırğa cütü ümumi çəkisi 2,17 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiyməti 151,9 manat, 1 ədəd 583 əyarlı sarı-gümüşü rəngli metaldan tək qaşlı üzük ümumi çəkisi 2,87 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 200,9 manat, 3 ədəd 583 əyarlı sarı rəngli metaldan üzük ümumi çəkisi 25,67 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 1796,9 manat, 1 ədəd 583 əyarlı sarı-gümüşü rəngli metaldan, üzərində 3 ədəd ağ şəffaf qaşları olan üzük ümumi çəkisi 4,78 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 334,6 manat, 1 ədəd 583 əyarlı sarı-gümüşü rəngli metaldan, paxlava formalı, üzərində ağ şəffaf qaşları olan üzük ümumi çəkisi 4,51 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 315,7 manat, 2 ədəd 583 əyarlı sarı rəngli metaldan, ortasında yaşıl, kənarlarında ağ şəffaf qaşları olan üzük (üzüyün birində 1 ədəd qaş yeri boşdur) ümumi çəkisi 6,17 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 431,9 manat, 1 ədəd 583 əyarlı sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük ümumi çəkisi 4,14 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 289,8 manat, 1 ədəd 583 əyarlı sarı rəngli metaldan üzərində 1 ədəd qırmızı rəngli karunt qaşı olan üzük ümumi çəkisi 6,05 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 423,5 manat, 1 ədəd 583 əyarlı sarıgümüşü rəngli metaldan, üzərində 1 ədəd qara və ağ şəffaf qaşları olan kişi üzüyü, qara rəngli və 1 ədəd ağ şəffaf qaşlar qiymətli qaşlara aid deyil, digər qaşları briliyantdır, 16 ədədinin hər birinin ölçüsü 0,004 karat, 4/3 keyfiyyətlidirlər; ümumi çəkisi 11,84 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 844,8 manat, 1 ədəd 583 əyarlı sarı-gümüşü rəngli metaldan, üzərində 1 ədəd yaşıl və 6 ədəd ağ şəffaf qaşları olan üzük, yaşıl rəngli qaş qiymətli qaşlara aid deyil, ağ şəffaf qaşları briliyantdır, 6 ədədinin hər birinin ölçüsü 0,003 karat, 4/3 keyfiyyətlidirlər; ümumi çəkisi 6,93 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 491,1 manat, 1 ədəd 750 əyarlı sarı rəngli metaldan qolbaq ümumi çəkisi 10,34 qram, 1 qramın qiyməti 90 manat, ümumi qiymət 930,6 manat, 1 ədəd 750 əyarlı sarı rəngli metaldan, “GRAZİELLA” yazısı olan sırğa cütü ümumi çəkisi 10,24 qram, 1 qramın qiyməti 90 manat, ümumi qiymət 921,6 manat, 1 ədəd 750 əyarlı sarı rəngli metaldan üzük ümumi çəkisi 7,62 qram, 1 qramın qiyməti 90 manat, ümumi qiymət 685,8 manat, 1 ədəd 750 əyarlı sarı rəngli metaldan, üzərində 1 ədəd qara və ağ şəffaf qaşları olan üzük ümumi çəkisi 16,26 qram, 1 qramın qiyməti 90 manat, ümumi qiymət 1463,4 manat, 1 ədəd 583 əyarlı sarı rəngli metaldan boyunbağı ümumi çəkisi 4,75 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 332,5 manat, 2 ədəd sarı rəngli metaldan boyunbağı - metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 29,84 qramdır; 1 qramın qiyməti 70 manat, ümumi qiymət 2088,8 manat, 3 ədəd 585 əyarlı sarı rəngli metaldan boyunbağı ümumi çəkisi 14,54 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 1017,8 manat, 1 ədəd 585 əyarlı sarı rəngli metaldan, kulonu üzərində 1 ədəd ağ şəffaf qaş olan boyunbağı ümumi çəkisi 4,74 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 331,8 manat, 1 ədəd 583 əyarlı sarı rəngli metaldan saat qolbağı ümumi çəkisi 24,59 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 1721,3 manat, 1 ədəd 583 əyarlı sarı rəngli metaldan, üzərində qara və ağ şəffaf qaşları olan kulon ümumi çəkisi 3,35 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 234,5 manat, 2 ədəd 585 əyarlı sarı rəngli metaldan, üzərində şəffaf qaşları olan kulon ümumi çəkisi 7,99 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 559,3 manat, cəmi şəkisi 851,78 qram, dəyəri 67341,6 manat olan qızıl-zinət əşyalarının açıq hərracda satılaraq tələb edilən borcun bir qisminin ödənilməsi, girov qoyulmuş qızıl-zinət əşyaları borcun ödənilməsinə kifayət etmədikdə borcun cavabdehin digər əmlaklarına yönəldilməsi qət edilmiş, ilk iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, "xxxx" ASC-nin (indiki İddiaçı BOKT ASC) Quba filialı ilə Cavabdeh arasında imzalanmış 27.05.2014-cu il tarixli, PB/022/14/042895 saylı kredit (Borc) və girov müqaviləsi ləğv edilmişdir. (hakim Ç.İsgəndərov) Qətnamədən narazı qalan ilk iddia üzrə Cavabdeh ondan apelyasiya şikayəti verərək qətnamənin ilk iddia hissəsində qismən ləğv edilməsini, faiz borcunun ləğv edilməsi, girov qoyulmuş qızıl-zinət əşyaları iddiaçının mülkiyyətində verilməklə əsas borcun silinməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı BOKT ASC (əvvəlki "xxxx" ASC) məhkəmədə iddia qaldıraraq Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 27 may 2014-cü il tarixli, PB/022/14/0422895 saylı kredit (borc) müqaviləsi üzrə 31651,10 ABŞ dolları əsas, 45409,14 ABŞ dolları hesablanmış faiz, 48077,34 ABŞ dolları dəbbə pulu borcu olmaqla, cəmi 125137,58 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, girov qoyulmuş qızıl-zinət əşyaları- sep klonla (əyarı: 585, əşyaların sayı-11, çəkisi-79,9 qram), komplekt sırğa (əyarı:585, əşyaların sayı-5, çəkisi-53,1 qram), kişi və qadın üzükləri (əyarı: 583, əşyaların sayı-11, çəkisi-70,1 qram), sırğa, üzük (əyarı: 583, əşyaların sayı-6, çəkisi-26,2 qram), qadın saatı (əyarı:583, əşyaların sayı-2, çəkisi-28,3 qram), sep, qolbaq (əyarı:500, əşyaların sayı-6 çəkisi-98,3 qram), sep, qolbaq klon, üzük (əyarı:583, əşyaların sayı-10, çəkisi 57,3 qram), komplekt sırğa, üzük, sırğa (əyarı:500, əşyaların sayı-7, çəkisi-58 qram), sep, klon, qolbaq, sırğa (əyarı: 750, əşyaların sayı 28, çəkisi-269,3 qram), sep, qolbaq, sırğa (əyarı:750, əşyaların sayı-3, çəkisi-65 qram), sep (əyarı:750, əşyaların sayı-1, çəkisi-20,5 qram), qolbağ (əyarı: 750, əşyaların sayı-1, çəkisi-7,6 qram), sep, qolbağ (əyarı: 750, əşyaların sayı-2, çəkisi-17,4 qram) açıq hərracda satılaraq tələb edilən borcun bir qisminin ödənilməsi, girov qoyulmuş qızıl-zinət əşyaları borcun ödənilməsinə kifayət etmədikdə borcun cavabdehin digər əmlaklarına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT ASC tələbini bununla əsaslandırmışdır ki, Cavabdeh əvvəlki "xxxx" ASC-nin (indiki İddiaçı BOKT ASC-nin) Quba filialından 27 may 2014-cü il tarixli, PB/022/14/042895 saylı kredit (borc) və girov müqaviləsinə əsasən illik 32 faizlə 36 ay müddətinə məişət