Məhkəmə qərarları › İş №2(105)-1471/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1471/2020

02.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1471/2020 02.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X8 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X15, Cavabdeh4 və Cavabdeh5 qarşı əqdin etibarlı hesab edilməsi, həmin torpaq sahəsinə mülkiyyət hüququnun tanınması və buna dair reyestrdən çıxarış verilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-955/2010 saylı, xx xxxxxxxx 2010-cu il tarixli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan AR ƏMDK DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 2(027)-955/2010 saylı, xx xxxxxxxx 2010-cu il tarixli qətnaməsi ilə (hakim F.Pənahov) cavabdehlərin iddianı etiraf etmələri təsdiq edilmiş, onlara JN 1123 saylı, 30320018 kodlu torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən məxus olan 1,40 ha torpaq sahəsinin İddiaçı xx xxxx 2005-ci il tarixdə alqı-satqı qaydasında satmaları barədə bağlanmış əqd etibarlı hesab edilmiş, həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi və onun adına dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin DƏDRX-nin X16 həvalə edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan AR ƏMDK DƏDRX-nin 5 saylı Ərazi İdarəsi apelyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavahdehlər Cavabdeh1, Cavabdeh2, X15, Cavabdeh4 və Cavabdeh5 JN 1123 saylı, 30320018 kodlu torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında məxsus olan 1,40 ha torpaq sahəsinin ona satmasına dair aralarında bağlanmış alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbinin bununla əsaslandırmışdır ki, cavahdehlər Cavabdeh1, Cavabdeh2, X15, Cavabdeh4 və Cavabdeh5 X7 xx xxxxxx 1997-ci il tarixli, 14 saylı qərarı ilə 1,40 ha torpaq sahəsi verilmiş və bu barədə JN 1123 saylı, 30320018 kodlu torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı tərtib edilmişdir. 2005-ci ilin mart ayında onlar bu torpaq sahəsini ona satmış, əmlakın pulunu almış və aralarında xx xxxx 2005-ci il tarixli alqı-satqı müqaviləsi bağlayaraq imzalamışlar. Həmin vaxtdan torpaq sahəsindən o, istifadə etmişdir. Cavahdehlər ona bildirmişlər ki, ailə üzvlərindən bəzilərinin şəxsiyyətini təsdiq edən sənəd yoxdur, onlar şəxsiyyət vəsiqəsi alan kimi istənilən vaxt torpağın alqı-satqısını notariat kontorunda rəsmiləşdirəcəklər. O, cavabdehlərə inanıb bir qədər gözləmiş, sonra dəfələrlə onlara müraciət etsə də, onlar hər dəfə müxtəlif bəhanələrlə alqı-satqını rəsmiləşdirmək üçün notariat kontoruna getməkdən boyun qaçırmışlar. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan AR ƏMDK DƏDRX-nin 5 saylı Ərazi İdarəsi apelyasiya şikayətini bununla əsaslandırmıçdır ki, məhkəmə mübahisəni hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün qiymət verməmiş, iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. İşdən görünür ki, özgəninkiləşdirilən torpaq sahəsi JN-1123 saylı, 30320018 kodlu torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən paylı mülkiyyət hüququ əsasında cavabdehlərə məxsus olmuşdur. Lakin məhkəmə dövlət aktında göstərilən Cavabdeh4 işə cəlb etmədən, o cümlədən onun razılığının olub-olmadığını müəyyənləşdirmədən 1,40 ha torpaq sahəsinin alqı-satqısına dair X9 ilə bağlanmış əqdi etibarlı saymışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhvə yol vermiş, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, işə obyektiv, tam və hərtərəfli baxmamışdır. Buna görə də, Quba rayon Məhkəməsinin xx xxxxxxxx 2010-cu il tarixli 2(027)-955/2010 saylı qətnaməsini ləğv edilməlidir. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi X6 apelyasiya şikayətin etiraz etdi və bildirdi ki, şikayət formal mülahizələrə əsaslanaraq tərtib edilmişdir. O, əlavə etdi ki, qətnamə 10 ildir ki, DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən icra edilmişdir və mübahisəli torpaq sahəsi 2018-ci ildə bağışlama yolu ilə özgəninkiləşdirilmiş, həmin şəxsin adına yenə də DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən reyestrdən çıxarışlar verilmişdir. Bu məsələ ilə bağlı hazırda heç bir mübahisə yoxdur. İş üzrə tərəflər razılaşdığı, mübahisə bitdiyi halda apelyatorun hansı hüququnun pozulduğu məlum olmur. Ümumiyyətlə, onların bu mübahisə üzrə şikayət vermək üçün heç bir subyektiv hüququ yoxdur. İş üzrə çıxarılmış qətnamə qanunidir və onun ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Apelyasiya baxışı zamanı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər, habelə işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan AR ƏMDK DƏDRX-nin 5 saylı Ərazi İdarəsi heç bir əsaslı səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin şəxslərin və nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarına əlavə edilmiş JN 1123 saylı, 30320018 kodlu torpağın mülkiyyətə verilməsin dair dövlət aktından görünür ki, Cavabdeh1, Cavabdeh2, X10, Cavabdeh4 və Cavabdeh5 paylı mülkiyyətinə Quba rayonu, İİ Nügədi kəndində 1,40 ha torpaq sahəsi verilmişdir. Yenə işə əlavə olunmuş xx xxxx 2005-ci il tarixli tərəflər arasında tərtib olunmuş müqavilələrdən görünür ki, cavabdehlər dövlət aktı ilə onlara məxsus olan 1,40 ha torpaq sahəsini İddiaçı xx xxxx 2005-ci il tarixdə razılaşdıqları qiymətə satmışlar. İşdə olan daşınmaz əmlakın bağışlanmasına dair xx xxxx 2018-ci il tarixli müqavilədən görünür ki, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0,884 ha torpaq sahəsini xx.xx.2010-cu il tarixli reyestrdən çıxarışa əsasən mülkiyyətçi olan İddiaçı X3 bağışlamışdır. Yenə işdə olan RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0,884 ha torpaq sahəsi üzərində X2 mülkiyyət hüquqları xx.xx.2018-ci il tarixdə qeydə alınmış, eyni tarixdə torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Yenə də olan daşınmaz əmlakın bağışlanmasına dair xx xxxx 2018-ci il tarixli müqavilədən görünür ki, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0,5166 ha torpaq sahəsini xx.xx.2010-cu il tarixli reyestrdən çıxarışa əsasən mülkiyyətçi olan İddiaçı X3 bağışlamışdır. İşdə RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0,5166 ha torpaq sahəsi üzərində X2 mülkiyyət hüquqları xx.xx.2018-ci il tarixdə qeydə alınmış, eyni tarixdə torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən nümayəndə və vəkilin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh1, Cavabdeh2, X15, Cavabdeh4 və Cavabdeh5 X7 xx xxxxxx 1997-ci il tarixli, 14 saylı qərarı ilə 1,40 ha torpaq sahəsi verilmiş və bu barədə JN 1123 saylı, 30320018 kodlu torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı tərtib edilmişdir. 2005-ci ilin mart ayında onlar bu torpaq sahəsini İddiaçı faktiki satmış, əmlakın pulunu almış və aralarında xx xxxx 2005-ci il tarixli alqı-satqı müqaviləsi bağlayaraq imzalamışlar. Həmin vaxtdan torpaq sahəsindən iddiaçı istifadə etmişdir. Cavahdehlər ona bildirmişlər ki, ailə üzvlərindən bəzilərinin şəxsiyyətini təsdiq edən sənəd yoxdur, onlar şəxsiyyət vəsiqəsi alan kimi istənilən vaxt torpağın alqı-satqısını notariat kontorunda rəsmiləşdirəcəklər. O, cavabdehlərə inanıb bir qədər gözləmiş, sonra dəfələrlə onlara müraciət etsə də, onlar əqdi rəsmiləşdirmək üçün notariat kontoruna getməkdən boyun qaçırmışlar. Buna görə də iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. AR MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin faktiki hallarından görünür ki, tərəflər arasında sadə yazılı əqd 2005-ci ilin mart ayında imzalanmışdır, yəni tərəflər arasındakı hüquq münasibətləri bu tarixdə yarandığına görə məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə bu tarixədək qüvvədə olan Mülki Məcəllənin müvafiq müddəaları tətbiq olunmalıdır. Mülki Məcəlləsinin xx xxxx 2005-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin 335-ci maddəsinə görə əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Əqdin notariat qaydasında təsdiqlənməsindən əsassız boyun qaçıran tərəf əqdin bağlanmasının ləngidilməsi nəticəsində dəyən zərərin