avadanlıqlarının alınması məqsədilə 38675 ABŞ dolları borc almışdır. Bu borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki 19 339 ABŞ dolları (15 170 manat) məbləğində qiymətləndirilmiş qızıl-zinət əşyalarını- sep klonla (əyarı: 585, əşyaların sayı- 11, çəkisi-79.9), kom.sırğa (əyarı:585, əşyaların sayı-5, çəkisi-53.1), kişi və qadın üzükləri (əyarı: 583, əşyaların sayı-11, çəkisi70.1), sırğa, üzük (əyarı: 583, əşyaların sayı-6, çəkisi- 26.2), qadın saatı (əyarı:583, əşyaların sayı-2, çəkisi-28.3), sep, sep, qolbaq (əyarı:500, əşyaların sayı-6 çəkisi-98.3), sep, qolbaq klon, üzük (əyarı:583, əşyaların sayı-10, çəkisi- 57.3), kom.sırğa, üzük, sırğa (əyarı:500, əşyaların sayı-7, çəkisi-58), sep, klon, qolbaq, sırğa (əyarı: 750, əşyaların sayı 28, çəkisi-269.3), sep, qolbaq, sırğa (əyarı:750, əşyaların sayı-3, çəkisi-65), sea (əyarı:750, əşyaların sayı-1, çəkisi-20.5), qolbaq (əyarı: 750, əşyaların sayı-1, çəkisi-7.6), sep, qolbaq (əyarı: 750, əşyaların sayı-2, çəkisi-17.4) girov qoymuş və bu əmlaklar 27 may 2014-cü il tarixli qiymətləndirmə aktı ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 2.7-ci bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0,2 faiz həcmində dəbbə pulu, 5.2-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edilir. 24 aprel 2017-ci ilədək Cavabdeh İddiaçı BOKT ASC-yə 27 may 2014-cü il tarixli, PB/022/14/042895 saylı kredit (borc) və girov müqaviləsi üzrə 31651,10 ABŞ dolları əsas, 45409,14 ABŞ dolları hesablanmış faiz, 48077,34 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 125137,38 ABŞ dolları borcu vardır. Cavabdehə xəbərdarlıq edilməsinə bxmayaraq, borcu ödəməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Cavabdeh məhkəmə gedişatında qarşılıqlı iddia verərək "xxxx" ASC-nin (indiki İddiaçı BOKT ASC) Quba filialı ilə onun arasında imzalanmış 27.05.2014-cu il tarixli, PB/022/14/042895 saylı kredit (Borc) və girov müqavilələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tələbini bununla əsaslandırmışdır ki, onunla "xxxx" ASC-nin (indiki İddiaçı BOKT ASC) Quba filialı arasında imzalanmış 27.05.2014-ci il tarixli, PB/022/14/042895 (Forma 15 PB- KM-FRM-15) saylı Kredit (Borc) və Girov Müqaviləsinin predmetini "xxxx" ASC-nin ona verdiyi, illik faiz dərəcəsi 32,79 % olan 58675 ABŞ dolları pul vəsaiti təşkil edir. Borcun təminatı olaraq, onun əmlakı olan, «Kreditor-girov saxlayan» tərəfindən qiymətləndirilən 19339 (on doqquz min üç yüz otuz doqquz) ABŞ dolları dəyərində qızıl-zinət əşyaları, 27 may 2014-cü il tarixli qiymətləndirmə aktı ilə yüklü edilmişdir. Ayrılmış vəsaitin qaytarılması üçün Ödəniş Cədvəli tərtib olunmuşdur. Müqavilə imzalanarkən «Borclu-girov qoyan»nın öhdəliyi icra etmək imkanları «Kreditor-girov saxlayan» tərəfindən öyrənilmiş və gəlirlər barədə qiymətləndirmə komissiyası müvafiq rəy vermişdir. Bu müddət ərzində onun gəlirlərlərində hər hansı fövqəladə artım olmamış, əksinə manatın devalvasiyası ilə əlaqədar kəskin maliyyə itkiləri yaranmışdır. Onun qızıl zinət əşyalarının siyahısında təhriflərə yer verilmişdir. Belə ki, komplekt sırğanın (əyarı: 583, əşyaların sayı - 5, çəkisi - 53.1) brilyant qaşlı və kişi və qadın üzüklərinin əyarı: 583, əşyaların sayı - 11, çəkisi - 70.1) brilyant və yaqut qaşlı olması göstərilməmiş, eləcə də sep, qolbağ, sırğa (əyarı: 583, əşyaların sayı - 3, çəkisi - 65) olan qızıl-zinət əşyalarının əyarı iddia ərizəsində göstərildiyi kimi 583 deyil, 750-dir. Bank fəaliyyətində risklərin təsnifatı və idarə edilməsi sistemi, “Banklarda risklərin idarə olunması haqqında Qaydalar”ın (Azərbaycan Respublikası Mərkəzi X4 9 dekabr 2013-cü il tarixli qərarı ilə təsdiq edilmişdir) 3-cü bəndində öz əksini tapmışdır. Hazırkı mübahisədən də aydın olur ki, «Kreditor- girov saxlayan», «Borclu-girov qoyan»dan asılı olmayan “bazar riskini” “kredit riski” kimi təqdim edərək, Şabran Rayon Məhkəməsindən öz xeyrinə qətnamə əldə edəcəyini ehtimal edir. Xarici valyutada olan kreditlər üzrə borcların ödənilməsi zamanı «Borclu-girov qoyan»nın maliyyə yükünün müqavilədə nəzərdə tutulmuş ödəniş qrafıkindən çox fərqlənməməsi üçün “Kreditor-girov saxlayan” tərəfindən aylıq ödənişlərin əvvəlki səviyyədə aparılmasına imkan verən restrukturizasiya tədbirləri həyata keçirməli olduğundan, manatın devalvasiyası nəticəsində onun iradəsindən asılı olmayaraq yaranmış borc yükünün bir hissəsinin bank tərəfindən qarşılanması ilə bağlı hər hansı bir təklif daxil olmamışdır. Əksinə, Azərbaycan Respublikasının milli valyutasının ABŞ dolları ilə müqayisədə dəyərinin itirilməsindən sonra, "xxxx" ASC-nin Quba filialından mütəmadi olaraq, müxtəlif vaxtlarda ona məktublar göndərilərək, bazar riskinin itkilərini onun tərəfindən qarşılanmasını tələb etmişlər. Bununla bağlı onun özünün "xxxx" ASC-nin Quba filialına rəsmi müraciətləri də olmuş və bildirmişdir ki, 27.05.2014-cü il tarixli, PB/022/14/042895 saylı Kredit (Borc) və Girov Müqaviləsinin şərtlərində manatın devalvasiyası ilə əlaqədar “Kreditor-girov saxlayan»ın itkilərinin onun tərəfindən ödəniləcəyi ilə bağlı öhdəlik yoxdur. Lakin buna baxmayaraq, tərəfindən "xxxx" ASC-nin Quba filialına müraciət olunaraq, ayrılmış kredit vəsaitinin qaytarılması üçün Ödəniş Cədvəlinə uyğun mütəmadi ödəmələrin nəzərə alınmasını və girov qoyulan qızıl- zinət əşyalarının açıq hərracda satılaraq borcun bağlanılmasını təklif etmişdir. Bankın Quba filialının müdir əvəzi Cəlal Nağıyev 01.06.2015-ci il tarixində 924/15 saylı məktubla 27.05.2014-cü il tarixli, PB/022/14/042895 saylı Kredit (Borc) və Girov Müqaviləsi üzrə sənədlərin artıq məhkəməyə göndərildiyini bildirmişdir. Digər müraciətləri də mahiyyət etibarı ilə eyni məzmumlu məktublarla cavablandırılmışdır. “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və maliyyə-avadlılığının artırılması” layihəsi əsasında hər bir bankda və bank olmayan kredit təşkilatlarında istehlakçılarının müraciətlərinə baxılmasına dair Metodoloji Rəhbərlik hazırlanıb. "xxxx" ASC-nin hüquqi varisi olan İddiaçı BOKT ASC-nin öz müştərisi ilə yaratdığı münasibətlərdən də aydın olur ki, «Bank» xidmət göstərdiyi müştərisinin istehlakçı hüquqlarını tanımır. İddiaçı BOKT ASC-nin iddia tələblərində, manatın devalvasiyası ilə bağlı Borclu-girov qoyan»a hər hansı güzəşt edildiyi göstərilməmişdir. 27.05.2014-cü il tarixli, PB/022/14/042895 saylı Kredit (Borc) və Girov Müqaviləsi notariat qaydasında təsdiqlənməmiş, girov hüququ isə dövlət qeydiyyatına alınmadığından hazırda «Borclu-girov qoyan»a qarşı tamamilə əsassız borc hesablanmışdır. O, 27 may 2014-cü il tarixində, "xxxx" ASC-nin (indiki İddiaçı BOKT ASC) Quba filialında Kredit (Borc) və Girov Müqaviləsini imzalayarkən, müqavilənin şərtlərinə görə 36 ay ərzində aylıq ödənişin məbləği 1684,47 ABŞ dolları nəzərdə tutulmuşdur. 11 ay ərzində tərəfindən kreditin qaytarılması istiqamətində 17333 ABŞ dolları "Parabank” ASCyə (indiki İddiaçı BOKT ASC) qaytarılmışdır. Onun müqavilə üzrə ümumi olaraq banka 38675 ABŞ dolları borclu olduğunu hesab etsək, 11 ay ərzində 17333 ABŞ dollar ödənildiyi üçün, 21342 ABŞ dolları borc olduğu ortaya çıxır. Lakin, onun girovda olan qızıl zinət əşyalarının açıq hərracda satışından əldə olanacaq məbləğ göstərilən borc məbləğindən artıq edir. Buna görə də "xxxx" ASC-nin (indiki İddiaçı BOKT ASC) Quba filialı ilə onun arasında imzalanmış 27.05.2014-cü il tarixli PB/022/14/042895 saylı Kredit (Borc) və Girov Müqaviləsinin ləğv edilməsi, ekspert tərəfindən hesablanmış qızıl-zinət əşyalarının dəyəri nəzərə alınmaqla, qanunsuz hesablanmış faiz borcunun ləğv edilməsi və girov qoyulmuş qızıl-zinət əşyalarının İddiaçı BOKT ASC-nin mülkiyyətinə verilməklə əsas borcun silinməsi barədə qətnamə çıxarılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsasızdır. Belə ki, 27.05.2014-cü il tarixli, PB/022/14/042895 saylı Kredit (Borc) və kreditin təminatı kimi girov müqaviləsi imzalanarkən ondan "xxxx" ASC iltizam almış və həmin iltizamda göstərilmişdir ki, bağlanmış kredit müqaviləsinə əsasən ona məxsus qızıl-zinət əşyalarına yönəldilməsi haqqında bildirişi aldığı gündən 7 gün ərzində qızıl predmetinin satılması barədə şəxsən gəlib bankla razılaşmışdır, məhkəməyə müraciət edilmədən həmin girov qızılın satılaraq borcun əvəzinə yönəltməsinə razıdır. Banka girov qoyulmuş ona məxsus qızıl-zinət əşyaları satılıb borcun əvəzinə ödənildikdən sonra banka qarşı iddia və tələbi olmayacaqdır. Bundan başqa, Azərbaycan Respublikasında manatın 2014-2015-ci illərdə devalvasiyası ilə əlaqədar olaraq manat dəyərini itirmiş və dolların məzənnəsi qalxmışdır, onun tərəfindən isə 2015-ci ildə banka müraciət olunaraq bildirilmişdir ki, dolların məzənnəsi qalxdığından banka olan borcu ödəyə bilmir və girov qoyduğu əmlak real bazar qiyməti ilə qiymətləndirilərək borcun əvəzinə götürülsün. Lakin iddiaçı 2015-ci ildən onunla bank arasında bağlanan bu müqaviləyə əməl etməyərək qanunsuz olaraq faiz borcları hesablamış və ona 20173,94 ABŞ dolları faiz borcu hesablanmışdır. Digər tərəfdən, Məhkəmə Ekspertizası Mərkəzinin 25 yanvar 2021-ci il tarixli, 9/5077 saylı rəyi ilə onun girovda olan qızıl-zinət əşyalarımın çəkisi 851,78 qram, hazırki orta bazar qiyməti isə 67341,60 manat müəyyən edilmişdir. Eyni zamanda onun tərəfindən məhkəməyə təqdim olunmuş müstəqil qiymətləndiricinin rəyi ilə bu əmlakların orta bazar qiyməti 80646,7 manat və ya 47439,20 ABŞ dolları təşkil etdiyi qeyd olunmuşdur. Məhkəmə tərəfindən əmlakın real deyil, orta bazar qiymətinin müəyyən edilməsi barədə sualı onun əmlakının real qiymətindən aşağı qiymətləndirilməsinə səbəb olmuş, ekspertiza keçirilərkən onun iştirakı təmin edilməmiş, bununla da onun hüquqları pozulmuşdur. İşə baxan məhkəmə bu halları nəzərə almadığından, qətnamə ilk iddia hissəsində qismən ləğv edilməli, faiz borcunun ləğv edilməsi və girov qoyulmuş qızıl-zinət əşyaları iddiaçının mülkiyyətində verilməklə əsas borcun silinməsi barədə yeni qətnamə çıxarılmalıdır. Apelyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətini müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. Bildirdi ki, qətnamə ilə qət olunan borc bank tərəfindən süni şəkildə şişirdilmişdir. Əslində ona heç bir faiz borcu tətbiq edilməməlidir. Belə ki, 2015-ci ilin ilk devalvasiyasından sonra götürülmüş krediti artıq ödəmək imkanı olmadığından 27.05.2015-ci ildə rəsmi qaydada banka müraciət edərək girov qoyulmuş qızıl-zinət əşyalarının satılması və əldə edilmiş vəsait hesabına kredit borcunu bağlamağı xahiş etmişdir. Bank da ona 04.06.2015-ci ildə cavab məktubunda 08.06.2015-ci ildə hərrac keçiriləcəyini, sənədlərin isə məhkəməyə göndərildiyini bildirmişdir. Bundan sonra onu narahat edən olmamış və o da arxayın olmuşdur ki, bank girov qoyulmuş qızılları satıb borcu bağlayıb. Göründüyü kimi bank onu aldadaraq, borcun süni şişirdilməsinə nail olmuşdur. Ona görə də yaranmış borc məbləği onun banka müraciət etdiyi tarixə, yəni 27.05.2015-ci il tarixinə hesablanıb tutulmalıdır. Bu barədə sonuncu ekspert rəyindəki faiz borcu həqiqəti əks etdirir. O, mübahisə üzrə qətnamə qəbul edilərkən rəyin nəzərə alınmasını xahiş etdi. Apelyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi X3 da Cavabdeh izahatı ilə oxşar məzmunda izahat verərək şikayəti müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. İlk iddia üzrə iİddiaçı BOKT ASC-nin nümayəndəsi X5 məhkəmə kollegiyasının iclasında şikayətə etiraz etdi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə etdi ki, işə baxan məhkəmə onların tələbini tam etməsə də, xüsusən dəbbə pulu barədə tələblərini tam rədd etsə də bank borclunun maddi vəziyyətini nəzərə alıb həmin qətnaməni mübahisələndirməmişdir və məhkəmənin gəldiyi nəticə ilə razıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 27 may 2014-cü il tarixli, PB/022/14/042895 saylı kredit (borc) və girov müqaviləsindən görünür ki, Cavabdeh əvvəlki "xxxx" ASC-nin (indiki İddiaçı BOKT ASC-nin) Quba filialından illik 32 faizlə 36 ay müddətinə məişət avadanlıqlarının alınması məqsədilə 38675 ABŞ dolları borc almışdır. Bu borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki 19339 ABŞ dolları (15170 manat) məbləğində qiymətləndirilmiş qızıl-zinət əşyaları- sep klonla (əyarı: 585, əşyaların sayı-11, çəkisi-79,9 qram), komplekt sırğa (əyarı:585, əşyaların sayı-5, çəkisi-53,1 qram), kişi və qadın üzükləri (əyarı: 583, əşyaların sayı-11, çəkisi-70,1 qram), sırğa, üzük (əyarı: 583, əşyaların sayı-6, çəkisi-26,2 qram), qadın saatı (əyarı:583, əşyaların sayı-2, çəkisi-28,3 qram), sep, sep, qolbağ (əyarı:500, əşyaların sayı-6 çəkisi-98,3 qram), sep, qolbağ, kulon, üzük (əyarı:583, əşyaların sayı-10, çəkisi-57,3 qram), komplekt sırğa, üzük, sırğa (əyarı:500, əşyaların sayı-7, çəkisi 58 qram), sep, kulon, qolbağ, sırğa (əyarı: 750, əşyaların sayı 28, çəkisi- 269,3 qram), sep, qolbağ, sırğa (əyarı:750, əşyaların sayı-3, çəkisi-65 qram), sep (əyarı:750, əşyaların sayı-1, çəkisi-20,5 qram), qolbağ (əyarı: 750, əşyaların sayı-1, çəkisi- 7,6 qram), sep, qolbağ (əyarı: 750, əşyaların sayı-2, çəkisi-17,4) qram 27 may 2014-cü il tarixli qiymətləndirmə aktına əsasən bankın xeyrinə girovla yüklü edilmişdir. Yenə iş materiallarında olan Məhkəmə Espektiza Mərkəzi tərəfindən verilmiş 30 iyul 2020-ci il tarixli, 9/1002 saylı mühasibatlıq ekspertizasının rəyindən görünür ki, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) 27 may 2014-cü il tarixli, PB/022/14/042895 saylı kredit müqaviləsi üzrə Cavabdeh 24 aprel 2017-ci il tarixədək banka olan borcu 51827,62 ABŞ dolları məbləğində müəyyən olunur - o cümlədən: əsas borc üzrə – 31653,67 ABŞ dolları, faiz borcu üzrə 20173,94 ABŞ dolları. Yenə də iş materiallarında olan 05 iyun 2015-ci il tarixli, 723/15 saylı, 31 oktyabr 2016-cı il tarixli, 1579/16/PBQ saylı bildiriş məktublarından görünür ki, Cavabdeh kredit borcunun ödənilməsi barədə ləğv prosesində olan "xxxx" ASC tərəfindən xəbərdarlıq edilmişdir. İşə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 dekabr 2020-ci il tarixli, 6/2496 saylı ekspert rəyindən görünür ki, qarşıya qoyulmuş suallara cavab vermək məqsədilə təqdim edilmiş məmulatlar əvvəlcə mikroskopla (Kruss markalı gemmoloji mikroskop, böyütməsi 10 dəfəyə kimi, süni işıqlanma) müayinə olundu. Çəkisi “Sartorius” markalı elektron laboratoriya tərəzisində çəkildi. Məmulatların əyarı məhək daşı üsulu ilə müəyyən edildi. Məmulatın üzərində olan qaşlar “Presidium Duotester” cihazı ilə müayinə olundu. Paketlər şərti olaraq nömrələndi. Aparılmış tədqiqatların nəticəsində aşağıdakılar müəyyən olundu: Paket 1: 1. 1 ədəd sarı-gümüşü rəngli metaldan boyunbağı qolbaq dəsti - üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 17,39 qramdır; 2. 1 ədəd sarı rəngli metaldan qolbaq - üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 7,55 qramdır; 3. 1 ədəd sarı rəngli metaldan boyunbağı - üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 20,55 qramdır; 4. 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan boyunbağı- qolbaq-sırğa cütü dəsti - üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 64,87 qramdır, qaşları qiymətli qaşlara aid deyil; Paket 2: 1. 1 ədəd sarı rəngli metaldan qolbaq üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 10,79 qramdır; 2. 1 ədəd sarı rəngli metaldan qolbaq - üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 8,66 qramdır; 3. 1 ədəd sarı rəngli metaldan boyunbağı - üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 9,14 qramdır; 4. 1 ədəd sarı rəngli metaldan boyunbağı - üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 22,56 qramdır; 5. 1 ədəd sarı rəngli metaldan, üzərində ürək formalı elementləri və ağ şəffaf qaşları olan kulonlu boyunbağı - üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 13,17 qramdır, qaşları qiymətli qaşlara aid deyil; 6. 1 ədəd sarı rəngli metatdan, üzərində ürək formalı elementləri olan boyunbağı üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 6,78 qramdır; Paket 3: 1. 1 ədəd sarı-gümüşü rəngli metaldan boyunbağı qolbaq dəsti üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 15,09 qramdır; 2. 1 ədəd sarıgümüşü rəngli metaldan kulonu olan sarı rəngli metaldan boyunbağı - üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 4,58 qramdır; 3. 1 ədəd sarı rəngli metaldan kulonlu boyunbağı - üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 7,07 qramdır; 4. 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşlı, oval formalı kulonu olan boyunbağı - üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 7,64 qramdır, qaşları qiymətli qaşlara aid deyil; 5. 2 ədəd sarı rəngli metaldan boyunbağı qolbaq dəsti - üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 14,35 qramdır; Paket 4: 1. 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan kulonlu boyunbağı və bilərzik dəsti - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 21,93 qramdır, qaşları qiymətli qaşlara aid deyil; 2. 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan sırğa cütü və üzük dəsti - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 11,38 qramdır, qaşları qiymətli qaşlara aid deyil; 3. 1 ədəd sarıgümüşü rəngli metaldan üzük - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 6,22 qramdır; 4. 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 5,91 qramdır, qaşları qiymətli qaşlara aid deyil; 5. 1 ədəd sarı rəngli metaldan, üzərində 1 ədəd yaşıl və ağ şəffaf qaşları olan üzük - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 3,46 qramdır, qaşları qiymətli qaşlara aid deyil; 6. 1 ədəd sarı rəngli metaldan, üzərində 14 ədəd ağ şəffaf qaş olan üzük - üzərində “PRESTİJ 333” damğa həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 3,07 qramdır, qaşları qiymətli qaşlara aid deyil; 7. 1 ədəd sarı rəngli metaldan kulon - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 5,34 qramdır; Paket 5:
1. 2 ədəd sarı-gümüşü rəngli metaldan boyunbağı qolbaq dəsti - üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 55,59 qramdır; Paket 6: 1. 1 ədəd sarı-yaşılımtıl sarıqırmızımtıl sarı rəngli metaldan boyunbağı qolbaq dəsti üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 32,88 qramdır; 2. 1 ədəd sarıyaşılımtıl sarı-qırmızımtıl sarı rəngli metaldan boyunbağı qolbaq dəsti - üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 48,91 qramdır; 3. 1 ədəd sarı-yaşılımtıl san-qırmızımtıl sarı rəngli metaldan qolbaq - üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 7,48 qramdır; 4. 1 ədəd sarı rəngli metaldan, qapağı üzərində qırmızı rəngli qaşları olan qol saatı - üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, ümumi çəkisi 19,92 qramdır, qaşları karunt qaşlar qrupuna aiddir; 5. 1 ədəd sarı rəngli metaldan qolbaşsız qol saatı - üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, ümumi çəkisi 8,41 qramdır; 6. 1 ədəd sarı rəngli metaldan, ortasında yaşıl, göy, kənarlarında ağ şəffaf qaşları olan sırğa cütü və üzük dəsti - üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 28,98 qramdır, qaşları qiymətli qaşlara aid deyil; 7. 1 ədəd sarı-gümüşü rəngli metaldan, ortasında qara, kənarlarında ağ şəffaf qaşları olan sırğa cütü və üzük dəsti - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 10,79 qramdır, qaşları qiymətli qaşlara aid deyil; 8. 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan sırğa cütü və üzük dəsti - üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 13,19 qramdır, qaşları briliyantdır, 15 ədədinin hər birinin ölçüsü 0,020 karat, 12 ədədinin hər birinin ölşücü 0,004 karat, 4/3 keyfiyyətlidirlər; Paket 7: 1. 1 ədəd sarı-gümüşü rəngli metaldan boyunbağı qolbaq dəsti - üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 25,55 qramdır; 2. 1 ədəd sarı rəngli metaldan gül formalı kulon - üzərində “750" əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 7,85 qramdır; 3. 1 ədəd sarı rəngli metaldan sırğa cütü - üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 5,05 qramdır; 4. 1 ədəd sarı rəngli metaldan boyunbağı - üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 11,26 qramdır; Paket 8: 1. 3 ədəd sarı rəngli metaldan, ortasında yaşıl, kənarlarında ağ şəffaf qaşları olan sırğa cütü və üzük dəsti - üzərində “583" əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 30,28 qramdır, qaşları qiymətli qaşlara aid deyil; 2. 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan sırğa cütü və üzük dəsti - üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 12,05 qramdır, qaşları qiymətli qaşlara aid deyil;
3. 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan sırğa cütü üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 7,61 qramdır, qaşları qiymətli qaşlara aid deyil; 4. 2 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük (üzüyün birində 1 ədəd qaş yeri boşdur) - üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 7,99 qramdır, qaşları qiymətli qaşlara aid deyil; 5. 2 ədəd sarı rəngli metaldan, ortasında yaşıl, kənarlarında ağ şəffaf qaşları olan üzük - üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 16,83 qramdır, qaşları qiymətli qaşlara aid deyil; 6. 1 ədəd sarı rəngli metaldan tək qaşlı sırğa cütü (tayında qaş yeri boşdur) - üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 1,65 qramdır, qaşı qiymətli qaşlara aid deyil; 7. 1 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları sırğa cütü (tayında 1 ədəd qaş yeri boşdur) - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 2,71 qramdır, qaşları qiymətli qaşlara aid deyil; 8. 1 ədəd sarı rəngli metaldan halqa sırğa cütü - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 2,17 qramdır; 9. 1 ədəd sarı-gümüşü rəngli metaldan tək qaşlı üzük - üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 2,87 qramdır, qaşı qiymətli qaşlara aid deyil; 10. 3 ədəd sarı rəngli metaldan üzük - üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 25,67 qramdır, qaşı qiymətli qaşlara aid deyil; 11.1 ədəd sarıgümüşü rəngli metaldan, üzerində 3 ədəd ağ şəffaf qaşları olan üzük - üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 4,78 qramdır, qaşları qiymətli qaşlara aid deyil; 12. 1 ədəd sarıgümüşü rəngli metaldan, paxlava formalı, üzərində ağ şəffaf qaşları olan üzük - üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 4,51 qramdır, qaşları qiymətli qaşlara aid deyil;
13. 2 ədəd sarı rəngli metaldan, ortasında yaşıl, kənarlarında ağ şəffaf qaşları olan üzük (üzüyün birində 1 ədəd qaş yüri boşdur) - üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 6,17 qramdır, qaşları qiymətli qaşlara aid deyil;
14. 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük - üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 4,14 qramdır, qaşları qiymətli qaşlara aid deyil; 15. 1 ədəd sarı rəngli metaldan üzərində 1 ədəd qırmızı rəngli qaşı olan üzük - üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 6,05 qramdır, qaşı karunt qaşlar qrupuna aiddir; 16. 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində 1 ədəd qara və ağ şəffaf qaşları olan kişi üzüyü üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 11.84 qramdır, qara rəngli və 1 ədəd ağ şəffaf qaşlar qiymətli qaşlara aid deyil, digər aaşları briliyantdır, 6 ədədinin hər birinin ölçüsü 0.004 karat, 4/3 keyfiyyətdədirlər, 17. 1 ədəd sarı gümüşü rəngli metaldan, üzərində 1 ədəd yaşıl və 6 ədəd ağ şəffaf qaşları olan üzük - metalı 583 əyari: qızıla uyğundur, çəkisi 6.93 qramdır, yaşıl rəngli qaş qiymətli qaşlara aid deyil, ağ şəffaf qaşları briliyantdır. 6 ədədinin hər birinin ölçüsü 0,003 karat, 4/3 keyfiyyətlidirlər; Paket 9: 1. 1 ədəd sarı rəngli metaldan qolbaq - üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 10,34 qramdır; 2. 1 ədəd sarı rəngli metaldan, “GRAZİELLA” yazısı olan sırğa cütü - metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 10,24 qramdır; 3. 1 ədəd sarı rəngli metaldan üzük - üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 7,62 qramdır; 4. 1 ədəd sarı rəngli metaldan, üzərində 1 ədəd qara və ağ şəffaf qaşları olan üzük - üzərində “18K” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 16,26 qramdır, qaşları qiymətli qaşlara aid deyil; Paket 10: 1. 1 ədəd sarı rəngli metaldan boyunbağı - üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 4,75 qramdır; 2. 2 ədəd sarı rəngli metaldan boyunbağı - metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 29,84 qramdır; 3. 3 ədəd sarı rəngli metaldan boyunbağı üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 14,54 qramdır; 4. 1 ədəd sarı rəngli metaldan kulonu üzərində 1 ədəd ağ şəffaf qaş olan boyunbağı - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 4,74 qramdır, qaşlarıp qiymətli qaşlara aid deyil; 5. 1 ədəd sarı rəngli metaldan saat qolbağı - metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 24,59 qramdır; 6. 1 ədəd sarı rəngli metaldarv üzərində qara və ağ şəffaf qaşları olan kulon - üzərində “5 -” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 3,35 qramdır, qaşları qiymətli qaşlara aid deyil: 7. 2 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan kulon - üzərində “14K” əyar damğası həkk olunmuşdur, metal» 585 əyarlı qızıla uyğundur, çəkisi 7,99 qramdır, qaşları qiymətli qaşlara aid deyil. Yenə işə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 yanvar 2021-ci il tarixli, 9/5077 saylı ekspert rəyindən görünür ki, tədqiqat obyektləri Mərkəzə 1 ədəd banka məxsus AC2096085 nömrəli polietilen paketdə təqdim edilmişdir. Malın (işin,xidmətin) bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymət deməkdər. Malın (işin,xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin,xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatlarından və digər müvafiq məlumatlardan istifadə edilir. Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində respublikada yerləşən ticarət mərkəzlərində və xüsusiləşmiş zərgərlik məmulatlarının satışı şəbəkələrində mövcud olan qiymətlərə əsasən və eləcə də Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, 1 qram “583/585” əyarlı qızılın məmulat kimi qiymətinin 70,00 manat, 1 qram “750” əyarlı qızılın məmulat kimi qiymətinin 90,00 manat olmasını nəzərə alaraq təqdim edilmiş qızıl-zinət əşyalarının hazırki orta bazar dəyəri təxminən aşağıdakı kimi müəyyən edilir: 1 ədəd 750 əyarlı sarı-gümüşü rəngli metaldan boyunbağı-qolbaq dəsti, ümumi çəkisi 17.39, 1 qramın qiyməti 90 manat, ümumi qiymət 1565.1 manat, 1 ədəd 750 əyarlı sarı rəngli metaldan qolbaq ümumi çəkisi, 7.55 qram, 1 qramın qiyməti 90 manat, ümumi qiyməti 679.5 manat, 1 ədəd 750 əyarlı sarı rəngli metaldan boyunbağı çəkisi 20.55qram, 1 qramın qiyməti 90 manat, ümumi qiymət 1849.5 manat, 1 ədəd 750 əyarlı sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan boyunbağı-qolbaq- sırğa cütü dəsti ümumi çəkisi 64.87 qram, 1 qramın qiyməti 90 manat, ümumi qiymət 5838.3 manat, 1 ədəd 750 əyarlı sarı rəngli metaldan qolbaq ümumi çəkisi 10.79 qram, 1 qramın qiyməti 90 manat, ümumi qiymət 971.1 manat,1 ədəd 750 əyarlı sarı rəngli metaldan qolbaq ümumi çəkisi 8.66 qram, 1 qramın qiyməti 90 manat, ümumi qiymət 779.4 manat, 1 ədəd 750 əyarlı sarı rəngli metaldan boyunbağı ümumi çəkisi 9.14 qram, 1 qramın qiyməti 90 manat, ümumi qiymət 822.6 manat, 1 ədəd 750 əyarlı sarı rəngli metaldan boyünbağı ümumi çəkisi 22.56 qram, 1 qramın qiyməti 90 manat, ümumi qiymət 2030.4 manat, 1 ədəd 750 əyarlı sarı rəngli metaldan, üzərində ürək formalı elementləri və ağ şəffaf qaşları olan kulonlu boyunbağı, ümumi çəkisi 13.17qram, 1 qramın qiyməti 90 manat, ümumi qiymət 1185.3 manat, 1 ədəd 750 əyarlı sarı rəngli metaldan, üzərində ürək formalı elementləri olan boyunbağı ümumi çəkisi 6.78 qram, 1 qramın qiyməti 90 manat, ümumi qiymət 610.2 manat, 1 ədəd 750 əyarlı sarı-gümüşü rəngli metaldan boyunbağı qolbaq dəsti ümumi çəkisi 15.09 qram, 1 qramın qiyməti 90 manat, ümumi qiymət 1358.1 manat, 1 ədəd 750 əyarlı sarı-gümüşü rəngli metaldan kulonu olan sarı rəngli metaldan boyunbağı ümumii çəkisi 4.58 qram, 1 qramın qiyməti 90 manat, ümumi qiymət 412.2 manat, 1 ədəd 750 əyarlı sarı rəngli metaldan kulonlu boyunbağı ümumi çəkisi 7.07 qram, 1 qramın qiyməti 90 manat, ümumi qiymət 636.3, 1 ədəd 750 əyarlı sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşlı, oval formalı kulonu olan boyunbağı ümumi çəkisi 7.64 qram, 1 qramın qiyməti 90manat, ümumi qiymət 687.6 manat, 2 ədəd 750 əyarlı sarı rəngli metaldan boyunbağı qolbaq dəsti ümumi çəkisi 14.35 qram, 1 qramın qiyməti 90 manat, ümumi qiymət 1291.5 manat, 1 ədəd 585 əyarlı sarıgümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan kulonlu boyunbağı və bilərzik dəsti ümumi çəkisi 21.93 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 1535.1 manat, 1 ədəd 585 əyarlı sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan sırğa cütü və üzük dəsti ümumi çəkisi 11.38 qram, 1 qramın qiyməti 70manat, ümumi qiymət 796.6 manat, 1 ədəd 585 əyarlı sarı-gümüşü rəngli metaldan üzük ümumi çəkisi 6.22 qram, 1 qramın qiyməti 70manat, ümumi qiymət 435.4manat, 1 ədəd 585 əyarlı sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük ümumi çəkisi 5.91 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 413.7 manat, 1 ədəd 585 əyarlı sarı rəngli metaldan, üzərində 1 ədəd yaşıl və ağ şəffaf qaşları olan üzük ümumi çəkisi 3.46 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 242.2 manat, 1 ədəd 585 əyarlı sarı rəngli metaldan, üzərində 14 ədəd ağ şəffaf qaş olan üzük ümumi çəkisi 3.07 qram, 1 qramın qiyməti 70manat, ümumi qiymət 214.9 manat, 1 ədəd 585 əyarlı sarı rəngli metaldan kulon ümumi çəkisi 5.34 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 373.8 manat, 2 ədəd 750 əyarlı sarı-gümüşü rəngli metaldan boyunbağı qolbaq dəsti ümumi çəkisi 55.59 qram, 1 qramın qiyməti 90 manat, ümumi qiymət 5003.1 manat, 1 ədəd 583 əyarlı sarı-yaşılımtıl sarı-qırmızımtıl sarı rəngli metaldan boyunbağı qolbaq dəsti ümumi çəkisi 32.88 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 2301.6 manat, 1 ədəd 583 əyarlı sarı-yaşılımtıl sarı-qırmızımtıl sarı rəngli metaldan boyunbağı qolbaq dəsti ümumi çəkisi 48.91 qram, 1 qramın qiyməti 70 qram, ümumi qiymət 3423.7 manat, 1 ədəd 583 əyarlı sarı-yaşılımtıl sarı-qırmızımtıl sarı rəngli metaldan qolbaq ümumi çəkisi 7.48 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 523.6 manat, 1 ədəd 583 əyarlı, sarı rəngli metaldan, qapağı üzərində qırmızı rəngli karunt qaşları olan qol saatı ümumi çəkisi 19.92 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 1394.4 manat, 1 ədəd 583 əyarlı sarı rəngli metaldan qolbaqsız qol saatı ümumi çəkisi 8.41 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 588.7manat, 1 ədəd 583 əyarlı sarı rəngli metaldan, ortasında yaşıl, göy, kənarlarında ağ şəffaf qaşları olan sırğa cütü və üzük dəsti ümumi çəkisi 28.98 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 2028.6 manat, 1 ədəd 585 əyarlı sarı-gümüşü rəngli metaldan, ortasında qara, kənarlarında ağ şəffaf qaşları olan sırğa cütü və üzük dəsti ümumi çəkisi 10.79 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 755.3 manat, 1 ədəd 583 əyarlı sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan sırğa cütü və üzük dəsti, qaşları briliyantdır, 15 ədədinin hər birinin ölçüsü 0,020 karat, 12 ədədinin hər birinin ölçüsü 0,004 karat, 4/3 keyfiyyətlidirlər; ümumi çəkisi 13.1 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 1013 manat, 1 ədəd 750 əyarlı sarıgümüşü rəngli metaldan boyunbağı qolbaq dəsti ümumi çəkisi 25.55 qram, 1 qramın qiyməti 90 manat, ümumi qiymət 2299.5 manat, 1 ədəd 750 əyarlı sarı rəngli metaldan gül formalı kulon ümumi çəkisi 7.85 qram, 1 qramın qiyməti 90 manat, ümumi qiymət 706.5 manat, 1 ədəd 750 əyarlı sarı rəngli metaldan sırğa cütü ümumi çəkisi 5.05 qram, 1 qramın qiyməti 90 manat, ümumi qiymət 454.5manat, 1 ədəd 750 əyarlı sarı rəngli metaldan boyunbağı ümumi çəkisi 11.26 qram, 1 qramın qiyməti 90 manat, ümumi qiymət 1013.4 manat, 3 ədəd 583 əyarlı sarı rəngli metaldan, ortasında yaşıl, kənarlarında ağ şəffaf qaşları olan sırğa cütü və üzük dəsti ümumi çəkisi 30.28 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 2119.6 manat, 1 ədəd 583 əyarlı sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan sırğa cütü və üzük dəsti ümumi çəkisi 12.05 qram, 1 qramın qiyməti 70 qram, ümumi qiymət 843.5 manat, 1 ədəd 583 əyarlı sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan sırğa cütü ümumi çəkisi 7.61 qram, 1 qramın qiyməti 70 qram, ümumi qiymət 532.7 manat, 2 ədəd 583 əyarlı sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük (üzüyün birində 1 ədəd qaş yeri boşdur) 7.99 70 559.3 40 2 ədəd 583 əyarlı sarı rəngli metaldan, ortasında yaşıl, kənarlarında ağ şəffaf qaşları olan üzük ümumi çəkisi 16.83 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 1178.1 manat, 1 ədəd 583 əyarlı sarı rəngli metaldan tək qaşlı sırğa cütü (tayında qaş yeri boşdur) ümumi çəkisi 1.65 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 115.5 manat, 1 ədəd 585 əyarlı sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları sırğa cütü (tayında 1 ədəd qaş yeri boşdur) ümumi çəkisi 2.71 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 189.7 manat, 1 ədəd 585 əyarlı sarı rəngli metaldan halqa sırğa cütü ümumi çəkisi 2.17 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiyməti 151.9 manat, 1 ədəd 583 əyarlı sarıgümüşü rəngli metaldan tək qaşlı üzük ümumi çəkisi 2.87 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 200.9 manat, 3 ədəd 583 əyarlı sarı rəngli metaldan üzük ümumi çəkisi 25.67 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 1796.9 manat, 1 ədəd 583 əyarlı sarı-gümüşü rəngli metaldan, üzərində 3 ədəd ağ şəffaf qaşları olan üzük ümumi çəkisi 4.78 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 334.6 manat, 1 ədəd 583 əyarlı sarı-gümüşü rəngli metaldan, paxlava formalı, üzərində ağ şəffaf qaşları olan üzük ümumi çəkisi 4.51 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 315.7 manat, 2 ədəd 583 əyarlı sarı rəngli metaldan, ortasında yaşıl, kənarlarında ağ şəffaf qaşları olan üzük (üzüyün birində 1 ədəd qaş yeri boşdur) ümumi çəkisi 6.17 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 431.9 manat, 1 ədəd 583 əyarlı sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük ümumi çəkisi 4.14 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 289.8 manat, 1 ədəd 583 əyarlı sarı rəngli metaldan üzərində 1 ədəd qırmızı rəngli karunt qaşı olan üzük ümumi çəkisi 6.05 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 423.5 manat, 1 ədəd 583 əyarlı sarıgümüşü rəngli metaldan, üzərində 1 ədəd qara və ağ şəffaf qaşları olan kişi üzüyü. Qara rəngli və 1 ədəd ağ şəffaf qaşlar qiymətli qaşlara aid deyil, digər qaşları briliyantdır, 16 ədədinin hər birinin ölçüsü 0,004 karat, 4/3 keyfiyyətlidirlər; ümumi çəkisi 11.84 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 844.8 manat, 1 ədəd 583 əyarlı sarı-gümüşü rəngli metaldan, üzərində 1 ədəd yaşıl və 6 ədəd ağ şəffaf qaşları olan üzük. Yaşıl rəngli qaş qiymətli qaşlara aid deyil, ağ şəffaf qaşları briliyantdır, 6 ədədinin hər birinin ölçüsü 0,003 karat, 4/3 keyfiyyətlidirlər; ümumi çəkisi 6.93 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 491.1 manat, 1 ədəd 750 əyarlı sarı rəngli metaldan qolbaq ümumi çəkisi 10.34 qram, 1 qramın qiyməti 90 manat, ümumi qiymət 930.6 manat, 1 ədəd 750 əyarlı sarı rəngli metaldan, “GRAZİELLA” yazısı olan sırğa cütü ümumi çəkisi 10.24 qram, 1 qramın qiyməti 90 manat, ümumi qiymət 921.6 manat, 1 ədəd 750 əyarlı sarı rəngli metaldan üzük ümumi çəkisi 7.62 qram, 1 qramın qiyməti 90 manat, ümumi qiymət 685.8 manat, 1 ədəd 750 əyarlı sarı rəngli metaldan, üzərində 1 ədəd qara və ağ şəffaf qaşları olan üzük ümumi çəkisi 16.26 qram, 1 qramın qiyməti 90 manat, ümumi qiymət 1463.4 manat, 1 ədəd 583 əyarlı sarı rəngli metaldan boyunbağı ümumi çəkisi 4.75 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 332.5 manat, 2 ədəd sarı rəngli metaldan boyunbağı - metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 29,84 qramdır; 1 qramın qiyməti 70 manat, ümumi qiymət 2088.8 manat, 3 ədəd 585 əyarlı sarı rəngli metaldan boyunbağı ümumi çəkisi 14.54 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 1017.8 manat, 1 ədəd 585 əyarlı sarı rəngli metaldan, kulonu üzərində 1 ədəd ağ şəffaf qaş olan boyunbağı ümumi çəkisi 4.74 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 331.8 manat, 1 ədəd 583 əyarlı sarı rəngli metaldan saat qolbağı ümumi çəkisi 24.59 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 1721.3 manat, 1 ədəd 583 əyarlı sarı rəngli metaldan, üzərində qara və ağ şəffaf qaşları olan kulon ümumi çəkisi 3.35 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 234.5 manat, 2 ədəd 585 əyarlı sarı rəngli metaldan, üzərində şəffaf qaşları olan kulon ümumi çəkisi 7.99 qram, 1 qramın qiyməti 70 manat, ümumi qiymət 559.3 manat, cəmi-851.78 qram, 67341.6 manat. Yenə də işə əlavə edilmiş “Əmlak Ekspert Mərkəzinin” 26 yanvar 2021-ci il tarixli rəyindən görünür ki, 27 may 2014-cü il tarixli PB/022/14/0422895 saylı kredit (borc) və girov müqaviləsi üzrə girov qoyulmuş qızıl-zinət əşyalarının həmin tarixə bazar dəyəri 80646,7 manat (47439,2 ABŞ dolları) təşkil edir. İş materiallarında olan 27 may 2015-ci il tarixli ərizədən görünür ki, Cavabdeh manatın devalvasiyası şəraitində maddi vəziyyətinin pisləşməsi, buna görə də müqavilənin ləğv edilməsi, girov qoyulmuş əmlakı götürməklə öhdəliklərə xitam verilməsi barədə "xxxx" ASC-yə təklif göndərmişdir. Yenə iş materiallarında olan "xxxx" ASC-nin Quba Filialının 27 may 2015-ci il tarixli məktubundan görünür ki, 27 may 2014-cü il tarixli PB/022/14/0422895 saylı kredit (borc) və girov müqaviləsinin ləğv edilməsi barədə Cavabdeh təklifi müsbət cavablandırılmamış və müqavilə üzrə öhdəliklərin davam etməsi bildirilmişdir. Yenə də iş materiallarında olan Məhkəmə Espektizası Mərkəzi tərəfindən verilmiş 09 iyul 2021-ci il tarixli 9/3626 saylı mühasibatlıq ekspertizasının rəyindən görünür ki, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) 27 may 2014-cü il tarixli PB/022/14/042895 saylı kredit müqaviləsi üzrə Cavabdeh 27 may 2015-ci il tarixədək banka olan borcu 32497,77 ABŞ dolları məbləğində müəyyən olunur o cümlədən: əsas borc üzrə – 31653,67 ABŞ dolları, faiz borcu üzrə 844,10 ABŞ dolları.
M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İlk iddianın təmin edilməmiş hissəsində, eləcə də qarşılıqlı iddianın təmin edilmiş hissəsində qətnamədən apellyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası AR MPM-in 372.6-cı maddəsinə uyğun olaraq həmin hissələrdə araşdırma aparmamışdır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Şabran Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2(031)-5/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh keçmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Quba” filialından 27.05.2014-cü il tarixli, PB/022/14/0422895 saylı kredit (borc) və girov müqaviləsinə əsasən illik 32 faizlə, 36 ay müddətinə 38675 ABŞ dolları borc almışdır. Bu kredit müqaviləsinin təminatı olaraq, borclu Cavabdeh özünə məxsus olan və bank tərəfindən 19339 ABŞ dolları (15170 manat) məbləğində dəyərləndirilən bir neçə qızıl-zinət əşyalarını qirovla yüklü etmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq, borc tam ödənilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Kreditin alınmasına baxmayaraq, cavabdeh kredit vəsaitinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Yuxarıdakı normaların tələblərindən də aydın olur ki, borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə kreditorun bunu tələb etmək hüququ yaranır və kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə borclu kreditor qarşısında məsuliyyət daşıyır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya kredit müqaviləsindəki öhdəliklərini yerinə yetirmədiyinə görə 31653,67 ABŞ dolları əsas, 20173,94 ABŞ dolları hesablanmış faiz borcu olmaqla cəmi 51827,62 ABŞ dolları borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla, o cümlədən məlum ekspert rəyilə təsdiq olunur. Cavabdeh apelyasiya şikayətində faiz borcunu mübahisələndirsə də, bu borcun əsassızlığına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası bu dəlilləri qiymətləndirərək belə hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı bu hissədə qismən təmin edərkən düzgün nəticəyə gəlmişdir. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı yaranan borc ödənilmədiyi üçün bunu girov predmetinə yönəltməyi tələb etməkdə haqlıdır. Bu baxımdan məhkəmə kollegiyası aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Yenə həmin Məcəllənin 296.1-ci maddəsinə görə girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Yuxarıda qeyd olunduğu kimi, borclu Cavabdeh kredit müqaviləsi üzrə bank qarşısında öhədliklərini icra etməmiş, nəticədə iddiaçı qarşısında borcu yaranmışdır və buna görə də «PARA BOKT” ASC-nin girov saxlayan kimi, borcun mübahisə predmeti olan qızıl-zinət əşyalarına yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi barədə iddiası əsaslıdır. Ümumilikdə mübahisə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, ilk iddianın təmin edilməmiş və qarşılıqlı iddianın təmin edilmiş hissəsində qətnamədən şikayət verilmədiyindən məhkəmə kollegiyası həmin nəticə ilə razılaşır. İş materiallarından görünür ki, tərəflər arasındakı kredit müqaviləsi 27 may 2014-cü ildə 36 ay müddətinə bağlanmışdır və bu müqavilənin müddəti 27 may 2017-ci il tarixdə bitmişdir. Həmin müqavilənin ləğv edilməsi barədə Cavabdeh qarşılıqlı iddia qaldırsa və bu iddia təmin olunsa da, məhkəmə kollegiyası hesab edir ki, əqdin müddətinin tamam olmasına görə həmin tələbin təmin edilməsi zərurəti qalmamış, lakin həmin hissədə qətnamə mübahisələndirilmədiyindən məhkəmə kollegiyası ona qiymət verməyə zərurət görməmişdir. Bununla belə, qarşılıqlı iddianın əsas dəlili ondan ibarətdir ki, R.Məmmdəova manatın devalvasiyasına görə 2015-ci ilin may ayında müqavilənin qarşılıqlı razılaşma əsasında vaxtından əvvəl ləğv edilməsi üçün banka müraciət etmişdir və əgər həmin tarixdə müqavilə ləğv edilsəydi, ona bu məbləğdə faiz hesablanmayacaqdı. İşdən görünür ki, həqiqətən də, Cavabdeh kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsilə bağlı, yəni girov qoyulmuş qızıl-zinət əşyalarının satılması və əldə edilmiş vəsait hesabına kredit borcunun ödənilməsi barədə 26.05.2015-ci il tarixdə iddiaçıya müraciət etmiş, lakin bu təklif bankın 27.05.2015-ci il tarixli məktubu ilə rədd edilmişdir. Bundan sonra isə Cavabdeh eyni tələblə məhkəmədə vaxtında iddia qaldırmamış, kredit müqaviləsi üzrə öhdəliklər onun müddətinin bitməsinədək davam etmiş, yalnız müqavilənin müddətinin bitməsindən xeyli müddət sonra, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Doğrudur, apelyasiya baxışı zamanı həmin tarixə olan borcun məbləğini müəyyən etmək üçün mühasibatlıq ekspertizası təyin edilsə də, məhkəmə kollegiyası hesab edir ki, bütün hallarda bank tərəfindən Cavabdeh faiz borcu onun müraciət etdiyi tarixədək deyil, məhz müqavilənin bitdiyi tarixədək hesablanmalıdır. Girov qoyulmuş əmlakların qiymətlərinin az hesablanması barədə apelyasiya şikayətinin dəlilləri də əsassızdır, çünki işdən görünür ki, bu dəyər Məhkəmə Ekspertizası Mərkəzinin xüsusi biliyə malik olan ekspertinin apardığı tədqiqat nəticəsində müəyyənləşdirilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisə üzrə çıxarılmış qətnamə əsaslıdır və onun tam və ya hissəvi ləğvi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətinə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ilk iddia üzrə cavabdehin özünə aid edilməli, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat ondan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Şabran Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2(031)- 5/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ilk iddia üzrə cavabdehin özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertizanın xidmət haqqı olaraq 200 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖİN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ**********0000003944 SWİFT BİK CTREAZ.22 Hesab AZ34CTRE******************** hesabına köçürülsün. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.