əvəzini digər tərəfə ödəməlidir. Qeyd olunduğu kimi, İddiaçı cavabdehlərin paylı mülkiyyətində olan torpaq sahəsinə görə onlara pul ödəmiş və aralarında müqavilə imzalanmışdır. Lakin sonradan cavabdehlər bu müqavilənin notariat qaydasında təsdiqlənməsindən imtina etmişlər və beləliklə də, İddiaçı bu əqdin məhkəmə qaydasında etibarlı hesab edilməsi barədə iddia qaldırmaq hüququ yaranmışdır. Cavabdehlərə müliyyət hüququ əsasında məxsus olan Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1,40 ha torpaq sahəsi artıq bu tarixdən iddiaçının adına özgəninkiləşdirildiyindən əqdin bağlandığı tarixdən həmin torpaq sahəsində iddiaçının mülkiyyət hüququ tanınmalıdır. İşin faktiki hallarından da görünür ki, bu iş üzrə mübahisə öz həllini tapmış, iddiaçının mübahisə edilən torpaq sahəsinə dair hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. AR Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Yenə həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 139.1-ci maddəsinin tələblərinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. İstinad olunan maddi hüquq normalarının əsas dispozitiv şərtləri baxımından işə yanaşdıqda mübahisələndirilən alqı-satqı müqaviləsinin mövcud qanunvericiliyinin tələblərinə tam cavab verdiyi aydın olur. İş materiallarından görünür ki, hazırda qətnaməni mübahisələndirən DƏDRX-nin 5 saylı Ərazi İdarəsi bu qətnaməni 10 il öncə icra etmiş və mübahisəli topraq sahəsinə dair İddiaçı hüquqları rəsmi reyestrdə qeydə alınmış, onun adına xx.xx.2010-cu il tarixdə reyestrdən çıxarış verilmişdir. İddiaçı isə bu torpaq sahəsini xx.xx.2018-ci il tarixdə başqa şəxsin adına özgəninkiləşdirmiş və bu şəxsin adına DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixli reyestrdən çıxarışlar verilmişdir. Hazırda qeyd ediən qətnamənin həmin orqan tərəfindən bu şəkildə mübahisələndirilməsi anlaşılan deyildir, çünki mübahisəli torpaq sahəsi artıq iş üzrə tərəflərdən hər hansı birinin deyil, tamamilə başqa şəxsin mülkiyyətindədir. İşin faktiki hallarından aydın olur ki, hazırkı iş üzrə bütün hallarda yaranmış mübahisədən asılı olmayaraq Səbinə Nurullayeva hüququ vicdanlı əldə edəndir. Əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir neçə qərarlarında ifadə olunmuş mövqeyinə görə vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyrimüəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarar. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxxxxx 2004-cü il tarixli Qərarında qeyd etmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-nin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Yenə həmin qərarda qeyd edilmişdir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Yuxarıda da qeyd olunduğu kimi, tərəflər arasında Quba rayonu, İİ Nügədi kəndindəki 1,40 ha torpaq sahəsinə dair əqd həmin dövr qüvvədə olan qanunun tələbləri pozulmadan bağlanmışdır və bu müqavilədən sonra bağlanmış bağışlama müqavilələrinə əsasən mübahisəli torpaq sahəsinin mülkiyyətçisi RX ******* və RX 13521463 saylı, xx.xx.2018ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara görə X4r. Hazırda isə qətnamənin mübahisələndirilməsi, bu və ya digər qaydada ləğv edilməsi mülk dövriyyənin sabitliyinin pozulması kimi qiymətləndirilməlidir. Bu baxımdan, məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz, çünki işdən görünür ki, iş üzrə cavabdehlər, o cümlədən Cavabdeh4 keçən uzun müddət ərzində bağlanmış əqdi bəyənmişlər və qətnamədən şikayət verməmişlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, DƏDRX-nin 5 saylı Ərazi İdarəsi apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətini formal mülahizələr kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasənapellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyantın özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrəQuba Rayon Məhkəməsinin 2(027)-955/2010 saylı, xx xxxxxxxx 2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu AR ƏMDK DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar